“Rusiya həmişə bizə qarşı soyqırımların törədilməsinə dəstək verib” - Deputatdan ilginc açıqlamalar
Ötən ilin dekabr ayının 25-i Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından bir ay keçir. Yada salaq ki, təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Son məlumatlara əsasən, AZAL-ın vurulan təyyarəsinin “qara qutu”larının materiallarının sürəti Azərbaycan və Rusiyaya təhvil verilib, gələn həftə açıqlanacağı gözlənilir.
Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev bildirib ki, “qara qutu”ların materialları internetdə yayımlanan stenoqramlardan fərqlənir.
“Caliber” saytı isə mənbələrə istinadən yazıb ki, Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pantsir S-1” HHM sistemi vurulduğunu təsdiq edir. Hər şey məlumdur: təyyarəni Rusiya vurub və Bakı Moskvadan bunun etiraf edilməsini, müvafiq kompensasiyanın ödənilməsini istəyir. O da qeyd edilir ki, Rusiyanın məsuliyyətdən yayınmaq imkanları məhduddur, “qara qutuların” sürəti Moskvaya verildiyi kimi, Bakıya da verilib və həqiqəti gizlətmək cəhdlərinə qarşı Azərbaycan faktları yayacaq. Yayılan informasiyaları da rəsmi Bakının əlində faktların olduğu mesajı hesab etmək olar.
Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Rusiya Azərbaycanla münasibətdə heç vaxt səmimi olmayıb. Bu baxımdan Azərbaycan təyyarəsinin Qroznı səmasında vurulmasının məsuliyyətini boynuna alınmasında da səmimi deyil. Belə ki, suveren dövlətlərin etdiyi kimi Rusiya da hərbi hava qüvvələri tərəfindən vurulmuş mülki təyyarəyə görə Azərbaycandan rəsmi şəkildə üzr istəməli, təyyarənin dəyəri ödənilməli və həlak olanların ailələrinə kompensasiyalar verməlidir. Amma Rusiya mətbuatı kremldən aldığı tapşırığa əsasən Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb, 44 günlük Vətən müharibəsində Zəngəzurda Azərbaycanla sərhəd ərazidə Ermənistanın hərbi kolonunu müşayiət edən helikopterin vurulmasını və 20 sentyabr 2023-cü ildə keçirilən antiterror tədbirləri zamanı məlumatlandırılmasına baxmayaraq qəsdən hərəkətə keçmiş rus əsgərlərini erməni əsgəri kimi bilinərək səhvən vurulmasını yenidən gündəmə gətirir və ölkəmizə qarşı ittihamlar səsləndirirlər. Əslində, helikopterin sərhədimizdə vurulmasının günahı Rusiya hərbiçilərin özlərində idi. Çünki müharibə gedən ərazidə erməni kolonunu rus helikopteri niyə müşayiət etməli idi. Amma Azərbaycan konfrontasiyaya yol verməmək üçün helikopterin dəyərini Rusiyaya ödədi və həlak olanların ailələrinə də kompensasiyalar verildi. Eyni addımları da Rusiya etməlidir. Biz demirik ki, Rusiya təyyarəmizi qəsdən vurub. Amma nə olsa da təyyarəmiz Rusiya səmasında vurulub və ona görə də Rusiya məsuliyyət daşıyır. Çox təəssüf ki, Rusiya media resurslarında Azərbaycana qarşı qarayaxma kampaniyalara start verməklə təyyarəmizin vurulmasında əsl məqsədindən yayınmağa çalışır. Amma biz tarixi unutmuruq”.
Deputat əlavə edib ki, Rusiya həmişə ermənilərə dayaq olaraq torpaqlarımızda bizə qarşı soyqırımların törədilməsinə dəstək verib: “1805-ci ildə çar Rusiyası tərəfindən Qarabağ xanlığının işğal edilməsi və Qarabağ xanının ailəsi ilə bir yerdə qətlə yetirilməsi, 1920-ci ildə Rusiyanın Azərbaycanı işğal etməsi və bolşeviklərin ermənilərlə əlbir olaraq törətdikləri soyqırımları, 1924-cü ildə Qarabağda ermənilər üçün muxtariyyəti yaratmaqla Azərbaycana uzun bir tarixi əhatə edən bəlanın yapışdırılması, 1990-cı ilin 20 yanvarında ermənilərin də daxil edildiyi vəhşi ordunun dinc sakinlərimizin üzərinə yeridilməsi və qətliamın törədilməsi, 366-cı motoatıcı briqadanın iştirakı ilə Xocalı soyqırımının törədilməsi, 30 il torpaqlarımızın işğalda qalmasına dəstək verilməsi, 44 günlük müharibə zamanı erməniləri silah və canlı qüvvə ilə təmin etməsi, Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanınmasına görə Paşinyanı dəfələrlə ittiham etməsi və sairə hərəkətləri Rusiyanın uzun bir tarixi dövrdə ölkəmizə və xalqımıza qarşı aparılan düşmənçilik deyilmi?! Azərbaycan isə münasibətləri pozmamaq xatirinə səsini çıxartmamış və üstündən susqunluqla keçmişdir. Təbii ki, Prezident İlham Əliyevin düşünülmüş siyasəti Rusiyanın Ermənistana dayaq olmasına baxmayaraq, qələbə çalmağımıza və ərazilərimizdə konstitusion quruluşun tam bərpasına yol açdı. Əgər Rusiya Azərbaycana qarşı qarayaxma və ittiham kampaniyasını davam etdirərsə, Azərbaycanın da Rusiyaya deyəcəyi və tələb edəcəyi çox şey olacaq. Yaxşı olardı ki, Rusiya rəhbərliyi baş vermiş hadisəni düzgün dəyərləndirərək, Azərbaycanın atdığı addımlara adekvat addımlar ataraq iki ölkə arasında münasibətlərin qorunub saxlanılmasını dəstəkləsin. Bu gün onsuz da Rusiya dünyada tərəfdaşları itirərək təklənib. Bu baxımdan yaxın qonşusu Azərbaycanla da münasibətlərin pisləşməsinin Rusiyaya heç olmasa indiki dövrdə lazım olmadığını və baş vermiş hadisədə ədalətlilik nümayiş etdirəcəyini hesab edirəm”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Baş nazirin "psixotrop" iddiaları...
Bu gün, 18:03 |
|
|
|
• Cənubi Qafqaz Birliyi - Reallıq, yoxsa xəyal?
Bu gün, 17:58 |
|
|
|
• "Toyuma da Rühəngiz xanımı dəvət etmişdim"
Bu gün, 17:52 |
|
|
|
• Paşinyan revanş mesajı verdi - “Güclənəcəyik, sonra isə…”
Bu gün, 17:50 |
|
|
|
• “Konstitusiyaya dəyişikliklə bağlı referendum keçiriləcəyi gözlənilmir” - AKTUAL
Bu gün, 15:06 |
|
|
|
• Belarusda prezident seçkiləri baş tutmuş elan edilib
Bu gün, 15:03 |
|
|
|
• Ərdoğan öz ad günündə Xocalıya gələcək… - KİV
Bu gün, 13:08 |
|
|
|
• ABŞ eksperti Bayden administrasiyasının yalanlarını ifşa etdi: - Sübutlara baxmaq vaxtıdır
Bu gün, 12:38 |
|
|
|
• "Oradan yığılan pullarla Azərbaycanı dolandırmaq olar"
Bu gün, 12:36 |
|
|
|
• Zaur Mikayılovun adamı istədiyini edirsə.... - İTTİHAM VAR...
Bu gün, 12:29 |
|
|
|
• SEPAH süni intellektli raketləri kimə tuşlayıb? - "Mehr"
Bu gün, 12:25 |
|
|
|
• “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 10:41 |
|
|
|
• Ətin qiyməti niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 10:36 |
|
|
|
• Avropa Birləşmiş Ştatları... - Bu, mövcud problemlərin həlli deyil
Bu gün, 10:30 |
|
|
|
• İranda Bakıya qarşı kampaniya: Tehran nə istəyir? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:11 |
|
|
|
• Araikin Bakıda etirafı Paşinyanı qorxutdu - Görünəni odur ki...
Bu gün, 09:06 |
|
|
|
• Tramp Administrasiyası TikTokun “Oracle” şirkətinin nəzarətinə keçirilməsi planını hazırlayır - NPR
Bu gün, 09:03 |
|
|
|
• “Həkimin həbsi gələcəyimiz haqqında bütün ümidlərimi bitirdi” - GƏLİŞMƏ
Bu gün, 07:45 |
|
|
|
• 'Milli şura'nın Rusiya Prezidentinə gizli məktubu üzə çıxdı - ŞOK MƏTN...
Bu gün, 07:41 |
|
|
|
• "Şagirdlərdə əlavə stres yaradır..." - NƏ ETMƏLİ?
Bu gün, 07:30 |
|
|
|
• Moskvanın qorxduğunu Bakı etdi: Daha iki yalan ortaya çıxdı... - skandal böyüyür
Bu gün, 07:24 |
|
|
|
• Beyləqanda Şəhid ailəsinin iztirabları... - AXI NİYƏ?..
Bu gün, 07:19 |
|
|
|
• İcra Hakimiyyətinin sabiq işçisi niyə güllələnib? - Adamöldürmə, zorlama, dava, fırıldaq....
Bu gün, 07:12 |
|
|
|
• "ABB-də bundan da biabırçı hallar var imiş..." - İTTİHAM
Bu gün, 06:44 |
|
|
|
• İşçisi də Heydərov kimi ov ovlamağı sevirmiş... - TƏFƏRRÜAT
Bu gün, 06:38 |
|
|
|
• Taleh Qaraşovun “Arifqızı” planı necə pozuldu? - İLGİNC
Bu gün, 06:33 |
|
|
|
• Paşinyandan Türkiyəyə reverans: görünən və görünməyən məqamlar - İNCƏLƏMƏ
Bu gün, 06:24 |
|
|
|
• “Şəfiqə Axundovanı da, oğlu Talehi də məhv etdilər, paxıllığını çəkirdilər”
Bu gün, 06:20 |
|
|
|
• Özəlləşdirmə çekləri: ziddiyyət, haqsızlıq və qanunun tələbi - ARAŞDIRMA
Bu gün, 00:30 |
|
|
|
• DSMF-dən ŞİKAYƏT: 250 nəfərin pensiyası nəyə görə dayandırıldı? - BU NƏDİ BELƏ?
Bu gün, 00:24 |
|
|
|
• Sabiq nazirdən Vasif Talıbovla bağlı ŞOK AÇIQLAMA - VİDEO
Bu gün, 00:19 |
|
|
|
• "Getdiyiniz yerləri araşdırın, maraqlanın..." - ÇAĞIRIŞ
Bu gün, 00:10 |
|
|
|
• Baş həkim İlyas İsmayılovun səhhətindən danışdı - "Onun səhhətində..."
Bu gün, 00:07 |
|
|
|
• Daşaltı əməliyyatından 33 il ötür - UNUTMARIQ!
Bu gün, 00:04 |
|
|
|
• Metroda SÜNİ QİYMƏT ARTIMI: - “Milyonlarla rüşvət aldığı və...”
Dünən, 18:00 |
|
|
|
• “10 il vaxt, nə qədər də istəyirsiniz silah verin, əsla bizə çata bilməyəcəklər” - deputat
Dünən, 16:46 |
|
|
|
• "Musa küsəyəndir, çantası da qapının ağzındadır" - Təranə
Dünən, 16:44 |
|
|
|
• Suriya türkmənləri yeni hakimiyyətlə görüşəcək - AÇIQLAMA
Dünən, 16:37 |
|
|
|
• AZAL-ın sabiq prezidenti yeni məqamları açdı - “Rusiya məsələni boynundan tam atmaq üçün həyasızlıq edir”
Dünən, 16:33 |
|
|
|
• Gürcüstan XİN başçısı Ermənistana səfər planlaşdırır
Dünən, 16:23 |
|
|
|
• “Dövlət qurumlarının, nazirliklərin də 150 illik yubileylə bağlı həssaslıq göstərməsini gözləyirik” - ÇAĞIRIŞ
Dünən, 16:20 |
|
|
|
• Çin İrəvana "sarı işıq" yandırıb - Manasaryan
Dünən, 16:18 |
|
|
|
• Vasif Xatirədən incidiyini etiraf etdi
Dünən, 16:16 |
|
|
|
• Əli Əhmədov HƏBS OLUNDU - BUNA GÖRƏ...
Dünən, 16:10 |
|
|
|
• Qonşularımız pisdir, AMMA... - GƏLİŞMƏ
Dünən, 16:08 |
|
|
|
• 1 milyonluq dələduzluqdan bəraət almışdı - 10 illik həbs edildi
Dünən, 16:06 |
|
|
|
• Azərbaycan-İran münasibətlərində BU AMİL nəzərə alınmırsa... - YA ALLAH...
Dünən, 16:04 |
|
|
|
• Rusiyanın nəinki Yaxın Şərqdə, heç Cənubi Qafqazda da əvvəlki kimi gücü qalmayıb - RƏY
Dünən, 14:00 |
|
|
|
• USAİD-in bütün dünya üzrə yardımları dayandırıldı – Yoxlamalar başladı
Dünən, 13:09 |
|
|
|
• Ağayevin baltası Mənsimovun əmisi qızına dəyibmiş
Dünən, 13:06 |
|
|
|
|