“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları .....                     “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq .....                     Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... .....                     “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək .....                     GÜNÜN FOTOSU: .....                     Dollardan İMTİNA: Azərbaycan nə edəcək? .....                     Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir .....                     Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi .....                     "Bu tikinti yığıb bizi boğaza..." .....                     İki türk dövləti Ermənistanla eyni layihədə .....                     Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. .....                     ETN özü rüşvətə RƏVAC VERİR... .....                     Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR .....                     Müharibədə qalib, müharibəyə qalib .....                     Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq .....                     "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" .....                     “Zatulinə psixi yardım lazımdır" .....                     Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? .....                     Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                     'Analar Günü' 'ifşa olunan' MAMA... .....                     “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” .....                     “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? .....                     Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                     “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək .....                     4 ildir ki, kompensasiya ala bilmirlər... .....                     Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı .....                     İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? .....                     "Bir də görürəm ki, 2 saatdır oradayam" .....                     Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? .....                     Azərbaycanda gizli dini şəbəkə təhlükəsi .....                     PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi .....                     Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB .....                     Neft ölkələri üçün həyəcan təbili .....                 

"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Tarix: Bu gün, 06:30 | Çap et
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi"
Yazıçı, jurnalist, Milli Məclisin üzvü Aqil Abbasın TNS-ə müsahibəsi.

Aqil müəllimlə “Ədalət” qəzetinin redaksiyasında görüşdük. Əlində vərəqlər, özü də iş başında...

- Aqil müəllim, necəsiniz? Deyəsən, sağlamlığınızla bağlı narahatlıq geridə qalıb. İndi səhhətiniz yaxşıdırmı?

- Bir az xəstələnmişdim. Müalicə olundum, onunla da keçdi getdi. İndi yaxşıyam.

- Söhbətimizə milli mətbuatımızın 150 illik yubileyi ilə bağlı sualla başlayaq. Prezident İlham Əliyev tərəfindən Azərbaycan milli mətbuatının 150 illik yubileyinin qeyd olunması haqqında Sərəncam imzalanıb. Bu səpkidə keçirilən və keçiriləcək tədbirlərin mətbuat üçün hansı əhəmiyyətini sadalamaq olar?

- Təbii ki, mətbuatın inkişafında, təqdimatında sərəncamın, tədbirlərin böyük əhəmiyyəti var. Hörmətli Prezidentimiz İlham Əliyev mətbuatı hər zaman diqqətdə saxlayır. Özü də tez-tez mətbuatla, televiziyalarla əlaqə saxlayır, müsahibələr verir. Mətbuatla işləməyi sevir.

- Qəzetlərin nəşri üçün dövlət tərəfindən müəyyən qədər maddi dəstək göstərilir. Bəs mətbuat özü-özünü qoruyub saxlamaq üçün nə edə bilir? Qəzetlərin belə bir imkanı varmı?

- Mətbuatın belə bir imkanı yoxdur. Çünki ölkədə qəzetlərə reklam vermirlər. Reklam ancaq televiziyalara verilir. Qəzet özünü ya reklam, ya sazişlə saxlaya bilər. İndi insanlar xəbərləri saytlardan, daha çox sosial şəbəkələrdən oxuyurlar. Ona görə qəzet almağa maraq yoxdur.

Amma çətinliklərə baxmayaraq, qəzetimiz yenə də satılır. 1500 tirajla çıxırıq, 1000-i satılır. Abunəmiz də var. Mətbuat daha çox araşdırma yazılara yer verməlidir. Çünki verəcəyimiz xəbərlər səhər tezdən ya sosial şəbəkələrdə yazılır, yaxud televiziyada verilir. Araşdırma yazılar, ədəbiyyatla bağlı yazılar və s. olanda insanlar oxuyur.

- Aqil müəllim, bu gün daha çox nələrdən, kimlərdən yazırsınız? Yəqin ki, yeni əsərlər var?

- Bu günə kimi 30-a qədər kitabım çıxıb. 5 kitabım Türkiyədə nəşr olunub. Bu gün də yazıram. Povest, hekayə, roman yazıram. Necə deyim, daha çox ürəyim istəyəndə yazıram.

Bu gün daha çox Qarabağdan, adət-ənənələrindən, qarabağlıların xarakterindən yazıram ki, gələcək nəsillər ata-babalarının kim olduğunu bilsinlər. Şahidi olduğum məsələləri bir az da təxəyyülümün köməyi ilə üzə çıxarıram.

- “Dolu” romanından sonra, 44 günlük Vətən müharibəsini, Zəfərimizin görünən və görünməyən tərəflərini əks etdirən əsərinizi yaxın zamanda görə biləcəyikmi?

- Qarabağ müharibəsində qazandığımız qələbəni əks etdirən ssenari yazmışam və təhvil vermişəm. Hazırda Mədəniyyət Nazirliyindədir. Mən ssenarini yazmışam, qalanı onlarlıqdır.

Roman kimi nəşr etdirməyəcəm, sadəcə ssenari kimi yazmışam.

- Ağdamın 30 ilə yaxın işğal dövründə içinizdə yaranmış boşluğu yenidən doldurmaq mümkün olur?

- Elə hisslər var ki, onların yerini doldurmaq olmaz. Ötən həftə yenə Ağdamda idim.

Gözəl bir Ağdam şəhəri tikirlər. Amma bu, insanın içində yaranmış o boşluğu doldura bilməz. Mənim tələbə yoldaşlarım, dostlarım, şəhid olanlar, köhnə məhəllələr, Ağdam bazarı və s. Yəni, bu boşluğu bir zamanlar olduğu kimi doldurmaq olmaz. Dediyim kimi, gözəl bir şəhər tikilir. 150 minlik Ağdam şəhəri salınacaq. Ağdam hər zaman Qarabağın paytaxtı olub. Çox ehtimal ki, gələcəkdə Ağdam paytaxt şəhərinə çevriləcək.

Ağdamdakı əvvəlki mühiti geri qaytarmaq isə təxminən 15 il çəkəcək.

- Yenə oğlanlar kinoteatrın qarşısında qız üstündə dalaşacaqlar?

- İnsanlar bir yerə yığışandan, Ağdamda əvvəlki mühit formalaşandan sonra təbii ki, qız üstündə də dava düşəcək, futbol, top üstündə dalaşanlar da olacaq. Ağdamlının xarakterini vermək üçün dava söhbətini yazmışam. Bunları ona görə yazıram ki, yadda qalsın, itməsin.

Amma ağdamlı tək o deyil axı. Ağdamdan Rafiq Əliyev, Xudu Məmmədov, Adilə Namazova, Şahmar Əkbərzadə, Arif Babayev kimi insanlar çıxıb. Siyahını nə qədər desən uzatmaq olar.

Bunlar Ağdamın ziyalı tərəfidir.

- Deyirsiniz ki, müharibəyə başqa tərəfdən də baxmaq lazımdır. Yazılan əsərləri nəzərdə tutursunuz. Məsələn, hansı tərəfdən?

-Müharibə təkcə silah deyil. Həm də beyindir, ürəkdir, cəsarətdir. Psixoloji tərəfləri var. Müharibənin başqa tərəfləri budur. Avtomat bizdə də var, ermənidə də. Hələ onların dalında duranlar da var. Amma qələbə bizim oldu. Niyə? Birinci Ali Baş Komandanın yerində olmağı və sərkərdəliyi. Bir də əsgərlərimizin döyüş ruhu. Vətən, ana-bacı, torpaq uğrunda alnıaçıq döyüşə getdilər. Şəhid oldular, qazi oldular. Bu boyda Azərbaycanda bir dənə fərari olmadı. Amma Ermənistanın yarısı fərari oldu.

Mənim yazdıqlarımda heç vaxt ruh düşkünlüyü olmayıb. Müharibədən əvvəl də, müharibə vaxtı da bütün yazılarımda insanlarda qələbəyə inam aşılamışam.

“Kaş millətdə ruh yaşasın”,-yazıb Xalq şairimiz Cabir Novruz.

Mən onun dediyi sözə əməl etmişəm. Əsərlərimdə insanlarda olan o ruhu ölməyə qoymamışam.

İndi müharibənin özüm bildiyim tərəflərini yazıram. Son iki əsərim çıxıb. Erməni və azərbaycanlıların münasibətlərindən yazmışam. Erməninin yalnız pis tərəfini deyil, yaxşı tərəfini də göstərmişəm. Amma özümüzün daha yaxşı tərəflərini, üstünlüyümüzü ortaya qoymuşam.

- “Jurnalistika təcili yardım, yazıçılıq stasionar xəstəxanadır”. Belə başa düşdüm ki, Xalq şairi Anarın vaxti ilə dediyi bu fikri bəyənirsiz. Sizcə, bu günün yazıçıları stasionar xəstəxana vəzifəsinin öhdəsindən gələ bilirlər?

- Bunu Anar müəllim biz hələ tələbə olanda demişdi. Jurnalistika təcili yardım kimi olan bitəni tez çatdırır. Yazıçı isə yazır, amma dedikləri 10-15 ildən sonra həyata keçir. Adamları bir az gec sağaldır. O fikir də mənim xoşuma gəlmişdi.

Bəli, gözəl yazçılarımız var. Cavanı, orta nəsil, yaşlı nəsil yazıçılarımız var. Gözəl əsərlər yazırlar. Həm nəsrdə, həm şeirdə istedadlı gənclər var. Daha azad fikirli, dünyaya müqayisə olunmaz dərəcədə daha yeni baxışla gəlirlər.

- Məsələn, adlarını çəkə bilərsiniz?

- Ad deyəndə bəzən kimsə yaddan çıxa bilir. Şərif Ağ, İlqar Rəsul, Aqşin Yenisey, Zahir Əzəmət, Kəramət Böyükçöl - bunlar hamısı azad fikirli gənclərdir. Yazılarını da hamı xoşlayır. Çox ad saymaq olar.

- Oxucu qıtlığı var?

- Oxucu problemi var, amma oxuyurlar. Mənim köşə yazılarım olur ki, 10 min oxunur. Povestimi saytda 100 min adam oxuyub. Kitab kimi də min tirajla çıxıb. Kitabı satmıram, paylayıram.

Əvvəl qıtlıq çox idi. İndi kitab mağazlarının, tədqimatların sayı artıb. Paralel olaraq, oxucuların da sayında artım var.

- Sizcə, yazıçıların vaxtı çox olsa, başqa işlərdə işləmək məcburiyyətləri olmasa, daha yaxşı əsərlər ortaya çıxar?

- Mən onu qəbul etmirəm ki, hansısa bir yazıçı gün ərzində oturub 6 saat yazı yazsın. Məndə elə deyil. Deyək ki, bir dəfə yarım saat yazaram, bir dəfə bir-iki saat. Ya da elə olar ki, heç yazmaram. Əvvəldə dediyim kimi, yazmaq əhval-ruhiyyəyə baxır. Saatlarla yazı yazmaq olar? Var elə yazçılar. Amma o yazılar şablona çevrilər, ədəbi səviyyəsi aşağı düşər. Bəziləri belə yazır, bəziləri yox. Yazıçılar ya jurnalistika sahəsində, ya hardasa iş tapıb işləyirlər. Çünki indi qələmlə pul qazanmaq mümkün deyil. Kitabını öz cibinin hesabına çap eləyirsən. Satanda da, uzaqbaşı xərclədiyin pulu çıxara bilərsən, vəssalam. Hamı Çingiz Abdullayev deyil ki...

- Kitablarınızdan heç qazancınız olmur?

- Satmıram. Satsam, bəlkə olar.

- Türkiyədə nəşr olunan kitablarınızdan da gəlir olmur?

- Onlarda başqadır. Kitablarımı çap etdikdən sonra məni Türkiyəyə dəvət edirlər. Bütün xərcləri özləri çəkirlər. Hotelindən tutmuş, yemək-içməyinə kimi. Kitabların təqdimat mərasimini keçirirlər və s. Çağırıb 4-5 min dollar pul xərcləyirlər. Bundan sonra onlardan pul istəmək olar? Yəni, nağd pul almamışam.

Çap olunan əsərlərin pulunun ödənilməsi üçün qarşılıqlı sənədlər imzalanmalıdır.

Bu məsələni bir dəfə parlamentdə də demişəm. Sovet dövründə Rusiya ilə Türkiyə arasında əqli mülkiyyətlə bağlı belə sənədlər var idi. Bir-birlərinin kitablarını çap edəndə qonorar verirdilər.

İndi də deyəsən imzalanıb, dəqiq bilmirəm.

- Aqil müəllim, yazıçılar 30-35 il əvvələ kimi, sovet dövründə yaxşı qonorar aldıqlarını deyirlər. O ənənəni bərpa etmək olmaz?

- Sovet dövründə qonorar çox yüksək idi. O vaxtı 3 kitabım çıxıb. Yaxşı qonorar almışam. Hələ mən cavan idim. Şairlər, yazıçılar olurdu ki, 30-40 min manat pul alırdı. Bir ilə xərcləyib qutara bilmirdi. O da ona stimul verirdi ki, otursun yeni əsərini yazsın.

İndi də Mədəniyyət Nazirliyi kitab çap edir, qonorarı da verir.

- Amma deyəsən, məhdud sayda çap olunur...

- Seçib çap edirlər. Sovet dövründə də seçirdilər. Elə nə gəldi çap etmirdilər ki. Həm senzura, həm plan var idi. Bir müəllifin kitabı bir neçə ildən bir çıxa bilərdi.

- Cavan vaxtı əsəbiləşib müəllimi vurmusunuz, hətta buna görə institutdan da çıxarılmısınız. O çılğınlığınız yenə qalırmı? Əsəbiləşəndə kimisə vurarsız?

- Təbii ki, çılğınlığım, o ruh qalır. Amma indi mənim kimisə vurmaq, ya dava etmək yaşım keçib. Müdriklik zamanımda küçədə durub kiminləsə dalaşmaq bir az düz olmaz. Amma lazım olsa, ola bilər ki, o da olar. Dalaşa bilərəm. O vaxtı döyürdüm, amma indi döyülərəm də. Çünki qocalmışam. Cavan vaxtı dava tez-tez olurdu. Bu xarakterdi, dəyişmək olmaz. Haqsız işə dözə bilməzsən.

- Bəs bu gün Aqil müəllimi daha çox nələr əsəbiləşdirir? Həm cəmiyyətdə, həm fərdlər olaraq...

- Həm fərdlərdə, həm də cəmiyyətdə insanı əsəbiləşdirən müəyyən hallar olur. Nələr olduğunu çox demək istəmirəm. Məsələn, mənə deputat kimi müraciət edirlər. Görürəm ki, haqsızdır. Amma deyir ki, yox, haqlıyam. Hətta məhkəmə haqsız olduğu barədə qərar çıxarır, yenə deyir ki, məhkəmə səhv edib. O zaman insan əsəbiləşir. İstəyirsən ki, səndən ötrü dövlətin qanununu pozsunlar?

İş istəyənlər var. Deyirsən ki, kənddə yaşayırsan, torpağın var. Ona görə veriblər ki, işsiz sayılmayasan. Torpağını ək-becər, ailəni saxla. Deyir, yox, məni işə götürsünlər. Kart istəyirlər, maaş almaq üçün. Təbii ki, şikayətçilərin içində haqlılar da var. Onlara əlimdən gələn köməyi edirəm.

- Kəndli də deyir ki, su yoxdur, şərait yoxdur əkib-becərməyə...

- Dövlət kəndlidən su pulu almır, pulsuz verir. Subsidiya da verir.

Mal-heyvan verir. Sonra gəlib həyətdən südünü də alırlar. Belə hallar var, bunu daha da genişləndirmək olar. Demirəm ki, bu işləri görənlər villa tikirlər, amma ailəni saxlamaq üçün gəlir olur.

- Ötən gün mətbuatda gördüm. Deyirsiniz ki, “Qarabağ” və “Traktor” arasında Xankəndi stadionunda dostluq matçı keçirilsin...

- Təkcə mən demirəm ki, çox adam deyir. Deyirik ki, yoldaşlıq görüşü keçirsinlər. Bu da mümkün olan işdir.

Yaxınlarda hörmətli İran Prezidenti Azərbaycana gəlmişdi, yüksək səviyyədə qarşılandı. Çox sayda müqavilələr, sənədlər imzalandı.

Futbola gəlincə, yaxşı olar ki, dəvət etsinlər, “Traktor” gəlsin və Xankəndidə yoldaşlıq oyunu olsun. AFFA dəvət etsə, yaxşı olar.

Bu dəfə “Traktor” gələr, daha sonra “Qarabağ” Təbrizə gedər, orada növbəti qarşılaşma olar.

- Aqil müəllim, hər zaman içimizdə həssaslığını qoruyan Güney Azərbaycan həsrəti var. Yeri gəlmişkən, o taylı, bu taylı Azərbaycanın gələcəkdə birlikdə olacağına inamınız varmı?

- Gələcəyi deyə bilmək üçün peyğəmbər olmaq lazımdır. Amma Almaniya, Vyetnam kimi nümunələr var. Allah qoysa, gələcəkdə hər iki Azərbaycan birləşə bilər. Cənubi azərbaycanlılar İranı öz vətənləri sayırlar. Nəinki vətənləri, dövlətləri sayırlar.

Orada prezident, deputat, nazirdirlər. Onlarda da azadlıq hərəkatı, birləşmək istəyi var. Amma bunun üçün zaman lazımdır. Tezliklə olan şey deyil. Hər şeyi zaman göstərər. Hələ ki, türk dövlətləri də tam mənasında birləşə bilmirlər.

Konfederasiya ola bilərlər. Avropa Birliyi kimi sərhədləri aça, gömrüyü ləğv edərlər. Sonra vahid bir ordu yarada bilərlər. Təbii ki, dünya buna göz yummaz. Mane olar və olur da. Dünya bütün gücü ilə çalışır ki, Türkiyə ilə Orta Asiya dövlətləri birləşməsin. Zəngəzur dəhlizinin açılmasını da buna görə istəmirlər. Erməniləri firitləyirlər ki, açmasınlar. Amma mümkün deyil, əvvəl-axır açılacaq. O dəhlizin açılması erməni xalqının da xeyrinədir. Onların dörd tərəfi türkdür. İrandakı azərbaycanlılar türkdür, Türkiyə və biz varıq. Gürcüstanla olan sərhədlərin də hamısı Azərbaycan kəndləridir. Ermənilər yalnız bizimlə dostluq etsə, münasibət yaratsa, çox rahat yaşayarlar. Onlar artıq buna məcburdurlar. İmkan verməsələr, basıb gözlərini çıxardarıq. Paşinyan da deyir ki, gərək 29 min kvadrat kilometri əlimizdə saxlaya bilək. Yoxsa, dövlətimiz məhv olar. O, ağıllı insandır. Görür ki, vəziyyət nə yerdədir. Bizimlə müharibə etmək onlara sərf etməz. 44 gündə biz onlara kim olduqlarını göstərdik.

- Aqil müəllim də yazır, İradə xanım da. Aranızda yazıçı rəqabəti var, yoxsa necə? Kimin yazdıqları daha çox oxunur?

- Onun da yazdıqları çox oxunur. Gözəl kitabları çıxıb. Yox, rəqabət aparmırıq, bir-birimizə dəstək veririk. Ailədə rəqabət olmaz, dəstək vermək olar.

- Yazdıqlarınızı çapdan əvvəl bir-birinizə oxuyursunuz?

- Çıxdıqdan sonra oxuyuruq. Deyək ki, bir povest yazmışam. Onu axıra qədər oxumağa, ya dinləməyə adamın hövsələsi çatar? Amma İradə xanım kitab çıxdıqdan sonra oxuyur, öz fikrini bildirir.

- Aqil müəllim, bu gün ölkəmizdə ailə institutunda problemlər yaranıb. Boşanmaların sayı həddən artıq artıb. Siz səbəbləri nədə görürsünüz?

- Ailələr bəzən sevgi üzərində qurulmur. Müəyyən ayrı məsələlər olur, evlənilər. Sevgi olmayanda da bir az vaxt keçir və görürlər ki, belə yaşamaq mümkün deyil. İkinci tərəfdən maddi məsələlər var. Maddi imkanları az olur, ailəni saxlaya bilmirlər və boşanma olur. Əsasən, maddiyyat böyük rol oynayır. Amma sevgi varsa, maddi çətinliyə dözə bilirsən. Düzdür, sevgi qarın doldurmur. Amma ruhu, beyni doldurur. Sevgi olan yerdə boşanma olmur.

Bir tərəfdən də bizim televiziyalar, özəl kanallar zorakılıqları çox təbliğ edirlər. Bütün günü televiziyada fərdlərin problemi müzakirəyə çıxarılır. Deyək ki, arvad kişini qoyub qaçıb. Bunlar fərddir, Azərbaycana aid deyil. Bir adamı çıxarırlar və günlərlə müzakirə edirlər. Baxanlar da öyrənir. Eyni adamlar, çığır-bağır və s. Bir dəfə bu barədə parlamentdə danışdım. Bu vəziyyəti “arvad boğuşması” adlandırdım. Parlametin sədri bir az mənə əsəbiləşmişdi də.

Bu gün Avropa bizdə ailə institutunun dağılmasında maraqlıdır. Çünki Azərbaycanda ailə institutu çox möhkəmdir. Nə qədər çalışırlar, əslində dağıda bilmirlər. Amma müəyyən rol oynayırlar. Boşanmaların sayı da ona görə artır.

Amma dediyim kimi, sevgi olarsa, ayrılma olmaz. Mən İradə xanımla evlənəndə deputat deyildim ki... Hansısa bir jurnalda 110 manat maaşa qulluq edən bir oğlan idim.

- Yəni, maddi çətinlikləriniz də olub...

- Bəli, olub. Amma bir-birimizi başa düşmüşük. İstədiyi bir şeyi ala bilməmişəm, amma problem yaratmayıb. Bəzən İradəyə deyirlər ki, deputat xanımısan. O da deyir ki, mən ona gedəndə deputat deyildi. İnsan birdən-birə deputat, ya məşhur yazıçı olmur. Bir-birinə inanır, dəstək olur. Sonra nə istəsən ola bilər.

- 110 manat maaş aldığınız vaxtla, deputat olduqdan sonrakı dövrdə münasibətlərinizdə heç bir fərq yaranmadı?

- Xeyir, həmin ailədir. Təbii ki, ailədə söz-sohbət, mübahisə ola bilər. Amma bir-birini bağışlamaq məsələsi var. Bizim 44 il bundan əvvəl toyumuz olub. Həmin ailədir və yaşayırıq. Övladlarımız, nəvələrimizlə birlikdə.

- Aqil müəllim, deyəsən, Ağdama köçmək, ordan çalışmaq fikriniz var...

- Deputatların hamısı şəhərdə yaşamır ki. Demişəm ki, Ağdamdan ev versələr, xanımımı da götürüb gedib oturacam orada.

- İradə xanım da buna razıdır?

- Elə məsələni İradə xanım qaldırıb. Deyir ki, köçək Ağdama. Demişəm ki, yaxşı. Gələcəkdə deputat seçilib-seçilməməyimdən asılı olmayaraq, köçüb vətənimdə yaşayacağam. Hərdən də Bakıya, nəvələrin yanına gələrəm. 55 ildir Bakıda yaşayıram. Bura əziz şəhərimizdir. Amma gedib öz camaatımızla bir yerdə yaşamaq istəyirəm. Oğlum Tuncay 9-cu sinfə keçəndə ovaxtkı təhsli naziri Misir Mərdanov zəng etdi mənə ki, deyirlər oğlun qaçqın məktəbinə gedib. Evimizin arxasında da məktəb var idi. Evə getdim. Soruşdum ki, bu nə məsələdir? Dedilər ki, Tuncay artıq bir aydır Ağdam qaçqın məktəbində oxuyur. Özü qərar verib, mənə də deməyib ki, birdən qoymaram. Çağırdım, səbəbini soruşdum. Dedi ki, ağdamlılarla birlikdə oxumaq istəyirəm. Getdi və oxudu. İndi mən də istəyirəm ki, Ağdamda camaatımızla öz çayxanamızda oturub çay içəm.

- Bakıda ağdamlılarla görüşürsünüz heç?

- Təbii ki. Düzdür, əsas toyda, ya yasda görüşürük. Amma hərdən gedirəm otururuq. Ağdama gedəndə orada yaşayan dostlarımı bir yerə yığıram, çay içirik, domino oynayırıq.

Qarabağa hamının qaytarılması 2040-cı ilə kimi nəzərdə tutulub. Amma məncə, daha tez olacaq. Bu il Ağdama 10 min adamın köçürülməsi nəzərdə tutulub. Sarıcalıya əhali köçürülüb. Şəhərdə hazır evlər var. Yeni məhəllələr də tikilir. İki məhəllə 70-80 faiz hazırdır.

- Aqil müəllim, bəzən işğaldan azad olunmuş ərazilərdə kəndlərin birləşdirilməsi ilə bağlı narazılıq ifadə olunur. Siz bu barədə nə düşünürsünüz?

- Hamı istəyir ki, gedib öz kəndində yaşasın. Kəlbəcərdə 300 kənd var idi. 5 ev bir kənd, 6 ev bir kənd idi. Dağın başında olan kəndlər var. Onların hamısına ayrı-ayrılıqda infrastruktur lazımdır. O baxımdan, 4-5 kəndi birləşdirib rahat şərait qurmaq daha münasibdir. Ağıllı kənd layihəsi yaxşıdır. Sarıcalıya baxıram artıq ağaclar da tutub. İnsanlar yaşadıqca hər şey öz yolunu tapır...

- Söhbətimizin sonunda Aqil müəllim “Çay qırağında bitib, susuz qalan ağacların sağlığına” adlı kitabını mənim üçün imzalayır. Fürsətdən istifadə edib “xalq yazıçısı” adı alması üçün nə vaxtsa, təqdimat olub-olmadığını soruşuram.

- Xalq yazıçısı adının verilməsi dövlətin verəcəyi bir qərardır. Mən bu barədə bir şey deyə bilmərəm. Amma bununla bağlı təqdimat da olmayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
"Kişi efirdə belə davranmamalıdır" - Faiq Ağayev
Dünən, 18:02
“Müəmmalı” “Fuga Group”: gizli qalan rəhbər, işıqfor satan tikinti şirkəti - DƏLİXANADIR, VALLAH...
Dünən, 18:00
Erməni ictimai rəyində aşağılıq, ümidsizlik kompleksi yaranıb - ÇÜNKİ...
Dünən, 17:58
“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı
Dünən, 17:53
“İpək Yolu Sığorta”nın Direktorlar Şurasına TƏYİNAT OLUB
Dünən, 17:42
"Məni məhkəməyə çağırmayıblar..." - "Şərurlu İsfəndiyar"
Dünən, 17:37
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı yeni layihəyə start verib
Dünən, 17:34
20 minlik "United Electronics " MMC-nin 41 min manatdan çox - VERGİ BORCU VAR
Dünən, 17:30
“Qarabağ” əməkhaqqı və mükafatlara nə qədər pul xərcləyib? - DETALLAR
Dünən, 17:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru