“OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” .....                     Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! .....                     ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı .....                     Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ .....                     ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub .....                     Türkiyə şirkəti Azərbaycanda ləğv olunur .....                     Ötən ilin avqustunda həbs edilmişdilər .....                     Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: .....                     ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib .....                     Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır .....                     Paşinyan sevinərdi ki, bunları da... .....                     “Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ .....                     Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... .....                     Şvabenin cəhdləri mənasızdır: .....                     Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ .....                     Əliyevin həmləsi durumu kökündən dəyişdi .....                     Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı .....                     AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... .....                     7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq .....                     “Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” .....                     "Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." .....                     Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib .....                     6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? .....                     Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... .....                     Nazir getdi, nazirlik də ləğv olunur? .....                     İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? .....                     Şakro Molodoy vida mərasimində .....                     14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı .....                     "İlin günün bu vaxtı işçini ixtisar edərlər?" .....                     “Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” .....                     Siyəzəndə keçmiş məhbus saxlanıldı .....                     "Haram pulları necə yeyirsiniz?!!" .....                     Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? .....                     Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... .....                     Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı .....                     Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə .....                     Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb .....                     Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… .....                     Dövlət qurumlarında maaş problemi .....                     Zaur Mikayılovun işçisi MEYDAN SULADI .....                 

“Rusiyaya ayıb olsun ki, öz vətəndaşlarını da öldürdükləri hadisədə belə mövqe tutur” - ETİRAZ
Tarix: Dünən, 08:55 | Çap et
“Rusiyaya ayıb olsun ki, öz vətəndaşlarını da öldürdükləri hadisədə belə mövqe tutur”
Azərbaycan təyyarəsinin Qroznı səmasında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasından sonra Bakının hadisə ilə bağlı Moskvaya qarşı haqlı tələbləri, dövlət televiziyasında və ümumilikdə mediada əsaslı tənqidlərin səslənməsi Rusiyanın xoşuna gəlməyib. Rəsmi Moskva qabaqdangəlmişlik edərək Azərbaycan mətbuatını Rusiyanın ünvanına əsassız ittihamlar irəli sürməkdə günahlandırıb.

Hərgah, xeyli vaxtdır ki, Kremlin nəzarətində olan KİV-lər Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparır, təyyarənin vurulması ilə bağlı həqiqət ortada olduğu halda, gah “quş sürüsü”, gah pilotun Aktauya uçmaqla bağlı müstəqil qərar verdiyi kimi absurd versiyaları hələ də tirajlayırlar. Lakin bu informasiyalara Azərbaycan narazılıq bildirməli ikən, yanvarın 27-də Moskvadakı səfirimiz Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub və onu nazir müavini Mixail Qaluzin qəbul edib. Görüş zamanı nazir müavini Azərbaycan mətbuatında Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib. “Yeni Müsavat”ın siyasət şöbəsi yazır ki, Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, son günlər Azərbaycan mətbuatında Rusiyaya qarşı yayımlanan yazılar, eləcə də Bakıda fəaliyyət göstərən “Rus Evi”nə qarşı aparılan kampaniyalar narahatlıq doğurub. Nazirlik bu yazıları dezinformasiya adlandıraraq, ittihamların heç bir əsasının olmadığını qeyd edib.

Görüş zamanı həmçinin Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması məsələsi müzakirə edilib. Nazir müavini Mixail Qaluzin, faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılmasının və nəticələrin açıqlanmasının zəruri olduğunu vurğulayıb. Musavat.com səfirimizin nazirliyə çağırılması faktına şərhində qeyd edir ki, təyyarəmizi raketlə vurub, sıradan çıxardan və öz səhvini etiraf etməyən Rusiya Azərbaycan mətbuatında yayımlanan tənqidi yazılardan narahat olubmuş. Azərbaycanın narahatlıqları isə daha ciddi məsələlərdən qaynaqlanır. Xüsusilə Rusiyanın Qroznı səmasında AZAL-ın mülki təyyarəsini vurması nəticəsində 38 dinc vətəndaşın həlak olması faktı və Rusiyanın bu məsələdə inadla susması Azərbaycanın əsas narahatlıq mövzusudur. Azərbaycan həmçinin Rusiya rəhbərlərinin bu hadisəyə obyektiv münasibət göstərməməsindən və rus mediasının Azərbaycana qarşı qərəzli kampaniyalar aparmasından narazıdır. Rusiya Azərbaycanla münasibətlərə azacıq da olsa önəm verirsə, azərbaycanlıların gözündə “palçığa” düşməməsini istəyirsə, öz səhvlərini qəbul etməli, qəzaya səbəb olan təyyarə insidenti ilə bağlı üzr istəməli və zərərçəkmiş ailələrə kompensasiya ödəməlidir.

Ancaq Rusiya XİN-in Azərbaycan səfirini çağırması, ona faktiki olaraq nota verməsi bu ölkənin münasibətlərdə qeyri-konstruktiv mövqeyinin və inadkar həyasızlığının göstəricisidir. Azərbaycan mətbuatının bu məsələyə sərt reaksiya verməsi haqlıdır, bundan sonra daha da sərt münasibət sərgilənəcək. Kreml faktiki olaraq 38 dinc insanın qanını batırır. Və biz buna dözməyəcəyik. Narahat olanlar daha da narahat olsunlar. Sadəcə, strateji müttəfiq belə rəftar etmir. Rusiya dost və müttəfiq kimi davranmır. Azərbaycan hər zaman münasibətlərdə səmimidir. Ukrayna konflikti Rusiyanı sanksiyalara məruz qoyub, lakin Bakı heç zaman koalisiyaya qoşulmayıb. Buna baxmayaraq, təyyarəmizi vuranları cəzalandırmamaq, zərərçəkənlərə təzminat verməmək, bu azmış kimi, müştəbehlik edərək səfirimizi çağırıb hansısa “irad”lar bildirmək qətiyyən müttəfiqliyin ruhuna uyğun deyil.

AzTV-nin İctimai-Siyasi Proqramlar üzrə Departamentinin rəhbəri, politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, Rusiya mətbuatında Kremlin tapşırıqlarını icra edən resurslar var və bunu Qaluzin çox yaxşı bilir: “Əvvəla, mediada aparılan kampaniyalara gəldikdə, məsələyə Qaluzin səviyyəsində məmur yox, Lavrova cavab versin ki, heç öz mətbuatınıza baxırsınızmı? Əgər Lavrov, ya onun köməkçisi Zaxarova desə ki, yox, bizdə azad media var, bu yalandır. Çünki Rusiyada rəsmi tapşırıqla oturub-duran mətbu orqanlar var”. T.Abbasov qeyd etdi ki, rus mediasında Qarabağdan könüllü gedən ermənilərlə bağlı Azərbaycana qarşı ittihamlar hələ də yağdırılır: “Biz deyəndə ki, ərazilərimizdə separatizm olub, işğalçılıq var idi, buna susurlar, amma hələ də Rusiya mətbuatı yazır ki, guya Qarabağda etnik təmizləmə aparmışıq. Bu prosesdə Rusiyadakı qərbpərəst qüvvələr də iştirak edirlər. Əslində onlar qondarma demokratlardır. Onlar ermənilərin cinayətlərini demirlər, amma Azərbaycanın Qarabağda etmədiklərini yazırlar. Orada muzdlu mətbu orqanlar və təşkilatlar var. Misal üçün, biri Ara Abramyannın "bayquş yuvası"dır. Oradan mətbuata sifarişlər verilir. Bu da Rusiyada Azərbaycana qarşı mütəşəkkil şəkildə işləyən media resurslarının olmasını sübut edir".

Politoloq Rusiyada həmin qüvvələrin ermənilərin ruporu olmaqdan yorulmadıqlarını əlavə etdi: “Xaricdə oturanları da var, Azərbaycan haqda feyk məlumatlar yayırlar. Bəs biz nə etməliyik? Demirlər ki, mətbuatımız azaddır, onda bizim media da azaddır. Biz hansısa qəzetə, yaxud sayta deyə bilmərik ki, bunu niyə yazırsınız?! Ona görə də təbii hiddətdir. Əslində Qorbaçovun dövründən ikili standartlara yol verilirdi. O zaman bizim səsimizi boğurdular, ermənilərə yer verirdilər. İndi Solovyov kimi mənfur adamları götürək. Bu adam türkofob və islamofobdur. Və saxta məlumatları Rusiyanın dövlət kanalına çıxıb danışırlar. Bunu Qaluzin görmür, eşitmir? Odur ki, sözümüzü deyəcəyik, susmayacağıq”.

T.Abbasov təəssüf edir ki, Rusiyanın rəsmi dairələrində olan bəzi “siyasi dəllalar” bu addımları ilə erməni sevdası ilə yaşadıqlarını gizlətmirlə: “Elə onların ucbatından ermənilər torpaqlarımıza yerləşdirildi. Sonra da başımıza bəla açdılar, hələ bir indi danışırlar da. Rusiya bilməlidir ki, Azərbaycan xalqı təyyarə hadisəsini ağrı ilə yaşadı. Əksinə, Rusiyaya ayıb olmalıdır ki, öz vətəndaşlarının da həlak olduğu, daha doğrusu, öldürdükləri bu hadisədə belə mövqe tuturlar. İndi biz nə etməliyik, susmalıyıq? Bir sözlə, Rusiyadan olan iddialar yersizdir. Sadəcə, onlar hər iki tərəfin mətbuatına baxsınlar, nəticə çıxarsınlar: sizin cəmiyyətin bizə münasibəti necədir, bizimkilərin onlara necə... Bizdə heç zaman Rusiya cəmiyyətinə nifrət olmayıb”.

Həmsöhbətimiz xatırlatdı ki, Azərbaycan dövlətinin başçısı hər şeyi açıq deyib: “Bir var "örtülü bazar" prinsipi ola, bir də var olduğu kimi aydın şəkildə danışmaq. Dövlət başçısı sözünü çatdırıb. Burada əlavə şərhlərə ehtiyac yoxdur. Biz Rusiyanı hadisəni qəsdən törətməkdə ittiham etmirik. Üstəlik, Rusiya vətəndaşları həlak olub. Sadəcə, təyyarəmizi vurublarsa, zərərçəkənlərin təzminatını ödəməlidirlər. Axı onların ailələri də cavab gözləyir. Yəni siz humanistliyin nə olduğunu bilmirsiniz? (!) Ona görə də məsələni ört-basdır etməklə heç nə dəyişmir. Rusiya Naxçıvan istiqamətində helikopterin vurulmasını və Qarabağda sülhməramlıların həlak olmasını cavab olaraq yada salır. Əvvəla, biz üzr istədik, üstəgəl, müharibə şəraitində hər şey olur. Ona qalsa, sülhməramlı komandanlar da Vardanyanla işbirliyi qurmuşdular. İndi bu məsələlərə yenidən qayıtmalıyıq? Ona görə də Rusiyanın təyyarə hadisəsində məsuliyyəti var və bundan qaçmaq olmaz".










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“OPEC+ Trampın təzyiqinə tab gətirməyəcək” - Bloomberg
Bu gün, 11:58
Quskadan Prezidentə: Sizə verilən bu məlumat yalandır! - TƏFƏRRÜAT
Bu gün, 11:51
ABŞ qüvvələrinin Ermənistana gələcəyi tarix açıqlandı - “Hraparak”
Bu gün, 11:50
Hüquq müdafiəçisi neftçilərin maaş artımı ilə bağlı ÇAĞIRIŞ ETDİ - "İnsafınız olsun..."
Bu gün, 11:45
ABŞ-da qəzaya düşən təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionları da olub - TASS
Bu gün, 11:39
Türkiyə şirkəti Azərbaycanda ləğv olunur
Bu gün, 11:23
Ötən ilin avqustunda həbs edilmişdilər - İNDİ İSƏ...
Bu gün, 11:21
Arvadını öldürən kişi ilə bağlı ŞOK FAKTLAR: - "Qulaq kəsmişdi, məhkəmə həbs etməyib"
Bu gün, 11:18
ƏÜO-da “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO
Bu gün, 11:16
Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır - İskəndəryan
Bu gün, 11:15
Paşinyan sevinərdi ki, bunları da... - RƏY
Bu gün, 11:11
“Əsaslı Tikinti və Təchizat” MMC-nin “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ŞÜBHƏLİ İŞBİRLİYİ - İLGİNC FAKTLAR
Bu gün, 11:00
Barat Yusubovun bazara çevirdiyi Yeni Klinika... - vətəndaş süründürməçiliyi ifşa etdi
Bu gün, 10:57
Şvabenin cəhdləri mənasızdır: - Bakı mövqeyindən bir addım da olsun geri çəkilməyib
Bu gün, 10:48
Gömrük Komitəsində 3 aydır gecikən maaşlar VERİLDİ - AÇIQLAMA
Bu gün, 10:30
Əliyevin həmləsi durumu kökündən dəyişdi – “Artıq Putin də...”
Bu gün, 10:26
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı - FOTO
Bu gün, 10:23
AZNEFT rəhbəri bu məsələdə mövqe ortaya qoymazsa... - "Siyəzənneft"lə bağlı planlar NƏDİR?
Bu gün, 10:19
7 ölkədən xəbərdarlıq edilir: böyük fəlakətlər olacaq – Ovannisyan
Bu gün, 10:07
“Xəstəxanaya yerləşdirəndə sol tərəfi işləmirdi, əsəbdən...” - AÇIQLAMA
Bu gün, 10:02
"Fevralın əvvəlində Paşinyanın Trampla görüşünün baş tutması üçün hər şey edilir..." - “Hraparak”
Bu gün, 10:01
Azərbaycanda investisiya şirkətinin rəhbərliyindən biri vəzifəsini tərk edib - Onun yerinə isə...
Bu gün, 09:59
6 aydır başçı yoxdur... sakinlər NƏ ETSİN? - MÜRACİƏT
Bu gün, 09:56
Bakı Kremlin demarşını özünə qaytardı: Rusiya bunu etməsə... - NƏ BAŞ VERİR?
Bu gün, 09:50
Nazir getdi, nazirlik də ləğv olunur? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:47
İşçilərin əməyinin ödənilməsinin hansı sistemi və növləri vardır? - Ekspert danışır...
Bu gün, 09:43
Şakro Molodoy vida mərasimində - Hamı bu VİDEODAN danışır
Bu gün, 09:38
14 kiloqram heroin və marixuananın dövriyyə buraxılmasının qarşısı alındı - Sumqayıtda polisin narkotik əməliyyatı
Bu gün, 09:36
"İlin günün bu vaxtı işçini ixtisar edərlər?" - NARAZILIQ VAR...
Bu gün, 09:31
“Bu bəyanatların heç iki qəpiklik dəyəri yoxdur” - Çingiz Qənizadə
Bu gün, 09:16
Siyəzəndə keçmiş məhbus saxlanıldı - FOTO
Bu gün, 09:13
"Haram pulları necə yeyirsiniz?!!" - ETİRAZ VAR...
Bu gün, 09:11
Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? - Əliyev nöqtə qoydu...
Bu gün, 09:08
Nərimanovda yenə də süpürgəçi maaşları QAYÇILANIR... - AXI NİYƏ?..
Bu gün, 09:05
Ana Vətən Partiyası seçkinin nəticələrini tanıdı - AÇIQLAMA
Bu gün, 08:56
Sərhəddə hər an təxribat TƏXRİBAT törədilə bilə - Bakı XƏBƏRDARLIQ etdi
Bu gün, 08:53
Qonşu ölkədə Azərbaycana qarşı 300 atəş nöqtəsi yaradılıb – Bakı müharibəyə cəlb edilir
Bu gün, 08:52
Əliyev 10 il öncəkindən qat-qat güclüdür, çünki… - İsgəndəryan
Bu gün, 08:50
Dövlət qurumlarında maaş problemi - ajiotajı kim və niyə yaradır
Bu gün, 08:49
Zaur Mikayılovun işçisi MEYDAN SULADI - AY MAŞALLAH...
Bu gün, 08:48
Ərəbləri Azərbaycana dadandıranlar ÖZBAŞINA QALIB? - BU NƏDİ BELƏ?..
Bu gün, 08:42
Biz gənclərimizlə fəxr edirik - MƏQALƏ
Bu gün, 08:31
Ronald Reyqan deyərdi ki... - ŞƏRH
Bu gün, 08:30
Vaşinqtonda sərnişin təyyarəsi ilə helikopter toqquşub - “CNN“
Bu gün, 08:25
Azərbaycan gənci qalib ölkənin vətəndaşıdır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:21
Qəzanın ilkin hesabatı niyə gecikir? – Rusiya “yol” axtarır
Bu gün, 07:02
Generallar toplandı: Ordumuz bu ölkədə əməliyyat keçirə bilər – İlk dəfə
Bu gün, 06:24
Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir? - ARAŞDIRMA
Bu gün, 06:20
Baltikyanıda Rusiya təxribatları: vəziyyət kritikləşir - NƏ BAŞ VERİR?
Bu gün, 02:41
"Müharibə xəbərdarlığı Ohanyanın başından böyük sayıqlamasıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 02:39
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru