Qazaxda yerli məmurlar vətəndaşa problem yaradırlar... - ŞİKAYƏT VAR
Tarix: 13-11-2015, 09:14 | Çap et
DİA.AZ: - Redaksiyamıza müraciət etmiş şikayətçi vətəndaş məhkəmə qərarının icra olunmaması səbəbindən hüquqlarının pozulduğunu bildirmişdi. Həmçinin təqdim olunan açıqlamalardan belə qənaətə gəlmək olurdu ki, məhkəmə qərarının icrasını təmin etməli olan məmurun özü də öz vəzifə borcunu icra etməkdə acizdir. Başqa sözlə desək, məhkəmə qərarlarının icra şöbəsinin məmuru subyektiv səbəblər üzündən oz funksiyasını həyata keçirə bilmir. Bütün bu qanun pozuntularının kökündə isə Qazax Rayon Polis Şöbəsi rəisinin köməkçisi Renat Qədimovun yol verdiyi vəzifəsindən sui-istifadə əməli dururdu. Bu xüsusda şikayətçinin təqdim etdiyi məlumatda bildirilirdi ki, o, bir müddət bundan əvvəl Qazax rayon sakini Vəliyeva Nabat Qələndər qızının törətdiyi müəyyən əməllər nəticəsində maddi ziyan çəkmişdir. Bundan sonra Qazax Rayon Məhkəməsi tərəfindən maddi təzminat qismində Nabat Vəliyevadan müəyyən məbləğin tutularaq zərərçəkmiş şəxsə ödənilməsinə dair qərar verilmişdir. Lakin aradan bir müddət keçsə də, məhkəmə qərarının icrası təmin olunmamışdır. Belə ki, məlum olub ki, icraçıya məhz Qazax RPŞ rəisinin köməkçisi Renat Qədimov tərəfindən təzyiq göstərilir. Aldığımız məlumatda bildirilir ki, Renat Qədimov bir müddət əvvəl qanuni nigahda olduğu həyat yoldaşından boşanmışdır və hal-hazırda Nabat Vəliyeva ilə vətəndaş nigahı əsasında birgə yaşayır. Eyni zamanda Renat Qədimovla Nabat Vəliyevanın ortaq biznes maraqları da vardır. Belə ki, Nabat Vəliyeva hazırda polis əməkdaşına məxsus olan gözəllik salonunu işlədir. Məhz bu iki amil də Renat Qədimovu vəzifəsindən sui-istifadə edərək, icra məmuruna təzyiqlər göstərməyə təhrik etmişdir. Qazaxdan dünən aldığımız növbəti məlumatda isə, bu məsələyə dair yeni açıqlamalar təqdim olunub. Şikayətçi vətəndaş bildirir ki, məhz onun özünün atdığı müəyyən addımlar nəticəsində artıq Nabat Vəliyeva tərəfindən borcun ödənilməsi təmin olunmuşdur. Lakin nəticə etibarı ilə problem öz həllini hələ də tapmamışdır. Vətəndaş iddia edir ki, indi də onun hüquqlarını pozan şəxs qismində artıq bir başqası deyil, məhz Qazax rayonu Məhkəmə qərarlarının icra şöbəsinin rəisi Ramiz Şəmmədov özü çıxış edir. Vətəndaşın sözlərinə görə, icra məmurlarının Nabat Vəliyevadan ödəməli olduğu pulu ala bilməyəcəklərinə tam əmin olduqdan sonra, o, təxminən bir həftə bundan əvvəl, Daxili İşlər Nazirliyinə və Prezident Administrasiyasına məsələ ilə bağlı teleqram vurmuşdur. Bu günlərdə isə, məsələni yerində araşdırmaq məqsədilə Qazaxa DİN-in xüsusi müfəttişlik bölməsinin əməkdaşı Şirin müəllim gəlmişdir. Vətəndaş bildirir ki, onun şikayətinə son dərəcə operativ və obyektiv baxılmış, bundan sonra isə, qarşı tərəfdən borcu ödənilməsi təmin olunmuşdur. Yeri gəlmişkən, redaksiyamıza etdiyi müraciətində şikayətçi vətəndaş bu xüsusda ona göstərdikləri köməyə görə DİN-in rəhbərliyinə və məxsusi olaraq xüsusi müfəttişlik bölməsinin əməkdaşı Şirin müəllimə dərin təşəkkürünü bildirməyimizi də xahiş etmişdir. Lakin problem bununla da öz həllini tapmamışdır. Məsələ bundadır ki, rəsmiyyətin gözlənilməsi üçün Nabat Vəliyeva tərəfindən ödənilən məbləğ birbaşa şikayətçiyə deyil, icra şöbəsinə təqdim olunmuşdur. Bundan istifadə edən Ramiz Şəmmədov isə, həmin məbləğin yalnız yarısını vətəndaşa təkli etmiş, digər yarısının da guya ki, icra xərcləri kimi şöbənin hesabına keçməli olduğunu bildirmişdir. Maraqlıdır ki, şikayətçi vətəndaş həqiqətən də bir müddət əvvəl Ramiz Şəmmədovla aralarında geri alınacaq pulun yarı bölünməsi barədə razılığa gəlindiyini inkar etmir. Lakin bu, yalnız o halda baş verməli idi ki, məhz icra şöbəsi borcun ödənilməsini təmin edə bilsin. Amma icraçılar məhkəmə qərarının icrasını təmin edə bilmədilər və yalnız DİN-in xüsusi müfəttişlik bölməsinin işə müdaxiləsindən sonra borc geri ödənildi. Bununla belə, Ramiz Şəmmədov ödənilən pulun yarısını mənimsəməkdə israrlıdır. Şikayətçi vətəndaş bildirir ki, yaranmış vəziyyətdə o, pulun qalan hissəsini də qəbul etməkdən imtina edib və hal-hazırda məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etməyə hazırlaşır.
Yazıda adı keçən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
• 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35 |
|
|
|
• Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28 |
|
|
|
• Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17 |
|
|
|
• Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12 |
|
|
|
• BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02 |
|
|
|
• Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53 |
|
|
|
• "Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:51 |
|
|
|
• Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Dünən, 15:49 |
|
|
|
|