Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? .....                     Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir .....                     Məktəblərə internet çəkilməsi 17,5 milyon manata .....                     Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... .....                     Bakıda çəkisi 6 kq olan uşaq doğulub .....                     SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? .....                     Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib .....                     Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin .....                     Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi .....                     Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... .....                     Diplomlu işsizlər... .....                     İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb .....                     "İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." .....                     "Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." .....                     Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? .....                     Paşinyan sübut etməyə çalışır ki... .....                     FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... .....                     Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı .....                     "Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" .....                     Arxitektura Komitəsinin nə marağı var ki... .....                     `Azercell` xaricdə də müştəriyə problem yaradır .....                     Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... .....                     Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin .....                     "Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" .....                     ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım .....                     İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... .....                     Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? .....                     Aleksanyandan Vardanyanla bağlı sensasiya .....                     Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik .....                     Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır .....                     Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... .....                     Trampın Bakı səfəri baş tuta bilər... .....                     Fevralın 9-u başlayacaq .....                     Qəbul imtahanları elektron olacaq .....                     Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... .....                     ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır .....                     "Yenə mənim adımdan pul dilənir" .....                     Tanınmış iş adamı ağır qəzaya düşdü .....                     NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı .....                     'Aİ-95' benzinin qiyməti artacaq? .....                 

Gülnarə Abdullayevanın xəbəri olmadığı tenderdən Ceyhun Bayramovun xəbəri varmı? - ILGINC
Tarix: 4-05-2020, 09:04 | Çap et
Gülnarə Abdullayevanın xəbəri olmadığı tenderdən Ceyhun Bayramovun xəbəri varmı?
Milli Məclisin keçən həftə keçirilən iclasında Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı müzakirə olunub. Hesabat verən Hesablama Palatasının sədrinin bildirdiyinə görə “daha çox rast gəlinmiş pozuntular onu qeyd etməyə imkan verir ki, dövlət vəsaitlərinə nəzarət, ilk növbədə, dövlət satınalmalarının şəffaf keçirilməsinə və dövlət əmlakından səmərəli istifadəsinə nəzarətin təşkilindən keçir.”

Aktualinfo.org xatırlatmaq istəyir ki,bir çox qurumlarda dövlət satınalmalarının şəffaf keçirilməməsi və vəsaitlərin süni şəkildə şişirdilməsi barədə əldə etdikləri məlumatları daim geniş ictimaiyyətin diqqətinə çatdırmaqla yanaşı, qanun pozuntularına yol vermiş dövlət orqanlarının fəaliyyətinin araşdirilması və tədbir görülməsi üçün Hesablama Palatasına da dəfələrlə müraciətlər etmişdir.Qeyd edək ki, dövlət satınalmalarının şəffaf keçirilmədiyində şübhələr yaradan məqalələrdən biri də,aprelin 3-də Aktualinfo.org saytında yayılmış “Gülnarə Abdullayeva internat məktəbdə uşaqlara sudan başqa nə verir?” başlıqlı məqalə olmuşdur.

Aprelin 8 -də 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbin direktoru Gülnarə Abdullayeva tərəfindən redaksiyamızın elektron poçtuna təkzib tələbi ilə münasibəti daxil olub.Sözügedən münasibətdə internat məktəbin direktoru daha çox bizi qeyri-peşəkarlıqda günahlandıraraq yazdıqlarımızın həqiqətə uygun olmadğını,məlumatların əvvəlcədən tərəfimizdən araşdırılmadığından təkzib olunmasını tələb edib,əks halda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işinin açılacağı ilə bizi qorxuzub.

Amma bizim məqalədə toxunduğumuz məsələlərə ,yəni internat məktəbin tender yolu ilə içməli suyun satınalmasına ayrılmış dövlət vəsaitindən heç söhbət açmayıb.Məqalədə ünvanladığımız suallara cavab vermək əvəzinə onu oxuculara mənfi obrazda təqdim edən böhtan xarakterli məlumatlar dərc etdiyimizi bildirib.

Biz Aktualinfi.org olaraq yazdıqlarımızın üstündə dayanırıq və burada heç bir böhtana yol verilmədiyini bir daha qeyd edirik.11.03.2020-ci ildə də 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbi tərəfindən içməli suyun satınalması üzrə tenderin qalibinin ”Dostluq Servis” Məhdud Məsuliyyətli Cəmiyyətinin olması və ondan 20 gün sonra, yəni 30.03 2020-ci ildə”Dostluq Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə içməli suyun satınalması üzrə 80000 manat dəyərində müqavilə bağlanılması barədə məlumatları biz dövlətin rəsmi orqanından əldə etmişik.Müqavilənin bağlanması barədə rəsmi bildiriş 16.03.2020-ci ildə elan olunub. Xanım direktor əgər bunları böhtan hesab edirsə, onda bu yalan məlumatları dövlət orqanlarına niyə təqdim ediblər?

Böhtan xarakterli məlumat dedikdə xanım direktor nəyi nəzərdə tutur? Keçirilmiş tender böhtandır? Tenderin keçirilməsi üçün verilmiş elanın böhtan olduğu məsələsini bir kənara qoyub bizi qeyri peşəkarlıqda günahlandıran Gülnarə Abdullayevadan bir daha soruşmaq istərdik. 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəbdə şagirdlərə gün ərzində nə qədər su verilir və yaxud da internatda bir nəfərin yeyib-içmək rasionunda nə qədər su daxil edilir? Siz bu bu suallara cavab verin.

Sizin 11.03.2020-ci ildə qalibini elan etdiyiniz tenderin şərtlərinə görə “Dostluq Servis”MMC 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəb ilə 20000 kubmetr içməli suyun satınalması üzrə 80 ooo manat dəyərində müqavilə bağlanmışdır.Ötən yazıda da qeyd etmişdik,bir daha da yadınıza salmaq istərdik ki, Tarif Şurasının 13.05.2016-cı il tarixli qərarı ilə bir kub metr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpikdir.Təmiz,içməli suya gəlincə. Bu gün bir çox şirkətlər var ki, çatdırılma və xidmət haqqı almadan 19-20 litrlik polikarbonat qablarda qablaşdırılmış keyfiyyətli içməli suyu 3-3,50 manata satırlar.

Burada oxucuların diqqətinə bir məqamı xüsusilə çatdırmaq istərdik.Aktualinfo.org saytı olaraq 11 saylı İnteqrasiya Təlimli İnternat Məktəb tərəfindən içməli suyun satınalması üzrə elan olunmuş tender prosedurunun “keçirilmiş müsabiqələr” və “bağlanmış müqavilələr” bölümündə tərəfimizdən kiçik bir anlaşılmazlığa yol verilmişdir. Bəs gəlin görək buna görə bizi qeyri-peşəkarlıqda ittiham edən Gülnarə Abdullayevanın özü rəhbəri olduğu internat məktəb haqqında nə nə qədər peşəkarcasına məlumatlar verib?

Sabunçu rayon icra Hakimiyyətinin saytında yerləşdirilmiş məlumatlara görə internat məktəbində 1254 şagird var.Bu məlumatın hansı tarixə olduğu bəlli deyil.Qeyd edilib ki, onlardan 981 nəfəri ümumi təhsil siniflərində, 173 nəfəri xüsusi təhsil siniflərində, 100 nəfəri isə Günərzi Qayğı Mərkəzində təlim-tərbiyə olunan 3-6 yaşlı uşaqlardır.

“Azərtac” informasiya Agentliyinin 2017-ci ilin mart ayının 1-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın 11 saylı inteqrasiya təlimli internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak etməsi barədə yaydığı məlumatlara görə internat məktəbində 945 şagird təhsil alır və onlardan 158 nəfəri xüsusi təhsilə cəlb olunub. 2016-2017-ci tədris ilində məktəbdə təhsil alan şagirdlər 59 sinif üzrə qruplaşdırılıb. Onlardan 38-i ümumtəhsil sinifləri, 21-i isə xüsusi siniflərdir. Ümumtəhsil siniflərində təlim Azərbaycan və rus dillərində aparılır. Müəssisənin yataq korpusunda 133 şagird yaşayır. Məktəbdə uşaqların təlim-tərbiyəsi ilə 139 müəllim və tərbiyəçidən ibarət işçi heyət məşğul olur.

Ondan cəmi iki ay sonra,yəni 18.05 2017-ci ildə Təhsi Nazirliyinin saytına yerləşdirilmiş məlumatlara görə hazırda internat məktəbində 1108 nəfər şagirdin təlim-tərbiyə alması barədə məlumatlar var. Ümumtəhsil siniflərində 796, xüsusi siniflərdə isə 163 nəfər şagird təhsil aldığı bildirilib.Qeyd edilib ki,onların təlim-tərbiyəsi ilə 142 nəfər pedaqoji işçi məşğul olur. Məqama diqqət yetirin martın 1-dən may ayının 18-nə şagirdlərin sayı 945-dən 1108-ə yüksəlib.

Bunları qeyd etməkdə məqsədimiz nədir? Çox istərdik ki,özlərinin də buraxdıqları səhvlərə bir nəzər salsınlar. Digər tərəfdən də biz Gülnarə xanım Abdullayevaya şagirdlərin sayını xatırlatmaqla gün ərzində onların payına düşən, yaxud da onların içdiyi suyun həcmini hesablamlarını istəyirik. Gülnarə xanım, birinci 80 000 manata alınmış 20000 kubmetr suyu litrə çevirin.Sonra şagirdlərin sayına bölüb,onu da ilə,yəni şənbə,bazar və istirahət günlərini çıxmadan 365 günə vurun.Hər nəfərə gün ərzində neçə litr içməli su düşür,Gülnarə xanım? Biz burada sadəcə şagirdləri nəzərdə tutduq,siz istəyirsiniz 11 saylı internat məktəbin bütün kollektivini,müəllimlərindən, xadimələrdən, aşbazlardan tutmuş bagbanlara qədər,hamısını hesablaya bilərsiniz.

Şagirdlərin sayı da ayrı-ayrı vaxtlara bir cür göstərilən, bu cür təzadlı məlumatlara bol olan,lakin bütün bunları göz ardına almaq istəyən İnternat məktəbin direktoruna bir daha sual vermək istərdik. Siz bizə 20000 kubmetr suyun hara axıdılmasından danışın.Yaxud da ona ayrılmış dövlət vəsaitlərinin hara uçurulmasından xəbər verin.

Bu kimi təzadlı suallara bir daha aydınlıq gətirmək üçün telefonla əlaqə saxladığımız Gülnarə Abdullayevanın hər şeydən bixəbər olması,ancaq şəxsi məsələlərinə toxunmaqla özünü təmizə çıxarmaq istəyi bizim marağımıza səbəb oldu.Belə ki,xanım direktora içməli suyun alınması barədə verdiyimiz suala, siz nə danışırsınız,hardandı sizdə bu məlumat-deyə cavab verdi.Biz Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin elektron portalında elan olunmuş tenderlərin nəticələri barədə məlumatlardan əldə etdiyimizi bildirdikdə, Gülnarə Abdullayeva ,bilmirəm mənim o işlərdən xəbərim yoxdur,mənim mühasibim var o bilir bu işləri,ümumiyyətlə bizim baş idarəmiz var,bu işləri onlar görür bizim heç nədən xəbərimiz yoxdu-deyə cavab verdi və əlavə etdi ki, mənim vəkilim var,bundan sonra sizinlə mənim vəkilim danışacaq-dedi.

Artıq xeyli vaxt keçməsinə baxmayaraq nə vəkil,nə də heç kim bu məsələyə aydınlıq gətirmək üçün bizimlə əlaqə saxlamadı.Burada əlavə,maraqlı suallar ortaya çıxdı. Xanım direktorun xəbəri olmadığı tenderləri kimlər keçirib? Baş idarə dedikdə Gülnarə Abdullayeva kimləri nəzərdə tutur? Olmaya içməli su adı altında dövlət vəsaitini Təhsil Nazirliyinin rəsmiləri mənimsəyir? Başda nazir Ceyhun Bayramov olmaqla.Bu və digər suallara cavab ala bilməsək, bir mətbuat orqanı olaraq biz də araşdırılması üçün hüquq mühafizə orqanlarına müraciət edəcəyik.
Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Parlamentin İntizam Komissiyasının üzvləri dəyişəcək? - AÇIQLAMA
Bu gün, 09:57
Paşinyandan sərt addım: O ölkə ilə əlaqələri kəsir - “İravunk”
Bu gün, 09:51
Məktəblərə internet çəkilməsi 17,5 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 09:37
Rusiya və İran yaxınlaşması Bakı və Ankara üçün SİQNALDIR... - Məcburuq ki...
Bu gün, 09:33
Bakıda çəkisi 6 kq olan uşaq doğulub
Bu gün, 09:26
SPARK MMC-dən kimlər istintaqa cəlb edilib? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:15
Dövlət Duması Rusiya ilə ABŞ arasında birbaşa münaqişə risklərini qiymətləndirib
Bu gün, 09:11
Ölkədən 326 milyon manatı qaçaqmalçılıq yolu çıxartmaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib
Bu gün, 09:02
Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi - YENİ DETALLAR
Bu gün, 09:00
Hər bir saxta kosmetoloqun... plastik cərrahın arxasında hansısa MƏMUR DAYANIR... - İLGİNC...
Bu gün, 08:59
Diplomlu işsizlər... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:56
İrəvan İranın zəifləməsindən istifadə edir, “ova” çıxıb - keçmiş səfirdən ilginc açıqlamalar
Bu gün, 08:49
"İki gündür ki, dənizə getmək üçün gəmi ilə təmin olunmurlar..." - GİLEY
Bu gün, 08:41
"Ödənişli əlavə məzuniyyət almaq hüquqları..." - Ekspert danışır...
Bu gün, 08:28
Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı? - Görünəni odur ki...
Bu gün, 08:26
Paşinyan sübut etməyə çalışır ki... - AKTUAL
Bu gün, 08:25
FHN-dən növbəti ŞÜBHƏLİ TENDERLƏR... - bir araşdıran olsa...
Bu gün, 08:20
Cəlilabadda SAXTA SƏNƏD qalmaqalı - Başçının adı hallanır...
Bu gün, 08:18
"Ermənistan Cənubi Qafqaza daxil olmaq üçün plastarm rolunu oynayır" - Qulamhüseyn Əlibəyli
Bu gün, 08:15
Arxitektura Komitəsinin nə marağı var ki... - İDDİA
Bu gün, 08:08
`Azercell` xaricdə də müştəriyə problem yaradır - "E-sim yükləyin canınız dinc olsun..."
Bu gün, 08:05
Sərhədlərimizə qədər yaxınlaşan Vaşinqton... - KİM ÜÇÜN TƏHLÜKƏDİR?
Bu gün, 08:00
Bu gün hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyan, Araik Arutyunyan və digərlərinin məhkəməsi başlayır
Bu gün, 07:15
"Mən idman sahəsində baş verən haqsızlıqları, özbaşınalıqları tənqid edirəm" - QALMAQAL
Bu gün, 07:11
ABŞ-dan Qarabağla bağlı xoşagəlməz addım – Ermənilər geri qaytarılır?
Bu gün, 06:40
İki orqanı olmayan uşağın əlillik pensiyası kəsildi... - Nazirlik isə deyir ki...
Bu gün, 06:38
Ukrayna niyə çağırış yaşını aşağı salmaq istəmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:29
Aleksanyandan Vardanyanla bağlı sensasiya - "Bakıya elə faktlar verəcəm ki…”
Bu gün, 06:26
Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08
Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02
Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00
Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47
Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37
Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01
Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57
ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52
"Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49
Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46
NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43
'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40
Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02
"Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00
“Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58
Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22
Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20
Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10
Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08
Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Dünən, 18:07
Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Dünən, 18:01
Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Dünən, 17:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru