Əsas Səhifə > Manşet, Güney Press > CAN AY NEFTÇİ: Dalğanın hündürlüyü 7 metrə çatacaq...
CAN AY NEFTÇİ: Dalğanın hündürlüyü 7 metrə çatacaq...19-02-2025, 15:30 |
![]() Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. "DİA-AZ" xəbər verir ki, bu barədə agentlik məlumat yayıb. Xəbərdarlığa əsasən, fevralın 20-dən Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi fevralın 22-si səhər saatlarına kimi davam edəcək. Həmin günlər ərzində şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-28 m/s, fevralın 21-də açıq dənizdə isə arabir 30 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyü: 2-3 metr, sonrakı inkişafda 5-7 metrə çatacağı proqnozlaşdırılır. "DİA-AZ" xatırladır ki, neçə gündür Neftçilərin Hüquqlarının Müdafiəsi Təşilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı dənizdə çalışan neft işçilərinin növbə dəyişməməsinin rəhbərlik tərəfindən problemə çevrildiyi ilə bağlı həyəcan təbili çalır, ayrı-ayrı çalışanların haray səsini ictimailəşdirir. İndi aydın olanı odur ki, iş növbəsi dəyişimi gözləyən neftçilər yenə də qalası oldular... Havalar düzələnə... Geri qayıt |