"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." .....                     Seçkilərin nəticələri bu tarixdə elan olunacaq .....                     “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... .....                     ABŞ-Ermənistan xartiyasının pərdəarxası .....                     Suriyadan Rusiya, İsrail və İrana .....                     Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... .....                     ABŞ-la münasibətləri bərpa etməyə hazırıq .....                     Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb .....                     ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu .....                     “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib .....                     Tramp Putinlə telefon danışığına hazırlaşır .....                     Əməkdar artist harada dəfn ediləcək? .....                     Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq .....                     Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... .....                     Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? .....                     Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur .....                     Ermənistana qarşı .....                     Estoniyada hərbi təlimlər başlayır .....                     İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... .....                     Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? .....                     Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? .....                     Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb .....                     Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir .....                     Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... .....                     Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək .....                     Müharibə dayandırıla bilərdi, amma Blinken... .....                     Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... .....                     Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib .....                     Əməkdar artist Mövsüm Hüseynov vəfat edib .....                     “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...” .....                     İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... .....                     Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər .....                     “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” .....                     Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib .....                     Saxta məhsul... saxta endirim... VƏ... .....                     Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb .....                     Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... .....                     Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq .....                     Qulağı kar adama sübut edirlər ki, eşidirsən... .....                     NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... .....                 

"Mənə mane olanlar çox olub"
Tarix: 30-08-2021, 08:43 | Çap et
"Mənə mane olanlar çox olub"
Əməkdar artist Hicran Nəsirova Moderator.az-ın suallarını cavablandırıb.

- Hicran xanım, siz daha çox teatr və televiziya tamaşalarındakı obrazlarınızla tanınırsınız. O dövrdə istehsal olunan filmlərdə nədənsə sizi heç görmürük. Elə bir rol olubmu ki, sizi sınayıblar amma çəkməyiblər?

- 1970-1980-ci illərdə kinostudiyanın ən yaxşı vaxtları idi. Çox yaxşı təkliflər alırdıq filmlərə. Bəzən olub ki, hətta məni təbrik ediblər ki, filmə təsdiq olunmusan, amma sonradan çəkməyiblər. Kiçik rollarım olub ki, çəkilmişəm, çox da təriflənmişəm. Cəfər Cabbarlı haqda bir film çəkilirdi, onun əsərlərinin qəhrəmanlarından hər kəs bir obrazı oynayırdı. Mən də oynamışdım və çox bəyənilmişdim. Əynimdəki kostyum rejissoru qane etmədiyinə görə filmdən məni kəsib çıxarmışdılar. Buna oxşar hadisələr çox olub. Mənə mane olanlar da çox olub. Hətta bir dəfə mənə dedilər ki, “Özbəkfilmdən” gəlib, mənim şəklimi görüb deyiblər ki, bu aktrisa bizə lazımdır. Qəsdən nömrəmi verməyiblər. Halbuki kinoaktyor şöbəsində bizim bütün ev, iş nömrələrimiz də, hətta ünvanlarımız da olur. Türkiyədən də iki dəfə təklif almışam, bəzi hadisələrə görə gedə bilməmişəm.

- Səhv etmirəmsə, bir filmin də sınaq çəkilişində atdan yıxılıb, belinizi sındırmısınız.

- Atdan filmdə yox, filmə hazırlıq mərhələsində yıxıldım. Bununla belə sonra filmə də çəkmədilər məni, başqa aktrisanı çəkdilər. O da ümumiyyətlə at minə bilmirdi, atdan qorxurdu. Mən isə atı yaxşı çapırdım. Həmin filmə çəkilməməyimin səbəbi atdan yıxılmağım olmayıb.

- Ümumiyyətlə, sizə bu haqsızlıqları edən insanlarla sonradan münasibətləriniz necə oldu?

- İş ondadır ki, həmin rejissorların heç birinin üzünə vurmadım. Amma mənimlə rastlaşan kimi özləri sözə başlayırdılar. Biri dedi ki, səninlə daha yaxşı alınardı, amma səhv etdim, səhvimi də indi başa düşürəm. Digəri də deyirdi ki, gec-tez mən səni çəkəcəyəm. Bu sözü deyən rejissor isə artıq rəhmətə gedib. Hətta bir rejissor mənə demişdi ki, sən baş qəhrəmanı oynayan aktrisadan da gözəl düşmüşdün deyə səni çəkə bilməzdim. Bu sözü rejissor mənə deyəndə gülümsəyib dedim ki, baş qəhrəmanı ordan-burdan niyə axtarırdınız?! Elə məni çəkərdiniz də.

- O vaxt yəni baş qəhrəmandan gözəl görünən aktrisaları filmdə digər obrazlara çəkmirdilər?

- Yəqin ki, diqqəti özümə çəkirdim. Bəzən elə teatrda da görürsən ki, kiçik rol ilə səhnəyə çıxıb görünməyim çoxlarına pis təsir edir. Demirəm ki, “mən gözələm”! Bu sözü heç vaxt mən demirəm. Yəqin ki, oyun tərzimlə diqqəti cəlb edirəm özümə.

- Yıxılmağınızın fəsadlarını yaşayırsınız?

- Atdan yıxılmağım 80-ci illərdə olub. O vaxtı bir ay xəstəxanada bel fəqərəmdə sınıq olduğuna görə yatdım. Həkimlər deyirdilər ki, sınıq elə yerdədir ki, gibs qoya bilmirik. Bir neçə həkim də dedi ki, yaşlanandan sonra bu özünü hələ göstərəcək. Bu saat mənim belimdə bu ağrı hələ də var.

- Bəzi hallarda bu sizə peşmanlıq yaradır?

- Bəzən həddindən artıq haqsızlıqlarla rastlaşanda onda peşmanlıq yaranır məndə, amma sonradan keçir. Haqsızlıqlar hər zaman var. Bu bizim öz seçdiyimiz taleyimizdir. Bəlkə bizi elə yaşadan da öz sənətimizdir.

- Həqiqətən də Hicran xanım, əvəzsiz sənətkarsınız. Dəfələrlə özüm şahidi olmuşam ki, 2 saat tamaşanı izləyib yorulmuşam, bitməsinə 15 dəqiqə qalmış epizodla səhnəyə çıxmısınız, hamı ayaqüstə alqışlayıb sizi. Demək ki, hər zaman baş qəhrəman oynamaqla deyil.

- Mən hər zaman bu sözü deyirəm. Bəzən deyirlər ki, “rolun böyük-kiçiyi yoxdur”. Bu sözü deyən aktyorlarımızın heç biri nədənsə kiçik rol oynamaq istəmir. Aktyorun böyüyü-kiçiyi var. Böyük rol tamaşa, film boyu istər-istəməz göz qabağında olur və ətrafı oynayır. Amma hünərin var 5-8 dəqiqə içərisində kiçik rolu elə oynayasan ki, yadda qalasan.

- Bunu da hər insan bacarmır axı.

- Elə bacarmayanlardır da adamın yolunu kəsənlər, əl-ayağına dolaşanlar.

- Bir də fikir vermişəm müasir dövrdə böyük rol oynayan sənətkarlar roldan daha çox bər-bəzəyə, geyimlərə üstünlük verirlər.

- Geyimlə istəyirlər özlərini yadda saxlasınlar, amma geyimlə deyil. Bir paltarla da bütöv tamaşanı oynamaq olub, yadda qalıb, alqışlana bilərsən. “Boy çiçəyi” tamaşasında 3-4 yerdə alqışlanıram, cəmi bir kuplet mahnı oxuyuram, özü də səs də yazdırmamışam, canlı şəkildə.

- Hicran xanım, Yuğ teatrının yaradıcılarından, ilk aktrisalarından biri də siz olmusunuz. Amma heç bir dəfə də adınız o teatrda, yaxud o teatrın sənətçiləri sırasında çəkilməyib.

- Çünki orada işləyənlər axı bizimlə çalışmayıblar. Biz “Yuğ” adını alana qədər canımızı qoyub çıxdıq. Allah Vaqif İbrahimoğluna rəhmət etsin! Bizim elə vaxtlarımız olub ki, oradan heç maaş da almamışıq, amma biz çalışıb-vuruşub teatrı yaratmışıq.

- Hətta tamaşa qabağı Fəxrəddin Manafovla bir tryuk zamanı yıxılmısız da.

- Tərəf müqabilim daim Fəxrəddin Manafov idi. “Heydərbabaya saдam” tamaşasında o Dəli Domrulu oynayırdı, mən də Burla xatunu. Orada mənim salto hərəkətim var idi. Tamaşa qabağı məqşq edirdik. Fəxrəddin geyinirdi, bizim bir əməkdaşımız var idi, dedi ki, neçə il idmanla məşğul olmuşam, sən özünü at, mən səni tutaram. Mən atılanda o məni tutmadı, yıxıldım beynim tərpəndi. Bu hadisə də tamaşadan 5-10 dəqiqə öncə baş verdi. Amma beynim tərpənsə də həmin günü tamaşanı oynadım. Çünki həmin tamaşaya o vaxtı Mərkəzi Komitədən gəlib baxmalı idilər. Ona görə mən canımı fəda etdim. Uzun müddət çox baş ağrılar çəkdim. Yadıma gəlir ki, həmin gecə mən evə güc-bəla ilə gedib çıxmışdım.

- Hicran xanım, hazırda teatr qapalıdır. Bəzi sənətçilər gileylənirlər ki, teatrlar qapalıdır, sənətsiz qalmışıq. Siz necə düşünürsünüz?

- Hərə özünə cavabdehdir! Əlbəttə ki, teatrsız çətindir, amma tələb olunan aktyor-aktrisa istəyir teatrda, istəyirsə televiziyada dəvət alıb işləyəcək.

- Yaxşıya yaxşı deyə bilirik?

- Sizcə?

- Məncə yox!

- Mən həmişə dilimin bəlasına düşmüşəm. Mənim düşmənim belə olsa, o yaxşı oynayırsa hər yerdə tərəfini tutub, deyəcəm ki, yaxşı oynayır, lap gedib təbrik də edəcəyəm. Amma pis pisdir də. Əvvəllər dözüb otururdum, amma indi durub çıxıb gedirəm. Vaxtımı sərf etmək istəmirəm.

- Hicran xanım, çox incik danışırsınız. Bu inciklik həmkarlarınızdandır yoxsa hələ də əziyyət çəkib, haqq etdiyiniz dəyəri görməməyinizə görədir?

- Hər ikisinə görə. Bu suala cavab vermək istəmirəm, hər şey vaxtında gözəldir. Canımı sənətə fəda etdim, elə indi də canımla əlləşirəm.

- Ulu öndər Heydər Əliyevin də çox sevdiyi, dəstəklədiyi sənətkar olmusunuz.

- Allah ulu öndər Heydər Əliyevə qəni-qəni rəhmət etsin. O sənətə, sənətkara böyük qiymət verirdi. Ulu öndərimizin sayəsində mən ağır xəstəliyə qalib gəlib, həyatda qaldım. Ulu öndər iki tamaşama baxmışdı və hər iki tamaşasa da ilk alqışlanan mən olmuşdum. Heç vaxt bunları danışmırdım ki, həmkarlarım inciyər. Artıq deyirəm, hamı çıxır yalan-doğru özünü tərifləyir. Qoy mən də olanı deyim.

- Sizcə vaxtında nəyi düzgün etmədiniz?

- Haqqımı tələb etmədim. Düşündüm ki, mən işimlə məşğulam, özləri görür, gec-tez haqq yerini tapacaq. Gec olsun, güc olsun. Düşünmədim ki... Bizim rəhmətlik truppa müdiri Qüdrət əmi ömrünü teatra həsr etmişdi. Amma nə baş verdi? İşdən çıxartdılar, əmrini verəndən sonra onu teatra buraxmadılar. Halbuki bu insan teatrla nəfəs alırdı. Bundan sonra o rəhmətə getdi. O məni çağırıb demişdi ki, qızım xəbərin var ki, kassadan gəlib sənin adına bilet alırlar? Nə qədər zənglər vururlar ki, Hicran nə vaxt oynayır, ayın neçəsi?











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48
Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44
“Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38
ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33
Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08
Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05
Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44
Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42
Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35
Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34
Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19
Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16
İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07
Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02
Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50
Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49
Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48
Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25
Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19
Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18
Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05
Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39
“Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32
İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23
Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16
“Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13
Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02
Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00
Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43
Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38
Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35
Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32
NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22
“TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05
“Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03
Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru