Aydın Əliyevin gizli karqo biznesi haqda yeni iddialar... - Belə deyirlər...
Tarix: 28-11-2016, 09:04 | Çap et
Bu gün ölkə ərazisində fəaliyyət göstərən bir neçə karqo daşımaları və hər cür şəraitə malik, örtüklü anbarları olan şirkətlər mövcuddur. Onlardan birinin «Karqo Şamil» kimi tanınan şəxsə məxsus olduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, həmin şirkət əsasən Türkiyə, Rusiya, Çin və s. ölkələrdən birbaşa malların gətirilməsilə məşğul olur və bu ticarətdən külli miqdarda gəlir əldə edir. Beləliklə, «Karqo Şamil»in sözügedən sahəni monopoliyaya aldığını qeyd edən mənbənin iddiasına görə, o və sahibi olduğu şirkətin əməkdaşları müxtəlif yollara baş vuraraq sahibkarları aldadır, onları əlavə xərcə salır: «Hər kəsə bəllidir ki, bu gün ölkə iqtisadiyyatının inkişafı baxımından xarici ticarət əlaqələri mühüm əhəmiyyət kəsb edir. O cümlədən idxal-ixrac əməliyyatlarının həcminin artması istehlak bazarında sağlam rəqabətin güclənməsinə zəmin yaradır. Bu isə öz növbəsində, sahibkarların maraqlarına tam uyğundur. Lakin idxal-ixrac əməliyyatları həm də oliqarx məmurların, inhisarçıların hər zaman diqqət mərkəzində saxladıqları sahədir. Bir tərəfdən ölkənin gömrük sistemində son vaxtlar formalaşmış xüsusi vəziyyət bu sahədən külli-miqdarda qeyri-rəsmi gəlirlərin əldə olunmasına şərait yaradır. Digər tərəfdən isə məhz idxal-ixrac əməliyyatları ilə olunan manipulyasiyalar bu və ya digər sahəni öz inhisarına almış maqnatların maraqlarının gözlənməsini təmin edir. Ümumiyyətlə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bilməlidir ki, istər xarici, istərsə də yerli iş adamlarının son vaxtlar ən çox şikayət etdikləri qurumlar sırasında ilk yerlərdən birində məhz onun rəhbərlik etdiyi qurum dayanır. Çünki gömrükdən keçən bütün yükdaşımalara, yəni karqo biznesinə nəzarət sistemi orta və kiçik sahibkarlara əlavə problemlər yaradır. Deyilənlərə görə, bu işin başında «Karqo Şamil» kimi tanınan şəxs və onun rəhbərlik etdiyi şirkət dayanır. Belə ki, son dövrlər «Karqo Şamil» bu sahəni öz inhisarına almağı bacarıb. Məhz elə bu səbəbdən də o, xaricdən ölkəyə mal gətirən və ya ölkədən kənara mal daşıyan sahibkarlara əlavə problemlər yaradır, öz bildiyini diqtə etməyə çalışır». Əldə etdiyimiz bilgilərdə həmçinin, o da bildirilir ki, «Karqo Şamil»ə məxsus olan şirkətin xaricdən gətirdiyi mallar hər dəfə əskik çıxır: «Deyilənlərə görə, «Karqo Şamil» kürəkəni Ramin və onunla birlikdə çalışan Muxtar vasitəsilə müxtəlif yollara baş vuraraq külli miqdarda gəlir əldə edir. Belə ki, «Karqo Şamil»ə məxsus olan şirkətin əməkdaşları idxal olunan malların həcmini süni şəkildə şişirdərək sahibkarlardan əlavə ödəniş tələb edirlər. Bu isə ciddi narazılığa səbəb olur. Lakin bu cür manipulyasiyalar «Karqo Şamil»ə davamlı olaraq külli miqdarda pul qazandırır. Məsələnin maraqlı tərəfi ondadır ki, «Karqo Şamil» hərdən özünü professor, hərdən karoqo sahibi, hərdən isə broker kimi təqdim edir. O, bir müddət əvvəl Türkiyədə «Boğaz» deyilən ərazidə başqa bir şəxsin adına özünə əzəmətli, yetərincə bahalı ev alıb. Lakin həmin şəxs, yəni rəsmi sənədlərdə evin sahibi kimi qeyd olunan şəxs «Karqo Şamil»ə atıb, həmin evi özününküləşdirib. Bir qədər sonra isə sözügedən ev Türkiyənin tanınmış müğənnilərindən birinə 1 milyon 300 min dollara satılıb. Hələ bu, harasıdır. «Karqo Şamil»ə atan həmin şəxs bir müddət sonra öz yaşadığı evdə asılı vəziyyətdə tapılıb. Lakin bu hadisə yetərincə araşdırılmayıb. Əgər müvafiq qurumlar həmin şəxsin ölüm faktını ən incə detallarınadək araşdırsalar, o zaman bir çox qaranlıq məqamlara aydınlıq gətirilə bilər».
Bu arada, «Karqo Şamil»in onunla birlikdə çalışan Muxtar adlı şəxs vasitəsilə bir müddət əvvəl 1 milyarda yaxın pul gətirdiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, bui şin kökü çox dərinlərə gedir: «Deyilənlərə görə, bu məsələnin öz tarixi var. Odur ki, hələlik bunun üzərindən sükutla keçsəm də, tezliklə bütün məqamlara aydınlıq gətirəcəm. Hələlik isə onu deyə bilərəm ki, «Sahil» metrostansiyasının yaxınlığındakı evdə baş verənlərdən sonra 500 min də gedib. Ümumiyyətlə, «Karqo Şamil» əlində olan imkanlardan istifadə edərək karqo işlədənlərə problemlər yaradır, onların gəlirlərinə sahib çıxmağa çalışır. Elə bu səbəbdən də demək olar ki, artıq hamı yollarda kimin malının nə üçün tutulduğunu və bunun kim tərəfindən edildiyini çox yaxşı bilir. Yeri gəlmişkən, onu da nəzərinizə çatdırım ki, «Karqo Şamil» artıq yeni karqo şirkəti yaradıb və bu sahəni tam şəkildə inhisarına alıb. Qeyd edim ki, «Karqo Şamil» həmin şirkətdə kiminlə şərikdirsə, o adamı da nüfuzdan salır. O, məclislərin birində deyib ki, məndən başqa heç kim ucuz mal apara bilməz. Bu isə «Karqo Şamil»in kimlərinsə himayəsində olduğunu və elə bu səbəbdən də bu qədər arxayın danışdığını deməyə əsas verir. Əgər belə olmasaydı, o zaman o, bu qədər arxayın olmazdı. Deməli, «Karqo Şamil»in arxasında kimlərsə dayanır. Əgər Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu məsələyə diqqət yetirsə, daha dəqiq desəm, «Karqo Şamil»in fəaliyyətilə yaxından tanış olsa, o zaman onun şirkətinin sözügedən sahəni inhisarda saxladığını və istədiyi kimi hərəkət etdiyini müəyyən edə bilər».
DİA.AZ-a daxil olan son məlumatlardan aydın olur ki, bütün bu faktlarla bağlı Aydın Əliyevin özü də narahat olmağa başlayıb və ortada kifayət qədər qaranlıq məqamlar var. Bu barədə yaxın vaxtlarda daha ilginc faktları diqqətinizə təqdim edəcəyik. Bizi izləyin...
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
• Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25 |
|
|
|
• Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19 |
|
|
|
• Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18 |
|
|
|
• Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05 |
|
|
|
• Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39 |
|
|
|
• “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32 |
|
|
|
• İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23 |
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
• Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35 |
|
|
|
• Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
• "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15 |
|
|
|
• Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12 |
|
|
|
• Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05 |
|
|
|
|