Rüfət Nasosnu Azərbaycan Yazıçılar Birliyinin adının dəyişdirilməsini təklif edir – “Üzv olmaq mənim də istəyimdir”
 Meyxanaçı Rüfət Nasosnu (Kərimov) “ARB”də yayımlanan “Günaydın” verilişində birlikdə qonaq olduğu Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olması barədə səsləndirdiyi fikirlərə görə tənqid edilməsinə münasibət bildirib.
Meyxanaçı Pravda.az-a açıqlamasında deyib ki, hər bir yazarın, rəssamın, musiqiçinin yaşadığı dövlətdə öz sahəsi üzrə fəaliyyət göstərən ali quruma üzv olması ən böyük arzularından biri olar.
“Təklif edirəm ki, Azərbaycan Yazıçılar Birliyinin adını Azərbaycanda Yazıçılar və Şairlər Birliyi qoysunlar. Çünki AYB-yə yazıçılarla yanaşı şairlər də, qəzəlxanlar da üzvdür. Ola bilər, əvvəllər adı belə olub, buna görə də indiyə qədər dəyişdirilməyib. AYB-yə üzv olmaq mənim də istəyimdir. Çalışıram ki, şeiriyyata geniş yer verim. Təbii ki, mən meyxana şairiyəm, poetik şeirlərdən daha çox istifadə etməyə çalışıram. Meyxana deyənin Azərbaycan Yazıçılar Birliyinin üzvü olması qeyri-adi hadisə deyil. Məndən əvvəl də üzv olanlar olub. Demirəm ki, AYB-yə kimi gəldi, qəbul edirlər, ancaq Elza Seyidcahanın AYB-yə üzv olması birmənalı qarşılanmadı. Çox etirazlar oldu. Bəziləri AYB-ni qeyri-ciddi qurum adlandırdı. Hətta bir neçə nəfəri ittiham etdilər ki, onların təkidi ilə Elza Seyidcahan AYB-yə qəbul edilib. Elza xanımın bəstələri superdir. Musiqi zövqü, mahnıdan anlayışı olan biri kimi Elza xanımın mahnılarına qulaq asıram. Elə mahnıları var ki, zövq alıram. Şeirləri isə... Özü deyir ki, şeirlərində fəlsəfə var. Mən də ali məktəbdə fəlsəfə dərsi keçmişəm. Yəqin, Elza xanımın dediyi mənim keçdiyim fəlsəfədən deyil, başqa fəlsəfədir, mən onu tapa bilmirəm. Bəlkə, bunun üçün dahi filosof olmaq lazımdır? Sərxan Kərəmoğlu verilişdə dedi ki, Elza Seyidcahanın şeirlərindəki fəlsəfəni gələcək nəsillər başa düşəcək. Yəqin, gələcək nəsillərin İQ səviyyəsi 50-100 il sonra yüksək olacaq, Elza xanım onlar üçün yazır. Arada bəzi şeirlərinə qulaq asıram. Özünəməxsusdur. Heç kimə qadağa qoymaq olmaz, sadəcə, məsləhət vermək olar. Elza xanım isə məsləhətləri qəbul etmir. Amma bir insan kimi onu iki gün öncə Xoşqədəm Hidayətqızının verilişində kəşf etdim. Yaxşı insandır, mehriban xanımdır. Buna görə də Elza xanıma çox xoşum gəldi. İnsan kənardan tamam başqa cür görünür, yaxud özünü başqa cür təqdim edir. Ola bilər, Elza xanımın belə etməkdə müəyyən səbəbləri var, özü bilir, biz bilmirik. Verilişin sonunda danışmağa vaxtımız oldu. Çox gözəl təsir bağışladı. Elza xanımın uşaqlığı barədə öyrənmişəm. Bizə qonşu rayondandır. Çətinliklər, əziyyət görmüş insandır. Buna görə də Elza xanımı çox da tənqid etmək istəmirəm. Ola bilər, ona müəyyən adamlar zəng edib deyirlər ki, şeirlərin əladır. Şəxsən məsləhət almadığım adamların fikri mənim üçün önəmli deyil. Yəqin, Elza Seyidcahan müəyyən adamların sözünə etibar edir. Uğurlar arzu edirəm”, - meyxanaçı qeyd edib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elm və Təhsil Nazirliyi niyə rüşvəxor direktorların qarşısını ala bilmir? - AÇIQLAMA
Bu gün, 18:04 |
|
|
|
• “Həkimlər dedi ki, 2 il ömrü qalıb” - Namiq Qaraçuxurlu
Bu gün, 18:02 |
|
|
|
• Pekin Trampın vədinə inanmır - Görünəni odur ki...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyanın QARIN AĞRISI... - NƏDİR?
Bu gün, 17:58 |
|
|
|
• Pezeşkianın ən zəif bəndi: Zərif niyə istefa verib? - “Kommersant”
Bu gün, 17:55 |
|
|
|
• 10 ildən artıq evli olanlar daha çox boşanır: - "Dözüb oturmaq erası bitdi..."
Bu gün, 17:49 |
|
|
|
• Paşinyanın yeni məkrli planı: Nəyə nail olmaq istəyir? - İNCƏLƏMƏ
Bu gün, 17:47 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı hər zaman ərazi iddiası ilə çıxış edib - Simonyan yalan danışır
Bu gün, 17:41 |
|
|
|
• Anar Həsənovu Naxçıvanda kim söz sahibinə çevirmişdi? - VİDEO
Bu gün, 17:30 |
|
|
|
• Agentliyə 320 milyonluq mal-qara satan şirkətin nə saytı, nə də sosial media hesabı var - TƏFƏRRÜAT
Bu gün, 17:27 |
|
|
|
• İran danışıqlardan imtina etdi – “Rüsvay olmaq istəmirik”
Bu gün, 17:23 |
|
|
|
• Taleh Qaraşovun məhkəməyə çağırılması ilə bağlı təkrar bildiriş göndəriləcək - DETALLAR
Bu gün, 17:22 |
|
|
|
• Gənc şairin ölüm təhlükəsi aradan qalxıb - ŞÜKÜR...
Bu gün, 17:15 |
|
|
|
• Azərbaycanda töhmət alan yüksək vəzifəli məmurlar - SİYAHI
Bu gün, 17:13 |
|
|
|
• Mülklərimi 10 milyona satıb, pulu bitkoində itirdim - Emin
Bu gün, 17:09 |
|
|
|
• Elşad Həsənova yeni müavin təyin olundu - BUNDAN SONRA...
Bu gün, 17:06 |
|
|
|
• İlin əvvəlindən ölkə ərazisində qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb - VİDEO
Bu gün, 17:05 |
|
|
|
• Ermənistan siyasi elitasının “qorxulu günləri” başladı: - Araik dəhşətli hərbi cinayətləri ifşa edir
Bu gün, 17:02 |
|
|
|
• Rusiya ABŞ və İran arasındakı fikir ayrılıqlarının həllinə kömək etməyə hazırdır - Peskov
Bu gün, 16:59 |
|
|
|
• Bakıdakı ermənilər Paşinyanı belə satdı – Azərbaycanın xəbəri olsaydı…
Bu gün, 16:16 |
|
|
|
• Prezidentin şiddətli töhmət verdiyi məmur kimdir? - DOSYE
Bu gün, 16:14 |
|
|
|
• Paşinyan Azərbaycanı düz yoldan çətin relyef olan əraziyə yönləndirmək istəyir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13 |
|
|
|
• Prezident Mülki Məcəlləyə üzərində həbs olan əmlakla bağlı əlavəni təsdiqləyib
Bu gün, 16:09 |
|
|
|
• Prezident İlham Əliyev Fuad Nağıyevə şiddətli töhmət elan edib - SƏRƏNCAM
Bu gün, 16:04 |
|
|
|
• Başçının qəbuluna düşmək olmur... - "Bunun 100 günü də bitib..."
Bu gün, 16:01 |
|
|
|
• Böyük biabırçılıq və ya siyasi dəllalın şousu - NƏ BAŞ VERİR?
Bu gün, 15:56 |
|
|
|
• Naxçıvan icra başçısına I müavin təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:54 |
|
|
|
• Qadın həmcinsini evinə gətirdi, kişilərlə görüşdürdü: “Mənə qadağa qoymuşdu” - TƏFƏRRÜAT
Bu gün, 15:52 |
|
|
|
• 14 yaşlı qız “Askar” hoteldə münasibətdə olduğu şəxs tərəfindən şantaj edilib - AÇIQLAMA, TƏFƏRRÜAT
Bu gün, 15:32 |
|
|
|
• “Azərkosmos”a müvəqqəti rəhbərlik Dunay Bədirxanova həvalə edilib - BUNDAN SONRA...
Bu gün, 15:25 |
|
|
|
• Avropanın ən böyük təhsil proqramı Azərbaycanda fəaliyyətini dayandırıb - İLGİNC...
Bu gün, 15:24 |
|
|
|
• Fərid Əhmədov Fikrət Məmmədovun qərarını ləğv etdi - DETALLAR
Bu gün, 15:17 |
|
|
|
• İran həbsxanasından qurtulan tələbəmiz Almaniyaya GETDİ
Bu gün, 15:16 |
|
|
|
• “Təkcə mən yox, digər sənətçilər də Mehriban Ələkbərzadədən narazıdır, sadəcə özlərini arxa planda saxlayırlar” - QALMAQAL
Bu gün, 15:13 |
|
|
|
• Sənəd qəbulunun başa çatmasına az qalır - Abituriyentlərin DİQQƏTİNƏ
Bu gün, 15:09 |
|
|
|
• “Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi - FOTO
Bu gün, 15:04 |
|
|
|
• “AzTeleKom”un daha bir bahalı tenderi ləğv edildi
Bu gün, 14:02 |
|
|
|
• “Gəncə Şərab -2” səhmdarlarını yığıncağa çağırır, mənfəətini bölüşdürəcək
Bu gün, 13:58 |
|
|
|
• Ukrayna ABŞ-sız da mübarizəni davam etdirə bilər,amma... - Zərdüşt Əlizadə BELƏ DEYİR...
Bu gün, 13:07 |
|
|
|
• Abşeron RİH-ə qadağa qoyuldu
Bu gün, 13:05 |
|
|
|
• Tramp dediyini etdi... Çin cavab hazırlayır
Bu gün, 13:03 |
|
|
|
• "Sevgilim yaşca məndən böyükdür"
Bu gün, 12:57 |
|
|
|
• Azərbaycanda 16 illik inşaat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 12:55 |
|
|
|
• Parkdakı bu güllələnmə hadisəsinin təfərrüatı bilindi: BAŞINDAN BİR GÜLLƏ - VİDEO
Bu gün, 12:51 |
|
|
|
• Aİ Ermənistana yeni tranş ayırmağa hazırlaşdığını təsdiqləyib - AÇIQLAMA
Bu gün, 12:46 |
|
|
|
• Suriyanın parçalanması niyə İran və digərləri üçün təhlükəlidir?
Bu gün, 12:39 |
|
|
|
• Polis Nizami rayonunda evdən oğurluq edən şəxsi saxlayıb - FOTO, VİDEO
Bu gün, 12:36 |
|
|
|
• Naxçıvan: Konstitusiyaya dəyişikliklər ictimaiyyətə nə vaxt açıqlanacaq? - GƏLİŞMƏ
Bu gün, 12:33 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb - FOTO
Bu gün, 12:28 |
|
|
|
• Nazirlik Əli Həsənovun ailə üzvlərinə bağlı şirkətlə daha bir müqavilə imzaladı - DETALLAR
Bu gün, 12:23 |
|
|
|
|