Qalmaqallı direktor barəsində hökm dəyişdirildi .....                     Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli .....                     Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... .....                     Paşinyan komandasına əmr verdi .....                     Putinin silah biznesi çökə bilər .....                     Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını .....                     Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... .....                     Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ .....                     "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" .....                     Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi .....                     “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları .....                     “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq .....                     Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... .....                     “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək .....                     GÜNÜN FOTOSU: .....                     Dollardan İMTİNA: Azərbaycan nə edəcək? .....                     Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir .....                     Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi .....                     "Bu tikinti yığıb bizi boğaza..." .....                     İki türk dövləti Ermənistanla eyni layihədə .....                     Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. .....                     ETN özü rüşvətə RƏVAC VERİR... .....                     Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR .....                     Müharibədə qalib, müharibəyə qalib .....                     Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq .....                     "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" .....                     “Zatulinə psixi yardım lazımdır" .....                     Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? .....                     Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                     'Analar Günü' 'ifşa olunan' MAMA... .....                     “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” .....                     “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? .....                     Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                 

Layihə İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir? - BU NƏDİ BELƏ?!
Tarix: 29-05-2024, 09:03 | Çap et
Layihə İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir?
Azərbaycanda şəhər və kəndlərin qurulması, eləcə də mövcud şəhər və kəndlərdə layihələndirmə işlərinin aparılması məqsədilə 2022-ci ildən indiyədək 33 tender elan edilib.

Dövlət satınalmaları portalı vasitəsilə həyata keçirilən bu tenderlərin ümumi dəyəri 43 milyondan çox olub. Tenderlər daha çox işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məqsədilə həmin ərazilərdə baş tutub.

Tenderləri udan şirkətlərdən biri “Arxin-M LTD” MMC şirkətidir. Sözügedən şirkət 4 tender udaraq dövlət qurumlarından 5 milyon manat dəyərində sifariş alıb.

Milyonluq tenderlərin qalibi olan bu şirkət 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı isə cəmi 20 manatdır. Şirkətin hazırki qanuni təmsilçisi Niftalı Tağı oğlu Abbasovdur. Şirkət Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov, ev 137, m. 23 ünvanında yerləşir.

“Arxin-M LTD” MMC şirkətinin əsl sahibi kimdir?

Dövrü mətbuatda “Arxin-M LTD” MMC şirkəti ilə “Projekt LTD” MMC adlı şirkətin adı daim yanaşı çəkilir, hər iki şirkətin də müxtəlif dövlət qurumlarının layihələrində iştirak etdiyi, tenderlər qazandığı açıqlanır. Beynəlxalq Şəffaflıq təşkilatının dərc etdiyi hesabatda da, bu hər iki şirkətin bir-biri ilə bağlı olması vurğulanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestrinin məlumatlarına görə, “Projekt LTD” MMC 5 fevral 2003-cü ildə qeydiyyata alınıb. MMC-nin qanuni təmsilçisi isə Samirə Tahir qızı Bayramovadır.

Diqqətçəkən məsələ odur ki, hər iki şirkət də yarandığı zaman eyni ünvanda qeydiyyatdan keçib. Seçici siyahısına görə, bu ünvan elə 2012-ci ildə şirkətin qanuni təmsilçisi olan Müsəddin Əhməd oğlu Namazovun rəsmi qeydiyyatda olduğu mənzildir: Nizami rayonu, E. Süleymanov küçəsi, ev 137, mənzil 23.

Layihə İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir?

Toplanan faktlardan belə nəticəyə gəlmək olur ki, hər iki şirkət də bu şəxsindir, hazırki qanuni təmsilçilər isə proksi şəxslər, yəni əsas adamı gizləmək üçün rəsmiləşdirilən şəxslərdir.

Bəs Musəddin Namazov kimdir?

4 avqust 1963-cü il təvəllüdlü Musəddin Əhməd oğlu Namazov Gürcüstan Respublikasının Saqareco (Qaraçöp) bələdiyyəsinin Düzəyrəm kəndində anadan olub. O, 2012-2014-cü illərdə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindəki “Azərdövləttikintilayihə” DLİ-nin direktoru olub.

İlham Əliyevin 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında inşaat sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib, həmçinin memarlığın inkişafında xidmətlərinə görə “Əməkdar Memar” fəxri adı alıb. 2014-ci ildən indiyə kimi “Azərdövlətlayihə” DBL İnstitutunun direktorudur. 80 ildən artıq inşaat idarəsi kimi təsis edilmiş institut, hazırda dövlət obyektlərinin layihələndirilməsi üçün əsas qurumlardan biridir.

Musəddin Namazovun şirkətləri hansı tenderlərlə nə qədər vəsaitlər udub?

Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin reyestr məlumatlarına əsasən, böyük şəhərlərin baş planının hazırlanması üzrə müqavilələrin bağlandığı “Arxin-M LTD” MMC şirkəti indiyə qədər milyonlarla dəyərində olan 52 layihənin, “Projekt LTD” MMC isə 9 layihənin qalibi olub və tikinti həyata keçirib.

Layihə İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir?

Jurnalistlər üçün nəzərdə tutulmuş, ancaq şəhid ailələrinə verilmiş üçüncü binanın layihə-smeta sənədlərini də məhz “Arxin-M LTD” MMC şirkəti icra edib .

Layihə İnstitutunun direktoru öz şirkətini “tender çempionu” etdirir?

Bakıda Cənubi Qafqazın ən hündür göydələni olacaq “Baku Tower”in layihəsi də “Arxin-M Ltd” tərəfindən hazırlanıb.

Dövlət satınalmalar reyestrinə görə isə 2017-2018-ci illərdə “Arxin-M LTD” 1,66 milyon manatlıq tenderlərdə qalib gəlib. Reyestrə görə, şirkət 2020-2022-ci illərdə 850 min manat dəyəri olan tenderlərdə qalib elan olunub.

“Arxin-M LTD” MMC şirkətinin adı “cinayət işi”ndə və korrupsiya iddiası:

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 2021-ci ilin hesabatında qeyd olunub ki, mətbuat işçiləri üçün inşa edilmiş yaşayış binalarının tikintisi zamanı törətdilən qanunazidd əməllər nəticəsində dövlətə məxsus pul vəsaitinin mənimsəmə yolu ilə talanmasında ittiham olunan şəxslərdən biri də “Arxin-M LTD” MMC-nin Memarlıq şöbəsinin müdiri Telman Nurməhəmməd oğlu Tahirov da təqsirləndirilib.

Bəs qanunlar nə deyir?

Azərbaycan qanunvericiliyinə əsasən icraedici orqan rəhbərlərinin, dövlət məmurlarının, deputat və onun ailəsinin şəxsi bizneslə məşğul olması qadağandır.

2012-ci ildən etibarən Azərbaycan hökuməti “Kommersiya sirri haqqında” qanun layihəsinə dəyişiklik edərək şirkət təsisçisinin adını kommersiya sirri hesab edir. Ona görə də, jurnalistlər şirkətlərin səhmdarlarının kim olduğunu tapa bilməyib.

Amma toplanılan faktlar bu şirkətlərin Musəddin Namazovla əlaqəsi olduğunu göstərir.

Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanununa görə isə “statusundan, təmsil etdiyi orqanın (qurumun) statusundan, vəzifə səlahiyyətlərindən və ya həmin status və səlahiyyətlərdən irəli gələn imkanlardan istifadə etməklə maddi və sair nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsi məqsədilə fiziki və hüquqi şəxslərə sahibkarlıq fəaliyyətini həyata keçirməkdə, eləcə də subsidiyalar, subvensiyalar, dotasiyalar, kreditlər və digər güzəştlər alınmasında qanunsuz kömək etmək Korrupsiya ilə əlaqədar hüquqpozma hesab olunur”.

Musəddin Namazovun cavabı

“Azərdövlətlayihə” Azərbaycan Dövlət Baş Layihə İnstitutunun direktoru, dövlət məmuru statusunda olan şəxsin, proksi şirkətlər açıb, dövlətin ən vacib qurumlarının, dövlət əhəmiyyətli layihələrin tenderlərini qazanması nə qədər qanunauyğundur?

Meydan TV əməkdaşı bu suallara cavab tapmaq üçün əməkdar memarın özü ilə əlaqə saxlayıb. O isə “Mənə niyə zəng etmisiniz? Mənə zəng vurmayın xahiş edirəm”, – deyərək telefonu qapadıb.

Meydan TV əməkdaşı daha sonra direktorun köməkçisi Orxan İsmayılovla əlaqə saxlayıb. O, jurnalistə şirkətlərin Musəddin Namazovla heç bir əlaqəsinin olmadığını bildirib:

“Bununla bağlı nə işıqlandırmaq və yazmaq fikriniz varsa, nə istəyirsinizsə edə bilərsiniz. Diqqətinizə onu da çatdırım ki, Musəddin müəllim dövlət məmuru deyil”.

Meydan TV










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru