Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home6/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108
Əsas Səhifə > Ana xəbərlər, Güney Press > “Rusiya həmişə bizə qarşı soyqırımların törədilməsinə dəstək verib”
“Rusiya həmişə bizə qarşı soyqırımların törədilməsinə dəstək verib”25-01-2025, 10:34 |
Ötən ilin dekabr ayının 25-i Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından bir ay keçir. Yada salaq ki, təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olmaqla ümumilikdə 67 nəfər olub. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Son məlumatlara əsasən, AZAL-ın vurulan təyyarəsinin “qara qutu”larının materiallarının sürəti Azərbaycan və Rusiyaya təhvil verilib, gələn həftə açıqlanacağı gözlənilir. Qazaxıstanın baş nazirinin müavini Kanat Bozumbayev bildirib ki, “qara qutu”ların materialları internetdə yayımlanan stenoqramlardan fərqlənir. “Caliber” saytı isə mənbələrə istinadən yazıb ki, Rusiyada aparılan cinayət işi hava gəmisinin “Pantsir S-1” HHM sistemi vurulduğunu təsdiq edir. Hər şey məlumdur: təyyarəni Rusiya vurub və Bakı Moskvadan bunun etiraf edilməsini, müvafiq kompensasiyanın ödənilməsini istəyir. O da qeyd edilir ki, Rusiyanın məsuliyyətdən yayınmaq imkanları məhduddur, “qara qutuların” sürəti Moskvaya verildiyi kimi, Bakıya da verilib və həqiqəti gizlətmək cəhdlərinə qarşı Azərbaycan faktları yayacaq. Yayılan informasiyaları da rəsmi Bakının əlində faktların olduğu mesajı hesab etmək olar. Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb: “Rusiya Azərbaycanla münasibətdə heç vaxt səmimi olmayıb. Bu baxımdan Azərbaycan təyyarəsinin Qroznı səmasında vurulmasının məsuliyyətini boynuna alınmasında da səmimi deyil. Belə ki, suveren dövlətlərin etdiyi kimi Rusiya da hərbi hava qüvvələri tərəfindən vurulmuş mülki təyyarəyə görə Azərbaycandan rəsmi şəkildə üzr istəməli, təyyarənin dəyəri ödənilməli və həlak olanların ailələrinə kompensasiyalar verməlidir. Amma Rusiya mətbuatı kremldən aldığı tapşırığa əsasən Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb, 44 günlük Vətən müharibəsində Zəngəzurda Azərbaycanla sərhəd ərazidə Ermənistanın hərbi kolonunu müşayiət edən helikopterin vurulmasını və 20 sentyabr 2023-cü ildə keçirilən antiterror tədbirləri zamanı məlumatlandırılmasına baxmayaraq qəsdən hərəkətə keçmiş rus əsgərlərini erməni əsgəri kimi bilinərək səhvən vurulmasını yenidən gündəmə gətirir və ölkəmizə qarşı ittihamlar səsləndirirlər. Əslində, helikopterin sərhədimizdə vurulmasının günahı Rusiya hərbiçilərin özlərində idi. Çünki müharibə gedən ərazidə erməni kolonunu rus helikopteri niyə müşayiət etməli idi. Amma Azərbaycan konfrontasiyaya yol verməmək üçün helikopterin dəyərini Rusiyaya ödədi və həlak olanların ailələrinə də kompensasiyalar verildi. Eyni addımları da Rusiya etməlidir. Biz demirik ki, Rusiya təyyarəmizi qəsdən vurub. Amma nə olsa da təyyarəmiz Rusiya səmasında vurulub və ona görə də Rusiya məsuliyyət daşıyır. Çox təəssüf ki, Rusiya media resurslarında Azərbaycana qarşı qarayaxma kampaniyalara start verməklə təyyarəmizin vurulmasında əsl məqsədindən yayınmağa çalışır. Amma biz tarixi unutmuruq”. Deputat əlavə edib ki, Rusiya həmişə ermənilərə dayaq olaraq torpaqlarımızda bizə qarşı soyqırımların törədilməsinə dəstək verib: “1805-ci ildə çar Rusiyası tərəfindən Qarabağ xanlığının işğal edilməsi və Qarabağ xanının ailəsi ilə bir yerdə qətlə yetirilməsi, 1920-ci ildə Rusiyanın Azərbaycanı işğal etməsi və bolşeviklərin ermənilərlə əlbir olaraq törətdikləri soyqırımları, 1924-cü ildə Qarabağda ermənilər üçün muxtariyyəti yaratmaqla Azərbaycana uzun bir tarixi əhatə edən bəlanın yapışdırılması, 1990-cı ilin 20 yanvarında ermənilərin də daxil edildiyi vəhşi ordunun dinc sakinlərimizin üzərinə yeridilməsi və qətliamın törədilməsi, 366-cı motoatıcı briqadanın iştirakı ilə Xocalı soyqırımının törədilməsi, 30 il torpaqlarımızın işğalda qalmasına dəstək verilməsi, 44 günlük müharibə zamanı erməniləri silah və canlı qüvvə ilə təmin etməsi, Qarabağı Azərbaycanın suveren ərazisi kimi tanınmasına görə Paşinyanı dəfələrlə ittiham etməsi və sairə hərəkətləri Rusiyanın uzun bir tarixi dövrdə ölkəmizə və xalqımıza qarşı aparılan düşmənçilik deyilmi?! Azərbaycan isə münasibətləri pozmamaq xatirinə səsini çıxartmamış və üstündən susqunluqla keçmişdir. Təbii ki, Prezident İlham Əliyevin düşünülmüş siyasəti Rusiyanın Ermənistana dayaq olmasına baxmayaraq, qələbə çalmağımıza və ərazilərimizdə konstitusion quruluşun tam bərpasına yol açdı. Əgər Rusiya Azərbaycana qarşı qarayaxma və ittiham kampaniyasını davam etdirərsə, Azərbaycanın da Rusiyaya deyəcəyi və tələb edəcəyi çox şey olacaq. Yaxşı olardı ki, Rusiya rəhbərliyi baş vermiş hadisəni düzgün dəyərləndirərək, Azərbaycanın atdığı addımlara adekvat addımlar ataraq iki ölkə arasında münasibətlərin qorunub saxlanılmasını dəstəkləsin. Bu gün onsuz da Rusiya dünyada tərəfdaşları itirərək təklənib. Bu baxımdan yaxın qonşusu Azərbaycanla da münasibətlərin pisləşməsinin Rusiyaya heç olmasa indiki dövrdə lazım olmadığını və baş vermiş hadisədə ədalətlilik nümayiş etdirəcəyini hesab edirəm”. Geri qayıt |