“Kim acından ölür ki, biz də acından ölək?” – Bir ildir toysuz qalan məşhurlar
Tarix: 16-03-2021, 15:14 | Çap et
Azərbaycanda koronavirus pandemiyası səbəbi ilə toy məclislərinin keçirilməsinə qadağa qoyulmasından bir il ötür. Bu müddət ərzində dəfələrlə toylara qoyulan qadağaların götürüləcəyi iddia edilsə də, amma qərar qüvvədə qalmaqdadır.
Evlənmək planı quranlar, şadlıq saraylarında çalışanlar sənətçilər və toylardan qazanan digər sahənin adamları qadağaların götürüləcəyi günü səbirsizliklə gözləyirlər.
Bəs, sənət adamları toysuz 1 ili necə keçirdi? Onlar gizli keçirilən toylara dəvət alırmı? Sonuncu dəfə nə zaman toyda olublar?
Musavat.com mövzu ilə əlaqədar sənət adamlar arasında sorğu keçirib.
Müğənni Nadir Qafarzadə deyib ki, sonuncu dəfə martın 14-ü 2020-ci ildə toy məclisində iştirak edib:
“Artıq 1 ildir ki, tək mən yox, digər sənət dostlarım, musiqiçilər və toyla əlaqədar çalışan hər kəs işsizdir, pul qazanmırlar. Bu çox çətindir. Bir insanın 1 il pul qazanmaması, büdcəsindən yeməsi və o büdcənin də tükənməsi dəhşətdir. Musiqiçilər elə işlərdə çalışır ki, adam dəhşətə gəlir. Dözürük. Bu virus bütün dünyada var. Hər qaranlıq gecənin bir gündüzü var. Dövlətin qoyduğu qadağalara əməl etməliyik. Biz psixoloji travma aldıq. Sənətçinin səhnədən uzaq qalması onu sarsıdır. Mənim üçün bu bir il çox ağır keçdi. Indi də ağrıdır. Allah hər kəsə kömək olsun. Düşünürəm ki, qadağanı yumşaltmaq lazımdır. Toylara, bayramların keçirilməsinə icazə verilməlidir. Çünki toy bizim adətimizdir. Vacib deyil ki, 500 nəfərlə toy edilsin. 100-150 nəfərlə də toy keçirmək olar. Mən də atayam. Övladımın toyunu görmək istəyirəm. Hələ qız atalarını demirəm. Onlar da qızlarının ağ gəlinlikdə, zurna-balabanla evdən çıxmasını arzulayırlar. Hələ arzularımız ürəyimizdə qalıb. Inşallah hər şey qaydasına düşər”.
Rəqqasə Aytən bildirib ki, gizli keçirilən məclislərdə iştirak etmir: “Gizli keçirilən məclislərə getmirəm. Düzünü deyim ki, dəvət də yoxdur. Çağırsaydılar da, getməzdim. Çünki dövlətin qoyduğu qadağa var. Onu pozmaq qanun pozuntusudur. Türkiyədən gələndən ayaqqabı biznesimlə məşğulam. Düzdür, orada da satış yaxşı deyil. Amma yenə də dolanmağıma yetir”.
Aşıq Namiq Fərhadoğlu deyib ki, müəllimlik edərək qazanır:
“Bir ildir toy yoxdur. Bu bir il ərzində gizli ad günü keçirənlər olub ki, məni dəvət edib, amma getməmişəm. Hazırda dərs deyirəm, tələbələrim var. Allah verəndən yeyib, dolanırıq. Kim acından ölür ki, biz də acından ölək? Dövlətin qoyduğu qanun hamı üçün keçərlidir. Nə vaxt desələr ki, toylara, məclislərə icazə verilir, o zaman da gedib iştirak edəcəyəm. Bir neçə dəfə Rusiyaya toylara dəvət ediblər, gündəlik verilişim olduğu üçün gedə bilməmişəm. Bilirsiz ki, müğənnilərimizin çoxu oraya üz tutur. Inşallah Azərbaycanımızda toy, nişan olsun. Gedib 3-5 manatımıızı qazanaq”.
Müğənni Elvin Mirzəzadə toyların olmamasının ona vurduğu maddi ziyandan bəhs edib:
“Toyların olmaması mənə də maddi ziyan vurub. Azərbaycanda iqtisadiyyat sistemini inkişaf etdirən sahələrdən biri də toydur. Bir-iki dəfə 7-8 nəfər olan məclisə dəvət almışam, masa arxasında oturub gitara ilə ifa etmişəm. O da məclis sayılmır. Orada pandemiya qaydası pozulmayıb. Hamısı ailə üzvü olub. Düşünürəm ki, 1-2 aya toylara qoyulan qadağa aradan götürüləcək. Yoxsa musiqiçilər üçün daha çətin vəziyyət yaranacaq”. Musavat.com
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
• 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35 |
|
|
|
• Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28 |
|
|
|
• Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17 |
|
|
|
• Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12 |
|
|
|
• BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02 |
|
|
|
• Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53 |
|
|
|
• "Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:51 |
|
|
|
|