Gədəbəydə narın-narın korrupsiya... - Yerli məmurdan özbaşınalıqlar...
Tarix: 18-09-2015, 09:21 | Çap et
Gədəbəy ölkəmizin ucqar rayonlarından biri olduğu üçün, bu rayonda baş alıb gedən həngamələrin, tüğyan edən sosial problemlərin nə həddi, nə də ki, hüdudu var. Ümumilikdə götürdükdə isə onu qeyd edə bilərik ki, baş verən olayların “flaqmanı” rolunda əksər vəzifə sahibləri, o cümlədən rayonun Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov, Z.Əliyeva adına Mərkəzi Rayon Xəstəxanasının “əbədi və əzəli” baş həkimi Ramiz Pirverdiyev, ən əsası isə icra hakimiyyətinin başçısı Ramiz Yediyarovla bərabər, digər vəzifə sahibləri də mühüm rol oynayırlar.
Maliyyə “şefi”nin söz sahibi olmasına səbəb nədir?
Məsələn, məlumatlı mənbə bildirir ki, Namiq Məmmədov olduqca strateji bir sahəyə rəhbərlik etdiyindən, bu gün o, rayonda əsas fiqurlardan birinə çevrilib. Yəni, istər kadr təyinatında, istər maliyyə mənimsəmələrində, istərsə də bəzi vəzifə sahiblərindən fərqli olaraq, müxalifət təmsilçilərinə “canyananlıq” etməsinə görə də, o, rayonda xüsusi ad da çıxarıb. (GundemXeber.az) Mənbə bildirir ki, Namiq müəllim hələlik adını çəkmək istəmədiyimiz müxalifət təmsilçisinə, şəhərin Heydər Əliyev prospektində, hansı ki, bir və iki saylı binaların yaxınlığındakı zibilxananı təmizlətdirməklə 4 sot torpaq sahəsini “pay-püş” edib. Verilən məlumatda o da bildirilir ki, qeyd olunan ərazidə 1 sot torpaq sahəsi 3-4 min manat həddində qiymətləndirilir. Maliyyə “şefi”nin belə bir addımı sakinlər arasında kütləvi narazılığa səbəb olsa da, Məmmədov Yediyarov ittifaqının qüdrəti hər cür narazılığın qarşısını ala bilir.
Namiq Məmmədov Səkinə xanıma vəzifəsini daşımaq üçün niyə dəstək verir?
Rayonun mərkəzi xəstəxanasında baş verənlərdən bəzilərinin də, Namiq Məmmədovun dəstəyi ilə “yoluna” qoyulması, bu gün Gədəbəydə daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. Belə ki, xəstəxanada maliyyə mənimsəmələri barəsində hansı mətbu orqanda açıqlama işıq üzü görürsə, dərhal maliyyə “şefi” lazım olan “rıçaqlarını” işə salıb, qeyd olunan açıqlamaların qarşısını ala bilir. (GundemXeber.az) Çünki, verilən məlumatda o da bildirilir ki, xəstəxananın baş mühasibi vəzifəsini daşıyan Səkinə xanım ali təhsilli kadr olmadığından, ona daşıdığı vəzifəsində qalmaq üçün Namiq müəllimin dəstəyi kifayət edir.
Ümumiyyətlə, xəstəxanada baş alıb gedən maliyyə mənimsəmələri Namiq müəllimlə Səkinə xanımın işbirliyi sayəsində baş tutduğundan, ikinci tərəf də kifayət qədər var-dövlətə malik olan şəxslərdən biri hesab olunur. Məlumatı verən mənbə bildirir ki, baxmayaraq ki, Səkinə xanım xəstəxananın baş mühasibdir, bu gün onun Bakıda, Tərtərdə, elə Gədəbəyin özündə dəyəri yüzminlərlə qiymətləndirilən əmlakı, həyətində isə 3-4 ədəd bahalı maşını var. (GundemXeber.az) O halda sual oluna bilər ki, yazılanlar həqiqət deyilsə, bəs bu qədər var-dövlət hardandır? Xəstəxanaya üz tutub “UZİ”-dən keçmək istəyənlərin də istəkləri, Səkinə xanım tərəfindən həyata keçirilir. Belə ki, o, hər dəfə “UZİ”-dən keçmək istəyənlərdən 20 manat almaqla, büdcəsini gündəlik formalaşdıra bilir.
Əldə etdiyimiz başqa bir məlumatda o da bildirilir ki, mərkəzi xəstəxana rəhbərliyinin yerli sakinlərə qənim kəsilmələri də, bu gün çoxsaylı sakinləri çıxılmaz duruma salıb. Belə ki, onlar adicə rentgendən keçmək üçün Şəmkirə, Gəncəyə, Bakıya və digər ünvanlara üz tutmağa vadar olurlar. Buna səbəb isə, mərkəzi xəstəxananın rentgen aparatındakı linzanın, Bakı şəhərində fəaliyyət göstərən özəl klinikalardan birinə satılmasıdır.
Gədəbəyin MRX-sı müalicə müəssisəsidir, yoxsa alverxanadır?
Gədəbəydə Ramiz Pirverdiyevin rəhbərlik etdiyi xəstəxananın müalicə mərkəzinə deyil, daha çox bazarxanaya bənzəməsinin kökündə, tətbiq olunan idarəçiliklə bərabər digər amillərin də varlığı əsas səbəblərdəndir. Məsələn, baş verənlər haqda məlumatları redaksiyamıza təqdim edən mənbə bildirir ki, ölkə rəhbərinin tapşırığı əsasında bir müddət bundan əvvəl, sakinlərlə bölgədə görüş keçirməyə gedən səhiyyə naziri cənab Oqtay Şirəliyev, Z.Əliyeva adına Gədəbəy rayon Mərkəzi Xəstəxanasıda 11 dəqiqə olduqdan sonra, teztələsik xəstəxananı tərk edib rayonun Slavyanka kəndindəki istirahət mərkəzinə üz tutur. (GundemXeber.az) Həmin gecə istirahət mərkəzində istirahətini edən Oqtay Şirəliyevin sakinlərlə görüşü baş tutmadığından, bu gün də atılan addım sakinlər arasında müzakirə olunmaqdadır. Təəssüf doğuran hal o olur ki, əvvəla sakinlərlə nazirin görüşü baş tutmur. Belə bir görüş baş tutsaydı, o halda Gədəbəyin mərkəzi xəstəxanasını bazarxanaya çevirən, xəstələrə verilməli olan dərmanları, ərzağı və.s-ni “xırıd”
edən Ramiz həkimlə bağlı giley-güzarlarını, bəlkə də nazirə çatdıran tapılacaqdı. Nazirin bölgəyə səfəri zamanı sakinlər uduzsa da, udan isə Slavyanka kənd xəstəxanasının rəhbəri Səyyar həkim olur. Çünki onun müalicəyə göndərilməsi üçün, nazir tərəfindən müvafiq tapşırıq verilir.
Ehtiyatda olan zabitin qanı niyə batırılır?
Son aylar Gədəbəydə baş verənlər olaylar içərisində, silahlı qüvvələrimizin ehtiyatda olan zabiti, DQ müharibəsi veteranı, kapitan Qasmov Musa Heydər oğlunun dünyasını dəyişməsi, bu gün də hər kəsi sarsıdır. Çünki, onun ölümü ilə bağlı məlumatları əldə edərkən o da məlum oldu ki, 23 may 2015-ci il tarixdə Gədəbəydə kanalizasiya işlərini yenidən quran şirkətin əməkdaşları, rayonun şəhid Vahid Rüstəmov adına küçəsində qazıntı işləri apararkən, Əliyev Yusif Duman oğlunun evinə gizli yolla çəkilmiş mavi qaz boru xəttini təsadüf nəticəsində partladırlar. (GundemXeber.az) Baş verən hadisədən sonra Musa Qasımov, Gədəbəy rayon Qaz İstismarı Sahəsinin rəisi Məzahir Hüseynova baş verən hadisə ilə bağlı məlumat versə də, o, problemin həll olunacağına söz verir. Amma vaxt keçir, o, verdiyi vədinə əməl etmir. Musa Qasımova məxsus ev partladılmış mavi qaz xəttinə yaxın olduğundan, evdə mavi qazın yandırılması çox keçmir ki, əsl faciəyə çevrilir. Belə ki, partlayışdan ev tamamilə darmadağın olur və ağır yanıq xəsarəti ilə Bakıya çatdırılan Musa Qasımovun vəziyyəti isə, günü-gündən ağırlaşır. Və çox keçmir ki, o, dünyasını dəyişir.
Mərhumun ölümündə birbaşa günahkar olan qaz istismarı idarəsinin rəhbərliyi ilə bərabər, kanalizasiya xətlərinin yenidən qurulmasını həyata keçirən şirkət rəhbəri Elxan adlı şəxs də, bu gün istintaqdan yayına bilirlər. Bu haqda məlumatı verən Qasımova Həqiqət Qədir qızı (mərhumun həyat yoldaşıdır) bildirir ki, qeyd olunan şirkətə “İslam İnkişaf” bankından 59 milyon manat vəsait ayrılıb ki, həmin vəsaitin müəyyən hissəsi ilə şirkət rəhbərliyi hüquq-mühafizə orqanlarını “susdura” bilıir. Gədəbəy rayon Qaz İstismarı Sahəsinin rəisi Məzahir Hüseynovun da, xeyli miqdarda xərcə düşdüyü bildirilir.
Baş verən hadisədən sonra məsuliyyətdən yayınmağa çalışanlar ilk öncə cəhd edirlər ki, gizli yolla çəkilmiş və partladılmış 82 metr uzunluğunda olan mavi qaz boru xəttini qaranlıqda kəsib götürsünlər. Məqsədləri izi itirmək və qeyd etmək ki, ev qaz sızması, yaxud da digər səbəblər üzündən partlayıb. (GundemXeber.az) Amma, onların cəhdi uğursuzluğa düçar olur. Çünki, boru xəttini kəsmək istəyənləri mərhum Musa Qasımovun oğlu görür və qarşı tərəfə məqsədlərini gerçəkləşdirməyə imkan vermir. Mərhumun həyat yoldaşına isə prokurorluqdan bildirilir ki, “bir az gözləyin, hələ ki, işin istintaqı davam etdirilir”. Aylar uzunu belə bir cavabın verilməsi isə, baş aldatmaqdan başqa bir şey deyil.
Dünyasını dəyişən Musa Qasımovun evi darmadağın olduğundan, bu gün yağış suları altında qalan ev və içərisindəki əşyalar olduqca bərbad haldadır. Buna səbəb, əmələ gələn olayla bağlı məsuliyyət daşıyan qurum rəhbərlərinin evin təmiri ilə bağlı cəhd göstərməməsi və baş verənlərə biganə yanaşmalarıdır.
Bəli, bütün bunlardan sonra kim deyə bilər ki, Gədəbəydə haqq-ədalət var? Yəqin ki, belə bir sualın özü, hal-hazırda rayonda yaşanan mənzərənin varlığını, birdə ki, haqq-ədalətin “qeybə” çəkilməsinə bir işarədir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39 |
|
|
|
• İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33 |
|
|
|
• ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30 |
|
|
|
• Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28 |
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
• 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35 |
|
|
|
• Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28 |
|
|
|
• Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17 |
|
|
|
|