Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU .....                     “ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” .....                     Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? .....                     Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… .....                     "Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" .....                     Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ .....                     Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir .....                     Sabirabadda seçki BAZARLIĞI... .....                     QHT sədri qəza törətdi, ölən var .....                     İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... .....                     Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: .....                     "Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." .....                     Rubiodan nə gözləyək? .....                     `Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub .....                     Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır .....                     Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb .....                     SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... .....                     “Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır .....                     Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir .....                     Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı .....                     Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir .....                     "Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub .....                     Bakıda dostların KÜTLƏVİ DAVASI: .....                     Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar .....                     QOCA KÖPƏYİN SON HƏMLƏSİ... .....                     Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı .....                     ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? .....                     Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb .....                     Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir .....                     Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... .....                     AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü .....                     "Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? .....                     Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: .....                     Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər .....                     AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... .....                     Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! .....                     Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı .....                     Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib .....                     Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU .....                     Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? .....                 

Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Tarix: Bu gün, 10:42 | Çap et
Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir
Salyan Rayonlararası Psixiatriya Xəstəxanası bir mənbədən satınalma metodu ilə keçirdiyi açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “QUBADOĞLU” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib. Xəstəxanasının baş həkimi Bəylərov Allahverdi Keşdasif oğlu ilə “Qubadoğlu”MMC-nin direktoru Vüsal Məhərrəmov Qubad oğlu arasında 502.655,86 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının vahid internet portalına 17.01.2025 yerləşdirilib.

Qeyd edək ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanası bir mənbədən keçirdiyi bu tenderdə satın alınan predmet bəlli deyil. Odur ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının yarım milyon manatlıq bi satınalması ətrafında araşdırma aparmalı olduq. Məlum oldu ki, “Qubadoğlu” MMC Ağcabədi rayonu Aşağı Avşar kəndində ət kəsimi-satışı ilə məşğul olur. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçirəcək ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.qurbanliq.satish.az linkə daxil olmaqla əldə etmək olar.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “QUBADOĞLU” (VÖEN: 1604035851) Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.06.2020-ci il tarixdə 8 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ NİZAMİ RAYONU, KEŞLƏ ŞTQ, 1-Cİ KÖNDƏLƏN, ev 23, m. 4/1A, qanuni təmsilçisi kimi isə Məhərrəmov Vüsal Qubad oğlu qeyd olunub.

Bundan əlavə elektron medianın 2024-cü ilin fevralında yaydığı yaydığı məlumata görə “Qubadoğlu”MMC-yə qarşı İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə ittiham irəli sürülüb. İşə Nizami Rayon Məhkəməsində Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq.

Daha bir məlumatda isə “Qubadoğlu”MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə iş başlanıb. İşə Xəzər Rayon Məhkəməsində baxılacaq. Hüseyn Hüseynli iş üzrə hakim təyin edilib.

Qeyd edək ki, 483-cü maddədə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilməsi nəzərdə tulur.

Göründüyü kimi, “Qubadoğlu”MMC-nin adı təkrar olunan bir sıra şübhəli maliyyə əməliyyatlarında hallanır. Bəs necə olur ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanası adı belə şübhəli maliyyə əməliyyatlarında hallanan bir MMC ilə yarım milyon manat dəyərində satınalma müqaviləsi bağlayıb.

Bu hələ hamısı deyil. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanası “Qubadoğlu”MMC 2024-cü ildə daha iki satınalma müqaviləsi bağlayıb.

Bir mənbədən satınalma metodu ilə 33.026,54 manat dəyərində müqavilə 04.06.2024-cü ildə, 257.232,43 manat dəyərində müqavilə 04.06.2024-cü ildə. Göründüyü kimi Salyan Rayonlararası Psixiatriya Xəstəxanası son 7 ayda “Qubadoğlu”MMC ilə ümumi dəyəri 792 913 manat olan 3 satınalma müqaviləsi bağlayıb. Hamısı da bir mənbədən satınalma metodu ilə.

Bəs satınalmalarda bir mənbədən satınalma metodu nə vaxt tətbiq edilə bilər? “Dövlət Satınalmaları Haqqında” Qanunun 49-cu maddəsinə görə: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda:

Göründüyü kimi Salyan Rayonlararası Psixiatriya Xəstəxanası təcili tələbatı açıqlamadan, xüsusi hüquqlara malik olmayan, onlarla əvəzedicisi və alternativi olan, bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da satınalma prosesində qanun pozuntularına yol verildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının baş həkimi Allahverdi Bəylərovdu. O, bu vəzifəyə 2017-ci ilin avqust ayında təyin olunub. 1984-1992-ci illərdə Ağdam Mərkəzi Rayon Xəstəxanasında həkim işləyib. 1992-95-ci illərdə Ağdamda cəbhə bölgəsində olub. 2000-ci ildə ixtisasdəyişmə kursunu keçərək “Psixiatr” ixtisasına yiyələnib. 1996-cı ildən isə Daxili İşlər Nazirliyində həkim işləyib. 2000-2015-ci illərdə Ədliyyə Nazirliyinin Perinatal Xidmətində həkim-ordinator və şöbə rəisi işləyib.

Qeyd edək ki, 150 çarpayılılıq Salyan rayonlararası Psixiatriya xəstəxanası 1963 cü ildən fəaliyyət göstərir. Xəstəxana Salyan rayon sakinləri ilə yanaşı Biləsuvar, Neftçala, Hacıqabul, Ucar, Zərdab, Ağsu, Saatlı, Sabirabad rayonlarını və Şirvan şəhərinin sakinlərinə tibbi xidmət göstərir. 2013-cü ildə xəstəxana üçün 100 çarpayıq yeni korpus tikilib istifadəyə verilmişdir.

Xatırladaq ki, Allahverdi Bəylərovun rəhbərlik etdiyi xəstəxanada 2021-ci ilin avqustunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xəstəxananın baş həkimi vəzifəsini icra edən, 1-ci Psixiatriya şöbəsinin müdiri Kərimov Yaşar Məlik oğlunun əlillik dərəcəsi təyin edilməsi üçün əsas olan xəstəliyini təsdiq edən sənədin verilməsi müqabilində xəstəxanada stasionar müalicə almayan Məmmədov Sahib Vafiq oğlundan (ad şərtidir) müxtəlif vaxtlarda xəstəxananın Salyan rayonu ərazisində yerləşən inzibati binasında 800 manat pulu rüşvət kimi almasına əsaslı şübhələr müəyyən edilib, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, habelə prokurorluğun təqdimatı əsasında məhkəmə qərarı ilə vəzifədən kənarlaşdırılıb.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda bu vəzifəli şəxslər işdən AZAD OLUNDU - FOTO
Bu gün, 13:12
“ÜZÜMÜZƏ TÜPÜRÜRLƏR...” -“İrana birbaşa quru dəhlizi açmalıyıq”
Bu gün, 12:42
Səhvən başqasının kartına pul göndərəndə nə etmək lazımdır? - AKTUAL
Bu gün, 12:28
Ermənistanla vacib razılaşma: Gürcüstandan İrana qədər sərhədlər belə müəyyənləşir… - GƏLİŞMƏ
Bu gün, 12:22
"Bu, namərdlik deyil? Utanıb ölmədiniz?" - ETİRAZ VAR...
Bu gün, 12:20
Bakı gömrüyündə DÖVLƏTƏ QARŞI SABOTAJ - Prezidentə MÜRACİƏT OLUNDU
Bu gün, 12:13
Rusiyanın bəzi hakimiyyət dairələri qəza ilə bağlı informasiya dolaşıqlığı yaratmağa cəhd göstərir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 12:05
Sabirabadda seçki BAZARLIĞI... - İcra başçısının adından ALVER GEDİR...
Bu gün, 12:03
QHT sədri qəza törətdi, ölən var - TƏFƏRRÜAT
Bu gün, 11:55
İnsanın tərk etdiklərini... ANA TƏBİƏT BAĞRINA BASIR... - FOTOSESSİYA
Bu gün, 11:33
Zəngəzur dəhlizi ilə bağlı ÖNƏMLİ GƏLİŞMƏ: - İrəvanın məqsədi BƏLLİ OLDU!
Bu gün, 11:25
"Mixail Qorbaçovun hələ də Nobel Sülh Mükafatı laureatı adını daşıması..." - Bakıdan MÜRACİƏT
Bu gün, 11:14
Rubiodan nə gözləyək? - Elxan Şahinoğlu ŞƏRH EDİR
Bu gün, 11:12
`Orbita` MTK vətəndaşlarla arasına `BLOK` qoyub - NƏ BAŞ VERİR?
Bu gün, 11:07
Trampdan İrəvana qarşı gözlənilməz addım: Paşinyan narazıdır - “Hraparak”
Bu gün, 11:04
Hökumə Əliyevanın atasına qarşı törədilən kibercinayətkarlıqla bağlı cinayət işi açılıb - DİN-dən AÇIQLAMA
Bu gün, 11:00
SAXTA PLASTİK CƏRRAH İŞİ: O da hədəfə çevrildi... - Cavid Qurbanovun qohumu imiş...
Bu gün, 10:55
“Azercell” bu tarif paketlərinin adını dəyişdirib bahalaşdırır - SİYAHI
Bu gün, 10:51
Azərbaycan və Gürcüstanın həyata keçirdiyi neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir - MƏQALƏ
Bu gün, 10:48
Azərbaycanda meymunçiçəyinə yoluxma halı aşkarlandı - BİRGƏ AÇIQLAMA
Bu gün, 10:43
Ağcabədidə mal kəsən “Qubadoğlu” MMC-nin Salyan Psixiatriya Xəstəxanasına 800 min manata satdığı nədir - İcazə verin şübhələnək...
Bu gün, 10:42
"Suraxanı Maşınqayırma Zavodu" yenidən təşkil olunub
Bu gün, 10:35
Bakıda dostların KÜTLƏVİ DAVASI: - ekspertlər məhkəməyə çağırıldı
Bu gün, 10:32
Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq və qardaşlıq şəraitində yaşayıblar - İsrafil Kərimovun yazısı
Bu gün, 10:28
QOCA KÖPƏYİN SON HƏMLƏSİ... - Tramp NƏ EDƏCƏK?
Bu gün, 10:25
Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı oldu: 80 min manat oğurlandı - TƏFƏRRÜAT
Bu gün, 10:21
ABŞ ''rəngli inqilab''lardan İMTİNA EDİR: Qafqazı nə gözləyir? - İNCƏLƏMƏ
Bu gün, 10:19
Trampın andiçmə mərasiminin yerinin dəyişdirilməsi məmurları çaş-baş salıb - "Washington Post"
Bu gün, 10:16
Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir - VİDEO
Bu gün, 10:02
Bu üç ölkənin münasibəti Qafqazın taleyində mühümdür... - ŞƏRH
Bu gün, 09:56
AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü – Hər ay 116 min ödəyəcək
Bu gün, 09:54
"Balakhani Operating Company LTD" UĞRUNDA SAVAŞ BAŞLAYIB? - Keçmiş prezident məhkəməyə üz tutub...
Bu gün, 09:48
Aktrisa 20 yanvarda ölən oğlundan danışdı: - “Güllə ürəyindən dəymişdi...”
Bu gün, 09:43
Vardanyandan Nelson Mandela “düzəltmək” istəyirlər - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:41
AMEA-nın təhlükə saçan `ÖLMƏZ KAŞŞEY`i... - "Nə qədər vəzifələrini alsalar da, qurtarmır..."
Bu gün, 09:39
Bakıda “Əsrin məhkəməsi” başladı: Düşmənə “fakt” verməyin! - ÇAĞIRIŞ
Bu gün, 09:34
Bakıya qarşı Zəngəzur təxribatı: Erməniləri təşvişə salan xəbər yayıldı - NƏ BAŞ VERİR?
Bu gün, 09:32
Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
Bu gün, 09:27
Rauf Alməmmədovdan Prezidentə ŞİKAYƏT OLUNDU - "Siyəzənnfet"i LƏĞV ETMƏK İSTƏYİR?
Bu gün, 09:26
Naxçıvanda türkiyəlilərə `QARDAŞ` XİDMƏTİ? - AXI NİYƏ?..
Bu gün, 09:17
Seçkilərdə müşahidəçi olmaq istəyənlər üçün son gün - DİQQƏT
Bu gün, 09:01
Əgər Bakı, Tiflis, İrəvan birgə hərəkət etməsə... - ŞƏRH
Bu gün, 08:59
Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:44
Avtobuslarda şagirdlər üçün güzəşt tətbiq oluna bilər... - AKTUAL
Bu gün, 08:42
ABŞ - Ermənistan sazişinin ömrü uzun çəkməz - GÖZLƏNTİ
Bu gün, 08:41
Əyalət mollasının KÖLƏ TƏFƏKKÜRÜ - VİDEO-ARAŞDIRMA
Bu gün, 08:35
Kəngərlinin icra başçısının QIŞ TƏDARÜKÜ - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
İkinci mərhələ başladı: 3 kəndimiz geri qaytarılır! - BUNDAN SONRA...
Bu gün, 07:12
AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:46
AZƏRİQAZ-dan Qaziyə 1600 manatlıq CƏZA: '80 manat veteran pulu alıram...' - NECƏ ÖDƏSİN?
Bu gün, 06:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru