Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir .....                     Məktəblərə internet çəkilməsi 17,5 milyon manata .....                     Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... .....                     Bakıda çəkisi 6 kq olan uşaq doğulub .....                     SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? .....                     Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib .....                     Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin .....                     Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi .....                     Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... .....                     Diplomlu işsizlər... .....                     İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb .....                     "İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." .....                     "Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." .....                     Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? .....                     Paşinyan sübut etməyə çalışır ki... .....                     FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... .....                     Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı .....                     "Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" .....                     Arxitektura Komitəsinin nə marağı var ki... .....                     `Azercell` xaricdə də müştəriyə problem yaradır .....                     Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... .....                     Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin .....                     "Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" .....                     ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım .....                     İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... .....                     Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? .....                     Aleksanyandan Vardanyanla bağlı sensasiya .....                     Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik .....                     Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır .....                     Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... .....                     Trampın Bakı səfəri baş tuta bilər... .....                     Fevralın 9-u başlayacaq .....                     Qəbul imtahanları elektron olacaq .....                     Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... .....                     ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır .....                     "Yenə mənim adımdan pul dilənir" .....                     Tanınmış iş adamı ağır qəzaya düşdü .....                     NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı .....                     'Aİ-95' benzinin qiyməti artacaq? .....                     Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi .....                 

Kinoçəkənlər arasında qalmaqal böyüyür: - “Ayıb olsun!”
Tarix: 27-01-2023, 07:57 | Çap et
Kinoçəkənlər arasında qalmaqal böyüyür:
Bir qrup mədəniyyət və incəsənət xadimi Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyündən imtina edib. İttifaqı ümumilikdə 20-yə yaxın incəsənət nümayəndəsi tərk edib. Onların arasında Xalq artisi Əbdül Mahmudbəyov, Xalq artisti Ramiz Məlikov, Əməkdar İncəsənət Xadimi Yavər Rzayev, Əməkdar artist Gülşad Baxşıyeva, Əməkdar artist Münəvvər Əliyeva da var.

İstefa qərarını elan edənlər bildiriblər ki, bu İttifaq heç bir fəaliyyət göstərmir və orada qalmağın bir mənası yoxdur. Onların sözlərinə görə, Azərbaycan kinosunun inkişafı üçün heç bir real addım atmayan İttifaq ümumiyyətlə fəaliyyətini dayandırmalıdır: “Bir halda ki, dayandırmır, bu halda biz orada təmsil olunmağa lüzum duymuruq” – incəsənət nümayəndələri bəyan ediblər.

Qeyd edək ki, Azərbaycanda iki Kinematoqrafçılar İttifaqı fəaliyyət göstərir. Onlardan birinə Xalq artisti Rasim Balayev, digərinə isə Xalq artisti Şəfiqə Məmmədova rəhbərlik edir. İstefa qərarını elan edənlər Şəfiqə Məmmədovanın rəhbəri olduğu qurumda təmsil olunmaqdan imtina ediblər. Digər İttifaqın sədri Rasim Balayev mətbuata açıqlamasında onları öz sıralarına qəbul etməyə hazır olduğunu qeyd edib: “Buyursunlar, gəlsinlər”.

DİA.AZ bildirir ki, Xalq artisti Əbdül Mahmudbəyov AYNA-ya müsahibəsində istefa qərarını doğuran səbəblər və digər mövzular ətrafında danışıb:

- Bir qrup incəsənət xadimi ilə birlikdə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvlüyündən imtina etdiniz. Bu qərara gəlməyinizə səbəb nə oldu?

- Bununla bağlı dostlar, tanışlar, mətbuat nümayəndələri mənə zəng edirlər. Onlara da bildirirəm, sizə də bildirmək istəyirəm ki, mən istefa verməmişəm. Mənim adımdan istefa qərarını elan edənlərə üzümü tutub demək istəyirəm: sizə ayıb olsun! İstefa verməmişəm, İttifaq bizim evimizdir. Mən kino adamıyam, kənardan gəlmiş adam deyiləm ki?! Mənim bu istefa qərarından qətiyyən xəbərim yoxdur. Əgər belə bir qərar versəydim, bəyan edərdim ki, bu, Şəfiqə Məmmədovanın İttifaqı şəxsi obyektinə çevirməsi ilə bağlıdır. Şəfiqə Məmmədova xəlvəti qurultay keçirib, özünü İttifaqın sədri elan edib. Bu, tamamilə qanunsuz bir addımdır. Mən İttifaqı qoyub hara gedəsiyəm ki?! Onlar getməlidirlər, çünki kənardan gələnlər onlardır. Bu adamların kinoya heç bir aidiyyəti yoxdur. Kimin istefa verib-verməməsindən isə xəbərim yoxdur.

- Rasim Balayev açıqlamasında bildirib ki, imtina qərarını elan edənlər onun rəhbəri olduğu ittifaqa üzv ola bilərlər. Bir ölkədə iki Kinematoqrafçılar İttifaqı niyə olsun ki?

- Bütün bunlar hamısı Rüstəm İbrahimbəyovun zamanından qalmış problemlərdir. İbrahimbəyov Prezident olmaq eşqinə düşəndə İttifaq parçalandı. Onun vəfatından sonra da kino xadimlərini bir araya toplamaq mümkün olmadı. Azərbaycanda bir Kinematoqrafçılar İttifaqı mövcud olmalıdır. Bu İttifaqa da kino xadimləri rəhbərlik etməlidirlər. Bundan kənarda baş verənlər özbaşınalıqdır, təxribatdır, rüsvayçılıqdır, şoudur. Rusiyada yeddi kinostudiya fəaliyyət göstərir. Onlar hamısı bir ittifaqda cəmləşiblər. Azərbaycanda bir kinostudiya fəaliyyət göstərir ki, o da bərbad gündədir. Amma hərə özünə bir ittifaq açıb, özü üçün vəzifə yaradır. Bu kimi biabırçı hallara son qoymaq lazımdır.

- Sovetlər dövründə Azərbaycanda samballı filmlər ərsəyə gətirilərdi. Müstəqillik dövründən bəri demək olar ki, peşəkar filmlərə rast gəlmirik?

- Sovetlər dövründə maraqlı filmləri ustadlarımız ərsəyə gətirirdi. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası fəaliyyət göstərdiyi 70 illik dövr ərzində çox böyük ekran əsərləri yaradıb. Bu kinostudiyanın istehsal etdiyi filmlərində olan epizodlardan gündəlik leksikonumuzda istifadə edirik. Kino bir nəfərin fəaliyyəti deyil, kollektiv fəaliyyətin nəticəsi olmalıdır. Buna da çoxlu maliyyə lazımdır. Kino ideoloji silahdır, maarifləndirmə və təbliğat meydanıdır. Buna görə də kinoya dırnaqarası yanaşmaq olmaz. Həmin o Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası indi də fəaliyyət göstərir. Lakin çox bərbad durumdadır. Maddi-texniki bazası çatışmır, kadr qıtlığı da hökm sürür. Kim harada, necə gəldi, kinolar, seriallar çəkir. Əksəriyyəti də bayağı və mənasızdır. Çox sağolsun, Cənab Prezident İlham Əliyev ki, bu sektora da xüsusi diqqət ayırır. Ümidvaram ki, yaxın gələcəkdə bu sahədə ciddi inkişafın şahidi olacağıq.

- Sizcə, kino sənayesini inkişaf etdirmək üçün hansı addımlar atılmalıdır? Təklifləriniz nədən ibarətdir?

- Bu sahədə kompleks islahatlar aparılmalıdır. Biz kino xadimlərini bir ittifaqda cəmləyə bilmiriksə, bu sahə intriqa ustalarının meydan suladığı haldadırsa, hansı inkişafdan danışmaq olar?! İnkişaf üçün birinci növbədə nizam-intizam olmalıdır. Mədəniyyət naziri işdən azad edildi, onun müavini həbsə göndərildi. Məlum oldu ki, kinoya ayrılan vəsaitləri mənimsəyiblər. Dövlətin kino sənayesinin inkişafı üçün ayırdığı pullar oğurlanmamalı, bir qup şəxsin varlanması üçün sərf olunmamalıdır. Bu sahəyə ciddi nəzarət olmalıdır. Bu, Azərbaycan xalqının gələcəyinə “balta vurmaq”dır. Bir nəsli məhv etmək, onun zövqünü korlamaq, saxta təbliğatın əsirinə çevirməkdir. Cənab Prezident İlham Əliyev bununla bağlı ciddi tapşırıqlar verib. Nazirlik də bu istiqamətdə konkret addımlar atmalıdır. Kinostudiyanın maddi-texniki bazası gücləndirilməli, kadr hazırlığıa xüsusi diqqət ayrılmalıdır. Yalnız bundan sonra kinonun inkişafından danışmaq olar. Əks halda biz Sovet Azərbaycanın ərsəyə gətirdiyi filmlərin xiffətini çəkməyə davam edəcəyik.

İttifaqdan REAKSİYA

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı məsələ ilə bağlı məlumat yayıb. Məlumatda bildirilib: “Mətbuatda adları təqdim edilən ARKİ-nin bəzi üzvlərinin üzvlükdən imtina etməsi ilə əlaqədar bildiririk ki, üzvlükdən imtina ilə əlaqədar ARKİ-yə heç bir müraciət daxil olmayıb. ARKİ-nin Nizamnaməsinə əsasən, səbəbindən asılı olmayaraq istənilən üzv olan şəxs istənilən vaxt üzvlükdən imtina etməklə əlaqədar ərizə ilə müraciət edə bilər. Adları mətbuata təqdim edilən bəzi üzvlərlə əlaqə saxlanılıb, lakin həmin üzvlər xəbəri mətbuatdan eşitdiklərini və üzvlükdən imtina barədə nə şifahi, nə də yazılı müraciət etmədiklərini ifadə edərək əksinə adlarından istifadə edərək bu xarakterli məlumatın yayılmasına tənqidi yanaşdıqlarını bildiriblər”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir - “İravunk”
Bu gün, 09:51
Məktəblərə internet çəkilməsi 17,5 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:37
Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... - Məcburuq ki...
Bu gün, 09:33
Bakıda çəkisi 6 kq olan uşaq doğulub
Bu gün, 09:26
SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:15
Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib
Bu gün, 09:11
Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
Bu gün, 09:02
Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - YENİ DETALLAR
Bu gün, 09:00
Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... - İLGİNC...
Bu gün, 08:59
Diplomlu işsizlər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:56
İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb - keçmiş səfirdən ilginc açıqlamalar
Bu gün, 08:49
"İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." - GİLEY
Bu gün, 08:41
"Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." - Ekspert danışır...
Bu gün, 08:28
Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? - Görünəni odur ki...
Bu gün, 08:26
Paşinyan sübut etməyə çalışır ki... - AKTUAL
Bu gün, 08:25
FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... - bir araşdıran olsa...
Bu gün, 08:20
Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı - Başçının adı hallanır...
Bu gün, 08:18
"Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" - Qulamhüseyn Əlibəyli
Bu gün, 08:15
Arxitektura Komitəsinin nə marağı var ki... - İDDİA
Bu gün, 08:08
`Azercell` xaricdə də müştəriyə problem yaradır - "E-sim yükləyin canınız dinc olsun..."
Bu gün, 08:05
Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... - KİM ÜÇÜN TƏHLÜKƏDİR?
Bu gün, 08:00
Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
Bu gün, 07:15
"Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" - QALMAQAL
Bu gün, 07:11
ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım – Ermənilər geri qaytarılır?
Bu gün, 06:40
İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... - Nazirlik isə deyir ki...
Bu gün, 06:38
Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29
Aleksanyandan Vardanyanla bağlı sensasiya - "Bakıya elə faktlar verəcəm ki…”
Bu gün, 06:26
Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08
Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02
Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47
Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37
Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01
Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57
ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52
"Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49
Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46
NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43
'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40
Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02
"Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00
“Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58
Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22
Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20
Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10
Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08
Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Dünən, 18:07
Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Dünən, 18:01
Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Dünən, 17:57
İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Dünən, 17:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru