14 yaşlı qız “Askar” hoteldə münasibətdə olduğu şəxs tərəfindən şantaj edilib .....                     “Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib .....                     Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıb .....                     Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv etdi .....                     İran həbsxanasından qurtulan tələbəmiz .....                     “Təkcə mən yox, digər sənətçilər də Mehriban Ələkbərzadədən narazıdır, sadəcə özlərini arxa planda saxlayırlar” .....                     Sənəd qəbulunun başa çatmasına az qalır .....                     “Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi .....                     “AzTeleKom”un daha bir bahalı tenderi ləğv edildi .....                     “Gəncə Şərab -2” səhmdarlarını yığıncağa çağırır, .....                     Ukrayna ABŞ-sız da mübarizəni davam etdirə bilər,amma... .....                     Abşeron RİH-ə qadağa qoyuldu .....                     Tramp dediyini etdi... .....                     "Sevgilim yaşca məndən böyükdür" .....                     Azərbaycanda 16 illik inşaat şirkəti .....                     Parkdakı bu güllələnmə hadisəsinin təfərrüatı bilindi: BAŞINDAN BİR GÜLLƏ .....                     Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib .....                     Suriyanın parçalanması niyə İran və digərləri üçün təhlükəlidir? .....                     Polis Nizami rayonunda evdən oğurluq edən şəxsi saxlayıb .....                     Naxçıvan: Konstitusiyaya dəyişikliklər ictimaiyyətə nə vaxt açıqlanacaq? .....                     Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb .....                     Nazirlik Əli Həsənovun ailə üzvlərinə bağlı şirkətlə daha bir müqavilə imzaladı .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "Bəzi mahnılar var ki, özü yazır" .....                     Rüfət Nasosnu Azərbaycan Yazıçılar Birliyinin adının dəyişdirilməsini təklif edir .....                     Hakimləri, vəzifəli şəxsləri təhqir edən “Bandit İsa”nın .....                     ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər .....                     "AlfaSığorta" AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib .....                     İrəvanın kommunikasiya ağrısı: Paşinyan bu dəfə də yalan danışır .....                     İrəvandan sülh açıqlaması: .....                     Dövlət agentliyi 62 milyonluq idxal mal-qaranı .....                     Bahəddin Leysanovun GİZLƏTDİYİ TARİX... .....                     “Asan İmza” .....                     "Bolkart debet kartdan imtina edirəm..." .....                     Aİ Ukraynaya hərbi yardım paketinin hazırlanmasını dayandırır .....                     Narkoloji Mərkəzin rüşvətə görə həbs edilən vəzifəli şəxslərinin .....                     "Məqalələr yazmışam, TV verilişləri aparmışam" .....                     Kollecin direktoru işdən çıxarıldı .....                     Ukraynalı deputatdan Zelenskiyə çağırış: .....                     Nikol Paşinyan Rusiya ilə bağlı göstəriş verdi .....                 

“Real Ermənistan” üçün real addım gözləntisi... - “Acı məğlubiyyəti unutmayıblar”
Tarix: Bu gün, 10:50 | Çap et
“Real Ermənistan” üçün real addım gözləntisi...
Ermənistan ictimaiyyətində bu gün əsas müzakirə olunan mövzu ölkənin Konstitusiyasının dəyişdirilməsi məsələsidir. Ötən həftə erməni “Hraparak” qəzetinin yaydığı məlum atdan sonra Ermənistan Konstitusiyasının dəyişdirilməsi, referenduma gedilməsi mövzusunun müzakirəsi qızışıb. Nəşr yazıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə Konstitusiyasının preambulasında yer alan “Müstəqillik bəyannaməsi”nə istinadın əvəzlənməsi ilə bağlı təklifi keçiriləcək referenduma çıxarmağı planlaşdırır. Bildirilib ki, dəyişiklik nəticəsində onun müəllifi olduğu “Real Ermənistan” layihəsindən istifadə olunacaq.

Qəzet yazıb ki, Paşinyan geniş siyasi dəstək olmayacağı halda belə bu planı həyata keçirməkdə qərarlıdır.

Qeyd edək ki, Paşinyan 2024-cü ilin sentyabrında Azərbaycanla sülh sazişinin bağlanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməsinin mümkün olduğunu bildirib. 2025-ci ilin fevralın 19-da isə Baş nazir Paşinyan vətəndaşlara müraciətində Ermənistanın yeni Konstitusiyasının qəbul edilməsi üçün ümumxalq referendumunun keçirilməsinin vacibliyini bəyan edib.

Hökumət nümayəndələri 2026-cı ildə keçiriləcək parlament seçkisinə qədər Konstitusiyanın yeni mətninin hazırlanması ilə bağlı planların olduğunu bildiriblər. Erməni cəmiyyətinin müəyyən kəsimi, xüsusilə, müxalif qüvvələr hökumətin bu addımını “Azərbaycanın tələbinin yerinə yetirilməsi” kimi dəyərləndirirlər.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov deyib ki, bu, yenilik deyil:

- Paşinyan İkinci Qarabağ müharibəsindən, xüsusilə də, 2023-cü ildə Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatlarından sonra Ermənistan Konstitusiyasında dəyişikliklər haqqında bir neçə dəfə bəyanat verib. Eyni zamanda, Baş nazir Konstitusiya İslahatları Şurası yaratdı. Hələ 2022-ci ildə Paşinyan dedi ki, Ermənistan Konstitusiyası dəyişdirilməlidir və bundan sonra Şura yaratdı. Düzdür, Paşinyanın ziddiyyətli fikirlərinin, addımlarının şahidi olmuşuq. Lakin qarşıda Azərbaycan tərəfi var və ortada Azərbaycanın tələbi, iradəsi mövcuddur. Əgər Ermənistan sülh istəyirsə, münasibətlərin normallaşmasını istəyirsə, Türkiyə ilə sərhədlərinin açılmasını istəyirsə, o zaman üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir. Ermənistan rəhbərliyi də başa düşür ki, sülh indiki məqamda Ermənistana daha çox lazımdır və bundan ölkə qazanclı çıxacaq. Bunu təkcə biz yox, bir sıra erməni rəsmilər də deyirlər. Bunun da bir yolu var: Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Azərbaycana qarşı ərazi iddialarına son qoyulması. Bu, Azərbaycanın əsas tələbidir. Ermənistan Konstitusiyasının preambula hissəsində 1991-ci ildə qəbul edilmiş “Müstəqillik bəyannaməsi”nə istinad edilir. Həmin sənəddə isə ermənilər rəsmi şəkildə Qarabağın Ermənistana birləşdirilməsi mövqeyini bəyan edir. Təbii ki, bu mövqe qalarsa və Ermənistan Konstitusiyasında ərazi iddiası öz qüvvəsini saxlayarsa, sülh sazişinin imzalanması çətindir.

- Konstitusiyada dəyişiklik edilmədən imzalanacaq sazişin fəsadları nələrdir?

- Çox böyük fəsadları var. Azərbaycana qarşı ərazi iddiaları qaldığı halda imzalanan sülh dayanıqlı olmayacaq. Bu gün əsas problem Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarıdır. Nəzərə almaq lazımdır ki, konstitusiya bir ölkənin imzaladığı bütün beynəlxalq sənədlərdən üstündür. Əgər Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı məqamlar dəyişdirilməsə, tərəflər arasında sülh sazişi imzalansa belə, ali sənədə zidd məqamlar qalacaq. Bununla onsuz da saziş qüvvədən düşmüş hesab olunur. Eyni zamanda, sülh sazişi Ermənistanın Konstitusiyasına zidd olacaqsa, onun parlamentdə ratifikasiyası da mümkünsüzdür. Hesab edirəm ki, Paşinyan hakimiyyəti konstitusiya dəyişikliyinə gedərsə, tərəflər sülhə daha da yaxınlaşmış olacaqlar.

- Erməni mediasının Paşinyanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi planı ilə bağlı iddiası nə dərəcədə reallığa yaxındır?

- Dediyim kimi, bu, yeni bir şey deyil. Paşinyan bu barədə dəfələrlə bəyan edib. Görünən odur ki, artıq real addımlar atmaq niyyətindədirlər. Bəli, erməni rəsmilərinin bu gün dediyi ilə sabah dediyi əksər vaxt uyğun gəlmir, ziddiyyətli olur. Amma başqa çıxış yolunun olmadığını dərk etmələri də mümkündür. Hər halda, proseslərin gedişini izləmək lazımdır.

Bilirsiniz, Azərbaycan yetərincə gözləyib, Ermənistana vaxt verib. Artıq dünya nizamı dəyişir. Bu dəyişiklik əlbəttə, Cənubi Qafqaza da təsirsiz ötüşmür. Regionda sabitliyin, əmin-amanlığın yaranması üçün sülh vacibdir. Azərbaycanın tələbləri var və haqlı tələblərdir. Bu tələblərin yerinəö yetirilməsi üçün İrəvan real addımlar atmalıdır, həm də bu addımları sürətləndirməlidir. Artıq sülh sazişi ilə bağlı layihənin 80 faizi demək olar ki, razılaşdırılıb. Yerdə qalan maddələrin də razılaşdırılması Azərbaycanın tələblərinin yerinə yetirilməsinə bağlıdır.

- Konstitusiya dəyişikliyi ilə bağlı referenduma erməni cəmiyyətinin reaksiyası sizcə, necə olacaq?

- Məncə, erməni xalqı İkinci Qarabağ müharibəsindən sonra sülhün əsas şərti olan dəyişikliyin əleyhinə olmayacaq. Ermənilər 44 günlük müharibədə də, sonrakı antiterror əməliyyatlarında da gördülər ki, Azərbaycan qərarlıdır, siyasi iradə var, ən əsası, Azərbaycan Ordusu güclüdür. Yəni başqa yollarının olmadığını başa düşürlər. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğramış Paşinyan hökumətini erməni xalqı yenidən dəstəklədi və hakimiyyətdə saxladı. Demək ki, erməni xalqının böyük kəsimi sülhdə maraqlıdır. Sülhdə maraqlı olmayan qüvvələr revanşistlərdir ki, onları da xalq dəstəkləmir. Keçən il sülhün əleyhinə Ermənistanda keşiş Baqrat Qalstanyanın rəhbərliyi ilə hərəkat yaradıldı, mitinqlər, aksiyalar təşkil etdilər. Amma nəticə nə oldu? Mitinqlərə əvvəl 5, sonra 3, sonra 2 min, axırda da 100 nəfər qatıldı. Beləcə, hərəkat sıradan çıxdı. Demək ki, sülh əleyhinə hərəkatı ermənilər dəstəkləmir. Bunu Paşinyan anlayır və referenduma getməsində hakimiyyəti üçün problem yaranmayacağını düşünür. Məncə, doğru yanaşmadır, çünki erməni cəmiyyəti Ermənistan Konstitusiyasının dəyişdirilməsinin əlayhinə getməyəcək. Bu o demək deyil ki, ermənilər Azərbaycanı, azərbaycanlıları sevirlər. Xeyr, belə deyil. Sadəcə reallığı anlayırlar, başqa yollarının qalmadığını başa düşürlər. Bu baxımdan, erməni cəmiyyətinin böyük əksəriyyəti müharibənin tərəfdarı deyil. Onlar İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyəti unutmayıblar.

Yenə deyirəm, sülh Ermənistana daha çox lazımdır. Ola bilər ki, Ermənistan tələbi yerinə yetirməsin, referendum keçirməsin. Bu halda Azərbaycan yox, Ermənistan itirəcək. Çünki indiki vəziyyət davam edəcəcək. Azərbaycanın da sülh olmayan vəziyyətdə uyğun addımlar atmasında məsuliyyət rəsmi Bakının yox, İrəvanın üzərinə düşəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
14 yaşlı qız “Askar” hoteldə münasibətdə olduğu şəxs tərəfindən şantaj edilib - AÇIQLAMA, TƏFƏRRÜAT
Bu gün, 15:32
“Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib - BUNDAN SONRA...
Bu gün, 15:25
Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıb - İLGİNC...
Bu gün, 15:24
Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv etdi - DETALLAR
Bu gün, 15:17
İran həbsxanasından qurtulan tələbəmiz Almaniyaya GETDİ
Bu gün, 15:16
“Təkcə mən yox, digər sənətçilər də Mehriban Ələkbərzadədən narazıdır, sadəcə özlərini arxa planda saxlayırlar” - QALMAQAL
Bu gün, 15:13
Sənəd qəbulunun başa çatmasına az qalır - Abituriyentlərin DİQQƏTİNƏ
Bu gün, 15:09
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi - FOTO
Bu gün, 15:04
“AzTeleKom”un daha bir bahalı tenderi ləğv edildi
Bu gün, 14:02
“Gəncə Şərab -2” səhmdarlarını yığıncağa çağırır, mənfəətini bölüşdürəcək
Bu gün, 13:58
Ukrayna ABŞ-sız da mübarizəni davam etdirə bilər,amma... - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 13:07
Abşeron RİH-ə qadağa qoyuldu
Bu gün, 13:05
Tramp dediyini etdi... Çin cavab hazırlayır
Bu gün, 13:03
"Sevgilim yaşca məndən böyükdür"
Bu gün, 12:57
Azərbaycanda 16 illik inşaat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 12:55
Parkdakı bu güllələnmə hadisəsinin təfərrüatı bilindi: BAŞINDAN BİR GÜLLƏ - VİDEO
Bu gün, 12:51
Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib - AÇIQLAMA
Bu gün, 12:46
Suriyanın parçalanması niyə İran və digərləri üçün təhlükəlidir?
Bu gün, 12:39
Polis Nizami rayonunda evdən oğurluq edən şəxsi saxlayıb - FOTO, VİDEO
Bu gün, 12:36
Naxçıvan: Konstitusiyaya dəyişikliklər ictimaiyyətə nə vaxt açıqlanacaq? - GƏLİŞMƏ
Bu gün, 12:33
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Bu gün, 12:28
Nazirlik Əli Həsənovun ailə üzvlərinə bağlı şirkətlə daha bir müqavilə imzaladı - DETALLAR
Bu gün, 12:23
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:18
"Bəzi mahnılar var ki, özü yazır"
Bu gün, 12:13
Rüfət Nasosnu Azərbaycan Yazıçılar Birliyinin adının dəyişdirilməsini təklif edir – “Üzv olmaq mənim də istəyimdir”
Bu gün, 12:11
Hakimləri, vəzifəli şəxsləri təhqir edən “Bandit İsa”nın ŞOK SƏS YAZILARI
Bu gün, 12:09
ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv edə bilər
Bu gün, 12:02
"AlfaSığorta" AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinə görə tam sığorta ödənişi edib
Bu gün, 12:01
İrəvanın kommunikasiya ağrısı: Paşinyan bu dəfə də yalan danışır - AKTUAL
Bu gün, 11:59
İrəvandan sülh açıqlaması: - “Yaxın günlərdə çox maraqlı hadisə ola bilər”
Bu gün, 11:54
Dövlət agentliyi 62 milyonluq idxal mal-qaranı - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 11:51
Bahəddin Leysanovun GİZLƏTDİYİ TARİX... - İLGİNC...
Bu gün, 11:46
“Asan İmza” niyə İŞLƏMİR?
Bu gün, 11:36
"Bolkart debet kartdan imtina edirəm..." - vətəndaş BOĞAZA YIĞILDI
Bu gün, 11:23
Aİ Ukraynaya hərbi yardım paketinin hazırlanmasını dayandırır - Kiyev rusun qarşısında ƏLİYALIN QALIR...
Bu gün, 11:20
Narkoloji Mərkəzin rüşvətə görə həbs edilən vəzifəli şəxslərinin məhkəməsi keçirilib
Bu gün, 11:16
"Məqalələr yazmışam, TV verilişləri aparmışam" - Nura Suri iradlara cavab verdi
Bu gün, 11:13
Kollecin direktoru işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 11:11
Ukraynalı deputatdan Zelenskiyə çağırış: - "Trampdan üzr istə!"
Bu gün, 11:07
Nikol Paşinyan Rusiya ilə bağlı göstəriş verdi
Bu gün, 11:05
Təbriz və Zəncanda yenidən etirazlar başladı
Bu gün, 11:03
Vardanyan susqunluq "şou"ları: - Ağaları ona uğursuz məsləhətlər verirlər
Bu gün, 10:52
“Real Ermənistan” üçün real addım gözləntisi... - “Acı məğlubiyyəti unutmayıblar”
Bu gün, 10:50
"Əgər burada başqa ixtisaslara yer tapılırsa, bizə niyə tapılmır?" - ETİRAZ VAR...
Bu gün, 10:38
Ukraynada da biznesi olan deputatımız QUBADA ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Bu gün, 10:25
Gömrük qapısından KEÇƏN TƏHLÜKƏ... - ARAŞDIRMA
Bu gün, 10:19
Paşinyandan Bakı və Ankaraya təklif: Laçından Ermənistana… - KİV
Bu gün, 10:12
"Bu şəxslər direktora arxalanıb İSTƏDİYİNİ EDİR..." - ÖZBAŞINALIQ!
Bu gün, 10:08
“Ərin arvada icazə vermədiyi necə müəyyən EDİLƏCƏK?!” - REAKSİYA
Bu gün, 10:00
“AMAL GROUP” yenidən qurulan Qubadlının “MAYASINA NECƏ HARAM QATIR"... - İLGİNC FAKTLAR...
Bu gün, 09:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru