
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan Sosial Xidmətlər Agentliyinin (SXA) tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, agentliyin ləğv olunan tenderi Zərdabda mənzil inşası ilə bağlı olub.
Belə ki, SXA əlilliyi müəyyən edilmiş şəxslərə və Şəhid ailələrinə Zərdab rayonunda 18 ədəd ikiotaqlı, 12 ədəd üçotaqlı mənzil tikməklə bağlı müsabiqə keçirib. Bu müsabiqənin qalibi ilə isə 2.368.800 manatlıq satınalma müqaviləsi imzalamaq fikrində olub.
Lakin Anti İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİİBNDX) SXA-nın “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci madəsini pozduğunu aşkarlayıb. Yəni, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olmasını dəqiqləşdirib. Nəticədə, tenderin nəticələrini ləğv edib.
Qeyd edək ki, bu, Sosial Xidmətlər Agentliyi Zərdabda 30 ədəd mənzilin hər birini 78960 manata inşa etmək fikrində olub. Bu isə olduqca böyük rəqəmdir.