Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü .....                     Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... .....                     Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" .....                     Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... .....                     "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." .....                     Seçkilərin nəticələri bu tarixdə elan olunacaq .....                     “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... .....                     ABŞ-Ermənistan xartiyasının pərdəarxası .....                     Suriyadan Rusiya, İsrail və İrana .....                     Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... .....                     ABŞ-la münasibətləri bərpa etməyə hazırıq .....                     Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb .....                     ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu .....                     “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib .....                     Tramp Putinlə telefon danışığına hazırlaşır .....                     Əməkdar artist harada dəfn ediləcək? .....                     Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq .....                     Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... .....                     Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? .....                     Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur .....                     Ermənistana qarşı .....                     Estoniyada hərbi təlimlər başlayır .....                     İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... .....                     Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? .....                     Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? .....                     Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb .....                     Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir .....                     Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... .....                     Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək .....                     Müharibə dayandırıla bilərdi, amma Blinken... .....                     Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... .....                     Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib .....                     Əməkdar artist Mövsüm Hüseynov vəfat edib .....                     “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...” .....                     İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... .....                     Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər .....                     “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” .....                     Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib .....                 

Deputat borclu olduğu iş icraçısını ölümlə hədələyir? - ŞOK iddialar
Tarix: 5-10-2016, 09:11 | Çap et
Deputat borclu olduğu iş icraçısını ölümlə hədələyir?
41 saylı Sumqayıt birinci seçki dairəsindən Milli Məclisin deputatı, “Azərsutəchizattikinti” ASC-nin sədri Mirəzəcan Xəlilov villasında işlətdiyi ustaların pulunu vermir. Bu azmış kimi ustalara briqadirlik etmiş Laçın rayonundan məcburi köçkün Zülfüqar Əliyevi yox etməklə hədələyir.

Bu barədə oktyabrın 3-də “Yeni Müsavat”ın redaksiyasına gələn Zülfüqar Əliyev məlumat verib. Başına gələnləri əməkdaşımıza danışan və ictimailəşməsini istəyən üç uşaq atası Zülfüqar Əliyev bildirdi ki, 2013-cü ildə Mirzəcan Xəlilovla Novxanıdakı villasının fasadının təbii daş örtüyü ilə üzlənməsi üçün aralarında anlaşma olub. Materialların alınması, daşınması xərcləri və işçilərin zəhmət haqqı ümumilikdə 185 min manat dəyərləndirilib. Zülfüqar Əliyev və briqadiri olduğu 20 nəfərlik usta-fəhlə heyəti işə başlayıb. 2014-cü ilin may ayına qədər işlərin 90 faizə yaxını görülüb. 2014-cü ilin may ayından isə Mirzəcan Xəlilovla Zülfüqar Əliyev arasında problemlər meydana gəlib.

Zülfüqar Əliyev münaqişənin yaranmasının səbəblərini belə izah etdi: “Materialların qiymətləri getdikcə bahalaşdığı və ortaya görüləsi əlavə işlər çıxdığından bəlli oldu ki, 185 min manata işi sona çatdırmağa bəs etməyəcək. Hesabladıq ki, 55 min manat da materiallar və işçilərin zəhmət haqqı üçün lazımdır. Villa elə-belə villa deyil, qiyməti bir neçə milyon olan böyük saraydır. Təkcə fasadının daşla üzlənməsinə bu qədər vəsaitin sərf olunduğu villanın necə olduğunu hər halda təsəvvür edirsiniz. Biz hesablayıb artımı Mirzəcan müəllimə deyəndə, çox sərt reaksiya verdi və bildirdi ki, bir manat da verməyəcək. Mirzəcan müəllim əvvəldən razılaşdığımız məbləği də tam olaraq ödəmədi. Əvvəldən razılaşdığımız 185 min manatın 25 min manatını vermədi. Biz də məcbur olduq işi dayandırdıq. Həm materialları aldığım adamlara, həm də usta və fəhlələrə borclu qaldım. Məcbur olub cibimdən, ordan-burdan borc alıb ustaların pulunu verməli oldum. İndi özüm qalmışam borclu. Üzlük daş və digər materiallar aldığımız bir neçə sexə də borc hələ qalır. Mirzəcan Xəlilovun villası üçün aldığım materialların pulunu vermir ki, aparıb ödəyim. Onun mənə ümumilikdə 55 min manat borcu var. Hələ də ödəməkdən imtina edir”.

Zülfüqar Əliyevin sözlərinə görə, Mirzəcan Xəlilovdan pulu tələb edəndə onu hədələyib: “Mənə dedi ki, 150 min manat xərc çəkib səni tutduracağam, başına oyun gətirdəcəyəm. Mən bundan sonra onun yanına üç dəfə ağsaqqal göndərdim ki, məsələ dinc yolla həllini tapsın. Ağsaqqal birinci dəfə gedəndə Mirzəcan Xəlilov demişdi ki, üzlük daşları aldıqları sexin pulunu verərəm. İkinci dəfə gedəndə isə bildirmişdi ki, Zülfüqar sexin pulunu cibindən verməyəydi, mən Zülfüqara pul verəsi deyiləm. Üçüncü dəfə isə demişdi ki, bir də qapıma bu məsələ ilə bağlı kim gəlsə, tutduracağam.

Bundan bir sıra yüksək dövlət orqanlarına rəsmi ərizə ilə müraciət etdim. Mirzəcan Xəlilov vəzifəsindən və maddi imkanından istifadə edir, hara ərizə yazıramsa baxılmasına mane olur. Mirzəcan Xəlilov borcunu ödəmək əvəzinə məni həbs etdirmək üçün 5 may 2016-cı ildə məhkəməyə də şikayət edib. Mən prezidentə şikayət ünvanlamışdım. Mirzəcan Xəlilov bundan qəzəblənib, Abşeron Rayon Məhkəməsinə həbs olunmağım tələbi ilə şikayət verib. Guya onun şərəf və ləyaqətini təhqir eləmişəm. Şikayətində məni ondan 35 min manat alıb işi yarımçıq qoyub qaçmaqda şərləyirdi və həbsimi tələb edirdi. Məhkəmə oldu və mən ondan iş üçün 160 min manat aldığımı və son qəpiyinə qədər işə xərcləndiyini sübuta yetirdim. Bildirdim ki, Mirzəcan müəllim mən işi dayandırdıqdan sonra işləyən ustaya 15 min manat veribsə, bu, mənlik deyil. Məhkəmə günahkar olmadığımdan xüsusi ittiham qaydasında şikayət üzrə icraata iyunun 29-da xitam verdi. Bundan sonra Mirzəcan Xəlilov Ağdam Rayon Məhkəməsinə şikayət verib. Bu dəfə də mənə qarşı eyni şərləmələr iddiada əksini tapır və bu dəfə həbsimi yox, 100 min manat təzminat ödəməyim barədə qərar çıxarılmasını istəyir. Hazırda iş Ağdam məhkəməsindədir. Əslində Mirzəcan Xəlilovun məqsədi odur ki, məni qorxutsun və ondan borcunu ödəməsini tələb etməyim.

Mən burdan Azərbaycanın baş prokuroruna, daxili işlər nazirinə müraciət edirəm ki, cibində deputat mandatı daşıyan Mirzəcan Xəlilovun mənə olan borcunu ödəməsi, məni hədələməkdən əl çəkməsi üçün qanun çərçivəsində tədbirlər görülsün. Mirzəcan Xəlilov deputat olduğunu və heç kimdən, heç nədən qorxmadığını deyir, məni yox elətdirməklə hədələyib. Həyatıma təhlükə var. Xahiş edirəm, təhlükəsizliyimi təmin edin".
“Yeni Müsavat” Mirzəcan Xəlilovla bağlı kiçik bir araşdırma aparıb. Nəticədə ortaya ilginc faktlar çıxıb.

1954-cü ildə Sabirabad rayonunun Kovlar kəndində anadan olan Mirzəcan Xəlilov 2005-ci ildə 63 saylı Sabirabad I Seçki Dairəsindən deputatlığa namizəd olub. Hakim Yeni Azərbaycan Partiyasının siyahısı ilə deputat olmaq istəyən M.Xəlilov seçkidə məğlub olub. 2006-cı ildə təkrar seçkidə 44 saylı Sumqayıt Seçki Dairəsindən namizəd olsa da, bu dəfə də deputat mandatı qazana bilməyib. Hakimiyyətin yuxarı qatlarında nədənsə bu şəxsə qarşı bir inamsızlıq hiss edilib. Onun 2010-cu il parlament seçkilərində də 65 saylı Sabirabad dairəsindən də mandat almaq ümidləri doğrulmayıb. YAP-ın namizədlər siyahısına adı daxil edilməyib.

2015-ci il parlament seçkilərində də M.Xəlilovun adı hakim partiyanın namizədləri siyahısına daxil edilməyib. M.Xəlilov YAP-ın üzvü olsa da fərdi qaydada namizədliyini 41 saylı Sumqayıt Seçki Dairəsindən irəli sürüb. Baxmayaraq ki, YAP-ın siyahıdan kənarda fərdi qaydada namizədliyini irəli sürən YAP üzvlərinə qadağası elan edilmişdi. Nədənsə bu qadağanı pozan Xəlilov partiyadan çıxarılmadı. Əksinə, 41 saylı Sumqayıt seçki dairəsindən YAP-ın vahid namizədi, həmin dairənin deputatı Leyla Abdullayeva seçkilərdən qəfil geri çəkildi. M.Xəlilov deputat mandatına məhz bundan sonra sahib ola bilib.

M.Xəlilovun dəyəri milyonlarla ölçülən mülklərə sahiblənməsi isə deputatlıqdan xeyli əvvəllərə gedib çıxır. “Azərsu” ASC-nin ən böyük layihələrində bir qayda olaraq nə sirdirsə məhz M.Xəlilovun rəhbərlik etdiyi “Azərsutəchizattikinti” ASC tenderlərin qalibi elan olunur. Son 6 ildə bu ASC milyonlarla manatlıq tenderlərin “qalibi” olub.

İlkin araşdırma nəticəsində o da məlum olub ki, M.Xəlilov təkcə villasının fasadında işləyənlərin deyil, villanın içində işləmiş ustanın da pulunu kəsibmiş. Araşdırmamız zamanı bir il öncə - 2015-ci il oktyabrın 8-də bir neçə internet portalında bu barədə vətəndaş şikayətlərinin yazıldığı ortaya çıxdı. Məsələn, bəlli olub ki, vətəndaş Mikayılov Zaur Əjdər oğlu 2015-ci ilin iyul-avqust aylarında M.Xəlilovun Novxanıdakı nəhəng şəxsi imarətinin sauna hissəsinə jalüzlərin qurulması işini görüb, dizayner xidməti göstərib. Prosesin gedişində işlərin həcmi artıb Z.Mikayılov 3950 manata kəsdikləri əvvəlki qiymətin müvafiq olaraq 4900 manata çıxacağını M.Xəlilovun adamlarına bildirdiyində ona işinə davam etməyini tövsiyə ediblər və pulun qalanının da ödəniləcəyinə əmin ediblər. Lakin iş başa çatandan sonra M.Xəlilov ilkin razılaşma çərçivəsindən kənara çıxan 1000 manata yaxın pulu ödəməkdən imtina edib. O, hətta zəhmətinin haqqını tələb edən ustanı kobud sözlərlə təhqir edərək, villasından qovub.

Zülfüqar Əliyevin dedikləri ilə bağlı Mirzəcan Xəlilovun fikirlərini dərc etməyimiz üçün köməkçisinin bizdə olan telefon nömrəsinə dəfələrlə zəng etsək də cavab verən olmadı. Deputatın mövqeyini dinləməyə hazırıq.
\\musavat.com \\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06
Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05
Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08
Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05
Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44
Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42
Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35
Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34
Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19
Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16
İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07
Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02
Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50
Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49
Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48
Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25
Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19
Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18
Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05
Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39
“Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32
İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23
Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16
“Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13
Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02
Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00
Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43
Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38
Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35
Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32
NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22
“TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru