“Mədəniyyət evlərinin qapısını bağlı saxlamaq Azərbaycan xalqına ən böyük ideoloji xəyanətdir” - ETİRAZ
Tarix: 10-09-2021, 12:54 | Çap et
Artıq bir ildən çoxdur ki, Azərbaycanın mədəniyyət mərkəzləri olan teatr və kino teatrlar izləyicilərin üzünə bağlıdır. Aktyorlar və teatr sevərlər hər brifinq zamanı müsbət qərarlar gözləsələr də, təssüflər olsun ki, bu sahənin tamamilə yaddan çıxdığının şahidi olurlar. “Teatrların bağlı qalması biabırçılıqdır. Azərbaycan teatrının, kinoteatrının, mədəniyyət evlərinin qapısını bağlı saxlamaq Azərbaycan xalqına ən böyük ideoloji xəyanətdir. Bu rüşvayçılıqdır. Mədəniyyəti olmayan xalqa heç nə lazım deyil”.
Bu fikirləri əməkdar incəsənət xadimi, rejissor, ssenarist, aktyor Əbdül Mahmudbəyov (Şeyx Əbdül) Bizimyol.info-ya açıqlaması zamanı səsləndirib. Onun sözlərinə görə, aktyorlar pas ata-ata qalıblar çayxanalarda.
“Mən çox təssüf edirəm ki, bu məsələ Azərbaycanda teatr xadimlərini narahat etmir, səsləri çıxmır. Teatr müqəddəs bir ocaqdır.
Peşəkar sənət adamı kimi deyə bilərəm ki, kinoya ən çox lazım olan aktyorlar elə teatrdan gəlir və gəlməlidir. Teatr kino, aktyor məktəbi, akademiyadır. Çox təssüflər olsun ki, onsuzda bizdə barmaqla sayılacaq qədər peşəkar aktyorlar var. Bu gün onlarında hamısı işsiz qalıb. Yaş, xarakter, çəki dəyişir və bu adamlar günü-günə saya-saya oturublar. Başqa yerdə də iş-güc yoxdur.
Çox maraqlıdır ki, həmin teatrların bütün ətrafı yeməkxana, çayxana, bar, kafe, restoranlarla doludur və hamısı fəaliyyət göstərir. Bütün restoranlar da ağzına kimi dolu olur. Əgər pandemiyadırsa, onda onlar niyə çalışır? Yeməkxanalara virus daxil ola bilmir? Teatrlarda primyeralarda heç 70-100 adam olmur. Başa düşə bilmirəm pandemiya təkcə teatra aiddir?
Heç olmasa aktyorların məqş etmələrinə icazə versinlər ki, aktyorlar pas atmasınlar, qocalmasınlar. Teatrda da maska taxmaq, məsafə saxlamaq, pandemiya qaydalarına əməl etmək olur.
Mədəniyyət nazirliyi heç kimi saymır. Dəfələrlə müraciət etmişik, amma deyir ki, biz yuxarıya deməyə cəsarət etmirik. Onda niyə oturublar orada? Bu qədər işçiyə xərc çəkmək nəyə lazımdır?
Bu gün bizim mədəniyyət, ideologiya sahəmiz gecə-gündüz işləməlidir. Dünyanı bizə qarşı qoyan erməni xəyanətinə cavab verilməlidir. Erməni öz yalanlarını dünyaya sürür, amma bizim bu qədər faktımız ola-ola heç nə edə bilmirik. Ona görə də, teatrlar sürətli şəkildə açılmalı və aktyorlara hər cür şərait yarılmalıdır”,- deyə bildirib.
Mədəniyyət Nazirliyinin İ̇nformasiya və İ̇ctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, artıq bir ildən çoxdur ki, dünya ölkələrinin qlobal probleminə çevrilmiş pandemiya bütün sahələrə öz mənfi təsir göstərib və həmçinin pandemiya mədəniyyət, xüsusən teatr sahəsini iflic vəziyyətə salıb.
“Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi müddətində teatr-konsert müəssisələrinin fəaliyyətinin davam etdirilməsi barədə qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilə bilər. Qeyd edək ki, bununla əlaqədar Mədəniyyət Nazirliyi tərəfindən Operativ Qərargaha müraciət edilib.
Tezliklə bu məsələnin öz həllini tapacağına ümid edirik. Lakin, statistikaya nəzər yetirsək görərik ki, real təhlükə davam edir (avqust ayının əvvəli ilə müqayisədə gündəlik yoluxma sayı getdikcə artır) və əhalinin sağlamlığını düşünmək daha vacibdir.
Teatr-konsert müəssisələrinin fəaliyyəti ilə bağlı hər hansı qərar verilərsə, ictimaiyyətə bu barədə məlumat veriləcək”. Bizimyol.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
• Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25 |
|
|
|
• Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19 |
|
|
|
• Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18 |
|
|
|
• Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05 |
|
|
|
• Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39 |
|
|
|
• “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32 |
|
|
|
• İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23 |
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
• Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35 |
|
|
|
• Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32 |
|
|
|
• NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26 |
|
|
|
• Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22 |
|
|
|
• “TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25 |
|
|
|
• Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21 |
|
|
|
• Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20 |
|
|
|
• "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18 |
|
|
|
|