Naxçıvanda təhsilin evini elə yıxıblar ki... - Müəllimlər də narazıdır... valideynlər də...
Tarix: 13-01-2025, 11:45 | Çap et
 Naxçıvan məktəblərində büdcəyə qənaət adı altında siniflərin birləşdirilməsi şagird sıxlığına səbəb olub. Bu vəziyyət həm valideynlər, həm də müəllimlər arasında ciddi narazılıq yaradıb. Onlar “Gündəlik Naxçıvan”a bildiriblər ki, siniflərdəki şagirdlərin sayı 30-a çatdığı üçün dərs keçmək çətinləşib. Nəticədə təhsilin keyfiyyəti xeyli aşağı düşüb. Valideynlərdən S. Əhmədov deyir ki, əvvəllər övladının təhsil aldığı məktəbdə altı sinif vardı, indi isə dörd sinif qalıb: “Övladım Naxçıvan şəhər Heydər Əliyev adına məktəbin 6-cı sinfində oxuyur. Əvvəllər bir sinifdə şagird sayı 20-ni keçəndə, əlavə sinif yaradıb ikiyə bölürdülər ki, dərs keçmək asan olsun. İndi isə bunun əksini edirlər. Sinifləri birləşdirib 4 sinifə salıblar, indi hər sinifdə 27-30 uşaq var. Müəllimin 30 uşaqla məşğul olması çox çətindir. Elə şagird var ki, dərsini hazırlayır, amma sinifdə danışmağa növbəsi çatmır. Bu, uşaqlarda arxayınçılıq yaradır, onlar dərs oxumaqdan yayınırlar. Təhsil belə davam etsə, keyfiyyət tamamilə itəcək.” Həmin məktəbdə müəllim işləyən Z. B. da siniflərin azaldılmasının həm təhsilin keyfiyyətinə, həm də müəllimlərin dərs saatlarına mənfi təsir göstərdiyini bildirir: “Şagirdlərin sayı ilbəil artır, amma əlavə sinif yaratmaq əvəzinə, olan sinifləri də ləğv edirlər. Təhsil Nazirliyindən deyirlər ki, bu, guya büdcəyə qənaət üçündür. Amma əslində büdcədən pul yemək üçün belə edirlər. Təhsilə böyük zərbə vurulur. Axı 30 uşağa bir yerdə necə keyfiyyətli dərs keçmək olar? Bu vəziyyətdə təhsilin keyfiyyəti azalır, uşaqlara nəzarət etmək çətinləşir. Üstəlik, siniflərin sayı azaldıldığı üçün dərs saatlarımız da azalıb, nəticədə maaşlarımız aşağı düşüb.” Şikayətçilər bildirir ki, hazırda bu problem Naxçıvan şəhərinin bütün məktəblərində müşahidə olunur. Onlar məsul qurumlardan təhsildə yaranmış problemlərin həllini tələb edirlər.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Bu gün, 15:57 |
|
|
|
• Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Bu gün, 15:52 |
|
|
|
• Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Bu gün, 15:00 |
|
|
|
• Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Bu gün, 14:57 |
|
|
|
• “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Bu gün, 14:52 |
|
|
|
• Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:52 |
|
|
|
• Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Bu gün, 11:49 |
|
|
|
• Xanım Qafarovanın anası dünyasını dəyişib
Bu gün, 11:47 |
|
|
|
• "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Bu gün, 11:44 |
|
|
|
• Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Bu gün, 11:42 |
|
|
|
• Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40 |
|
|
|
• Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Bu gün, 11:38 |
|
|
|
• Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24 |
|
|
|
• «Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22 |
|
|
|
• “Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10 |
|
|
|
• Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01 |
|
|
|
• “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58 |
|
|
|
• ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54 |
|
|
|
• Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15 |
|
|
|
• Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08 |
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
|