Əhəd Abıyevin də adının hallandığı qalmaqallı məhkəmə işi... - Başçı torpağından niyə imtina edib?
Tarix: 3-09-2015, 10:38 | Çap et
Dünən Vaqif Şıxəliyevin qurama işi olan bir məhkəmə şousu olmalı idi... Söhbət V.Şıxəliyevə məxsus olan və Novxanıda yerləşən, sonradan Daşkəsənin İcra başçısı Əhəd Abiyevin adına sənədləşdirilən, sonuncunun isə qalmaqaldan uzaq olmaq üçün həmin torpağı Habil Vəliyev adlı bir şəxsin adına keçirdiyi, faktiki yerləşdiyi ərazini isə V.Şıxəliyevin qudası Məmmədağa İbrahimovun 20 ildir yaşadığı, şəxsi mülkiyyətində olan bağ sahəsinə düşdüyünü iddia edərək sonuncunun tərəfindən məhkəmədə guya həmim torpaq sahəsinin zəbt edilməsi ilə bağlı qaldırdığı iddiadan gedir... Lakin Habil Vəliyev dünən ərazi üzrə işə baxan məhkəmənin iclasına gəlməyib... Məhkəmədən "Təzadlar"ın əməkdaşının sorğusuna cavab olaraq bildiriblər ki, Habil Vəliyev adlı "iddiaçı" məhkəməyə maraqlı səbəbdən gəlməyib... Ancaq əldə etdiyimiz məlumatda bildirilir ki, neçə vaxtdır xəstəliyi ilə bağlı Türkiyədə olan Vaqif Şıxəliyev sonuncuya Bakıya gələnə kimi məhkəmədə iştirakına icazə verməyib... Bunun isə şok səbəbləri var. Bizi izləyin az sonra təqdim ediləcək. ***
Nəsimi rayon Prokurorluğu ötən il qanunsuz fəaliyyət göstərən bazarda baş vermiş bundan da dəhşətli ölüm hadisəsini ört-basdır etməsəydi, yəqinki sonuncu hadisə də baş verməzdi... Azərbaycan Baş Prokurorluğu ötən həftəsonu Bakıda qadının özünü yandıraraq intihar etməsi faktı ilə bağlı rəsmi məlumat yayıb. Baş Prokurorluqdan “Tezadlar.az”a daxil olan məlumatda deyilirdi: “Avqustun 13-də saat 19:30-da paytaxtın Nəsimi rayonu, S.Vurğun küçəsi 73 saylı ünvanda yerləşən “Bakı Mərkəzi Bazar” MMC-yə məxsus bazarın ərazisində Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü İmanova Xatirə Nadir qızının üstünə neft məhlulu tökərək özünü yandırması və aldığı yanıq xəsarətlərindən orada vəfat etməsi faktına görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilir. İstintaqla müəyyən edilib ki, X.İmanova əvvəllər “Şəxsiyyətin isterik tipli pozuntusu: özünü kəsmə və isterik tutmalar” diaqnozu ilə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 №-li Klinik Psixiatriya Xəstəxanasında stasionar müalicə alıb. Hazırda ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Nəsimi rayon Prokurorluğu ötən il bu qanunsuz fəaliyyət göstərən bazarda baş vermiş bundan da dəhşətli ölüm hadisəsini ört-basdır etməsəydi, yəqinki sonuncu hadisə də baş verməzdi...
Qeyd edək ki, qanunsuz fəaliyyət göstərən “Bakı Mərkəzi Bazar” MMC Sabirabadın keçmiş icra başçısı, işdə yol verdiyi ciddi nöqsanlara görə Prezident H.Əliyev tərəfindən vəzifəsindən kənarlaşdırılmlş Vaqif Şıxəliyevə məxsusdur. Halbuki adı çəkilən bazarda hələ ötən bundan da dəhşətli hadisə baş vermişdi. Belə ki, bazarda V.Şıxəliyev tərəfindən qanunsuz tikinti işləri aparılmışdır və nəticədə yüksəklikdən düşən ağlay üzlük daşı ərazidən keçən Bakı şəhər sakini Mais Cəbrayılovun başına düşərək onun ölümünə səbəb olmuşdur. Həmin dövrdə baş vermiş ölüm hadisəsi ilə bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlansa da, bizə və ictimaiyyətə məlum olmayan səbəblərdən toplanmış materialın da, necə deyərlər, başına daş salınmışdır... O mənada ki, Vaqif Şıxəliyev həmin vaxt hadisəni ört basdır etmək üçün “Təcili yardım” maşını hadisə yerinə gələnədək həmin qanunsuz tikinti sahəsində çalışan fəhlə Güloğlan Nərimanovu xərəyə yıxaraq guya başına daş düşənin onun olduğunu göstərməyə və ölüm hadisəsini gizlətməyə səy göstərmişdi... Lakin sonradan 1 saylı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzdə reanimasiyada yatan Mais Cəbrayılovu müalicə edən şöbə müdiri, travmatoloq-həkim Əmralı Yusifov xəstənin ölümcül vəziyyətdə olduğu, hətta xəstəxanada çəkiliş aparan “SPACE” TV-nin əməkdaşına açıq formada etiraf etmişdir... Və iki gün sonra başına daş düşmüş Mais Cəbrayılov xəstəxanada dünyasını dəyişmişdir... Amma təkrar edirik, olduğunu bildirmişdi...
Mais Cəbrayılovun ailəsindən reportaj...
“Təzadlar” həmin dövrdə başına daş düşərək dünyasını dəyişmiş mərhum Mais Cəbrayılovun ailəsindən hələ o zaman geniş reportaj hazırlamağa çalışmışdı... Bir sıra ciddi faktlar da əldə etmişdik. Məsələn, V.Şıxəliyevin həmin ölüm hadisəsini yas mərasimində təyin etdiyi xüsusi şəxslər tərəfindən ciddi nəzarətdə-məxfilikdə saxlamaq cəhdindən tutmuş, ailə üzvlərinin bir kimsəyə bu mövzuda müsahibə vermək qadağasına kimi... Həmçinin Nəsimi rayon Prokurorluğunda həmin ölüm işinin istintaqının sonrakı taleyinin ölü nöqtəyə çatdırılmasına kimi. Lakin “Təzadlar” bu cinayət işi ilə də bağlı prokurorluğun apardığı sənədləşmədəki dolaşıqlığın-faktiki olaraq ölüm hadisəsinin guya başqa səbəb və məkanlarda cərəyan etməsi kimi sənədləşmənin... üzərinə işıq salan mühüm məlumatlar əldə edib. Yaxun saylarımızda bu məsələyə dair ciddi araşdırma yazılarımız olacaq. Hətta artıq həmin yazının sərlövhəsi də bəllidir: “Bir ölüm işinin izi ilə...”.
Vaqif Şıxəliyevin intihar hadisəsinin izini itirmək cəhdi...
Fakt odur ki, hadisə, Baş Prokurorluğun və Bakı şəhər Prokurorluğunun məlum rəsmi açıqlamalarında təqdim edildiyi kimi, son məlum intihar hadisəsi “Bakı Mərkəzi Bazar” MMC-də baş verib. O bazarda ki, fəaliyyəti qanunsuzdur, ortada məhkəmə aktı var... Amma Vaqif Şıxəliyev ötən gün məlum intihar hadisəsini özünə yaxın və çox əziz olan bir qəzetdə tamamilə tərsinə yozub-yazdırıb. Və o, hesab edib ki, guya Baş Prokurorluq dərhal həmin yazını mötəbər sübut və mənbə kimi əlində tutub qudası və şəriki M.İbrahimovu həbs edəcəklər. Lap bişmiş toyuğun gülməyi tutur! Və inanın, həmin bişmiş toyuq dirilib öz qudasını şərləmək istəyən qudanın bu cəhdini görsə, hirsindən özünü qaynar qazana təkrar təpər ki, belə əndazəsiz hadisələri görməsin... Məsələn, həmin “Bişmiş Toyuq” redaksiyaya “göndərdiyi” əsəbi şikayət məktubuna məlum yazıdakı M.İbrahimov adının yerinə V.Şıxəliyevin adını əvəzləyərək maraqlı tekst göndərib. Dönə-dönə xahiş edir, hətta “Sizi and verirəm, “Görüş”ün canına!” deyərək rica edir ki, bu əlavəni mütləq təqdim edək. Biz də “Bişmiş Toyuğun” xahişini nəzərə alıb aşağıda təqdim edirik: “Bu gün isə məlum oldu ki, ...Xatirə İmanova “Bakı Mərkəzi Bazar” MMC-nin sahibi Vaqif Şıxəliyevin qəbuluna düşə bilmədiyi üçün özünə qəsd edib: “Xatirə İmanova “Bakı Mərkəzi Bazar” MMC-də çalışırdı. İndiyədək onun başına olmazın müsibətlər açılıb və buna görə məhz “Bakı Mərkəzi Bazar” MMC-nin rəhbəri Vaqif Şıxəliyev cavabdehlik daşıyır. Mərhum qadın bir neçə dəfə Vaqif Şıxəliyevin qəbuluna düşməyə, üzləşdiyi problemləri yoluna qoymağa çalışıb. Lakin qarşı tərəf hər dəfəsində müxtəlif bəhanələrlə onunla görüşməkdən imtina edib. Sonuncu dəfə isə qadın bazar rəhbərliyinin saymazyana münasibətindən əsəbiləşib və üstünə benzin tökərək özünə od vurub. Odur ki, Xatirə İmanovanın ölümünə görə “Bakı Mərkəzi Bazar” MMC-nin rəhbəri Vaqif Şıxəliyev məsuliyyət daşıyır”. Qarşı tərəfin də mövqeyini də dəec etməyə hazırıq... Mövzuya mütləq qayıdacağıq. *** Bu gün bizə məlumat verildi ki, qeyd edilən hadisə ilə bağlı Vaqif Şıxəliyev Bakı Şəhər Prokurorluğuna çağırılıb. V.Şıxəliyevə yaxın mənbələrdən sızan məlumata görə, bazar rəhbərliyi haqqında ciddi araşdırmalara başlanılıb. Hətta bu səbəbdən ciddi narahat olan V.Şıxəliyevin şəkəri qalxıb və o, yenidən Türkiyəyə getməli olub... Daha ətraflı məlumat veriləcək... Bizi izləyin... \\tezadlar.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45 |
|
|
|
• Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41 |
|
|
|
• "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33 |
|
|
|
• Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30 |
|
|
|
• Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28 |
|
|
|
• İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25 |
|
|
|
• Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05 |
|
|
|
• Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59 |
|
|
|
• MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57 |
|
|
|
• "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42 |
|
|
|
• Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39 |
|
|
|
• Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37 |
|
|
|
• Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33 |
|
|
|
• Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26 |
|
|
|
• Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17 |
|
|
|
• Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15 |
|
|
|
• "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09 |
|
|
|
• Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04 |
|
|
|
• Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59 |
|
|
|
• Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47 |
|
|
|
• Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36 |
|
|
|
• Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28 |
|
|
|
• İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22 |
|
|
|
• 15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16 |
|
|
|
• Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12 |
|
|
|
• Milyonlar içində üzən Saleh Məmmədov işçinin haqqına girir... - Dekabrın maaşları hələ də verilməyib...
Bu gün, 09:10 |
|
|
|
• Vüqar Əhmədov idarə rəisi təyin etdi - ƏMR
Bu gün, 09:05 |
|
|
|
• Moskvada Zəngəzur planı ifşa edildi - Lavrovun iki təklifinə rədd CAVABI
Bu gün, 08:58 |
|
|
|
• Rusiyanın bu cür mövqeyi onun etibarsız tərəfdaş olduğunu göstərir... - FAKT BUDUR!
Bu gün, 08:56 |
|
|
|
• “Kapital Bank” ASC səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 08:48 |
|
|
|
• “Buta” klinikasının gözdən-könüldən uzaq işləri - ÇALIŞIRLAR Kİ...
Bu gün, 08:46 |
|
|
|
• "Biz də bilirik ki, Mixail Qorbaçovu Nobel Sülh Mükafatından məhrum etməyəcəklər" - AMMA...
Bu gün, 08:39 |
|
|
|
• İşçilər bunları bilməlidir... - Ekspert danışır...
Bu gün, 08:33 |
|
|
|
• ABŞ-ın bu qərarı Bakıya da təsir edəcək - AÇIQLAMA
Bu gün, 08:30 |
|
|
|
• Avropa Parlamentinin üzvü qurumun fəaliyyətini kəskin tənqid edib - "Bəzi Qərb dairələri..."
Bu gün, 08:28 |
|
|
|
• İlon Mask yaxın zamanda dövlət katibi Marko Rubio ilə tərs düşə bilər - GÖZLƏNTİ
Bu gün, 08:22 |
|
|
|
• Neftçilər qəpik-quruş dərdində... bu isə... - İLGİNC FAKTLAR
Bu gün, 07:33 |
|
|
|
• “AzeBirja“da vətəndaşların milyonları itirildi - BU NƏDİ BELƏ?
Bu gün, 07:27 |
|
|
|
• "Təmir adı ilə sui-istifadə olundu” - NAZIRIN NƏZƏRİNƏ...
Bu gün, 07:22 |
|
|
|
• Tramp mütləq İrana zərbə endirəcək - Görünəni odur ki...
Bu gün, 07:13 |
|
|
|
• Ermənistanın taleyini o müharibə həll edəcək – Kritik proses başlayır
Bu gün, 07:11 |
|
|
|
• Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib - "AFP"
Bu gün, 06:25 |
|
|
|
• Putinlə görüşməyə hazır olan Tramp Kiyevə silah tədarükünü dayandırmağı düşünür
Bu gün, 06:20 |
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
|