Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... .....                     Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" .....                     Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... .....                     "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." .....                     Seçkilərin nəticələri bu tarixdə elan olunacaq .....                     “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... .....                     ABŞ-Ermənistan xartiyasının pərdəarxası .....                     Suriyadan Rusiya, İsrail və İrana .....                     Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... .....                     ABŞ-la münasibətləri bərpa etməyə hazırıq .....                     Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb .....                     ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu .....                     “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib .....                     Tramp Putinlə telefon danışığına hazırlaşır .....                     Əməkdar artist harada dəfn ediləcək? .....                     Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq .....                     Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... .....                     Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? .....                     Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur .....                     Ermənistana qarşı .....                     Estoniyada hərbi təlimlər başlayır .....                     İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... .....                     Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? .....                     Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? .....                     Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb .....                     Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir .....                     Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... .....                     Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək .....                     Müharibə dayandırıla bilərdi, amma Blinken... .....                     Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... .....                     Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib .....                     Əməkdar artist Mövsüm Hüseynov vəfat edib .....                     “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...” .....                     İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... .....                     Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər .....                     “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” .....                     Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib .....                     Saxta məhsul... saxta endirim... VƏ... .....                 

Zərərçəkən MTN-in gizli agenti olacaqmış - SENSASİON AÇIQLAMA
Tarix: 20-04-2017, 09:49 | Çap et
Zərərçəkən MTN-in gizli agenti olacaqmış
Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Aprelin 19-da proses zərərçəkən İntizam Ağakişiyevin ifadəsi üzrə vəkillərin sual-cavabının davamı ilə başladı. Xatırladaq ki, ötən iclasda İ.Ağakişiyev çıxış edərək, sabiq MTN generalı Akif Çovdarovu və digər təqsirləndirilənləri rəhbərlik etdiyi “Miraj-85” MMC-nin müflis vəziyyətə düşməsində ittiham etmiş, mümkün olduğu qədər ona maddi yardımın göstərilməsini xahiş etmişdi.

İrana boş maşınlar niyə göndərilirmiş?

Vəkil Kamandar Nəsibovun sualına cavab olaraq İntizam Ağakişiyev bildirib ki, Rusiyadan vaqonlarla gətirilmiş taxta-şalban burada maşınlara yerləşdirilib İrana göndərilirmiş. 1 vaqon taxta 3 yük maşınına doldurularaq İrana yollanıb. Başqa sözlə, “Miraj-85” şirkəti Rusiyadan İrana tranzit taxta yola salan rolunu oynayırmış.

Zərərçəkənin ötən iclasda iddia etdiyi kimi, 3 maşın taxta MTN tərəfindən Bakıya geri qaytarılıb. Vəkilin “Bəs bu 3 maşın taxta – 90 ton mal necə oldu?” sualına İntizam Ağakişiyev cavab verə bilmədi.

Vəkil Cavid Rzazadə söz alaraq qeyd etdi ki, onun əlində olan məlumata görə, Rusiyadan idxal edilən taxta-şalbana görə gömrük rüsumu ödəməmək üçün “Miraj-85” MMC İrana çox az həcmdə taxta göndərərək, əslində malı Azərbaycan bazarında satırmış. Başqa sözlə, İrana yollanan maşınlar əsasən boş olub, bu səbəbdən də geri qaytarılıb.

Zərərçəkən bu iddianı rədd etdi və şirkətinin müflisləşməsində Akif Çovdarovun kürəkəni Rəşad Əmircanovun ondan aylıq “haqq” tələb etməsini əsas səbəb kimi göstərdi.

“Münəccim” zərərçəkən Səlim Məmmədovun şəklini arxa üzündən tanıyıb

Epizod üzrə digər zərərçəkən Sayibxan Səmədov ifadəsində bildirdi ki, o, təsisçisi İntizam Ağakişiyev olmuş “Miraj-85” MMC-nin direktoru vəzifəsində çalışıb.

Zərərçəkənin sözlərinə görə, rəhbərlik etdiyi və təsisçi ilə şərik olduğu şirkətin Bakı taxta bazarında yüksək nüfuzu olub. Günlərin birində ona zəng daxil olur və MTN-ə çağırılır. Ondan 200 min manat pul tələb olunur, son nəhayətdə 50 min dollara razılaşırlar.

Zərərçəkmiş 32 min dollar və 15 min manat pulu Səlim Məmmədova verdiyini qeyd etdi. Lakin bu ifadəsi zərərçəkmişə əməlli-başlı problem yaratdı. Çünki bu, ilk öncə zərərçəkmiş istintaqda verdiyi ifadəsi ilə ziddiyyət təşkil edirdi, belə ki, zərərçəkmiş istintaqda Səlim Məmmədova 45 min manat, yəni həmin dövrün 0,78 manat/dollar məzənnəsi ilə 57.692 ABŞ dolları verdiyini bildirmişdi. Hazırkı ifadəsində isə 32 min dollar və 15 min manat, yəni 19.230 dollar (cəmi 51.230 dollar) verdiyini bildirir. Vəkil Cavid Rzazadə zərərçəkmişə yalvarıb 50 min dollara (39 min manata) razılaşdığı halda nə səbəbdən artıq pul ödədiyini soruşdu, lakin zərərçəkmiş Sayibxan Səmədov suala cavab verə bilmədi.

S.Səmədov ifadəsində daha sonra bildirdi: “MTN-də İntizamı gördüm, çox pis vəziyyətdə idi. Mənə dedi ki, pul istəyirlər, bizdə isə pul yoxdur. Mən bu MTN əməkdaşlarına ancaq quldur dəstəsi deyə bilərəm”.

Zərərçəkən təqsirləndirilən Səlim Məmmədovla görüşündən də danışdı: “MTN-də artıq rəhbərlik dəyişmişdi. Mən Səlim Məmmədova zəng edib, taxta bazarına gəlməsini istədim, o da gəldi. Bildirdim ki, mənim 50 min manatımı qaytarsın, söz verdi ki, bir gün sonra qaytaracaq. Lakin həmin gündən sonra telefonlarıma cavab vermədi, bu günə qədər də cavab vermir”.

Vəkillər zərərçəkənin nəzərinıə çatdırdılar ki, Səlim Məmmədov təcridxanada saxlanılır və telefona cavab verə bilməz.

Akif Çovdarovun müdafiəçisi Kamandar Nəsibov zərərçəkəndən soruşdu ki, təsisçi olmadan, maaş müqabilində direktor vəzifəsini tutmaqla, şirkətin gəlirlərinə necə şərik olub və əldə etdiyi dividendlərdən vergi ödəyibmi? Hakim Elbəy Allahverdiyevin müdaxiləsindən və zərərçəkənin sualı anlamaması üzündən bu nüansı dəqiqləşdirmək mümkün olmadı.

Təqsirləndirilənlərin tanınması ilə bağlı sualı isə zərərçəkən qəribə şəkildə cavablandırdı: “Prokurorluqda qarşıma dörd şəkil qoyulmuşdu və onlar üzüaşağı çevrilmişdilər. Mən şəkli heç görmədən Səlim Məmmədovu tanıdım. Barmağımı şəklin üstünə qiyaraq dedim ki, bu Səlim Məmmədovun şəklidir. Çevirdilər ki, doğrudan da belədir”. Sayibxan Səmədovun bu sözləri məhkəmə zalında gülüşə səbəb oldu.

Suallara cavab verərkən zərərçəkən “Miraj-85” şirkətinin bağlandığını və hazırda işləmədiyini bildirdi. Lakin vəkillər onun diqqətinə çatdırdılar ki, hazırda bankın iddiası üzrə şirkət başqa bir məhkəmədə cavabdehdir və krediti olan şirkət bağlana bilməz, müflisləşmə ilə əlaqədar məhkəmə prosesi isə olmayıb.

Fizika müəllimi: “Oğlum elə vəziyyətdə idi ki...”

Şahid Adil Adilov ifadəsində bildirib ki, Saatlı rayonunda fizika müəllimi işləyir və zərərçəkən Qədim Ədilovun atasıdır. Şahidin sözlərinə görə, günlərin bir günü oğlu ona zəng edib tez-tələsik bildirib ki, onu MTN-ə aparırlar: “Elə danışdı ki, elə bil kimsə telefonu onun əlindən alır. Sonra o biri oğlum zəng etdi ki, Qədimin başına belə bir iş gəlib, ona da elə zəng edibmiş”.

Şahid bildirdi ki, oğlunun Akif Çovdarov tərəfindən döyüldüyünü öyrənib. “Qədim çox pis vəziyyətdə idi. Allah heç bir ata-anaya göstərməsin”, - şahid deyib.

A.Adilovun sözlərinə görə, həmin gün həkim tapa bilməyib, ertəsi gün oğlunu Sabirabada həkimə aparıb. 1-2 gündən sonra həkimin məsləhəti ilə Qədim Ədilovu MRT diaqnostikası üçün Şirvana aparıb. Orada cihaz işləmədiyindən, Bakıda 1 saylı Klinik-Tibbi Mərkəzə yollanıb. Atanın bildirdiyinə görə, “Semaşko”da həkim ona deyib ki, sənin oğlunun 1 milyon borcu var, niyə gətirmisən bura? “Sonra müayinənin nəticəsini yazıb bizi geri göndərdilər. Sabirabadda mənə dedilər ki, oğlunu götür, çıx xəstəxanadan”, - şahid qeyd edib.

Şahid Adil Adilov bir neçə ay ərzində müxtəlif dövlət orqanlarına oğlunun düşdüyü vəziyyətlə bağlı 160-dan çox şikayət teleqramı yazdığını dedi.

Baş həkim: “Qədim Ədilov simulyasiya ilə məşğul olurdu”

Şahid qismində ifadə vermiş Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılov qeyd edib ki, Qədim Ədilov xəstəxanaya daxil olarkən döyüldüyünü desə də, onun xarici görkəmində döyülməyə aid heç bir dəyişiklik olmayıb.

Dövlət ittihamçılarının və vəkillərin suallarına cavab verən şahid bildirib ki, yalnız sonradan zərərçəkmiş Qədim Ədilovun yaxın qohumunun Sabirabadda prokuror müavini işlədiyini öyrənib.

Zərərçəkmişin xəstəxanadan nəyə görə tez çıxarıldığı ilə bağlı sualı isə Ə.Mikayılov belə cavablandırdı: “Çünki simulyasiya edirdi, əslində xəstə deyildi”. Baş həkim vəkillərin suallarını cavablandırarkən eyni zamanda bildirdi ki, əgər Qədim Ədilov xəstəxanaya gəldiyi zaman üzündə və başında xəsarətlər və ya hər hansı döyülmə əlamətləri olsaydı, onlar mütləq bunu xəstənin qeydiyyat kitabçasında göstərəcəkdilər.

Baş həkimin sözlərini həmin dövrdə xəstəxanada nevropatoloq işləmiş şahid Zahid Cavadov da təsdiqlədi.

Şahidlər Qədim Ədilovu dələduzluqda günahlandırdılar

Epizod üzrə daha bir neçə şahid ifadə verdi. Şahid Cavad Şıxəliyev bildirdi ki, zərərçəkən Qədim Ədilov 50 min dollar alaraq, Yeni Yasamaldakı evini bu pulun müqabilində ona satacağını deyib. Lakin sonradan məlum olub ki, həmin mənzil başqa adamın adınadır və mübahisə obyektidir. Zərərçəkən pulu qaytara bilmədiyinə görə “Range Rover” markalı avtomobilini də şahidə verəcəyini deyib, lakin bunu da etməyib. “Hələ də həmin pulu mənə borcludur, indi də deyir ki, məhkəmə bitsin, verəcəyəm”, - şahidin bu sözlərindən sonra prosesə sədrlik edən hakim Həbib Həsənov deyib: “Məhkəmə pul paylamır”.

Daha bir şahid Natiq Həsənov zərərçəkən Qədim Ədilovu dələduzluqda günahlandırıb. Onun sözlərinə görə, 2015-ci ildə MTN-ə çağırılıb və şahidə bildirilib ki, Qədim Ədilovun yazdığı ərizəyə görə, o, zərərçəkənin şərikinə 180 min dollar borcludur. “Bu sözləri eşidib məəttəl qaldım. Bildirdim ki, mən onlara yox, onlar mənə borcludurlar. Rusiyaya gedərək, sözlərimi sübuta yetirəcək dəlillər gətirə biləcəyimi də dedim. MTN-də Qədim Ədilov mənə hədə-qorxu gəldi ki, Rusiyaya getsən, “qruz 200” (tabut) kimi qayıdacaqsan. Lakin Saratova getdim və iş gördüyüm adamlardam imzalı izahatlar aldım, onların mənə borclu olduğunu sübut etdim”, - şahid deyib. N.Həsənov həmçinin MTN əməkdaşlarının ona qarşı heç bir hörmətsizliyə yol vermədiklərini, Qədimin dediklərinin yalan olduğunu üzə çıxdıqdan sonra ondan üzr istəyib getdiklərini bildirdi.

Şahid Xaləddin Yusibov ifadəsinə Qədim Ədilovun “Azərbaycanın ən böyük bəlası” adlandırmaqla başladı. Şahid taxta almaq üçün zərərçəkən Qədim Ədilova 126 min dollar pul verdiyini, lakin nə taxta, nə də indiyə qədər pulunu geri ala bilmədiyini deyib. Şahidin sözlərinə görə, onun kimi çoxlu sayda aldadılmış şəxs Qədim Ədilovu dələduzluqda günahlandıraraq, öz pullarını tələb edir. Vəkil Cavid Rzazadə şahidə onların Qədim Ədilovun dələduzluq hərəkətləri barədə şikayətləri üzrə Nərimanov Rayon Polis İdarəsində açılmış cinayət işinin sonradan hazırkı işə birləşdiriildiyi və işə xitam verildiyi barədə məlumat verdi.

Qeyd edək ki, Xaləddin Yusibov Qədim Ədilov barəsində Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən istintaqı aparılan işdə zərərçəkmiş şəxs qismində tanınıbmış, lakin sonradan iş Baş Prokurorluq tərəfindən Nərimanov Rayon Polis idarəsindən alınıb və MTN əməkdaşlarının işinə birləşdirilib, daha sonra isə Qədim Ədilov barəsində cinayət işinə, ümumiyyətlə, xitam verilib.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov şahid Xaləddin Yusibova sual verərək bildirdi ki, Qədim Ədilov məhkəmədə verdiyi ifadəsində 23 iyun 2015-ci il tarixində MTN-də Akif Çovdarov tərəfindən döyüldükdən sonra həmin günü onunla görüşdüyünü dediyini bildirdi. Xaləddin Yusibov bu faktı təsdiq edərək həmin tarixdə pulunu almaq üçün səhər tezdən Qədimin Yasamal rayonu ərazisində kirayə qaldığı evin qarşısına gələrək onu maşınının yanında gözlədiyini, Qədimin Elşən ləqəbli qohumu ilə maşınına minməyə gəldiyi zaman onların yanına iki nəfərin yaxınlaşdığını və Qədimin həmin adamlarla MTN-ə getdiyini bildirdi.

Şahid Qədimin təxminən 2 saat sonra yenidən onunla görüşdüyünü və 9-cu mikrarayonda yerləşən restoranda onunla yeyib içdiyini bildirdi. Xaləddin Yusibov həmçinin məhkəməyə bildirib ki, yemək yedikləri zaman Qədim Ədilov ona MTN-lə işlərinin alınmadığını, rayona gedərək prokuror müavini işləyən əmisi oğlunun köməkliyi ilə guya MTN-də döyülərək kəllə-beyin travması alması barədə sənəd alacağını deyib. “Bunların başına oyun açacağam”, - Qədim əminliklə bildirib. Ertəsi gün Qədim həqiqətən rayona gedib, sonradan Natiqlə telefonla danışan zaman ona həkimlərdən həmin sənədi ala bilmədiyini qeyd edib.

Məsələnin maraqlı tərəfi ondadır ki, Qədim Ədilovu dələduzluqda günahlandıran və ona qarşı ifadə verən şahidlərin hamısı ittihamın şahid qismində təqdim etdiyi şəxslərdir.

“İntizam Ağakişiyevi agent kimi cəlb etmək istəyirdik”

Prosesdə şahid kimi ifadə vermiş DTX əməkdaşı Elçin Həsənov baxılan epizodda bəzi mətləblərə aydınlıq gətirib.

Onun sözlərinə görə, MTN-də 4-cü Baş idarədə “Miraj-85” MMC-nin təsisçisi İntizam Ağakişiyevin fəaliyyətini izləyiblər və onun Rusiya və İran iş adamları ilə yaxından əlaqədə olduğunu biliblər. Bundan sonra qərara alınıb ki, İ.Ağakişiyevin xüsusi xidmət orqanlarına mümkün əməliyyat məlumatlarının ötürülməsi potensialı oyrənilsin. Həmin səbəbdən o vaxt bir şöbədə işləyən Elçin Həsənov və Rəşad Əmircanov zəng edərək, “Miraj-85” şirkətinin təsisçisini “Pəncərə” restoranının yaxınlığındakı kafeyə çay süfrəsinə dəvət ediblər.

“Tanışlıq zamanı məlum oldu ki, İntizam Ağakişiyev ümid etdiyimiz keyfiyyətlərə və geniş çevrəyə malik deyil, buna görə də, onunla əməkdaşlıq etmək fikrimizdən daşındıq. Onu da qeyd edim ki, dəvət edən tərəf kimi çayın pulunu da biz verdik”, - şahid bildirib. Şahid vəkillərin sualına cavab olaraq onların gördüyü işlərin Akif Çovdarovun rəhbərlik etdiyi 6-cı Baş idarəyə heç bir aidiyyyatının olmadığını bildirib.

Məhkəməyə sədrlik edən hakim Həbib Həsənov növbəti iclasın bazar ertəsi, aprelin 24-də keçiriləcəyimi elan etdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05
Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57
"Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08
Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05
Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44
Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42
Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35
Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34
Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19
Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16
İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07
Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02
Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50
Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49
Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48
Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25
Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19
Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18
Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05
Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39
“Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32
İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23
Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16
“Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13
Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02
Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00
Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43
Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38
Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35
Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32
NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22
“TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru