“Heç bir effekt verməyəcək, ona görə pul xərclənməsi mənasızdır” - Bizə rusca kanal LAZIMDIR?
Tarix: 19-03-2021, 08:11 | Çap et
İki gün öncə Milli Məclisin keçirilən iclasında deputat Qüdrət Həsənquliyev tərəfindən diqqətçəkən təklif gəlib. Deputat bildirib ki, Azərbaycanın MDB məkanında 24 saat ərzində yayımlanacaq rus dilində televiziyaya ehtiyac var: “Ona görə ki, biz bu coğrafiyada yaşayırıq. Bizim böyük qonşumuz var, eyni zamanda türk respublikaları var ki, onların ümumi ünsiyyət dili rus dilidir. İkincisi, dünya miqyasında da 24 saat yayımlanacaq ingilisdilli kanala ehtiyac var. Düşünürəm ki, hökumət bu iki məsələnin üzərində də ciddi düşünməlidir və biz bu məsələləri həll etməyə çalışmalıyıq”.
Maraqlıdır, MDB məkanında ikidilli Azərbaycan kanalının yaradılmasına nə qədər zərurət var? Bu cür kanal necə və niyə yaradılmalıdır?
Mövzu ilə bağlı əməkdar jurnalist Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb: “Bu məsələ dəfələrlə müzakirə olunub. Bu, informasiya problemi ilə bağlı olan məsələdir. Ona görə də deputatlar, digər ziyalılar, ictimaiyyət nümayəndələri bu cür kanalın yaradılmasına ehtiyac olduğunu bildirirlər. Lakin bunu yaratmaq, hazırlamaq çox çətin prosesdir, böyük maliyyə tələb edir. Hər kəs bilir ki, ölkədə neft şirkətinin maliyyələşdirdiyi CBC kanalı var. Bu kanalın rus, ingilis dilində, hətta erməni dilində verilişləri var idi. Bu kanalın yaxşı bazası, kadr, proqram siyasəti var. Fikrimcə, həmin kanalı bir qədər də gücləndirmək, strateji plana keçirmək və onun vasitəsilə həm rus, həm də ingilis dilində məlumatlar yaymaq olar. Yəni bunu daha real, daha ağlabatan, mümkün hesab edirəm. Çünki sıfırdan bir kanal formalaşdırmaq, onun üçün maliyyə tapmaq ciddi məsələdir. Ona görə də düşünürəm ki, CBC formalaşdıraraq, onun əsasında kanallar ayrıla bilər”.
Qulu Məhərrəmli bir daha vurğuladı ki, rus dilində ayrıca bir televiziya kanalının yaradılmasına ehtiyac görmür: “Çünki indi həm rus dilinin zamanı keçib, həm də dünya başqa dillərdə alternativ informasiya kanallarına sahibdir. Ona görə də ayrıca rus dilində kanalın yaradılmasına ehtiyac görmürəm”.
“Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı da qeyd etdi ki, ölkədə rus dilində yayınlanan kanal artıq var: “Ölkədə rus dilində yayımlanan CBC kanalı var. Kim istəyirsə, daxil olub, baxa bilər. Əgər Qüdrət Həsənquliyev bu məsələ ilə bağlı təklif irəli sürübsə, görünür ki, nəsə bilir. Təklif pis təklif deyil. Lakin necə və nə üçün olacaq, bu haqda dəqiq heç nə demək mümkün deyil”.
Media eksperti Zeynal Məmmədli isə mövzuya bu cür şərh bildirdi: “Bu, xoşniyyətli və eyni zamanda sadəlövh səslənən bir təklifdir. Çünki söhbət əgər MDB məkanından gedirsə, kanallar var və Azərbaycan həmin kanallar vasitəsilə istədiyi məlumatı istədiyi televiziya formatında çatdıra bilər. Bunun üçün ayrıca televiziya yaradılmasına ehtiyac yoxdur. Bunun üçün də ayrıca maliyyə, peşəkar kadrlar ayrılmalıdır. Hazırda Azərbaycan televiziyalarının özünün peşəkar kadrlara ehtiyacı var və onların hazırlanması uzun müddət tələb edir. Bu baxımdan birdən-birə qayıdış dövründə, Qarabağın işğaldan azad olunduğu zamanda - hansı ki, indi orada quruculuq işləri üçün böyük xərclər tələb olunur - yeni televiziya yaratmağa nə ehtiyac var? Söhbət milyonlarla dollardan gedir. Hesab edirəm ki, bizim deputatların dövlət büdcəsinin necə xərclənməsi ilə bağlı əlavə kurs keçməyinə ehtiyac var. Söhbət konkret hansısa deputatdan getmir. Amma dövlət büdcəsinin heç bir effekt verməyəcək informasiya və təbliğat vasitəsinə xərclənməsini mənasız hesab edirəm”. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39 |
|
|
|
• İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33 |
|
|
|
• ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30 |
|
|
|
• Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28 |
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
• 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35 |
|
|
|
• Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28 |
|
|
|
• Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17 |
|
|
|
|