Bəzi yerlərdə arabir duman olacaq .....                     "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" .....                     Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... .....                     "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." .....                     Seçkilərin nəticələri bu tarixdə elan olunacaq .....                     “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... .....                     ABŞ-Ermənistan xartiyasının pərdəarxası .....                     Suriyadan Rusiya, İsrail və İrana .....                     Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... .....                     ABŞ-la münasibətləri bərpa etməyə hazırıq .....                     Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb .....                     ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu .....                     “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib .....                     Tramp Putinlə telefon danışığına hazırlaşır .....                     Əməkdar artist harada dəfn ediləcək? .....                     Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq .....                     Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... .....                     Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? .....                     Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur .....                     Ermənistana qarşı .....                     Estoniyada hərbi təlimlər başlayır .....                     İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... .....                     Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? .....                     Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? .....                     Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb .....                     Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir .....                     Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... .....                     Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək .....                     Müharibə dayandırıla bilərdi, amma Blinken... .....                     Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... .....                     Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib .....                     Əməkdar artist Mövsüm Hüseynov vəfat edib .....                     “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...” .....                     İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... .....                     Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər .....                     “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” .....                     Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib .....                     Saxta məhsul... saxta endirim... VƏ... .....                     Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb .....                     Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... .....                 

«Baku Steel Company»də əcaib işlər çevrilir... - İDDİA
Tarix: 1-10-2016, 10:30 | Çap et
«Baku Steel Company»də əcaib işlər çevrilir...
2001-ci ilin iyun ayının 21-də fəaliyyətə başlayan “Baku Steel Company” MMC bu gün ölkənin metallurgiya sənayesini faktiki olaraq inhisarında saxlayır. Belə ki, adıçəkilən MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun bir sıra yollara baş vuraraq sözügedən sahədə fəaliyət göstərən bir çox şirkət və müəssisələri özündən asılı vəziyyətə saldığını, hətta onların əmlaklarını özününküləşdirdiyini iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, «Baku Steel Company» inhisarçı, varlı müəssisə olsa da işçiləri rəhbərlikdən kəskin narazıdır. Adıçəkilən şirkətin səhmdarlarına hədə-qorxu gələrək, onların dividentlərini vermədiyini, payçıların sayını süni şəkildə azaltmağa çalışdığını vurğulayan mənbənin sözlərinə görə, «Baku Steel Company» MMC «Bakelektroqaynaq» ASC-nin əsas payçısdır: «Deyilənlərə görə, «Baku Steel Company» MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov əlinə düşən hər fürsətdə səhmdarları alçaldır, dividentlər isə ümumiyyətlə verilmir, heç bir yığıncaq çağırılmır. Bu və digər neqativ hallarla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, hələ də Rasim Məmmədovun əməllərinə lazımı qiymət verən yoxdur. Yəni onun barəsində hər hansı bir tədbirin görülüməsinə cəhd belə edilmir. Təbii ki, bu gün «Baku Steel Company» MMC-də yaşanan hadisələr ölkə konstitusiyasının pozulması, özəl mülkiyyətin toxunulmazlığı hüququnun ayaqlar altına alınması anlamına gəlir. Yeri gəlmişkən, nəzərinizə çatdırım ki, MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədov metallurgiya bazarını tam ələ keçirmək uğrunda mübarizə aparır. Bununla da artıq sözügedən bazar monopoliyalaşıb və «Baku Steel Company» MMC-nin ixtiyarına keçib. Bəllidir ki, ölkədə böyük tikinti-quraşdırma işləri gedir. Burada armatur bazarı üçün böyük imkanlar açılıb. «Baku Steel Company» isə bu imkanları tam olaraq ələ keçirməyi planlaşdırır». Bu ilin iyul ayının 1-də «Baku Steel Company» MMC-də partlayışın baş verdiyini xatırladan məlumatlı şəxs bildirir ki, nəticədə zavodun işçiləri ağır bədən xəsarətləri alıblar: «Deyilənlərə görə, «Baku Steel Company» MMC-də 2014-cü ilin sentyabrın 15-də də oxşar partlayış olmuşdu. Hətta ölənlər də olmuşdu. Məsələ ondadır ki, monopolistlər, rəqabətsizlik, iş prosesinin keyfiyyətinin səviyyəsini sovet dövrü səviyyəsinə endirir. Qeyd edək ki, ölkədə zor gücü ilə «dəmir» monopolisti olan «Baku Steel Company» MMC rəhbəri olan Rasim Məmmədovu çoxu yaxşı tanıyır, onun necə xarakterə malik olduğunu demək olar ki, hamı bilir. Belə ki, deyilənlərə görə, «Baku Steel Company» MMC-nin Müşahidə Şurasının sədri üçün hansısa fəhlə sadəcə «qapazaltı zümrə» kimi bir şeydir. Onların nə qədəri ölsə də, mənası yoxdur. Bildiyiniz kimi, Rasim Məmmədovun adamlarının Bakıdakı metaləritmə müəssisələrinə hücumu barədə indiyədək kütləvi informasiya vasitələrində müxtəlif səpkili məlumatlar yayımlanıb. Şirkətin adamları bəzi yüksək vəzifəli şəxslər tərəfindən himayə olunmalarından istifadə edərək, müəssisələrə basqın edir, onların əmlakını ələ keçirir. Məsələn, «Ataxan Dəmir Sənaye» Türkiyə-Azərbaycan birgə müəssisəsi, «Şəhriyar 99», «R.A.N.K» MMC və başqa metaləritmə müəssisələri eyni aqibətlə üzləşib. Deyilənlərə görə, «Baku Steel Company» indiyədək təqribən 21 özəl şirkəti hədələyib. Lakin buna baxmayaraq, MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun əməlləri müvafiq qurumlar tərəfindən susqunluqla qarşılanıb. Halbuki təzyiqərə məruz qalan bütün müəssisələr «Baku Steel Company»nin rəhbəri Rasim Məmmədovun açıq-aşkar təhdidlərilə üzləşdiklərini vurğulayıblar. Buna rəğmən, hələ də onun barəsində ölçü götürülməyib. Məhz bu, onu deməyə əsas verir ki, «Baku Steel Company» MMC-nin Müşahidə Şurasının sədrinin himayədarı kifayət qədər təsir imkanlarına malik olan şəxslərdən biridir. Görünən odur ki, Rasim Məmmədov rəqiblərini məhz himayədarlarının sayəsində «zərərsizləşdirməyə» nail olur». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08
Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05
Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44
Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42
Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35
Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34
Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19
Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16
İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07
Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02
Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50
Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49
Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48
Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25
Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19
Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18
Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05
Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39
“Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32
İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23
Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16
“Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13
Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02
Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00
Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43
Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38
Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35
Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32
NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22
“TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru