
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi 80 minlik borcunu ödəmədiyi üçün məhkəməyə verilib.
İdarə MMC-lərdən birindən 150 ədəd zibil qutusu alıb. Lakin müqavilə öhdəliyini yerinə yetirməyərək ödənişi etməyib.
MMC 2023-cü ildən ödənişini ala bilmədiyi üçün məhkəməyə üz tutub.
Məhkəmə MMC-nin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə qarşı iddiasını təmin edib. Məhkəmə qərarına əsasən idarədən 80 min tutularaq MMC-yə ödənilməlidir.
Musavat.com