Dövlət qurumlarında maaş problemi - ajiotajı kim və niyə yaradır
Son günlərdə bir sıra dövlət qurumlarında əməkdaşların maaşlarının uzun müddətdir verilməməsinə dair xəbərlər yayılır.
Mediada Dövlət Gömrük Komitəsi əməkdaşlarının 3 aydır ki, əmək haqlarını ala bilməməsinə dair xəbərlər yayılıb. Həmin məlumatlarda bildirilir ki, hər hansı bir səbəb göstərilmədən əmək haqları verilmir.
Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Gununsesi.info-ya açıqlamasında bu barədə suala aydınlıq gətirib. O bildirib ki, bəzi texniki məsələlər var, onlar həll ediləcək və maaşlar veriləcək. Süni ajiotaja ehtiyac yoxdur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) ölkə üzrə fəaliyyət göstərən idarələrinin işçiləri də əməkhaqqı ala bilmirlər. Agentlik işçilərinə dekabr ayının əməkhaqqını ödəməyib, bu isə Yeni il ərəfəsində işçilərin ciddi maddi problemlərlə üzləşməsinə səbəb olub. Artıq yanvar ayı da başa çatmaq üzrədir, lakin maaşlar hələ də ödənilməyib. Bu hal işçilər arasında kütləvi narazılıqlara yol açıb.
Musavat.com-un əldə etdiyi məlumatlara əsasən, AAYDA-nın Bakıda yerləşən idarələrində çalışanların bir qismi maaşlarını alsalar da, rayonlarda fəaliyyət göstərən işçilər hələ də əməkhaqqı gözləyir.
AYDAA-dan isə bildirilib ki, qurum maaşları köçürüb, ola bilər yerli idarələr əməkhaqlarını ödəməyib.
Digər bəzi strukturlarda da belə hallar var.
Ötənlərdə belə halların şahidi olmuşuq ki, bir çox qurumların rəhbər şəxsləri əməkhaqlarını iki-üç ay ödəmir və onu dövr etdirib böyük pullar qazanırlar.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov “Yeni Müsavat”a şərhində Əmək Məcəlləsində sözügedən halla bağlı işçilərin hüquqlarını diqqətə çatdırdı: “Əmək Məcəlləsinə görə,işəgötürənin günahı ucbatından əmək haqqının gecikdirilməsinə görə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi qədər kompensasiya ödənməlidir. İşçi bunu həm məhkəmə yolu ilə, həm də məhkəmə olmadan tələb edə bilər. Bəzən işəgötürənin günahı olmadan əməkhaqqının verilməsində gecikmələr olur. Büdcə təşkilatlarında adətən ilin əvvəlində bu hal yaşanır. Hesab edirəm ki, bu günlərdə adıçəkilən DGK və AYDAA-da rəhbər şəxslərin əlavə qazanc məqsədilə əməkhaqlarını dövriyyəyə buraxması mümkün deyil. Hər bir halda işçilərin hüquqları pozulursa, Dövlət Əmək Müfəttişli Xidmətinin diqqəti bu məsələyə yönəlməlidir, o cümlədən müvafiq dövlət orqanları ictimaiyyətə açıqlama verməlidirlər”.
“Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi”nin rəhbəri Xəyal Bəşirov isə “Yeni Müsavat”a bildirdi ki, mütəmadi olaraq belə məlumatlar yayılır, lakin bir sıra hallarda məlumatlar şişirdilmiş olur: “Bəzi hallarda bir neçə gün gecikdirilmiş əməkhaqları sanki uzun müddət gecikdirilmiş kimi qələmə verilir. Bu da təbii ki, insanların narahatlığından istifadə etmək istəyən şəxslərin xoş olmayan niyyətlərindən xəbər verir. Lakin bəzən həqiqətən də əməkhaqlarının verilməsi gecikdirilir. Dövlət, yaxud özəl qurum olmasından asılı olmayaraq, işçilərin əməkhaqları vaxtı-vaxtında ödənməlidir. Əmək müqaviləsində işəgötürən və işçinin vəzifələri qeyd olunur. Əgər işçi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, töhmət, şiddətli töhmət kimi cəzalandırma tədbirləri görülür, eyni zamanda işdən azadetmə məsələsi gündəmə gələ bilər. İşəgötürənin isə üzərinə götürdüyü ən əsas vəzifələrdən biri işçilərin əməkhaqqının vaxtında ödənməsidir. Azərbaycan Əmək Qanunvericiliyində hər bir tərəfin məsuliyyətini müəyyən edən məqamlar əks olunub. Əmək Qanunvericiliyinə əsasən, işçinin əməkhaqqının gecikdirilməsinə görə işəgötürən qarşısında iddianın qaldırılması və sübuta yetirilərsə, hər gecikdirilən günə görə əməkhaqqının bir faizinin ödənilməsi nəzərdə tutulur. Bu, məhkəmə müstəvisində həll oluna biləcək məsələdir. Lakin məlumdur ki, işçilərin belə addım atmaması, işini itirməkdən qorxması işəgötürənlərdə arxayınlıq hissi yaradır. Buna görə də əməkhaqqının gecikdirilməsi hallarına səthi yanaşılır. Bu da əmək hüquqlarının pozulmasına səbəb olur. Əməkhaqqının gecikdirilməsi maliyyə problemlərinə gətirib çıxarır. Əgər hər hansı fors-major hal yaşanmayıbsa, əməkhaqqının gecikdirilməsinə səbəb olacaq əsaslandırılmış hal yoxdursa, dövlət, yaxud özəl sektor olmasından asılı olmayaraq, bundan sui-istifadə edən, əməkhaqlarını dövriyyəyə buraxıb əlavə gəlir əldə etmək istəyən işəgötürənlər ola bilər. Əgər belə hal varsa, o zaman daha ağır məsuliyyət yaranır. Bu hal sözügedən şəxslərin cəzalandırılmasına gətirib çıxara bilər. Düşünürəm ki, bu halı sübuta yetirmək üçün işçilər ümumi qaydada müraciət etməlidirlər. Əməkhaqlarının vaxtında ödənməsi üçün imkan olduğu halda ödənməməsi, rəhbər şəxslərin maraqlarına xidmət etmək üçün dövriyyəyə buraxılması sübuta yetirilərsə, bu artıq vəzifə səlahiyyətləri aşma deməkdir, yəni cinayət məsuliyyəti yaradır. Bu halda həmin şəxslər barədə ciddi ölçülər götürülməlidir”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Binokl diplomatiyası" Azərbaycanın təhlükəsizliyinə heç bir təhdid yaratmır - ŞƏRH
Bu gün, 21:02 |
|
|
|
• Aİ-nin Ermənistandakı missiyası “gərgin” işləyir: - durbinlə baxır, kofe içir…
Bu gün, 20:57 |
|
|
|
• Rusiyadan Azərbaycana müsbət cavab – “Əgər razılaşsaq…”
Bu gün, 19:06 |
|
|
|
• Ermənistanda hərbi hərəkətlənmə: - “Azərbaycan qabaqlayıcı tədbir görməlidir”
Bu gün, 19:02 |
|
|
|
• AŞPA-ya ETİRAZ: - “Bəs onda niyə danışmırdılar?”
Bu gün, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi açılmasa, Ermənistan Orta dəhlizin gələcəyində iştirak etməyəcək - ŞƏRH
Bu gün, 18:58 |
|
|
|
• Geri çağrılan "Lay's" kartof çipsləri Azərbaycana da idxal edilibmi? - AÇIQLAMA
Bu gün, 18:03 |
|
|
|
• ÜÇ DÖVLƏT QURUMUNUN BİRLƏŞDİRİLMƏSİ GÖZLƏNİLİR - Əmlak sahəsində geniş islahatlara start verilir
Bu gün, 18:01 |
|
|
|
• Trampdan ilham almış rus tarixçisi: - “Fin körfəzinin adı dəyişməlidir”
Bu gün, 17:56 |
|
|
|
• Banklarda əmanət artıb: Faizlər yüksəlib, ya inam? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:48 |
|
|
|
• 16 yaşlı Əjdər Quluzadə leykoz xəstəsidir, ana kömək istəyir
Bu gün, 17:45 |
|
|
|
• Saxta plastik cərrahlar üçün SON GÜN - Sabahdan....
Bu gün, 17:36 |
|
|
|
• Tramp və Paşinyanın sirli fotosu – “Bunun üçün hər yola əl atılır”
Bu gün, 17:28 |
|
|
|
• Paşinyan sülh layihəsindən danışdı – “Konkret faydalar verə bilər”
Bu gün, 17:26 |
|
|
|
• Gürcüstan AŞPA-nı tərk edir: Qərbin şantajı alınmadı - Elçin Alıoğlu yazır...
Bu gün, 17:23 |
|
|
|
• Müdafiə Nazirliyinin sabiq vəzifəli şəxsləri nədə ittiham olunur? - TƏFƏRRÜAT
Bu gün, 17:09 |
|
|
|
• “Xəstəxana xərclərini ödəmək üçün kredit götürmüşük” - Niyazi Mehdinin xanımı
Bu gün, 17:01 |
|
|
|
• Tramp təyyarə qəzasını sabotaj hesab edir
Bu gün, 16:42 |
|
|
|
• Suraxanı RİH bu Hövsan sakinlərini palçıqdan çıxarmır – “Biz hansı dövrdə yaşayırıq” (VİDEO)
Bu gün, 16:39 |
|
|
|
• DTX-dan xüsusi əməliyyat: - 500 min dollara casusluq edən Validə generallar haqda nə deyib?
Bu gün, 16:37 |
|
|
|
• Ermənistan qulağa xoş gələn avazlar oxumaq əvəzinə konkret addımlar atmalıdır - ÇAĞIRIŞ
Bu gün, 16:35 |
|
|
|
• Azərbaycan banklarına hücum Rusiyadan təşkil olunub? – Mühüm detal
Bu gün, 16:28 |
|
|
|
• Tehran və Moskvanın narahatlığı bəlli oldu - Zəngəzur dəhlizinə nəzarət dəyişir
Bu gün, 16:26 |
|
|
|
• Pulu daşdan çıxan qadın 63 yaşında sosial şəbəkədə fenomen oldu: - “Deyirlər övladı haradadır?!”
Bu gün, 16:23 |
|
|
|
• Jurnalistə bu universitetdə VƏZİFƏ VERİLDİ
Bu gün, 16:16 |
|
|
|
• "Nədən canı ağrıyan insanlar bu qədər əziyyətə məcbur edilir?" - NARAZILIQ VAR...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanlı milyarderi `batırmaq` istəyən iş adamı saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 15:59 |
|
|
|
• Kürdəmirdə bir məktəbi 100 şagird tərk edib? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:57 |
|
|
|
• “BİZİ ÖZ EVİMİZƏ HƏBS EDİBLƏR" - GİLEY
Bu gün, 15:54 |
|
|
|
• Ölkədən pul çıxaran “ASCO Logistics”lə bağlı sabah qərar veriləcək - DETALLAR
Bu gün, 15:33 |
|
|
|
• Azərbaycanda bank faizləri çox yüksəkdir... - BƏS NƏ EDƏK?..
Bu gün, 15:30 |
|
|
|
• 20-dən çox sərnişin Krasnoyarsk-Bakı reysi ilə uçmaqdan imtina edib - SƏBƏB
Bu gün, 15:25 |
|
|
|
• Bakı, Tiflis və İrəvan arasında nə baş verir? – Badalyan
Bu gün, 15:24 |
|
|
|
• Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir
Bu gün, 15:22 |
|
|
|
• Əhalinin banklara nə qədər kredit borcu var? - FAİZ FAİZ ÜSTÜNƏ GƏLİR...
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycanda tanınmış ekspert HƏBS EDİLDİ - BUNA GÖRƏ...
Bu gün, 15:15 |
|
|
|
• Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
Bu gün, 15:13 |
|
|
|
• Naxçıvanda gizli hüquqi islahatlara start verildi: Hədəf isə... - referenduma getmədən muxtar səlahiyyətləri ləğv etməkdir...
Bu gün, 15:02 |
|
|
|
• Azərbaycanda karqo şirkəti - LƏĞV EDİLİR
Bu gün, 14:58 |
|
|
|
• Bakıda avtoritetlərin "sxodka"sı ilə gündəmə gələn şadlıq saraylarının sahibi həbs edildi - FOTO
Bu gün, 14:54 |
|
|
|
• Sabiq general cəzası ilə bağlı apellyasiya şikayəti verib
Bu gün, 14:49 |
|
|
|
• Moskvadan Bakıya YENİ TƏKLİF: - AZAL-ın təyyarəsinin vurulmasından sonra…
Bu gün, 14:48 |
|
|
|
• Kənd təsərrüfatımız “ölü nöqtə”dən tərpənmir – Üzücü səbəb, ağrılı nəticə
Bu gün, 14:02 |
|
|
|
• Tələbələr "TələbəPlus" kartından narazılıq edir - Brend mağazalar, komissiya haqları...
Bu gün, 14:00 |
|
|
|
• On iki nazir Aİ-yə çağırış edib: Avropanı Rusiyadan qoruyun! - “Reuters”
Bu gün, 13:58 |
|
|
|
• Mirvari Qəhrəmanlının qızını təhqir edənə CƏZA KƏSİLDİ - DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Ukraynada 200 min sülhməramlının yerləşdirilməsi mümkün deyil - Fransız general
Bu gün, 13:15 |
|
|
|
• İsmayıllı İcra hakimiyyətində VARİS PLANI... - İLGİNC...
Bu gün, 13:14 |
|
|
|
• Həbs edilən sabiq hakimin işindəki ilginc detallar: - Gizli çəkiliş, mətbəxdəki rüşvət, yoxa çıxan telefon
Bu gün, 13:05 |
|
|
|
• "Əməliyyatdan sonra bədənimdən çirk axırdı" - Daha bir plastik cərrah qalmaqalı
Bu gün, 13:02 |
|
|
|
|