Yaradanquliyevanın dövlətə borcu var imiş... - FOTO
"Azerbaıjan Medical Group" MMC-nin dövlətə vergi borcu var.
"32gun.az"ın əldə etdiyi məlumata görə, "AZERBAIJAN MEDICAL GROUP" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə olan vergi borcu 16,401.75 AZN təşkil edir.
Qeyd edək ki, MMC-nin nizamnamə kapitalı cəmi 60 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Xaliq Bədirov Nəriman oğludur.
İnternet resurslarında apardığımız axtarış nəticəsində məlum olub ki, Marina Yaradanguliyeva LinkedIn profilində "Azerbaijan Medical Group" MMC-nin General Director (Baş direktor) vəzifəsində çalışdığını qeyd edib.
"Azerbaijan Medical Group"nin (AMG) Azərbaycanda dərman və qida əlavələri sektorunda fəaliyyət göstərdiyi də qeyd edilib.