Ermənistanın suveren ərazisindən keçən bütün yollara yalnız Ermənistan Respublikası nəzarət edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan deyib.
“Ermənistan ərazisindən keçən hər hansı dəhliz (Zəngəzur nəzərdə tutulur - red.) və ya yolun hər hansı bir tərəfin nəzarəti altında olmasından söhbət belə gedə bilməz. Ermənistanda yollar yalnız Ermənistan Respublikası tərəfindən idarə olunacaq”, - rəsmi bildirib.