Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? .....                     “Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək .....                     "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... .....                     2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq .....                     Paşinyan bu əməlinə görə də cavab verəcək .....                     Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır .....                     "`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" .....                     "Allahsız o deyil e, onu ora soxuşdurandır!" .....                     Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? .....                     Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə .....                     ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? .....                     Minaya düşən veteranın ayağı amputasiya edilib .....                     İrandan daha bir TƏHLÜKƏ .....                     Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib .....                     47 nəfər in qollarına qandal vuruldu .....                     Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb .....                     "Kənddən gəlib bazardan tərəvəz alarlar?" .....                     Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: .....                     ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: .....                     "Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" .....                     "İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır .....                     Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... .....                     Pentaqon kütləvi ixtisarlara hazırlaşır .....                     BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! .....                     Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... .....                     Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... .....                     Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır .....                     İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... .....                     Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır .....                     Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... .....                     İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. .....                     Bu maddələrin yalnız birində... .....                     “7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? .....                     Turizm Agentliyi elə bir oyun qurub ki... .....                     Dövlətə borcu olana dövlət ortaqlıq edir .....                     “907-ci düzəliş” ləğv edilir, sonra..." .....                     Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS .....                     Sülh üçün Konstitusiya dəyişməlidir, amma... .....                     Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... .....                     Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? .....                 

İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... - vaxt udmaq üçün düşünülüb?
Tarix: Bu gün, 09:01 | Çap et
İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa...
Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan xalqa “ideoloji müraciət” edərək konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsinin vacibliyini bildirib. Onun sözlərinə görə, hazırkı konstitusiyanın qəbul edilməsi ilə bağlı keçirilən əvvəlki referendumlar legitimlik baxımından cəmiyyət tərəfindən ciddi sual altına qoyulub.

Paşinyana görə, Ermənistanda heç vaxt vətəndaşların konstitusiyanı özlərinin qəbul etdiyi hissi olmayıb və bunun səbəbi siyasi proseslərlə bağlıdır. O hesab edir ki, ermənilər əsrlər boyu başqalarının yaratdığı dövlətlərdə və onlara kənardan təlqin olunan hüquqi sistemlərdə yaşayıblar. Bu da onların hüquqa yanaşma tərzinə təsir edib: “Biz əsrlər boyu başqa dövlətlərdə, başqalarının yaratdığı sistemlərdə yaşamışıq və xaricdən bizə təlqin olunan hüquqi normalara tabe olmuşuq. Bu düşüncə hələ də qalmaqdadır. Hüquq sisteminə münasibətimiz 130 və ya 200 il əvvəl olduğu kimidir - yad dövlətlərin bizə diktə etdiyi kimi."

Baş nazir vurğulayıb ki, yeni konstitusiyanın qəbulu mühüm məsələdir. O, Ermənistanı “dövlətsiz xalq” statusundan çıxararaq, dövlətçilik fəlsəfəsinə sahib bir millətə çevirmək üçün konstitusiyanın dəyişdirilməsinin əsas strateji məqsəd olduğunu bildirib. Yada salaq ki, Ermənistan Konstitusiyasının dəyişdirilməsi Azərbaycanın sülh müqaviləsi üçün əsas şərtlərindən biridir, çünki hazırkı konstitusiyada (preambula, Müstəqillik Aktına istinad) Azərbaycanın və Türkiyəyə qarşı ərazi iddiaları əks olunub.

Bundan əlavə, N.Paşinyan eyni gündə Ermənistanın yeni milli təhlükəsizlik strategiyasının hazırlanmnası üçün xüsusi komissiya yaratmaq barədə sərəncam verib. Maraqlıdır ki, Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan konstitusiyasının yeni mətnindən 1990-cı ildə qəbul edilmiş Müstəqillik Bəyannaməsinin çıxarılacağı barədə xəbəri təsdiqləməkdən imtina edib. Bütün bunlar nədən xəbər verir, İrəvan Bakı ilə gerçəkdənmi uzunmüddətli sülhə gətirəcək müqaviləni 2025-də imzalamaq istəyir, yoxsa bu da vaxt udmaq üçün düşünülüb?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev “Yeni Müsavat"a açıqlamasında erməni baş nazirin Azərbaycanı burada nəzərə alıb belə bir addım atmaq niyyətində olduğunu bildirdi: “Sülh müqaviləsinin imzalanacağı istiqamətində atılacaq addımlarda Azərbaycanın irəli sürdüyü şərtlərdən ən mühümü məhz Ermənistan kontitusiyasının dəyişdirilməsi idi. Zaman-zaman bu məsələ həm Ermənistan parlamentində, həm də ayrı-ayrı siyasətçilər tərəfindən gündəmə gətirilsə də, artıq indi bu, Paşinyanın dilindən səslənməyə başlayıb. Məsələnin labüd olduğu qəbul olunmaqdadır. Paşinyan birbaşa deməsədə ki, bu Azərbaycanın tələbidir, məlumdur ki, burada Azərbaycan və Türkiyənin ərazi bütövlüyü məsələsi var. Demək bu ölkələr faktoru də bu məsələdə başlıca rol alır. Əvvəl dedilər ki, bu məsələ Konstitusiya Məhkəməsində həll olunsun, sonra parlament səviyyəsində həyata keçirilməsi müzakirə olundu, referendum yolu da gündəmə gətirildi. Siyasətçilər də deyirlər ki, bu referendumsuz da mümkündür. Bu cür problemlər var. Düşünürəm ki, Paşinyan təkcə avrointeqrasiya məsələsini deyil, Azərbaycanı mütləq şəkildə nəzərə almaqla bu addımları atmağa çalışır. Bir sıra dövlətlərdə bunun mütləq şəkildə hansı istiqamətlərdə inkişaf edəcəyi göstərilir. Düşünürəm ki, bunlar burada avrointeqrasiya məsələsini gündəmə gətirmək niyyətindədirlər. Yəni paralel olaraq, hansısa bir dövlətin ərazi bütövlüyünə iddiadan əl çəkmək və digər istiqamətlərdə addımlar atmaqdır. Artıq müraciət olunmaqdadır. Burada bunun müxalifət və hakimiyyətdən tərəfindən necə qarşılanması da bir faktdır. Ümumiyyətlə, bu, Ermənistan vətəndaşlarının bu proseslərə hazırlığıdır".

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva gələn il sülh sazişinin imzalanacağını düşünür: “İndiki mərhələdə gedişat onu göstərir ki, Nikol Paşinyan Azərbaycan və Türkiyə ilə münasibətləri yenidən formalaşdırmaq istəyində səmimidir. Çünki İrəvanın başqa çıxış yolu qalmayıb. İrəvan dalandan qurtulmaq üçün iki güclü qonşusu ilə münasibətlərində və qonşularına baxışlarında köklü dəyişikliklər etməlidir.

Bakı və Ankaranın bu məsələdə mövqeyi bəllidir. 1990-cı ildə qəbul olunmuş müstəqillik bəyannaməsindən konstitusiyaya transformasiya edilən maddələr oradan çıxarılmalıdır. Sərhədlərin delimitasiya işləri sürətləndirilməlidir və Ermənistan işğal altında saxladığı əraziləri geri qaytarmalıdır. Hələ də 4 kəndimiz ermənilərin işağlı altındadır. Düşünürəm ki, İrəvandakı hakimiyyət də bunu başa düşür və əks halda Ermənistanı çox mürəkkəb bir vəziyyətin gözləyəcəyini hiss edirlər. Ona görə də Nikol Paşinyan xalqı yeni referenduma hazırlamaq istəyir. Artıq qığılcımlar yandırılıb. Çox güman ki, 2026-cı ildə Ermənistanda yeni referendum keçiriləcək. Bundan sonra iki ölkə arasında sülh sazişi imzalanacaq. İndiki axarda Ermənistanın vaxt uzadacağı fikri inandırıcı deyil. Çünki ötən hər saat İrəvanın ziyanına işləyir".

Siyasi analitik Asif Nərimanlı isə İrəvanda mövcud reallığın artıq qəbul olunduğunu qeyd etdi: “Konstitusiyanın dəyişdirilməsi ilk növbədə Paşinyan komandasının Ermənistanın gələcəyinə dair vizyonundan qaynaqlanır. Çünki rəsmi İrəvan Qarabağsız gələcək qurmaq niyyətindədir, bunu praktiki müstəvidə həyata keçirsələr də, mövcud konstitusiya olduğu müddətdə konseptual nəticə əldə etmək mümkün olmayacaq və bu qanun Azərbaycanla problemlərin davam etməsində problem olaraq qalacaq. İrəvanda anlayırlar ki, Azərbaycanla sülh əldə edilmədən və kommunikasiya açılmadan Ermənistanın mövcudluğu sual altındadır, bu mövcudluq ən yaxşı halda digər ölkələrin vassalı olmaqdan uzağa getməyəcək. Mövcud konstitusiyanın dəyişdirilməsi bundan qaynaqlanır. Təbii ki, sülh məsələsində Ermənistanın öz maraqları var və müharibədən 5 il keçsə də, sülhün əldə edilməməsi məhz İrəvanın maraqlarından və qeyri-konstruktiv yanaşmalarından qaynaqlanır. Fikrimcə, konstitusiyanın dəyişdirilməsi Azərbaycanla sülh danışıqlarında Bakının haqlı tələblərindən birinin yerinə yetirilməsindən də qaynaqlanır. Paşinyan hakimiyyəti ümid edir ki, Bakının bu tələbini yerinə yetirsə, qarşılıqlı şəkildə İrəvanın da istəkləri nəzərə alına bilər, misal üçün, üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması məsələsi arxa plana keçə bilər və s. Hərçənd, sülh sazişinin bu il ərzində reallaşması çətin görünür".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ölümdən sonrakı həyat: mənim ala bilmədiyim pensiyamı ailəm niyə almasın? - AKTUAL
Bu gün, 15:00
“Salyan-Aqrotexservis” ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 14:58
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran... - niyə dəhlizin öz ərazisindən keçməsinə çalışır?
Bu gün, 11:42
2 həftə ərzində növbəti Rusiya-ABŞ görüşü olacaq - Sergey Ryabkov
Bu gün, 11:40
Paşinyan bu əməlinə görə də cavab verəcək - Elçin Alıoğlu yazır...
Bu gün, 11:38
Aİ Ukraynaya 20 milyard dollar həcmində hərbi yardıma hazırlaşır
Bu gün, 11:34
"`Expressbank` niyə müştəriyə kömək etmək istəmir?" - MÜRACİƏT
Bu gün, 11:33
"Allahsız o deyil e, onu ora soxuşdurandır!" - ETİRAZ VAR...
Bu gün, 11:27
Zelenski 9 trilyon dolları ABŞ-a HƏDİYYƏ EDƏCƏK? - Trampın AĞILASIĞMAZ TƏLƏBİ
Bu gün, 11:22
Qarabağ Universitetində “əlavə işlər” üçün 330 minlik müqavilə - TƏFƏRRÜAT
Bu gün, 11:17
ABŞ-la Rusiya arasında növbəti görüş nə vaxt olacaq? - Moskva Vaşinqtona bildirdi ki...
Bu gün, 11:13
Minaya düşən veteranın ayağı amputasiya edilib - Son durumu AÇIQLANDI
Bu gün, 11:11
İrandan daha bir TƏHLÜKƏ - Bu dəfə...
Bu gün, 10:38
Samuxda oğul 84 yaşlı atasına balta ilə xəsarət yetirib - TƏFƏRRÜAT
Bu gün, 10:28
47 nəfər in qollarına qandal vuruldu
Bu gün, 10:19
Qobustanda keçirilən əməliyyatda xeyli silah-sursat tapılıb
Bu gün, 10:04
"Kənddən gəlib bazardan tərəvəz alarlar?" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:03
Zəngəzur dəhlizi ilə bağlı İrəvana MESAJ: - “Azərbaycan güzəştə getməyəcək”
Bu gün, 09:59
ƏƏSMN Zərdabda 79 minə 30 ev tikmək istədi: - tender ləğv edildi
Bu gün, 09:56
"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov
Bu gün, 09:47
"İmişli-Avtotexservis" ASC-nin səhmdarları toplanır
Bu gün, 09:37
Qafqaza böyük dönüş başlayır: Tiflis və İrəvana çətin olacaq... - Bakı isə…
Bu gün, 09:32
Pentaqon kütləvi ixtisarlara hazırlaşır
Bu gün, 09:22
BU NƏDİ BELƏ: «Poz qazan!», vur dolsun qazan! - İLGİNC FAKTLAR...
Bu gün, 09:21
Kərə yağının qiyməti “əl yandırır”: kilosu 34 manata... - SƏBƏBİ NƏDİR?
Bu gün, 09:16
Təbiətimizə qənim kəsilən ərəb oliqarx tək deyilmiş: Yanında DUBAY ŞEYXLƏRİ DƏ VAR... - KİM SÖZ DEYƏ BİLƏR Kİ?..
Bu gün, 09:11
Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır - Rusiya və İranın baxışı belədir...
Bu gün, 09:03
İrəvan uzunmüddətli sülhə gətirəcək müqavilə imzalamaq istəyir, yoxsa... - vaxt udmaq üçün düşünülüb?
Bu gün, 09:01
Sülhün olmaması təhlükəli proseslərə zəmin yaradır - FAKT BUDUR!
Bu gün, 09:00
Qəzzada İsrail və HƏMAS arasında sonuncu məhbus mübadiləsi... - bu gün baş tutmalıdır
Bu gün, 08:57
İndi bu Cəbrayılov kimin adamı oldu belə?.. - İSTƏDİYİNİ EDİR...
Bu gün, 08:56
Bu maddələrin yalnız birində... - Ekspert danışır...
Bu gün, 08:53
“7 oğuldan biri” çıxdı: neçə icra başçısı həbsdə qalıb? - GƏLİŞMƏ
Bu gün, 08:46
Turizm Agentliyi elə bir oyun qurub ki... - Dİ GƏL, BAŞ ÇIXAR...
Bu gün, 08:45
Dövlətə borcu olana dövlət ortaqlıq edir - daha bir ŞÜBHƏLİ TENDER
Bu gün, 08:38
“907-ci düzəliş” ləğv edilir, sonra..." - İLGİNC...
Bu gün, 08:32
Xocalıdakı mina partlayışından ALACAĞIMIZ DƏRS - Minaların siyahısını gözlədiyimiz an belə mina basdırıblar...
Bu gün, 08:19
Sülh üçün Konstitusiya dəyişməlidir, amma... - AKTUAL
Bu gün, 07:25
Fransanın Güney Qafqazla bağlı əsas planı belədir... - ŞƏRH
Bu gün, 07:21
Cənubi Qafqazın “unudulması” problem yaradır, yoxsa fürsət? - NƏ BAŞ VERİR?
Bu gün, 07:16
Tramp bu addımla 80 illik beynəlxalq sistemi dağıdır - GƏLİŞMƏ
Bu gün, 07:13
"Hələ də bu istiqamətdə ölkəmizə qarşı təxribatlar törədirlər" - deputat
Bu gün, 07:11
Türkcə şeir söylədiyi üçün İran prezidentinə sərt xəbərdarlıq edilib - Bir “salam”ın qorxusu
Bu gün, 06:08
Putinin “əsgəri” hərəkətə keçdi – Üç həftə sonra nələr baş verəcək?
Bu gün, 06:05
"Firəngiz xanım rusdilli idi, ədəbiyyatı, qəzəli o qədər də bilmirdi"
Bu gün, 06:02
Yasamalın icra başçısı qanunları belə pozdu - FOTOLAR
Bu gün, 05:50
Sərdar Cəlaloğludan Ayaz Salayevə SƏRT SÖZLƏR - "Rusu gözümüzə soxma..."
Bu gün, 05:45
"Sosial şəbəkələrdə yazırlar ki, evdən dəstək var" - VİDEO
Bu gün, 05:19
"İsa Qəmbər LGBT-nin nə olduğunu bilmir?" - Tənzilə Rüstəmxanlı
Bu gün, 05:13
Britaniya fevralın 24-də Ukraynaya yeni yardım paketini açıqlayacaq - “Daily Telegraph”
Bu gün, 05:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru