Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" .....                     Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... .....                     "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." .....                     Seçkilərin nəticələri bu tarixdə elan olunacaq .....                     “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... .....                     ABŞ-Ermənistan xartiyasının pərdəarxası .....                     Suriyadan Rusiya, İsrail və İrana .....                     Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... .....                     ABŞ-la münasibətləri bərpa etməyə hazırıq .....                     Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb .....                     ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu .....                     “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib .....                     Tramp Putinlə telefon danışığına hazırlaşır .....                     Əməkdar artist harada dəfn ediləcək? .....                     Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq .....                     Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... .....                     Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? .....                     Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur .....                     Ermənistana qarşı .....                     Estoniyada hərbi təlimlər başlayır .....                     İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... .....                     Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? .....                     Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? .....                     Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb .....                     Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir .....                     Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... .....                     Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək .....                     Müharibə dayandırıla bilərdi, amma Blinken... .....                     Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... .....                     Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib .....                     Əməkdar artist Mövsüm Hüseynov vəfat edib .....                     “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...” .....                     İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... .....                     Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər .....                     “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” .....                     Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib .....                     Saxta məhsul... saxta endirim... VƏ... .....                     Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb .....                 

Penitensiar Xidmətdəki son kadr islahatları narazılıq yaradıb - Məhbus yaxınları etiraz edir
Tarix: 16-09-2016, 09:55 | Çap et
Penitensiar Xidmətdəki son kadr islahatları narazılıq yaradıb
Qobustan həbsxanasının rəisi Fikrət Qafarov haqq;nda qəzetimizin ötən saylarında çoxsaylı şikayətlər dərc etmişik. Qeyd olunub ki, Fikrət Qafarov həbsxanada bir çox ömürlük məhkumlara işgəncə verib. Elə məhkum yaxınları onu “işgəncə kralı” kimi təqdim edirmişlər. Bu günlərdə Pentensiar Xidmətin rəisi Ceyhun Həsənovun imzaladığı əmrə görə, Fikrət Qafarov 2 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub. Buda ömürlük məhkumların yaxınlarının etirazına səbəb olub. Onlar Fikrət Qafarovun vəzifəsinin dəyişdirilməsini yox, cəzalandırılmasını istəyirlər. Ömürlük məhkumların hüquqlarının müdafiə komitəsinin sədri, ömürlük məhkum Şakir Rzaxanovun anası Müslümat Rzaxanova bildirib ki, Fikrət Qafarov Qobustan həbsxanasında məhbuslara qarşı tətbiq etdiyi cinayət xarakterli hərəkətlərinə görə məsuliyyətə cəlb edilmək əvəzinə, qayda yaratmaq üçün 2 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub: “Artıq biz buna öyrəşmişik. Cinayətkar, qatil hərəkətlərinə yol verən həbsxana rəisləri də eyni ilə ya başqa müəssisəyə göndərilir, ya da təqaüdlə cəzalandırılır. Bütün bu hallar məhbus və məhbus yaxınlarının həbsxanada baş verən problemlər barədə şikayət və müraciətlər araşdırılıb, ərizəçiyə cavab vermək üçün məhz ondan şikayət olunan həbsxana rəisinə göndərilir. Rəis də ondan asılı, onun tabeliyində olan, rəisi görəndə 2-3 qat əyilərək ehtiyatla salam verən işçilərinin vasitəsi ilə şikayət edən məhbus barəsində saxta ittihamlar tərtib edib, qapalı həbsxanada cəza çəkən məhbusun törədə bilməyəcəyi absurd hərəkətləri barədə saxta qanun pozuntuları tərtib edilir. Çox təəssüflər olsun ki, məhbus və yaxınlarının Ədliyyə Nazirliyinə, Penitensiar Xidməti İdarəsinə, Ombudsmana, hətta Dövlət Başçısına, əlaqədar dövlət strukturlarına müraciət və şikayətləri də eyni ilə araşdırılması üçün həmin cinayətkar həbsxana rəisinə göndərir. Rəis də artıq hazır saxladığı şablon, saxta ittihamlarla işgəncələrə məruz qoyduğu məhbusun şikayətinə cavab verir. Belə olan halda düşünürəm ki, əgər həbsxana rəisinin kobud qanun pozuntuları və digər cinayət tərkibli hərəkətlərini məhz həmin rəisi araşdıracaqsa, istər Ədliyyə Nazirliyində, istərsə də Pentensiar Xidmətdə, ən ağrılısı isə Ombudsmanın yüzlərlə yüksək maaşla vəzifəyə təyin olunan təhqiqtçıları, müstəntiqləri və digər hüquq-mühafizə orqanlarının işçiləri nəyə görə dövlətdən ən yüksək maaş alaraq, vəzifə sahibi olurlar”.

“Bu işgəncələrə son qoyulmasını istəyirik”

Müslümat Rzaxanova daha sonra qeyd edib ki, Pentensiar Xidmətə yeni rəis təyin olunsa da, Qobustan Həbsxanasında özbaşınalıq davam etməkdədir: “Ceyhun Həsənov pentensiar xidmətə rəis vəzifəsinə gətiriləndə ömürlük məhkumların yaxınlarında bir ümid yarandı. Azadlıq işığından məhrum olunaraq ağır şəraitdə cəza çəkən məhkumlara Fkrət Qafarovun işgəncələrinə son qoyulacaq. Lakin bu işgəncə mütəxxəsinin rəisliyi davam etdirilirsə, son qoyulmayacağına artıq əminik. Belə ki, Qobustan həbsxanasını qaydaya salmaq üçün rəis təyin olunan Fikrət Qafarov, rəis qanun çərçivəsində vəzifə səlahiyyətlərinin icrasına yox, məhz xüsusi göstərişlə məhbusları qəddar işgəncələrlə özünəqəsd vəziyyətinə təhrik etməyə, saxlanma şəraitindən şikayət edən məhbuslara qarşı amansız olmaq tapşırığını icra etmək üçün təyin olunduğunun şahidi olduq. Tabeliyində olan həbsxana personalından istifadə edərək, məhbuslar barəsində, utanıb-çəkinmədən saxta ittihamlar tərtib etmək peşəsinin sahibi, çoxsaylı məhbus və məhbus yaxınlarının Fikrət Qafarovun cinayət xarakterli hərəkətləri barədə faktlarla edilən müraciətlərə bu günə kimi Penitensiar Xidmətindən tamamilə həqiqətə uyqun olmayan saxta cavablar almışıq. Fikrət Qafarov qanuna müvafiq qaydada məhkəmə qaydasında məsuliyyətə cəlb olunmaq əvəzinə, 2 saylı cəzaçəkmə müəssisəsini qaydaya salmaq üçün rəis göndərilməsi biz məhbus yaxınlarını dəhşətə gətirdi. Bir daha təsdiq olundu ki, Fikrət Qafarovun xüsusi işgəncə metodları artıq 2 saylı cəzaçəkmə müəssisəsində daha səmərəli istifadə olunaraq, çox məhbuslara qənim kəsiləcək. Qobustan həbsxanasında ağır şəraitdə saxlanılan imkansız məhbusların şəraitini daha dözümsüz edən həbsxana rəisi Fikrət Qafarovun cinayət xarakterli hərəkətləri barədə bütün müraciətlər nəticəsiz qalaraq, ona gözün üstə qaşın var deyən olmadı. Məsuliyyətə cəlb edilməsi əvəzinə, ona səlahiyyətindən sui-istifadə edərək, məhbuslara qarşı qəddarlıqlarını davam etdirməyə şərait yaradılıb. Bu səbəbdən məhbus yaxınları olaraq Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edirik. Müraciətimizdə həbsxana rəisi Fikrət Qafarovun barəsində heç olmasa bir dəfə də olsun qanun çərçivəsində tədbir görməlməməsi, məhbuslara qarşı qeyri-insani qəddarlıqların davam etdirilməsinin qarşısının almaq üçün tədbir görülməsinə kömək etməsini xahiş edirik”.

“Fikrət Qafarov son dəfə qəddarlıq nümayiş etdirib”

Komitə sədrinin sözlərinə görə, həbsxanadan digər müəssisəyə keçirilən Fikrət Qafarov onun “qara siyahısına” salınan imkansız məhbuslara son dəfə qaddarlığını nümayiş etdirib: “Qapalı həbsxanada ağır şəraitdə çəza çəkən məhbuslara heç bir səbəb olmadan saxta ittihamlar tərtib edərək əl qandalı tətbiq etməklə yanaşı, sağlam məhbusun yanına zorakılıqla ağır keçici xəstəliyi olan məhbusu köçürmüşdür. Belə ki, həbsxanaya rəis təyin olunanda Şakir Rzaxanova qarşı “yuxarıdan göstərişlə xüsusi rejim” tətbiq etmək tapşırığını icra edən Qafarov gedərkən Şakirin kamerasına zorakılıqla ağır xəstə Rəşad Cəfərovu köçürüb. Ömürlük məhbus Vüqar Əliyevin həyatına təhlükə yaradaraq, belə dözülmək çətin isti havada istintaq təcridxanasına aparan maşının havasız kamerasına saldıraraq, Vüqarı özünəqəsd vəziyyətinə çatdırması və son hədd olaraq Vüqar damarlarını kəsərək bədən xəsarətləri almasına təhrik etməsi heç bir insanlığa sığmır. Qəribədir ki, məhbuslara qarşı bu dərəcədə qəddar rəftarı barədə az qala dünyaya səs salan Fikrət Qafarov 2 saylı cəzaçəknə müəssisəsində hansı qaydaları yaradacaq görəsən? İnanırıq ki, Penitensiar Xidməti İdarəsinə yeni təyin edilmiş general, cənab Ceyhun Həsənov müraciətlərimizə münasibət bildirib və Qafarov kimi “işgəncə mexanizminin” qəddarlıqlarına son qoyaraq, onu cəzaçəkmə yerlərindən uzaqlaşdıracaq. Onun Qobustan həbsxanasında məhbuslara qarşı cinayət xarakterli hərəkətlərinə qanun çərçivəsində cavab verilməsini təmin edəcək. Həbsxanaya yeni təyin olunmuş, həbsxanada rəis müavini vəzifəsində işləmiş, təcrübəli, ədliyyə polkovniki Aftandil Əliyevlə dəfələrlə görüşərək rəsmi nümayəndəsi olduğum məhbusların yaranmış bəzi problemlərilə əlaqədar söhbət edib, problemin aradan qaldıırılmasına nail olduğuma görə, onun obyektiv və anlayışlı insanpərvər, humanist, ali qanunlarımıza hörmətlə yanaşan bir şəxs kimi təəsürat yaranmışdır. Ümid edirəm ki, məhbuslara qarşı obyektiv, anlayışlı münasibət yaranacaq, Fikrət Qafarovun həbsxanada yaradaraq qoyub getdiyi problemlər aradan qaldırılaraq, nəhayət məhbuslar dinc şəraitdə öz cəzaçəkmə müddətini davam edəcək”.

“Həbsxana rəisinin xəbəri olmadan heç bir hərəkət edə bilməzlər”

Müslümat Rzaxanova qeyd edib ki, ömürlük məhkum Rafik Bayramov da ona müraciət edib: “Həmin ömürlük məhbus deyib ki, həbsxanada telefonla tutularaq istintaq təcridxanasına gətirilib. Bildirib ki, uzun illərdir həbsxanada rəisin sağ əli olan, nəinki telefon satan, eyni zamanda məhbusun şəxsi vəsaiti hesabına təmir edib, nisbətən şərait yaratdığı və saxlandığı kameranı işgəncə və zorakılıqla çıxarılıraq, imkanlı məhbuslara satmaqla məşğul olan, kamera, elektrik məişət avadanlıqları alverçisi Adil Şirməmmədovdan həmin telefonu 500 manata almışdım. Adil 2008-ci ildən həbsxanada işləyib) Elə o zamandan məhbuslara telefon sataraq, bir müddətişlədir. Həmin vaxtdan da telefonu özü satdığına baxmayaraq, bir müddətdən sonra kamerada axtarış təşkil edir və “təsadüfən” telefon aşkar olunaraq, ondan telefon alan məhbus cəzalandırılır, həmin telefon təkrar digər məhbusa satılırdı. Şirməmmədovun “biznesindən” həbsxana rəisinin xəbəri olmadığı isə cəfəng oladı. Çünki həbsxanada Fikrət Qafarovun xəbəri olmadan hətta milçək uça bilməz! Fikrət Qafarov Adil Şirməmmədovun işdən qovulmasının səbəbini oğlum Şakirdə gördüyünü və buna görə oğlumu əbəs yerə hədələməmişdi. Kameraya gələrək “təsadüfən” həmin telefonu özü aşkar edir, məhbus ağır işgəncələrlə döyülərək cəzalandırılır. Bir müddətdən sonra isə həmin telefon başqa məhbusa satılırdı. Bu illərdir davam edir. Sözsüz ki bütün bu halları həbsxana rəislərinin məlumatı olmadan mümkün deyil. Adil Şirməmmədov ona görə rəislərin ən etibarlı “sağ əli” sayılırdı. İndi həmin telefona görə ancaq Rafik Bayramov məhkəməyə cavabdeh qismində gətirilib. Bir neçə ay bundan əvvəl Adil Şirməmmədov cinayət hərəkətlərinə görə “təqaüdə” göndərilib. Adil Şirməmmədov da məhkəmədə cavabdeh qismində məsuliyyət daşımalıdır. Adil və yaxud digərləri həbsxana rəisinin xəbəri olmadan heç bir hərəkət edə bilməzlər. Rafik Bayramov deyir ki, 3/4 məhkəmədən cinayətkar Adil Şirməmmədovun məsuliyyətə cəlb edilməsini tələb edəcək. Onun barəsində kifayət qədər faktlar mövcuddur”.

“20 ildir bunun şahidiyik”

Komitə sədri bildirir ki, Fikrət Qafarov həbsxanaya yeni təyin edildiyi günlərdə 20-yə yaxın telefon aşkarlandığı və həmin telefonlar televiziyada da nümayiş etdirilib: “Mən tam məsuliyyətlə deyə bilərəm ki, telefonların heç biri giriş qapısından həbsxanaya keçməyib, çünki bu mümkün ola bilməzdi. Telefonların ölçülərinə fikir verəndə aydın görünür ki, o ölçüdə telefonu nə bədəndə, nə ərzaqların içimdə buraxılışdan keçirilə bilməzdi. Çünki bütün görüşə gələnlər həm az qala lüt soyundurularaq, həm də xüsusi cihazla hərtərəfli yoxlamadan keçir. 20 ildir bunun şahidiyik”. Müslümat Rzaxanova bildirib ki, həbsxanada məhbuslara qarşı həbsxana rəisi tərəfindən qəddarlıqları, həbsxananı şəxsi mülkiyyətə çevirməsi, şikayət edən məhbuslar barəsində saxta ittihamlar tərtib edilərək əlaqədar rəhbərliklərə saxta, yalan, tamamilə həqiqətə uyğun olmayan sənədlərə imza atan həbsxana rəisi Fikrət Qafarov barəsində ətraflı ,faktlara istinad edərək, Pentensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciət etmişdik.Cənab Ceyhun Həsənovdan xahiş etmişdik imkan daxilində bir neçə məhbus valideyinini qəbul etsin. Gözləyəcəyik, inanırıq ki, bütün bu qəddarlıqlara ədliyyə nazirinin müavini, penitensiar xidməti idarəsinin rəisi Ceyhun Həsənov münasibətini bildirəcək. Həm məhbusların, həm onların yaxınlarının yaşadıqları faciəli həyatını dərk edərək lazım bildiyi tədbiri görəcəyinə əminik”.

“Oğlumu huşunu itirənədək döyüblər”

Ömürlük məhbus Vüqar Əliyevin anası Məlahət Əliyeva bildirib ki, həbsxana rəisi Fikrət Qafarovun məhbuslara qarşı qəddarlıqları son həddə çatıb: “Rəis mənim oğlumu işgəncələrlə öldürmək istəyir. Belə ki, həbsxananın Nizami adlı məsul işçisi ömürlük cəza çəkən oğlum Vüqar Əliyevə 700 manata satdığı telefon bir müddət işlədildikdən sonra “təsadüfən” aşkar edilir. Vüqar telefonu kimdən aldığını dedikdə isə əvvəl huşunu itirənədək döyüldükdən sonra karsa aparıb, qolları arxadan çarpayıya qandallanaraq, belə ağrılı iztirablarla huşunu itirənədək karsda qalır, ona hətta su da vermirlər. Vəziyyəti daha ağırlaşandan sonra şəhərdən həkim çağırılır, təcili müalıcə müəssisəsinə aparılır. həbsxana rəisi “telefon məsələsini” ört-basdır etmək üçün bizdən min manat istədi. Həmin məbləği ala bilmədiyi üçün telefon alveri ilə məşğul olan həbsxana işçisi Nizamiyə yox, məhz Vüqara cinayət işi açılır. Biz bu barədə baş prokurora, bütün əlaqədar rəhbərliklərə, hətta Prezidentə şikayət etdiyimiz üçün Vüqar həbsxana rəisi Fikrət Qafarov tərəfindən daha ağır təzyiqlərə məruz qalıb. Hər cür bəhanələrlə, saxta ittihamlarla ardıcıl olaraq karsla cəzalandırılır.

“Oğlum hər hansı bir cinayət aləmi ilə əlaqə saxlamayıb”

Belə ki, bir neçə gün əvvəl həbsxana rəisinin göstərişi ilə istintaq təcridxanasına aparılan Vüqar bu isti günlərdə təcridxanaya aparılarkən, həmin maşında olan çox ağır, havasız təkadamlıq kameraya salınaraq, qapısını bağlayıblar, tam havasız şərait yaradılıb. Ürək çatışmamazlıqdan əziyyət çəkən Vüqar təcridxanaya çatana qədər son həddə çatdırılaraq, damarlarını doğrayıb, özünə bədən xasarəti yetirməyə məcbur olub. Vüqar ona satılmış telefonla ancaq mənimlə, atası ilə əlaqə saxlayıb, məhkəmə işi ilə maraqlanıb, vəkillə əlaqə saxlamaq istəsə də, mümkün olmayıb. Mənim oğlum telefonla hər hansı cinayət aləmi ilə və yaxud digərləri ilə əlaqə saxlamayıb, qəbuledilməz hərəkətlərə yol verməyib. Bunu telefonu araşdıranlar da təsdiq edib. Oğlum saxlandığı tam blokada şəraitində kim olursa olsun, eyni ilə telefon satandan telefon alıb, həyatına yaradılan hər hansı təhlükənin qarşısını almaq istəyərdi. Belə olan halda niyə qapalı həbsxanada telefon alverçiləri məsuliyyətə cəlb olunmur ? Niyə mənim oğlumla telefon alverçisi məhkəmədə eyni ilə cavabdeh qismində iştirak etmir?”. Qeyd edək ki, Vüqar Əliyev Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətilində ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilib. Vüqar Əliyevlə birlikdə cinayətdə iştirak edən Lamiyə Quliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə həbsxanadaykən Lamiyə Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi üzrə əlavə cinayət işi açılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay da artırılıb. Lamiyə Quliyeva rəsmi nikahı olmadığı halda cəzaçəkmə müəsisəsində 2014-cü il oktyabrın 16-da övlad dünyaya gətirib. 2015-ci il fevralın 4-də Baş Prokurorluq Lamiyə Quliyevanın barəsində olan cinayət işi ilə bağlı protest verib. Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədov tərəfindən protestin baxılma müddətinin bərpa olunması və protestə baxılması barədə qərar qəbul edilib. Bundan sonra iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 2015-ci il fevralın 20-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Lamiyə Quliyeva barəsində cəza dəyişdirilib. Onun barəsində 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub. Həmin cəzanın müddəti başa çatdığı üçün Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08
Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05
Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44
Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42
Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35
Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34
Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19
Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16
İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07
Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02
Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50
Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49
Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48
Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25
Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19
Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18
Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05
Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39
“Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32
İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23
Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16
“Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13
Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02
Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00
Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43
Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38
Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35
Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32
NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22
“TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru