Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... .....                     "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." .....                     Seçkilərin nəticələri bu tarixdə elan olunacaq .....                     “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... .....                     ABŞ-Ermənistan xartiyasının pərdəarxası .....                     Suriyadan Rusiya, İsrail və İrana .....                     Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... .....                     ABŞ-la münasibətləri bərpa etməyə hazırıq .....                     Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb .....                     ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu .....                     “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib .....                     Tramp Putinlə telefon danışığına hazırlaşır .....                     Əməkdar artist harada dəfn ediləcək? .....                     Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq .....                     Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... .....                     Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? .....                     Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur .....                     Ermənistana qarşı .....                     Estoniyada hərbi təlimlər başlayır .....                     İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... .....                     Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? .....                     Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? .....                     Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb .....                     Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir .....                     Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... .....                     Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək .....                     Müharibə dayandırıla bilərdi, amma Blinken... .....                     Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... .....                     Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib .....                     Əməkdar artist Mövsüm Hüseynov vəfat edib .....                     “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...” .....                     İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... .....                     Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər .....                     “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” .....                     Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib .....                     Saxta məhsul... saxta endirim... VƏ... .....                     Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb .....                     Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... .....                     Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq .....                     Qulağı kar adama sübut edirlər ki, eşidirsən... .....                 

"Bu məsələni birdəfəlik həll etmək lazımdır" - Qulu Məhərrəmli
Tarix: 10-09-2021, 08:27 | Çap et
"Bu məsələni birdəfəlik həll etmək lazımdır"
Sonbir həftədə ATV-nin ən məşhur aparıcıları telekanalı tərk etdiklərini açıqlayıblar. Onların arasında 20 ildən çoxdur ki, ATV-də çalışan İlkin Həsəni, Aytən Səfərova, uzun illərdir “ATV maqazin onlarla” verilişinin aparıcısı olan Afaq Gəncəli, Fərid Rəsulda var.

Aparıcılar Aytən Səfərova ilə Afaq Gəncəlinin bundan sonra “Xəzər”, İlkin Həsəni və Fərid Rəsulun isə “Space”də efirə çıxacağı gözlənilir.

Uzun illərdir ATV-nin siması olan aparıcılar doğma telekanaldan ayrılma səbəbləini tam açıqlamasalar da, onların iş yerlərindən narazı getdikləri hiss olunur. Məsələn, İlkin Həsəni televiziyadan getməsini bu cür açıqlayıb: “Çox təəssüf ki, bu kanalla yollarımızı ayırmalı olduq, yeni yayım kanalımız bu ilin oktyabrından etibarən ”Space" olacaq. Rebrendinq olunmuş, yeni loqolu, yeni heyətli, HD yayımlı, “Amaci”siz," “Zita və Gita”sız “Space”. Köhnə dostlarımızla bərabər yeni bir yola çıxırıq, bu yolda hər birimizə uğur olsun".

Aytən Səfərova isə telekanaldan ayrılma səbəbi haqda sosial şəbəkədə qeyd edib: “Altı il bu kanalda çalışmışam. Həm xəbərlər departamentində, həm radioda. Müharibə vaxtında reytinqli bir verilişə aparıcılıq etmişəm. Proqramımda nüfuzlu şəxslər qonaq olublar. Hansı işdən yapışıramsa, öz adıma uyğun edirəm və yüksək səviyyədə aparmağa çalışıram. Son vaxtlar ATV-də xəbərlər departamentinin redaktoru idim.

Noyabrın 10-na keçən gecə ölkədə radio məkanında qələbə xəbərini ilk verən spiker mən olmuşam. 106.3 və 106 FM-də eyni vaxtda bunu səsləndirdim.

Sadəcə, artıq ayrılmaq qərarına gəldim. Gəldiyim və getdiyim ATV arasında böyük fərq görürəm. Hesab edirəm ki, Aytən Səfərova başqa istiqamətə üz tutmalıdır. Kanaldan dost kimi ayrılmışam. Orada dostlarım, həmkarlarım çalışır. Hamısına uğurlar diləyirəm".

Beləliklə, ATV-nin ən məşhur aparıcılarının onu tərk etməsi xeyli müzakirə yaradıb. Məsələ ilə bağlı telekanalın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli axşam.az-a bildirib ki, aparıcılar öz istəkləri ilə işdən çıxıblar: “Hər birinin qərarına hörmətlə yanaşırıq”.

O.İbrahimli eyni zamanda qeyd edib ki, yeni mövsümlə əlaqədar ATV-də hazırlıqlar gedir: "Əlbəttə ki, ATV-də yeniliklər olacaq. Yeni mövsümdə hansı simaların efirdə olacağı ilə bağlı isə yaxın günlərdə məlumat veriləcək".

Bəs məşhur aparıcıların ATV-dən getməsi yeni mövsümün reytinqinə nə qədər təsir edə bilər? Ümumiyyətlə, ATV-nin son müddət ərzində fəaliyyəti necə dəyərləndirilir?

Mövzu ilə bağlı teletənqidçi Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “ATV ölkənin orta səviyyəli kanallarından biridir. Son dövrlər bu televiziyanın xəbərlərində müəyyən üstünlüklər nəzərə çarpırdı. Xüsusən də pandemiya dövründə televiziyanın ”Qərargah" verilişi müharibə zamanı yaxşı çalışmışdı. Ümumiyyətlə, ATV-də xəbər sistemi Vüqar Qaradağlının zamanından yaxşı qoyulub. Televiziyanın digər yükü şou proqramlarla bağlı idi. Son zamanlar isə müşahidə edirdik ki, televiziyanı xeyli sayda aparıcılar tərk edir. Düşünürəm ki, bu, təkcə ATV-nin problemi deyil. Eyni proses sabah başqa telekanalda baş verə bilir. Bu nəyin göstəricisidir? Bu, ilk növbədə münasibətlərin lazım olan səviyyədə qurulmaması ilə bağlıdır. Adətən ölkəmizdə aparıcılara, jurnalistlərə lazım olan dəyər verilmir. Tutaq ki, televiziya rəhbərliyi dəyişəndə görürük ki, birdən-birə bir neçə məşhur adam işdən çıxarılır. Yəni “rəhbər istədiyini edə bilər” tendensiyasıdır. Təəssüf ki, bu bizim telekanallarda aparıcı tendensiya kimi müşahidə olunur. Əlbəttə ki, məşhurların televiziya kanalından getməsi həmin televiziyanın imkanlarını tükədir, reytinqə birbaşa təsir edir. Çünki tamaşaçılar var ki, yalnız aparıcıya görə verilişə baxır. Lakin işdən çıxan aparıcılar yeni televiziyada özlərinə necə münasibət görürlər? Adətən məşhur aparıcılara bir televiziyadan çıxanda digər televiziyadan yaxşı əmək haqqı təklif olunur, lakin sonra proqram öz yerini tutandan sonra yenidən həmin yanaşma təkrarlanır. Bu məsələni birdəfəlik həll etmək lazımdır.

Əlbəttə ki, işdən çıxan həmin aparıcılar əgər ATV-də yetişib, orada məşhurlaşıblarsa, bu, ATV üçün çox ciddi ziyandır. Yox, əgər sonradan dəvət olunan aparıcıdırsa, itki səviyyəsi o qədər də yüksək olmur".

Qulu Məhərrəmli telekanallarda son vəziyyəti belə dəyərləndirdi: “Son vaxtlar müəyyən televiziyalarda dirçəlmə müşahidə olunur. Məsələn, ”Xəzər TV"də ciddi proseslər gedir. ATV-nin özü də nəyəsə çalışırdı və sairə. Lakin son bir ildə ATV-də yaradıcı proseslərin dayandığını görürük. Bundan sonra televiziyada nələr baş verəcək, onu deyə bilmərik. Sadəcə, arzulayardıq ki, istər aparıcı, istərsə rejissor, digər peşəkar olsun, normal əmək haqqı alıb, öz yaşayış imkanlarını yaxşılaşdıra bilsinlər. Təəssüf ki, televiziyaların heç birində, istər məşhur, istərsə də qeyri-məşhur olsun, onların heç birinin “belə bir problemlər ortaya çıxmayacaq” deyə təminatı, qarantiyası yoxdur".











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08
Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05
Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44
Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42
Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35
Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34
Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19
Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16
İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07
Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02
Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50
Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49
Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48
Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25
Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19
Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18
Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05
Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39
“Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32
İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23
Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16
“Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13
Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02
Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00
Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43
Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38
Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35
Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32
NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22
“TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05
“Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru