“Bu gün Azərbaycan Avropa Oyunları kimi böyük miqyaslı tədbiri keçirmək imkanına malikdir” - Prezident İlham Əliyev
Tarix: 15-06-2015, 09:56 | Çap et
“İki gün əvvəl biz ilk Avropa Oyunlarının açılışının şahidi olduq. Hamımız təqdimatdan çox dərin təəssürat aldıq. Bu, qonaqlarımız üçün Azərbaycan, onun mədəniyyəti, musiqisi, ənənələri haqqında daha ətraflı məlumat əldə etmək, bizim tamaşaçılar üçün isə Avropanın aparıcı idmançılarını, bütün beynəlxalq və Avropa Olimpiya ailəsinin nümayəndələrini görmək və ölkəmizlə fəxr etmək imkanı idi. Təsəvvür edə bilərsiniz ki, açılışdan sonra mənə olunan çoxsaylı müraciətlərin hər birində insanlarımız birmənalı olaraq ölkəsi ilə fəxr etdiklərini bildirirlər”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev və “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından birinci Avropa Oyunları ilə bağlı Olimpiya Ailəsinin üzvləri üçün təşkil edilən qəbulda deyib. Azərbaycan prezidenti qeyd edib ki, 2012-ci il dekabrın 12-də qəbul edilən qərar tarixi qərar idi. “Biz miqyasına görə Yay Olimpiya Oyunlarından sonra ən böyük beynəlxalq idman tədbirini təşkil etmək imkanı əldə etdik. Avropa idmanı üçün isə bu, ədaləti bərpa edən qərar oldu. Çünki bildiyimiz kimi, digər qitələr uzun illərdir ki, öz Oyunlarını keçirirlər və yalnız Avropanın belə bir Oyunları yox idi. Buna görə də düşünürəm ki, bu, ədalətin təzahürü oldu. Çünki Olimpiya hərəkatının, Olimpiya ideyalarının, olimpizmin vətəni Avropadır. Bu, qədim Yunanıstanda başlanıb və daha sonra Baron de Kuberten onu bərpa etmişdir. İndi isə ədalət bərpa edildi və gördüyümüz işdən fərəhlənə bilərik”. Dövlət başçısı deyib ki, Azərbaycanın qədim ənənələr, böyük tarixi və tarixi şəxsiyyətləri var: “Lakin müstəqil ölkə kimi, biz yalnız 24 ildir ki, mövcuduq. 1991-ci ildə biz müstəqilliyimizi bərpa etdik, lakin ilk müstəqil, demokratik respublika Rusiya imperiyasının süqutundan sonra 1918-ci ildə yaradılmışdır. Bu isə bütün müsəlman dünyasının ilk demokratik respublikası idi. Azərbaycanda məhz respublika idarəçilik sisteminin tətbiq olunması o zaman respublikanı yaradanların seçimi olmuşdur. Dərhal qadınlara səsvermə hüququ verilmişdir ki, bu, bir çox Avropa ölkələrindən əvvəl olmuşdur. Müsəlman dünyasının ilk operası, ilk baleti, ilk teatrı Azərbaycanda yaradılmışdır və biz bununla fəxr edirik. Azərbaycan hər zaman dinlərarası birgəyaşayış, multikulturalizm, etnik və dini müxtəliflik məkanı olub. Bu, hər zaman özünəməxsusluğumuzun tərkib hissəsi olub. Müstəqillik illərində isə dünyanın ehtiyac duyduğu bu müsbət trendlər daha da güclənmişdir və mən bununla fəxr edirəm”. Azərbaycan prezidenti vurğulayıb ki, Azərbaycan cəmiyyəti multikultural cəmiyyətdir: Bu yaxınlarda mən Azərbaycanda Multikulturalizm Mərkəzinin təsis edilməsi ilə bağlı Sərəncam imzaladım və Bakının ən gözəl yerlərindən birində - Bayraq Meydanının yaxınlığında Tolerantlıq Abidəsinin açılışı oldu. Bunlar hamısı bizim həyatımızın və siyasətimizin tərkib hissəsidir”. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Avropa və Asiya arasında təbii körpü rolunu oynayır: “Bu, yalnız coğrafi deyil, mədəni, iqtisadi və siyasi körpüdür. Beləliklə, müstəqillik illərimiz islahatlar dövrü oldu. Biz təkcə dövləti yaratmalı deyildik, eyni zamanda, bir sistemdən digərinə transformasiya etməli idik. İslahatların həyata keçirilməsi bu gün ölkəmizin uğuruna və firavanlığına gətirib çıxarmışdır. Bu gün Azərbaycan Avropa Oyunları kimi belə böyük miqyaslı tədbiri keçirmək imkanına malikdir. Bu, ötən illər ərzində əldə etdiyimiz nailiyyətlərin göstəricisidir. Siyasi islahatlar iqtisadi islahatlarla tamamlanırdı. Demokratikləşmə siyasəti, qanunun aliliyi, fundamental azadlıqların və insan hüquqlarının qorunması bizim siyasətimizin prioritetləri olub. Azərbaycanda bütün azadlıqlar - media azadlığı, senzurasız azad internet təmin edilir, əhalimizin 70 faizi internet istifadəçisidir. Siyasi fəaliyyət azadlığı, toplaşma azadlığı, din və vicdan azadlığı mövcuddur. Eyni zamanda, biz iqtisadi islahatlar nəticəsində müstəqil xarici siyasət yürüdürük. Bu gün Azərbaycan dünyada çox yaxşı nüfuza malik olan dövlətdir. Bunun ən bariz nümunəsi bir neçə il əvvəl Azərbaycanın dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı namizədliyini irəli sürəndə 155 ölkənin dəstəyini qazanması olmuşdur. İlk dəfə Azərbaycan BMT Təhlükəsizlik Şurasında təmsil edilmişdir. Bu, bizim siyasi və diplomatik fəaliyyətimizin zirvəsi olmuşdur. İqtisadi islahatlar olmasaydı, yəqin ki, biz buna nail ola bilməzdik”. Prezident İlham Əliyevin sözlərinə görə, bu gün böhranlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı sabitdir, dayanıqlıdır və inkişaf edir: “ Son 10 il bizim iqtisadiyyatımızın görünməmiş inkişafı illəri olmuşdur. İqtisadiyyatımız 3 dəfə artmışdır. Biz yoxsulluğu 49 faizdən 5 faizə endirə bilmişik. İşsizlik 5 faizdən aşağıdır. Xarici borcumuz ümumi daxili məhsulun 10 faizindən azdır. Bu ilin yanvarında mən prezident Patrik Hikki ilə Avropa Oyunlarının təqdimatını etdiyimiz Davos İqtisadi Forumu Azərbaycanı qlobal iqtisadi rəqabətlilik baxımından 38-ci yerə layiq görmüşdür. Məhz bu islahatlar bizə gələcəyə nikbinliklə baxmağa imkan verir”. Prezident İlham Əliyev vurğulayıb ki, Bakıda keçirilən Oyunlar Avropa üçün olmalıdır: “Açılış mərasimi zamanı Mehribanın da dediyi kimi, bu Oyunlar idmançılar, qonaqlar və Azərbaycana gəlmiş minlərlə insan üçün keçirilir. Mən əminəm ki, bu insanlar yenidən Azərbaycana gəlmək istəyəcəklər. Çünki onlar burada qonaqpərvərlik və hörmətin şahidi olurlar. Azərbaycan bununla fəxr edir və əminəm ki, idmançılar özlərini sanki evlərində hiss edir və hər birimiz həyatımızın yadda qalan günlərindən həzz alırıq”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43 |
|
|
|
• Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42 |
|
|
|
• "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35 |
|
|
|
• Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32 |
|
|
|
• Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28 |
|
|
|
• QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25 |
|
|
|
• Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21 |
|
|
|
• ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:19 |
|
|
|
• Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb - "Washington Post"
Bu gün, 10:16 |
|
|
|
• Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
Bu gün, 10:02 |
|
|
|
• Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... - ŞƏRH
Bu gün, 09:56 |
|
|
|
• AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54 |
|
|
|
• "Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48 |
|
|
|
• Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43 |
|
|
|
• Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41 |
|
|
|
• AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39 |
|
|
|
• Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34 |
|
|
|
• Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32 |
|
|
|
• Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26 |
|
|
|
• Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? - AXI NİYƏ?..
Bu gün, 09:17 |
|
|
|
• Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01 |
|
|
|
• Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44 |
|
|
|
• Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42 |
|
|
|
• ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41 |
|
|
|
• Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35 |
|
|
|
• Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19 |
|
|
|
• İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12 |
|
|
|
• AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44 |
|
|
|
• Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
Bu gün, 06:28 |
|
|
|
• "Telefonlar dərs zamanı qadağan olunsa da..."
Bu gün, 06:24 |
|
|
|
• Azərbaycanın “məcburetmə əməliyyatı” – Ermənistan geri çəkildi
Bu gün, 06:21 |
|
|
|
• Saziş Cənubi Qafqazda mövcud güc dinamikasını dəyişir - GƏLİŞMƏ
Bu gün, 00:07 |
|
|
|
• Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Bu gün, 00:03 |
|
|
|
• “Bayden “TikTok”un taleyini həll etmək hüququnu Trampa verir” – AP
Bu gün, 00:00 |
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Dünən, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Dünən, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Dünən, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Dünən, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Dünən, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Dünən, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Dünən, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Dünən, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Dünən, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Dünən, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Dünən, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Dünən, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Dünən, 18:07 |
|
|
|
|