Pirallahı rayonunun icra başçısı Qarabağ əlilini zəlil etmək istəyir - Vasif İmanov gözdən əlilin 33 hektar torpaq sahəsini zəbt edib
Tarix: 29-10-2014, 09:27 | Çap et
DİA.AZ: - Bakıda 2-ci qrup Qarabağ əlili qanuni torpaq sahəsindən məhrum olmaq təhlükəsilə üzləşib. Bu barədə redaksiyamıza Qarabağ əlili, gözdən əlil Rüfət Vəliyev müraciət edib. Şikayətçi DİA.AZ-a bildirir ki, 2000-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin 31. 08. 2000-ci il tarixli 833 saylı sərəncamı ilə Əzizbəyov (İndiki Xəzər) rayonunun Pirallahı qəsəbəsi, Girgan-Pirallahı bələdiyyəsinin ərzisindən 33 hektar torpaq sahəsi onun istifadəsinə verilib. 2006-cı ildə həmin torpaq sahəsi Rüfət Vəliyevin direktoru olduğu “Əjdəkan LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi barədə Girgan-Pirallahı b ələdiyyəsi ilə müqavilə imzalanıb. 1 noyabr 2006-cı il tarixli 5 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında Girgan-Pirallahı bələdiyyəsinin “Əjdəkan LTD” ilə imzaladığı müqavilədə həmin ərazinin MMC-yə istirahət zonası yaratması üçün verildiyi bildirilir.
Şikayətçi deyir ki, həmin ərazini hasarlayıb və ərazidə qanunauyğun tikinti də aparınb. Torpaq sahəsinin abadlaşdırılması üçün əraziya Şamaxıdan 10 min maşın münbit torpaq gətirilərək əraziyə tökülüb, 1000-dən artıq həmişəyaşıl və meyvə ağacları əkilib və ərazi tam olaraq abadlaşdırılıb. Bundan başqa ərazidə “Əjdəkan LTD”nin inzibatri binası da inşa edilib. Bir sözlə, Rüfət Vəliyev qohumlarının köməkliyi ilə həmin sahəni tam abadlaşdıraraq oradan istifadə etməyə başlayıb. Torpaq sahəsinin “Əjdəkan LTD”yə verilməsi barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa Aslanov da rəy verib və əraszinin qanunauyğun halda MMC-yə verildiyi təstiqlənib. 12 noyabr 2007-ci ildə Gürgan-Pirallahı bələdiyyəsinin yığıncağının 16 saylı protokolu ilə həmin ərazi istirahət və turizm məqsədilə şirkətin daimi istifadəsinə verilib.
Amma, 2013-cü ildə həmin bələdiyyə heç bir əsas olmadan ərazinin hasarını sökmüş və torpaq sahəsinin həmin müəssisədən alınmmasına cəhd edib. Bu prosesdə “Əjdəkan LTD”yə 10 min manatdan artıq ziyan dəyib. Rüfət Vəliyev deyir ki, o məsələ ilə bağlı məhkəməyə müeraciət edərək bələdiyyənin qanunsuz əməlləricəsində dəymiş ziyanın ödənilməsinin istəyb. Bələdiyyə isə həmin vaxt tərəflərin məlumatı olmadan ixclak keçirərək torpaq sahəsinin icarə müqavilələrinin ləğv edilməsi barədə qərar çıxarıb: “Bələdiyyə bu barədə yığınca keçirə bilməz. Çünki, “Əjdəkan LTD” həmin ərazinin bir hissəsini vətəndaşlardan pulla alıb, həmin əraziyə külli miqdarda pul xərclənib. Bununla bərabər, həmin torpaq sahəsi ilkə əlaqədar bələdiyyə büdcəsinə lazımi qədər vəsait ödənilib.
DİA.AZ bildirir ki, “Əjdəkan” MMC-nin təsisçisi Salman Cəlilov məsələ ilə bağlı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək təsisiçisi olduğu müəssisəyə dəymiş ziyanın ödənilməsi və mülkiyyət hüququnun tanınması barədə iddia qaldırıb. Məhkəmə prosesində məsələ araşdırılıb və “Əjdəkan LTD” şirkətinin qanuni yolla torpaq sahəsi aldığı müəyyənləşib. Məhkəmədə məlum olub ki, torpaq sahəsinin qanuni olması barədə Xəzər rayon İcra Hakimiyyətinin başçısı Gülağa Aslanov da razılıq verib və ərazinin qanunauyğun sənədlərlə verilməsi təsdiqini tapıb. Məlum olub ki, ərazinin icazrə müqaviləsi Gürgan-Pirallahı Bələdiyyəsinin qanunsuz qərarı ilə ləğv edilib.
Ədliyyə nazirliyi yanında Bələdiyyələrlə iş üzrə Mərkəzin rəhbəri Mehdi Səlimzadə də məhkəmənin sorğusuna rəsmi cavabında göstərib ki, ərazinin “Əjdəkan LTD”yə verilməsində heç bir qanunsuzluq olmayıb, torpaq sahəsi tam qanunauyğun sənədləşib. Məhkəmənin qərarı ilə torpaq sahələrinin icarə müqavilələrinin ləğv edilməsi barədə Grgan-Pirallahı Bələdiyyəsinin iclas protokolları etibarsız hesab edilib.
DİA.AZ-ın xəbərinə görə, bələdiyyə qərardan apellyasiya məhkəməsinə şikayət olunsa da, həmin məhkəmə instansiyası da şikayəti rədd edib və əvvəlki məhkəmə qərarını qüvvədə saxlayıb. Lakin buna baxmayaraq, torpaq sahəsi barədə mübahisə səngiməyib. Bəzi vəzifəli şəxslər müəyyən maraqları naminə həmin ərazidən Qarabağ əlilinin çıxarılmasına cəhd edib.
Rüfət Vəliyev deyir ki, bir müeddət sonra məlum olub ki, həmin ərazi başqaz bir adla onlardan alınmaq istəyir. Şikayətçi deyir ki, 2013-cü ildə həmin ərazi dövlət ehtiyacı üçün ayrılmalı olub. Gürgan Pirallahı Bələdiyyəsi ərazisindən 50 hektar torpaq sahəsi “Yüksək Texnoliogiyalar Parkı” tikilməsi üçün ayrılıb. Rüfət Vəliyevin 33 hektar torpaq sahəsi də həmin 50 hektar torpaq sahəsinin dfaxilində olub: “Mən etiraz etmirəm. Dövlət ehtiyacları üçün ayrılan torpağa mən heç nə deyə bilmərəm. Amma, Bakı şəhər İcra hakimiyyətinin torpaq sahəsinin ayrılması haqqında sərəncamında gföstərilir ki, “Yüksək Texnologiyalar Parkı”nın yaradılması üçün ayrılan həmin torpaq sahələrinin sahiblərinə bazar qiymətinə uyğyn kompensasiya ödənilsin. Amma, bununla bağlı “Əjdəkan LTD”yə bu torpaq sahəsinin alınması ilə bağlı nə xəbərdarlıq edilib, nə də kompensasiya ödənilib. Ərazi heç bir əsas olmadan parkın ərazisinə aid edilib. Bundan başqa, torpaq sahəsinə görə müəssisəyə heç bir kompensasiya da ödənilməyib və torpaq sahəsi birbaşa “Yüksək Texnologiyalar Parkı”nı yaratmaq üçün “YT Park”MMC-nin daimi istifadəsinə qanunsuz olaraq verilib.
Çarəsiz qalan Qarabağ əlili Rüfət Vəliyev məsələ ilə bağlı prezident İlham Əliyevə və rabitə və yüksək texnologiyaları naziri Əli Abbasova müraciət edərək qanuni torpaq sahəsinin zəbt edilməsi və əvəzinin ödənilməməsi barədə məlumat verib. Hazırda Qarabağ əlili 33 hektar torpaq sahəsindən məhrum edilməklə üz-üzə qalıb.
Şikayətçi deyir ki, müraciətlərdən sonra Prezident Administrasiyası işə müdaxilə edib və problemin həll edilməsi üçün Pirallahı rayon İcra hakimiyyətinə tapşırıq verib. Amma. icra başçısı Vasif İmanov əlil sahibkarın hüquqlarının bərpası əvəzinə ona daha da zərbə vurub. İcra başçısı bildirib ki, həmin ərazi Qarabağ əlilindən nə yolla olursa olsun alınmalıdır və ona bu barədə heç bir kompensasiya verilməli deyil.
İcra başçısının müavini Cəlil Mirzəyev Qarabağ əlilinə müraciətində göstərib ki, guya torpaq sahəsinin daimi istifadəyə verilməsi, “Əjdəkan LTD”nin istifadəsində olması barədə heç bir hüququ sənəd yoxdur və buna görə də bu ərazi bələdiyyə balansına keçirilib. İcra başçısının müavini həmin torpaq sahəsinin ayrılması ilə bağlı Bakı şəhər İcra hakimiyyətinin, Xəzər rayon İcra Hakimiyyəti başçısının sərəncamlarını, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin kadastr sənədlərini və digər rəsmi sübutları sənəd hesab etməyib.
Hazırda ailəsini həmin torpaq sahəsində əldə etdiyi gəlir hesabına dolandıran Qarabağ əlilinin ailəsini ac qoymaq istəyir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Yeni virus öldürücüdür? - İddialara infeksionistdən CAVAB
Bu gün, 22:42 |
|
|
|
• ABŞ hərbçiləri Ermənistan tərəfində vuruşacaq? - Sülh müqaviləsi gündəmdən çıxır
Bu gün, 22:38 |
|
|
|
• İxtisarlarla bağlı məlumat doğru deyil - MÜTDA
Bu gün, 22:14 |
|
|
|
• Araik Harutyunyan məhkəmədə üzr istədi - SƏBƏB
Bu gün, 22:12 |
|
|
|
• "Keyfiyyət məsələsi ilə heç kim məşğul olmur" - Toyuq əti ilə bağlı narazılıq
Bu gün, 21:45 |
|
|
|
• Azərbaycanda antirus meyillərin güclənməsi Rusiyanın Cənubi Qafqazı itirməsi deməkdir - BU FAKTDIR!
Bu gün, 20:43 |
|
|
|
• Şadlıq sarayında Renkaya qarşı kobudluq - VİDEO
Bu gün, 20:36 |
|
|
|
• Etibarsız təchizatçı elan edilən şirkət tenderin qalibi elan edilib - "Unisell"ə bağlı müəmma
Bu gün, 20:30 |
|
|
|
• İran Ermənistanı belə cəzalandıracaq – Əvvəlcə Mehri yolu, sonra isə…
Bu gün, 19:16 |
|
|
|
• "Orduda hər kəs öz dini rituallarını həyata keçirə bilir, bununla bağlı heç kimə qadağa qoyulmayıb"
Bu gün, 19:02 |
|
|
|
• Paşinyan dalana dirəndi: - Kremlin mesajı komandanı parçalayır
Bu gün, 19:00 |
|
|
|
• Prosesin uzanması Ermənistan üçün itkidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:58 |
|
|
|
• Erməni deputatdan sərsəm iddialar - KİV
Bu gün, 18:09 |
|
|
|
• "Bu savaş tezliklə bitməyəcək" - Ekspert
Bu gün, 18:07 |
|
|
|
• Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva vəfat etdi - FOTO
Bu gün, 18:04 |
|
|
|
• “Tramp kriptovalyutanı ABŞ-nin milli prioritetinə çevirəcək” - Bloomberg
Bu gün, 17:54 |
|
|
|
• İran Azərbaycana böhtan atmaqdan niyə əl çəkmir? - VİDEO
Bu gün, 17:52 |
|
|
|
• Azərbaycanda növbəti super nazirlik yaradılır? – Sürpriz şəxs vəzifəyə gətirilir…
Bu gün, 17:49 |
|
|
|
• Arutyunyan 20 erməni əsgərin ölümündə təqsirli bilinir - DETALLAR
Bu gün, 17:44 |
|
|
|
• Prokuror 7 il 10 ay 15 gün iş istədi - Nağı Quliyev HAKİM QARŞISINDA
Bu gün, 17:39 |
|
|
|
• ABŞ-ın "strateji tərəfdaşı" artıq Azərbaycandan asılı duruma düşüb - Paşinyan Əliyevin daha üç şərtini də qəbul edir
Bu gün, 17:36 |
|
|
|
• Prokuror məşhur tiktokerə AĞIR CƏZA İSTƏDİ
Bu gün, 17:34 |
|
|
|
• Qanunsuz mərc saytı “Betbuta” ermənilərindir - FOTOLAR
Bu gün, 17:32 |
|
|
|
• "Nəinki elmə... dövlətə belə 1 qəpiklik xeyirləri yoxdur..." - ETİRAZ VAR...
Bu gün, 17:18 |
|
|
|
• İki milyon manata yaxın mənimsəmədə ittiham olunan vəzifəli şəxslərin cinayət işləri üzrə məhkəmə istintaqı yekunlaşıb
Bu gün, 17:09 |
|
|
|
• Ermənistanlı futbolçu Henrix Mxitaryanı "dilə gətirən" nədir? - FOTO
Bu gün, 17:08 |
|
|
|
• "Pul qazanmaq yolunda onların qadınlıqlarından əsər-əlamət qalmır" – SOSİOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan USAİD-i niyə istəmir? - RƏYLƏR...
Bu gün, 17:01 |
|
|
|
• Rubio dövlət katibi kimi Azərbaycan ilə bağlı necə düşünəcək? - AKTUAL
Bu gün, 16:57 |
|
|
|
• “Toplum TV” işi üzrə həbs edilən şəxslərə əlavə ittiham verilib - DETALLAR
Bu gün, 16:53 |
|
|
|
• Hücuma məruz qalan DSX mayoru Ramal Aslanovla barışıb? - AÇIQLAMA
Bu gün, 16:51 |
|
|
|
• "Bizi Ermənistanla sıx əlaqələr birləşdirir" - Rusiya səfiri
Bu gün, 16:48 |
|
|
|
• “Qara qutu” Rusiyanın əlinə keçib? – Pilotla dispetçerin “dialoqu” haqda yeni açıqlama
Bu gün, 16:42 |
|
|
|
• Ermənistan məsələni səhv məcradan təqdim edir: - Nəticədən asılı olmayaraq bölgədəki kommunikasiya xətləri açılmalıdır
Bu gün, 16:37 |
|
|
|
• Hamınıza tezliklə cavab verəcəyəm - Mariana Vasileva
Bu gün, 16:31 |
|
|
|
• Ərəblər bu dəfə Şəmkirdə OV OVLADI... QUŞ QUŞLADI... - "Görəsən, əlaqədar qurumlar hara baxır?.."
Bu gün, 16:28 |
|
|
|
• “Toplum TV” işi üzrə istintaq yekunlaşıb - Elçin Sadıqovdan AÇIQLAMA
Bu gün, 16:19 |
|
|
|
• Azərbaycanda mənzillər 10 % bahalaşıb
Bu gün, 16:18 |
|
|
|
• Vəzifəli şəxsin sürücüsü maşını sürətlə sürdüyünə görə həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 16:01 |
|
|
|
• Azərbaycanda yumurta ucuzlaşıb: Toyuq əti də ucuzlaşacaq? - AKTUAL
Bu gün, 15:58 |
|
|
|
• Həbsdə olan idmançıların şikayəti təmin edilməyib
Bu gün, 15:41 |
|
|
|
• Müasir Psixologiya Mərkəzi ilə bağlı DİN-ə müraciət edildi - AÇIQLAMA
Bu gün, 15:39 |
|
|
|
• “Qara qutu” ətrafında oyun və ya Moskvanın həqiqəti gizlətmək cəhdi - NƏ ETMƏLİ?
Bu gün, 15:36 |
|
|
|
• London və Varşava Rusiyanın qarşısını birgə alacaqlar - “Politico”
Bu gün, 15:34 |
|
|
|
• Psixiatriya Xəstəxanası “Qubadoğlu”dan yarım milyonluq ərzaq alır
Bu gün, 15:32 |
|
|
|
• Paşinyanla Putin telefonla danışdı: - Hansı məsələləri müzakirə ediblər
Bu gün, 15:26 |
|
|
|
• “İstəyirsən proses tez-bazar bitsin” - 76 milyonluq MƏHKƏMƏ İŞİ
Bu gün, 15:23 |
|
|
|
• Ziya Məmmədovun bacısı vəzifəsindən azad edildi - SƏBƏB
Bu gün, 15:19 |
|
|
|
• Rusvari rüsvayçılıq – Kremlin “üzr”ü qəbahətindən betər oldu
Bu gün, 15:17 |
|
|
|
• ABŞ-lə strateji tərəfdaşlıq sazişi imzalayan Ermənistan Ukraynadan nəticə çıxarmalıdır
Bu gün, 15:15 |
|
|
|
|