İqtisad Universitetinin tanınmış müəllimləri haqda şok müraciət - Qanunsiz əmrlər və vəzifə davası
Tarix: 5-11-2014, 09:45 | Çap et
Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, Dövlət Mükafatı Laureatı, iqtisad elmləri doktoru Bədirxan Musayev rəsmi dairələrə göndərdiyə müraciətin surətini redaksiyamıza təqdim edib.
Həmin müraciəti olduğu kimi oxuculara təqdim etməklə yanaşı, burada adıçəkilənlərin hər birinin mövqeyini də dərc etməyə hazır olduğunu bildirir:
"Azərbaycan Respublikası Prezidenti, möhtərəm cənab İlham Əliyevə,
Surəti: Prezident Administrasiyasının rəhbəri, akademik cənab Ramiz Mehdiyevə,
Surəti: Prezident Administrasiyasının şöbə müdiri Fatma xanım Abdullazadəyə
Surəti: Bakı Apellyasiya Məhkəməsinin sədri, cənab İman Nağıyevə
Müraciət:
Möhtərəm cənab Prezident, Hörmətli İlham Əliyev cənabları!
İşlərinizin çox olduğu ərəfədə Sizə müraciət etdiyimə rəğmən, bir professor, iqtisad elmləri doktoru, Dövlət Mükafatı laureatı, Respublikada yeni elmi istiqamətin - Iqtisadi Kibernetikanın yaradıcısı və təşkilatçısı, respublika və xarici dövlətlər üçün 60-dan çox elmlər namizədi və doktoru yetişdirən, 20 ildən çox Təhsil Nazirliyində "İqtisad” bölməsinə rəhbərlik edən, Türk Dünyası Beynəlxalq Araşdırmalar Akademiyasının akademiki, 8 guşəli qızıl ulduz medalı təltifçisi, Respublikanın "100 görkəmli alimləri”, Respublikanın iqtisadi inkişafında rolu olan "100 persona”, XXI əsrin görkəmli ziyalıları və s.i külliyyatlarda adı keçən və sair əhəmiyyətli titullara sahib olan bir şəxsin, yəni mənim fəryadımı anlayışla qarşılayacağınıza inanıram.
Möhtərəm cənab Prezident!
Məlumat üçün diqqətinizə çatdırıram ki, rektorluq istisna olmaqla, 60 ilə yaxın Dövlət İqtisad Universitetində müxtəlif vəzifələrdə işləmişəm. Lakin keçmiş rektor Şəmsəddin Hacıyevin universiteti elm məbədindən bazara çevirməsinə etiraz etməyim və bununla bağlı cənab Prezidentə müraciət etməyimdən sonra o, 2011-ci ilin noyabr ayının 4-də məni rektorun müşaviri, 11-də isə kafedra müdirliyindən azad edən saxta əmrlər verdi. Maraqlıdır ki, Hacıyev 1-ci əmrini səhhətimlə (halbuki bunu təsdiq edən heç bir sənəd olmayıb), 2-ci əmrini isə seçki komissiyasının rəyinə əsaslanıb verib. Düz 3 ildir ki, Hacıyevin bu əmrlərinin qondarma və saxta olduğunu, əslində, 60 il canımı fəda etdiyim universitetdən məni niyə uzaqlaşdırmasının əsl səbəbləri ilə bağlı müxtəlif dövlət qurumlarının rəhbərlərinə, hətta məhkəmə hakimlərinə də rəsmi sənədlər və seçki komissiyasının 37-ci ilin ab-havası ilə keçirilən iclasının video-yazısı (sənədləri və diski istənilən zaman təqdim edə bilərəm) və sair kimi təkzibolunmaz faktlarla izah edirəm. Ancaq görünən odur ki, Şəmsəddin Hacıyevin həm universitetdəki əməlləri, həm mənə qarşı cinayətləri ifşa olunsa da, təqdim etdiyim rəsmi təkzibolunmaz sənədlərə Şəmsəddin Hacıyevin deputat mandatı və pulunun gücünə görə hüquqi qiymət verən yoxdur. Çox təəssüf ki, bu günə qədər məhkəmə hakimləri keçmiş rektorun pulu və mandatının təsirinin altından hələ də çıxa bilmirlər. Halbuki, Şəmsəddin Hacıyevin məni mətbuatda «vətən xaini damğası vuraraq işdən qovmuşam» böhtanı ilə bərabər, onun köməkçisi Zəfər Bayramovun yumşaq dillə desək, başından böyük səhv edərək, mərhum Ümummilli Liderimiz Heydər Əliyevin fikirlərini təhrif və təhqir etməsi və sair kimi cinayət və mülki mübahisə yaradan əməllərini təsdiqləyən yüzlərlə dəlilləri məhkəmələrə təqdim etmişəm. Dəhşətverici olay budur ki, istər universitet rəhbərliyinə işlədiyim dövrdə təqdim etdiyim sənədlər, istər məhkəmə hakimlərinə iddia tələblərimə uyğun verdiyim sənədlərin böyük hissəsi rəsmiyyətdən gizlədilib, protokollara əlavə olunmayıb. Bir sözlə, təqdim etdiyim və sübut hesab edilən əksər sənədlər məhkəmə işlərinin içindən mənə məlum olmayan yollarla oğurladılıb. Sözsüz ki, bu məsələdə məhkəmə hakimlərinin xüsusi maddi maraqları və əsassız verilən sifarişli tapşırıqlar ciddi rol oynayıb. Çünki onların bəziləri açıq şəkildə mənə «Professor, biz bilirik, sən haqlısan, Amma Sizə kömək etməyə imkan verilmir» deyə, mənə açıq sözlərini bildiriblər. Sözsüz ki, elə bu səbəbdən 3 ildir məhkəmə hakimləri Ş.Hacıyevə qarşı hər hansı bir qərar qəbul edə bilmirlər.
Möhtərəm cənab Prezident!
Görün məhkəmələr nə qədər zəlil günə qalıb ki, 3 ildir mənim şərəf və ləyaqətimi təhqir edən Şəmsəddin Haacıyev və onun köməkçisi olmuş Zəfər Bayramovun barəsində də qərarını elan edə bilmir. Halbuki qanunvericiliyə görə məhkəmə 6 ay ərzində icraatında olan işlə bağlı qərarını elan etməlidir. Ancaq hakimlər özlərini artistliyə qoyaraq, Azərbaycanın adına ləkə yaxmaqda davam etdiyindən hələ də bu prosesi də yekunlaşdıra bilməyiblər. Çünki hakimlər Şəmsəddin Hacıyevdən pul almaqla yanaşı, həm də birbaşa sədrdən tapşırıq aldıqların gizlətmirlər. Digər yandan, mənə elə gəlir ki, Siz haqlı olaraq Ş.Hacıyevi vəzifəsindən azad etdikdən sonra, o, sanki əl-altılarının təhdidi ilə üz-üzədir. Görünür, Zəfər Bayramov və digərləri onu «əgər bizi qurtarmasan, həqiqəti danışacağıq» deyə, onu şantaj edirlər. Hacıyev də buna görə bütün gücü ilə məhkəmələri təsir altından çıxmağa imkan vermir. Ona görə də Z.Bayramovla bağlı məhkəmə prosesi də 3 ildir davam edir. Belə getsə, rekordlar kitabına düşəcək bu məhkəmə!
İnanıram ki, Siz Zəfər Bayramova qarşı Bakı Apelyasiya Məhkəməsində olan işi tələb edib, araşdırsanız, bu biabırçılıqlara şahid olacaq, eyni zamanda, ölkənin və onun məhkəmələrinin adına rüsvayçı xələl gətirənləri sərt şəkildə cəzalandıracaqsınız!
Möhtərəm cənab Prezident! Diqqətinizə çatdırım ki, Zəfər Bayramova qarşı şikayətim əsasında keçirilən məhkəmə prosesi zamanı Şəmsəddin Hacıyevin universitetin 12 fakültəsindən 8-nin Elmi Şurasının üzvlərinin adlarından gestapo rejimlərində olduğu kimi, özlərindən xəbərsiz saxta protokollar tərtib edib, imzalatması və bunu aidiyyatı orqanlara, hətta məhkəmələrə göndərməsindən bu günlərdə xəbər tutmuşam. Həmin protokollarda adları çəkilənlərin böyük əksəriyyəti bundan xəbərsiz olduqlarını şəxsən mənə deməklə yanaşı, məhkəməyə çağırılacaqları təqdirdə, əsl həqiqəti deməyə hazır olduqlarını bəyan ediblər. Lakin hakimlər onların da məhkəməyə gəlib, ifadə verməsinə imkan vermirlər. Bu isə o deməkdir ki, Şəmsəddin Hacıyev mənim 2011-ci ilin noyabr ayının 6-da «Reytinq» qəzetində möhtərəm cənab prezidentə açıq məktubumdan həddən artıq bərk narahat olaraq, həmin ayın 8-dən 15-dək kağız üzərində təşkil etdiyi fakültə elmi şuralarının iclas tamamilə saxta olub. Bu, onun özünü qoruma, cinayətlərini ört-basdır etmək cəhdindən savayı bir şey olmayıb. Bunu guya keçirilən həmin iclaslarda iştirak edənlərin sayı ilə imza atanların sayı arasındakı kəskin fərqlər (həmin sənədləri təqdim edə bilərəm) və adı orada imza atan kimi göstərilən müəllimlərin əksəriyyəti də təsdiqləyə bilər. Ancaq Şəmsəddin Hacıyev və onun yeni rektor Ədalət Muradov tərəfindən vəzifələrindən qovulan bandası - qudası, dekan Müzəffər Məmmədov, köməkçisi Zəfər Bayramov, bacanağı sayılan dekan Kamil Qafarovla mərkəz rəhbəri Həsən İsrafilov, həmçinin digər cinayət ortaqları 2011-ci ildə universitetdə toplanan milyonlardan başgicəllənməyə məruz qalaraq, nə etdiklərinin fərqində belə olmayıblar. Şəmsəddin və onun təhlükəli banda üzvlərinin universiteti talamaq iştaahası o qədər gen olub ki, kişiliyə və insanlığa sığman hərəkətlərə də əl atmaqdan utanmayıb, xadimələrin dəstəyinə də möhtac duyublar. Bununla kifayətlənməyən Ş.Hacıyev və 3-5 nəfərdən ibarət korrupsiya dəstəsi hətta 625 nəfər universitet əməkdaşı adından dövləti cinayətə yol verməklə, saxta iclaslar keçirib, protokollar tərtib edib, orada mənim şərəf və ləyaqətimə zərbə vuran təhqirlər yağdırıblar. Bununla bərabər, 2011-ci ildə «Reytinq» qəzetində rəsmi sənədlər əsasında Sizə – möhtərəm cənab Prezidentə yazdığım açıq müraciətə cavab olaraq, elə həmin qəzetdə hələ də açıqlanmayan 47 nəfərin imzası ilə məqalə ilə çıxış edərək, mənə böhtan atıblar, orada bir daha Ümummilli Liderimizin fikirlərini təhrif ediblər.
Maraqlı burasıdır ki, aidiyyatı dövlət qurumlarının rəhbərləri və hakimlər Şəmsəddin Hacıyev və onun adıçəkilən əl-altılarının da cinayətlərini (xidməti otağıma prokurorsayağı basqın, ölümlə təhdidlər, kafedra müdiri seçkisinin video-diskinin montaj etdirilməsi, sənədlərin saxtalaşdırılması, oğurlanması, milyonlarla manat mənimsəmələr, korrupsiya və rüşvətxorluğuna dair təkzib olunmaz faktlar və sair) araşdırmaqdan, ona hüquqi qiymət verməkdən imtina edirlər.
Möhtərəm cənab Prezident!
Sonda Sizdən məni münasib bildiyiniz zamanda qəbul etməyinizi xahiş etməklə bərabər, bir rica da edirəm. Siz bütün ölkənin vətəndaşlarının dayağı və himayəçisiniz.
Diqqətinizə çatdırıram ki, Şəmsəddin Hacıyevin "Qafqazinfo.az" saytında, "Yeni Müsavat” və digər qəzetlərdə «Bədirxan Musayevə vətən xaini damğası vuraraq işdən qovmuşam» və sair cinayət tərkibli sözlərinə görə məhkəməyə vermişəm, lakin hakimlər bir ildir buna da baxmırlar. Həmin iş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Camal Ramazanovun icraatdadır. Hakim iş üzrə 07 noyabr 2014-cü il tarixində saat 15.00-a iclas təyin edilib. Bu işi şəxsi nəzarətinizə götürməyinizi və nəhayət, ədalətin bərpa edilməsində mənə köməklik göstərməyinizi xahiş edirəm. Əminəm ki, Siz şəxsən Ümummilli Lider Heydər Əliyevin şəxsən qayğısı altında olmuş və onun hərtərəfli dəstəyini bu gün də öz üzərində gördüyü bir professorun - Bədirxan Musayevin bu müraciətini cavabsız qoymayacaqsınız.
Allah Sizə və ailənizə kömək olsun!
Hər zaman mərhum Heydər Əliyevin yoluna, Sizin apardığınız siyasətə sadiq olan iqtisad elmləri doktoru, professor Bədirxan Musayev". \\ Mia.az \\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Bu gün, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Bu gün, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Bu gün, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Bu gün, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Bu gün, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Bu gün, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Bu gün, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Bu gün, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Bu gün, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Bu gün, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Bu gün, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Bu gün, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Bu gün, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Bu gün, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23 |
|
|
|
• Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19 |
|
|
|
• Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17 |
|
|
|
• ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15 |
|
|
|
|