O, prezidentə, dövlətə yox, Eldar Mahmudova və onun şəbəkəsinə sadiq oldu... - İndi də bədəl ödəmə zamanıdır
Tarix: 10-11-2015, 08:34 | Çap et
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun da adı "MTN işi”ndə keçir. Komitə sədri sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun setinə daxil olan əsas simalardan biri olub. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.
Mənbə bildirir ki, K.Həsənov E.Mahmudov klanına 2006-cı ildə daxil olub: "Sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevi zəiflətmək üçün Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentini nazirliyin tərkibindən çıxardaraq müstəqil quruma - Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə çevirdilər. Yeni komitəyə sabiq departament rəhbəri Kərəm Həsənov təyin edildi. Bu təyinatdan 2 ay sonra F.Əliyev həbs edildi və "başsız” qalmış K.Həsənovu E.Mahmudov qısa müddət ərzində çətiri altına ala bildi. Çovdarov qrupu iş adamlarının əmlakını əlindən almaq üzrə "ixtisaslaşmışdısa”, H.Kərəmov dövlət əmlakını ələ keçirmək üzrə E.Mahmudovun göstərişlərini həyata keçirirdi”.
Mənbənin məlumatına görə, E.Mahmudovun göstərişlərini "layiqincə” həyata keçirən K.Həsənov 2009-cu ildə "patronun” dəstəyi ilə yeni səlahiyyətlərə yiyələnib: "2009-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti K.Həsənovun idarəetməsinə keçdi, qurumun rəisi Arif Qaraşov oyundan kənar vəziyyətdə qaldı. Bu birləşmədən sonra Əmlak Məsələləri Dövlət Komitəsi yaradıldı və K.Həsənov yeni quruma sədr təyin edildi. Hakimiyyət çevrələrində yetərincə nüfuz sahibi olan A.Qaraşovun bu yolla bitirilməsi çoxları üçün gözlənilməz oldu. Bəzi ekspertlər bunu K.Həsənovun "qələbəsi” kimi təqdim etsə də, heç kim bunun "dərin dövlət başçısının” xidməti olduğunun fərqinə vara bilmədi. O vaxt MTN şefi ona tabe olmaqdan imtina edən A.Qaraşovu bu yolla cəzalandırdı – o ölkə prezidentini bu addımın effektivliyinə inandıra bilmişdi”.
Mənbənin bildirdiyinə görə, səlahiyyət dairəsi artırılmış K.Həsənov "patron”unun dəstəyi ilə daha bir dövlət qurumunun - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin funksiyalarının bəzilərini əldə etmək üçün mübarizəyə başladı: "K.Həsənov E.Mahmudovun dəstəyi ilə bu ilin fevralın 5-də arzusuna çatdı - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi və qurumun dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəsini hazırlamaq funksiyası Əmlak Məsələləri Dövlət Komitəsinə keçdi”.
Mənbə Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərini artırılması ilə bağlı yuxarıda sözügedən prezident fərmanlarının mətni aidiyyəti üzrə Prezident Administrasiyasında hazırlanmadığını vurğulayır: "Ənənəvi olaraq prezident fərmanlarının mətni Prezident Administrasiyasının uyğun şöbələrində hazırlanır, administrasiya rəhbərliyi tərəfindən qəbul edildikdən sonra imzalamaq üçün prezidentə təqdim edilir. Hər iki fərmanın mətni Əmlak Məsələləri Dövlət Komitəsində hazırlanıb və prezidentin ona yüksək etimadından sui-istifadə edən E.Mahmudov tərəfindən dövlət başçısına təqdim edilib. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğvi ilə bağlı fərman veriləndə isə Prezident Administrasiyasının rəhbəri ümumiyyətlə Azərbaycanda olmayıb. "Dərin dövlət” layihəsini həyata manesiz keçirmək üçün əlverişli vaxt seçib”.
Mənbənin məlumatına görə, E.Mahmudova arxalanan K.Həsənov Prezident Administrasiyasının rəhbərliyinə və administrasiyanın şöbə müdirlərinə qarşı da itaətsizlik göstərib: "Hökumətin nüfuzla nazirlərindən sayılan fövqəladə hallar naziri Kəmaləddin Heydərov və ya nəqliyyat naziri Ziya Məmmədov belə Prezident Administrasiyasının rəhbərliyinə qarşı çox həssas olublar. Yəni administrasiya rəhbərliyinin tapşırıqlarını qeyd-şərtsiz yerinə yetiriblər. Ancaq E.Mahmudovun dəstəyinə güvənən K.Həsənov administrasiya rəhbərliyinə qarşı itatəsizlik göstərib. Şübhəsiz ki, xaraktercə qorxaq adam olan K.Həsənov E.Mahmudovun göstərişi ilə belə "cəsarət” nümayiş etdirib”.
Mənbə bildirir ki, K.Həsənov E.Mahmudova dövlət müəssisələrini və torpaq sahələrini ələ keçirməkdə və mənimsəməkdə münbit şərait yaradıb:"E.Mahmudovun yaxınlarının adına yüzlərlə ASC, kiçik müəssisə, torpaq sahələri özəlləşdirilib. E.Mahmudov işdən çıxarıldıqdan sonra onun bütün əməlləri kimi bu məslədə ifşa edilib və məsələnin mahiyyəti dövlət başçısına məruzə edilib. MTN-də təmizləmə işləri başa çatandan sonra adı qara siyahıda olan başqa məmurlar kimi K.Həsənovun da işdən çıxarılması və cəzalandırılması gözlənilir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48 |
|
|
|
• “Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46 |
|
|
|
• "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39 |
|
|
|
• İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33 |
|
|
|
• ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30 |
|
|
|
• Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28 |
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
• 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35 |
|
|
|
|