Məktəblərə internet çəkilməsi 17,5 milyon manata .....                     Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... .....                     Bakıda çəkisi 6 kq olan uşaq doğulub .....                     SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? .....                     Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib .....                     Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin .....                     Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi .....                     Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... .....                     Diplomlu işsizlər... .....                     İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb .....                     "İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." .....                     "Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." .....                     Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? .....                     Paşinyan sübut etməyə çalışır ki... .....                     FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... .....                     Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı .....                     "Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" .....                     Arxitektura Komitəsinin nə marağı var ki... .....                     `Azercell` xaricdə də müştəriyə problem yaradır .....                     Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... .....                     Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin .....                     "Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" .....                     ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım .....                     İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... .....                     Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? .....                     Aleksanyandan Vardanyanla bağlı sensasiya .....                     Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik .....                     Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır .....                     Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... .....                     Trampın Bakı səfəri baş tuta bilər... .....                     Fevralın 9-u başlayacaq .....                     Qəbul imtahanları elektron olacaq .....                     Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... .....                     ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır .....                     "Yenə mənim adımdan pul dilənir" .....                     Tanınmış iş adamı ağır qəzaya düşdü .....                     NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı .....                     'Aİ-95' benzinin qiyməti artacaq? .....                     Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi .....                     "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, .....                 

"Vicdanı olan heç vaxt öz xeyri üçün cəmiyyəti zəhərləməz"
Tarix: 23-01-2023, 09:32 | Çap et
"Vicdanı olan heç vaxt öz xeyri üçün cəmiyyəti zəhərləməz"
“Bu gün sənətdə sənəti olan üçün hər şey var. Əvvəlki illərlə müqayisədə daha böyük işlər görmək, daha böyük məşhurluğu qazanmaq asandır. Məsələ sadəcə sənəti olanın istədiyi qədər pulunun olmaması, sənəti olmayanda da tam əksinə pulun çox olmasıdır. Yəni bütün problemlər əslində buradan başlayır. Savadı, sənəti olmayan reklamıyla istədiyini edir, keyfiyyətsiz məhsulunu təqdim edərək, insanlara təsir göstərir, sənəti olan da danışanda uğursuz biri kimi insanların gözündə adiləşir. Bu tək incəsənət və mədəniyyət aləmində deyil, bütün sahələrdə belədir, savadsız, məsuliyyətsiz insanlar hər sahədə keyfiyyətsiz məhsullarla insanları zəhərləyirlər. Bunun qarşısını almaq mümkün olmasa da, çalışıb, balans yaratmaq lazımdır ki, insanların seçim hüququ olsun. Düzdür, Allah birinə böyük sənət, birinə bacarıq bəxş edir, gerisini insanların öz ixtiyarına buraxır, insanlar da ya ağılı, bacarığı, sənəti ilə savad sahibi olub, insanlığa yararlı olur, cəmiyyətə düzgün xidmət göstərir, ya da cahilliyi ilə bilmədən ya da bilərəkdən cəmiyyəti zəhərləyirlər”.

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Xuraman Şuşalı deyib.

“Vicdanı olan heç vaxt öz xeyri üçün cəmiyyəti zəhərləməz, cahil insandan isə hər şey gözləmək olar. Cəhaləti də ancaq savad xilas edə bilər, 21-ci əsrdə hər kəsin savadlı olması lazımdır. Ancaq təəssüf ki, get-gedə əksini görürük. Bunun səbəbidir ki, bu gün cəmiyyətdə hətta kəndli, şəhərli söhbəti aparılır. Məsələ insanın kənddən ya şəhərdən olması deyil, məsələ insanın savadlı olub, olmamasıdır. Kənddə də, şəhərdə də cahil və savadlı insanlar var. Savadı olan insanın mədəniyyəti, tərbiyəsi hər zaman fərqli olur. Savad almayan insan isə dünyanın ən böyük şəhərində doğulsa nə faydası var?! Nə isə inkişafa götürən dahi şəxsiyyətlərin demək olar ki, hamısı müxtəlif bölgələrin nümayəndələri olub. Bu gün kənddən gələn iki insanın hansısa restoranda möhkəm danışması üçün bölgələrdən gələnləri aşağılayan şəhərdə böyümüş, reklamlı, cahil ulduzların fikirləri mətbuat və televiziyanın müzakirəsinə çıxarılıbsa, hansı inkişafdan danışaq? Nə isə Allah hər kəsə hidayət-ağıl bəxş eləsin. Danışdıqca həll olunacaq məsələlər deyil bunlar. Hər şey məktəblərdən başlamalıdır, mədəniyyətin də, tərbiyənin də kökü savaddır, xilası təhsildir, bunu aşılamaq isə savabdır” deyə müğənni bildirib.

Xuraman Şuşalı onu qalmaqala sürükləyən həmkarlarından da danışıb. Müğənni onlara heç bir vaxt cavab vermədiyini bildirib.

“Çünki gəncliyimdə ətrafımda olan televiziya, radio, mətbuat nümayəndələri məni bu qalmaqal deyilən bir bataqlığın içinə çəkdi, mən də istəmədən onların fikirləri ilə o bataqlıqda çabaladım, "üzməyi" bacardığım üçün tez yol alıb, özümü oradan çıxara bildim. Bu gün o ağılın, o yaşın sahibi deyiləm ki, bir də o yola sürüklənim. Kim nə istəyir desin, kim nə istəyir danışsın, insan ağzını açanda, söylədiyi fikirlərdə özünü təqdim edir. Həm bu gün ağıllı insanlar - insanların dilinə, danışdıqlarına deyil, əməllərinə, addımlarına, həyat tərzlərinə, yaşantılarına, təqdim etdiklərinə baxıb, qiymət verirlər. Ona görə o danışanlar və o müzakirə edənlər əslində özlərini görsələr, dəyişərlər. İnşaAllah onlar da düzəlib, yararlı işlərlə məşğul olarlar” deyə Xuraman Şuşalı bildirib.

Müğənni Şuşada çəkdirdiyi klipindən də danışıb.

“Vasitənizlə bir Şuşalı olaraq, hər Qarabağlı kimi mənim də vətən həsrətimə son qoyan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm, Qarabağda muğamın səslənməsinə səbəb olan Azərbaycanımızın 1-ci vitse prezidenti Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Vətən uğrunda canından keçib, şəhidlik zirvəsinə ucalan oğullarımın torpağından, onları dünyaya gətirən anaların əlindən, alnından öpürəm. Şükürlər olsun 30 illik vətən həsrətimiz bitdi. İstər rəhmətlik Ümummilli liderimiz Heydər Əliyevim dövründə, istərsə də ondan sonra cənab İlham Əliyevin dövründə məcburi köçkünlərə göstərilən diqqət, qayğı əskilmədi, bizə yoxluq hiss etdirmədikləri üçün onlara ayrıca minnətdaram. Qaldı ki, Şuşalı qızının 30 ildən sonra öz torpağına ayaq basmasına, bəli, bu baş verdi. Hamı kimi təkcə şəkil çəkdirmədim, orada ilk klipi də mən çəkdim. "Şuşam" mahnısı Şuşada çəkilən ilk klip oldu. Doğulduğum torpağımda fotosessiya etdim. “Şuşam” adlı mahnının söz və musiqisi Cəlil Əliyevə məxsusdur. Klipdə geyindiyim libaslar Şuşanın tarixi geyimləridir. Klipin ərsəyə gəlməsində həyat yoldaşım Elçinə, operatorlar Taleh Həsənzadə, Tərlan Məmmədova, montaj edən Elnur Ehtiramoğluna, prodüsser İbrahim Ağazadəyə öz təşəkkürlərimi bildirirəm. Öz evimdə ola bilmədim, çünki həmin yer indi dövlətin nəzdindədir, orada xidmət göstərən orqanlara məxsus binadır. İnşaAllah gələcəkdə övladlarımla, oradan bərabər çıxdığım qardaşımla, bacımla da orada olmaq istəyirəm, orada çoxlu vaxt keçirmək istəyirəm, qalmaq, istirahət etmək istəyirəm. Əsas odur ki, vətənimi igid oğullarımız yağı düşməndən xilas edib, rəhmətə gedənlərimin ruhu sevinir, torpaqlarımda igid oğullarımız gəzir, önəmli olan vətənim adını daşıdığım Şuşam azaddır. Bundan sonra istədiyimiz vaxt gedə biləcəyik” deyə müğənni bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məktəblərə internet çəkilməsi 17,5 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:37
Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... - Məcburuq ki...
Bu gün, 09:33
Bakıda çəkisi 6 kq olan uşaq doğulub
Bu gün, 09:26
SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:15
Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib
Bu gün, 09:11
Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
Bu gün, 09:02
Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - YENİ DETALLAR
Bu gün, 09:00
Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... - İLGİNC...
Bu gün, 08:59
Diplomlu işsizlər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:56
İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb - keçmiş səfirdən ilginc açıqlamalar
Bu gün, 08:49
"İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." - GİLEY
Bu gün, 08:41
"Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." - Ekspert danışır...
Bu gün, 08:28
Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? - Görünəni odur ki...
Bu gün, 08:26
Paşinyan sübut etməyə çalışır ki... - AKTUAL
Bu gün, 08:25
FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... - bir araşdıran olsa...
Bu gün, 08:20
Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı - Başçının adı hallanır...
Bu gün, 08:18
"Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" - Qulamhüseyn Əlibəyli
Bu gün, 08:15
Arxitektura Komitəsinin nə marağı var ki... - İDDİA
Bu gün, 08:08
`Azercell` xaricdə də müştəriyə problem yaradır - "E-sim yükləyin canınız dinc olsun..."
Bu gün, 08:05
Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... - KİM ÜÇÜN TƏHLÜKƏDİR?
Bu gün, 08:00
Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
Bu gün, 07:15
"Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" - QALMAQAL
Bu gün, 07:11
ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım – Ermənilər geri qaytarılır?
Bu gün, 06:40
İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... - Nazirlik isə deyir ki...
Bu gün, 06:38
Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29
Aleksanyandan Vardanyanla bağlı sensasiya - "Bakıya elə faktlar verəcəm ki…”
Bu gün, 06:26
Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08
Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02
Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47
Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37
Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01
Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57
ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52
"Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49
Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46
NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43
'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40
Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02
"Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00
“Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58
Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22
Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20
Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10
Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08
Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Dünən, 18:07
Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Dünən, 18:01
Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Dünən, 17:57
İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Dünən, 17:53
"Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Dünən, 17:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru