Sabunçuda işi çətinə düşənlər... - ASAN-xidmət da çarə qıla bilmir - ŞİKAYƏT VAR
Tarix: 27-10-2015, 08:57 | Çap et
Bəs bu hünər yoxdursa, hansı hökmdən danışmaq olar?! Hünərsiz hökmlərin bolluğunda isə qardaşlıqdan necə dəm vurasan?! Xülasə...Balaca məmurların özbaşınalığından böyüklərə yazdıqlarımın baxılması üçün elə balacaların özünə də qaytarıldığını gördükdə sarsıldım.Doğrudanmı biz hələ 16-cı əsrdəyik?! Axı güclü idarəçilik ənənələrimiz olub! Elə indi də ASAN XİDMƏT-imiz dünyaya nümunədir. Bəs mənim haqq işim niyə ÇƏTİNƏ düşüb?” Axı mən də müsəlmanam, cənablar!” - deyib haray salsam da, səsimə səs vermədilər. Üz tutdum məhkəmələrə.
Deyim ki, iddiama üç instansiyada- mülki, inzibati-iqtisadi və bir apellyasiya məhkəməsində baxılıb. Hər üç məhkəmədə traktorla 30-a yaxın meyvə ağacını məhv edən, xəbər vermədən ev, hasar dağıdan, saxta sərəncamla istifadəmdə olan torpaqda tikinti aparmağa şərait yaradanlar qaldı bir kənarda. Əvəzində məni çəkdilər məhşər ayağına; niyə torpağı zəbt etmisən? Niyə tikinti aparıbsan? Bələdiyyə niyə səninlə icarə müqaviləsi bağlayıb? Evinin qalan hissəsini də söksələr, nə edərsən? Və sair... Sonuncu sualın müəllifi Bakı şəhər 2 saylı inzibati-iqtisadi məhkəməsinin hakimi Xaliq İmanov yalançılıqda bütün rekordları təzələdi. Guya iddia əri- zəmdə göstərdiyim sənədlər təqdim olunmayıb,ev də sökülməyib, hasar da uçurulmayıb. İcranın saxta sərəncamı, sındırlmış ağaclar barədə ağzına su alan hakimin gözünə nə vaxtsa sökülüb “təmizlənmiş” metal tor hasar göründü.
Kəşf etdi ki,ərazidə “ yol genişlənməsi” baş verdiyindən “obyektlər geri çəkilib”... Bəh , bəh,bəh! Eynilə Sabunçu İcra Hakimiyyəti başçısının müavini Güloğlan Məmmədovun ağ yalanları möhtərəm hakim Xaliq İmanovun ifadəsində!!!
Sabunçu rayon məhkəməsində isə, bələdiyyə qarşısında 1980-ci ildən istifadəmdə olan 250 kv.m. məlum torpaq sahəsinin mülkiyyətimə verilməsi üçün iddia qaldırdım. Gülünc vəziyyət yarandı. Başladılar fal açmağa ki, torpaq bələdiyyənin mülkiyyətindədir, yoxsa dövlətin? Bu yerdə icranın vəkili özündən çıxdı, nə çıxdı... Torpaq Məcəlləsinin 47-ci və bir yığın maddələri qatıb qarışdırdı. Mən isə Mülki Məcəllənin 178.6 maddəsini qalxan edib 30 ildən artıq etirazsız istifadəmdə olan torpağın mənə də verilməsini əsaslandırdım. Hüquq cəngavərləri artıq xorla düşdülər üstümə ki,sən çox incəliyi başa düşmürsən. Bu qanun 2000-ci ildən qüvvəyə minib, yəni hələ 15 il də gözləməlisən. Sakitcə məsləhət gördüm ki,gedin Konstitusiya Qanununun 149.7 maddəsini oxuyun. Bakıxanov bələdiyyəsinin vəkili isə əl atmadığı yalan qalmadı. 2005-ci ildən bəri yuxarı təşkilatlara torpağın mənə verilməsi üçün məktublar yazan bu idarə 2008-ci ildən tikdiyim tikili barədə mənimlə icarə müqaviləsi də bağlayıb, vergiyə də cəlb edilmişəm, 10m.80qəp. 21.06 2011-ci ildən isə qəsəbədə yaradılan qeyri-qanuni tikililərin qeydə alma komissiyasına ərizə ilə müraciət etmişəm. Məhz bu bələdiyyənin verdiyi eskiz əsasında elə o vaxtdan torpaq (ildə 37m.50 qəp.) və əmlak (ildə 6m.) v e r g i l ə r i n i ödəməkdəyəm. 2009-cü ildən 2014-cü ilədək olan müraciətlərimə eyni cavab verilib: “torpaq sahələrinin xəritəsi hazır olan kimi ərizənə baxılacaq.” Elə bu bəhanə ilə də məhkəmənin iclasları aydan aya keçirilərək proses 8 ay uzadılıb. 01.05.2015-ci il tarixdən(bu haqda məhkəmədə vəsatət qaldırmağıma baxmayaraq) İcra hakimiyyəti SAXTA sərəncamla Anar Bağırov adlı şəxsin qalan ağacları da məhv edib sahəmdə kafe tikməsinə şərait yaratmış, bələdiyyə də buna göz yummuşdur. Əmlak komitəsindən aldığım arayış gözlənilməz oldu: “Torpaq bələdiyyəyə məxsusdur”. Əslində buna şübhəm də yox idi. Bu zaman başqa əmma tapdılar: “Ümumi istifadədə olan torpaqdır, mülkiyyətə vermək olmaz”. Nəhayət , mənim də vəkilim dilə gəldi ki, bu torpaq qeyri-qanuni zəbt olunan torpaqdir. Bura ancaq “Bələdiyyə torpaqlarının idarə edilməsinə dair qanunun 16.3 bəndi şamil edilməlidir. Qanunda isə yazılıb ki, tikinti məqsədilə zəbt olunmuş qeyri-qanuni istifadədə olan bələdiyyə torpaqları bu qanun qüvvəyə minənədək, yəni 12.12.2008-ci il tarixinədək ya geri alınmalı, ya da istifadəçinin mülkiyyətinə verilib, vergiyə cəlb olunmalıdır. Bakıxanov Bələdiyyəsi isə 2008 və 2011-ci illərdən iddiaçını vergiyə cəlb etsə də, torpağı mülkiyyətinə verməmiş, Anar Bağırov kimilərə satmaq üçün süründürməçiliyə yol vermişdir. Məsələ burada da bitməli idi. Nədənsə bələdiyyədən torpağın ümumi istifadədə olması barədə sənəd tələb edildi. Üç gün sonraya təyin ediilən iclasda da tələb olunan sənəd təqdim olunmadı. Əsl möcüzə bundan sonra baş verdi. “Müşavirə” otağına getməklə qayıtmağı bir olan hakim axır ki, qətnaməni oxudu: “...torpaq ümumi istifadədə olduğu üçün tələb təmin edilməsin...” Elə buna da bəh, bəh, bəh...
Bələdiyyə sədrinin dedikləri hakim Elşən Kazımovun ifasında!
İnzibati-iqtisadi məhkəmənin çıxardığı qərardaddan apellyasiya şikayətimə “baxış”uzun çəkmədi. Hakimin əsaslandığı yalan faktları dəlillərlə ifşa edib çıxışımı yazılı şəkildə, yeni faktlarla hakim Valeh Ağayevə təqdim etdim.Yenə nədənsə cavabdeh tərəf gəlmədiyindən bələdiyyə nümayəndəsindən soruşdular ki,niyə vergi alırsınız. (heç işə dəxli var?) O da növbəti yalana imza atdı: “banka ödəyib poçtla göndərirlər.Dedilər,siz də poçtla geri qaytarın”. Nümayəndə yenə qızara-qızara susdu.”Məhkəmə iclası” burada da bitdi. Hakimlər “müşavirəyə” girib çıxdılar: “iddia təmin edilməsin”. Yenə də bəh,bəh,bəh... Qarşıda hələ Ali məhkəmələr var. Hələ çox “bəh, bəh”lər olacaq.Avropa məhkəmələrinə yol axtarıram. Ancaq qorxuram ki, bu məmur tayfası Şəhrəbanu xanımdan da zirək tərpənib təkcə Avropa məhkəməsi yerləşən Parisi yox, bütün Avropanı partladalar. Onda bəs özümüzü kimlərə oxşadarıq? Hara şikayət edərik? Düşünürəm, elə Afrikaya müraciət etsəm, yaxşı olar,axı orada da cəngəllik qanunları hökm sürən cəngəlliklər az deyil...Hər halda onların təcrübəsi Avropadakından da çox olar! Hörmətlə; Sərraf Əsəd Muğanlı
Redaksiyadan: Bu maraqlı yazı bir daha göstərir ki, yerində olmayan bəzi kiçik məmurlar, şahı qanun hesab edən bəzi hakimlər vətəndaşları qəsdən dövlətdən narazı salmaqda maraqlıdırlar. Vətəndaşları haqsız incidən, onları qəsdən dölətdən narazı salan MTN generallarının aqibəti Prezident cənab İlham Əliyevin qətiyyəti nəticəsində hamıya məlumdur. Bu baxımdan inanırıq ki, oktyabrın 28-də Ali Məhkəmədə olacaq prosesdə hakim Zakir Quliyev, noyabrın 6-da Apellyasiya məhkəməsində keçiriləcək prosesdə hakim Toğrul Əliyev obyektiv qərar çıxarmaqla ədalətin bərpasına nail olacaqlar və bununla da vətəndaşın dövlətdən narazı salınmasına son qoyulacaq.\\tezadlar.az\\ Mövzunu diqqətdə saxlayacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
• 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35 |
|
|
|
• Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28 |
|
|
|
• Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17 |
|
|
|
• Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12 |
|
|
|
• BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02 |
|
|
|
• Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53 |
|
|
|
• "Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:51 |
|
|
|
|