Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi .....                     Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib .....                     Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər .....                     Ermənistanı seçkilər və riskli gələcək gözləyir .....                     “Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi .....                     AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub .....                     “İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” .....                     Kürün daşması ehtimalı yüksəkdir: .....                     "Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb .....                     AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub .....                     Bəzi yerlərdə arabir duman olacaq .....                     "İrəvan teatrı niyə unudulub?" .....                     “Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” .....                     Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu .....                     Bakıda mozaikaların bərpası davam edir .....                     “Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə .....                     “Atəşgah” Sığorta Şirkətində yeni təyinat .....                     "Bu, heç bir qonorar qarşılığında mümkün deyil" .....                     “Dedi ki, donunu qaldır” .....                     DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR .....                     “Azon zavodu”nun direktoru dəyişib .....                     Xankəndidə daha bir məktəb açılacaq .....                     Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... .....                     “Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” .....                     Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi .....                     Bakıda parkinq böhranı… .....                     Azərbaycanda bu universitet .....                     Qanunları pozub cəzasız qalan Samir Mollayev... .....                     Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib .....                     Hindistan faşist zehniyyətli rejimdir .....                     İcra başçısına xanım müavin təyin edilib .....                     "Mehin uşaqdır, öz dünyası var" .....                     Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... .....                     Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? .....                     Kişi cinsi istismar qurbanı oldu .....                     İrəvanda siyasi intriqa qızışır .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                     "Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" .....                 

Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Tarix: Bu gün, 08:03 | Çap et
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə..
Bunu mayın 10-da jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, Rusiya ilə təmaslar zamanı bu məsələ hər zaman qaldırılır: “Rusiya tərəfinin bizə verdiyi izah ondan ibarətdir ki, hazırda Rusiya tərəfindən istintaq tədbirləri davam edir. Bu tədbirlər başa çatandan sonra daha detallı məlumatlar təqdim ediləcək. Biz də həmin istintaqın ən qısa zamanda başa çatmasını gözləyirik”.

Qeyd edək ki, ötən ilin dekabrında Bakı-Qroznı reysini həyata keçirməli olan AZAL təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğramasından 5 aydan çox vaxt keçsə də, Rusiya hadisə ilə bağlı aparılan istintaq haqqında konkret heç bir məlumat açıqlamır. Mayın 12-də isə Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin mülki təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasının səbəbləri ilə bağlı yekun hesabatın təhqiqat başa çatdıqdan sonra dərc olunacağını açıqlayıb.

“Bu günə qədər komissiya Çikaqo Konvensiyasının 13-cü Əlavəsinin standartlarına və tövsiyə olunan təcrübələrinə uyğun olaraq təhqiqatları davam etdirir. Təhqiqat başa çatdıqdan sonra yekun hesabat dərc olunacaq”, - deyə nazirlikdən verilən açıqlamada qeyd olunub.

Qazaxıstan Nəqliyyat Nazirliyi əlavə edib ki, təhqiqatın səhra mərhələsi başa çatıb və fevralın 4-də təyyarə qəzası ilə bağlı ilkin hesabat dərc olunub.

Mayın 6-da APA-nın araşdırması nəticəsində məlum olub ki, Azərbaycan tərəfi hər ay bu məsələ ilə bağlı Rusiya tərəfinə müraciət edir. Lakin qarşı tərəf müxtəlif bəhanələrlə istintaqı uzadır, müraciətlərə cavab vermir. “Bu 5 ay ərzində Rusiya tərəfindən heç bir istintaq hərəkətləri aparılmır. Qəzanın baş verməsində günahı və məsuliyyəti olan şəxslərdən heç kim barəsində həbs-qətimkan tədbiri seçilməyib”, - deyə mənbə qeyd edib.

Mənbə onu da deyib ki, bu yaxınlarda Azərbaycan və Rusiya hüquq-mühafizə orqanları arasında məsələ ilə bağlı növbəti yazışma olub, amma yenə nəticə yoxdur: “Azərbaycan tərəfi Rusiyadan məsələ ilə bağlı konkret addımlar gözləyir”.

Qəzaya uğramış təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, 29 nəfər sağ qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə qəza zamanı fədakarlıq göstərmiş ekipaj üzvlərindən iki pilot və bir təyyarə bələdçisi Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra), iki təyyarə bələdçisi isə “Rəşadət” ordeni ilə təltif olunublar.

Qazaxıstan tərəfinin qəza ilə bağlı açıqladığı ilkin hesabatda qeyd olunur ki, təyyarə Qroznı şəhəri yaxınlığında yerdən açılmış atəş nəticəsində zədələndiyinə görə idarəetmədən çıxıb və qəzaya düşüb.

Bəs Rusiya niyə istintaqı yekunlaşdırmır? Hadisənin bütün təfərrüatları aydındır, İstintaq Komitəsi qeyri-adi nə axtarır?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a deyib ki, Prezident İlham Əliyev artıq bu məsələyə öz mövqeyini bildirib: “Elə ilk günlərdən hesab etdiyimiz kimi, burada Rusiya Federasiyasının hava hücumuna müdafiə qüvvələrinin günahı var və sərnişin təyyarəsi yerdən açılan atəşlə vurulub”.

Onun sözlərinə görə, təyyarənin qəzaya uğradığı ərazidən olan görüntülər və şahidlərin ifadələri onu deməyə əsas verir ki, burada Rusiya tərəfi günahkardır: “Cənab Prezident də haqlı olaraq günahkarların cəzalandırılmasını, eyni zamanda tam şəffaf və insani davranış nümayiş etdirilməsini tələb edir. Bu günə qədər Rusiya tərəfi izi azdırmağa çalışır. Faktlar qarşısında qaldıqdan sonra Rusiya Prezidenti Vladimir Putin İlham Əliyevə zəng etdi. Bundan əvvəl isə quşla toqquşma versiyalarını bilərəkdən ortaya atmışdılar. Hətta məlumatlara görə, bu mövzu ətrafında Rusiyanın rəsmi şəxslərinə və Duma üzvlərinə danışmamaq kimi qadağalar qoyulmuşdu.

Rusiya tərəfi “qara qutu”nun açılmasında iştirak üçün təşəbbüs göstərdi. Prezident İlham Əliyev isə etirazını bildirdi və “qara qutu”nun beynəlxalq mütəxəssislərin açmasını tələb etdi. Qazaxıstan tərəfi “qara qutu”nun və şifrələrin açılmasını "Embraer E-Jet" təyyarəsini istehsal edən Braziliyanın "Embraer" şirkətinin mütəxəssislərinə göndərdi".

Ekspert hesab edir ki, Moskva iz azdırmağa çalışmaqdansa, günahkarların cəzalanması üçün ədalətli qərar qəbul etməlidir: “Bununla yanaşı, cinayətkarlar qanun qarşısına çıxarılmalı və ən sərt formada cəzalanması təmin edilməlidir. Eyni zamanda Azərbaycandan rəsmi şəkildə üzr istənməli, beynəlxalq hüquq normalarına uyğun konpensasiyalar ödənilməlidir”.

Təəssüf ki, bu yöndə hələ ki, pozitiv hər hansı hərəkətlənmə və ya xoş məram müşahidə edilmir. Belə getsə, Rusiya Azərbaycanı bütün mənalarda itirə bilər. Çünki dostluq, tərəfdaşlıq anlayışları ikitərəfli məna daşıyır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir həftə əvvəl hakimdə heç bir problem aşkarlanmadı, dünən vəfat etdi – Yeni detallar
Bu gün, 15:04
Şərurlu İsfəndiyar barəsindəki şikayət üzrə keçiriləcək prosesdə iştirak etmək üçün məhkəməyə gəlib - HƏBSİ GÖZLƏNİLİR
Bu gün, 15:00
Sülhü ağırlaşdıran şərtlər və İstanbul danışıqlarından gözləntilər - AKTUAL
Bu gün, 14:02
Ermənistanı seçkilər və riskli gələcək gözləyir - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
“Alatava – Avtonəqliyyat 2” ASC səhmdarlarının - TOPLANTISI KEÇİRİLƏCƏK
Bu gün, 13:58
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 13:05
60 zəvvarı aldadan turizm şirkətinin qadın rəhbəri həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
AZAL İATA-nın Ətraf Mühitin Qiymətləndirilməsi Proqramına qoşulub - FOTO
Bu gün, 12:54
“İki oğlum əlildir, sağlam uşağımı da doğulmamış məhv etdilər” - NARAZILIQ VAR...
Bu gün, 12:52
Kürün daşması ehtimalı yüksəkdir: - Qarşısını necə almaq olar?
Bu gün, 12:46
"Unibank"a aid şirkətin biznes itkiləri 243 milyonu ötüb - Vüqar Namazov nəyi düz etmir?
Bu gün, 12:45
AZAL IATA-nın “CO2 Connect” proqramına qoşulub - FOTO
Bu gün, 12:40
Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:35
"İrəvan teatrı niyə unudulub?" - ETİRAZ
Bu gün, 12:31
“Tofiq Yaqublunun aclıq aksiyasını dayandırmasından ən çox kədərlənən radikal müxalifətdir...” - Zahid Oruc
Bu gün, 12:30
Tehranda “Dədə Qorqud”un satışına qadağa qoyuldu - BAŞLARI QAÇIB...
Bu gün, 12:21
Bakıda mozaikaların bərpası davam edir - FOTO
Bu gün, 12:14
“Beynəlxalq Bankı"ın rəhbərlərinə bir ildə 27 milyon manat ödəniş edilib
Bu gün, 12:11
“Atəşgah” Sığorta Şirkətində yeni təyinat - DOSYE
Bu gün, 12:07
"Bu, heç bir qonorar qarşılığında mümkün deyil"
Bu gün, 12:05
“Dedi ki, donunu qaldır” - Küçədə qadını zorakılıqdan uşaqlar xilas edib
Bu gün, 12:04
DTX-nin həbs etdiyi "Çaqqal"dan XƏBƏR VAR - QƏRAR VERİLDİ
Bu gün, 12:02
“Azon zavodu”nun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:58
Xankəndidə daha bir məktəb açılacaq
Bu gün, 11:55
Sabirabadda MƏKTƏB: Sanki mafiya ocağıdır... - İTTİHAM VAR...
Bu gün, 11:52
“Elm və Təhsil Nazirliyinin “TikTok”da müsabiqə keçirməsini yüksək qiymətləndirirəm” - Elman Nəsirov
Bu gün, 11:47
Elm və Təhsil Nazirliyi milyonluq tenderi Ramiz Mehdiyevə məxsus olduğu bildirilən şirkətə verdi - DETALLAR
Bu gün, 11:42
Bakıda parkinq böhranı… - “Azparking”in zəbt etdiyi yollar boşaldılacaq
Bu gün, 11:38
Azərbaycanda bu universitet illik təhsil haqqını ARTIRACAQ
Bu gün, 11:36
Qanunları pozub cəzasız qalan Samir Mollayev... - BELƏ HARA GEDİR?
Bu gün, 11:30
Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru məhkəmə zalından həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 11:19
Hindistan faşist zehniyyətli rejimdir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:15
İcra başçısına xanım müavin təyin edilib - ƏMR
Bu gün, 11:14
"Mehin uşaqdır, öz dünyası var" - FOTO
Bu gün, 11:03
Naxçıvanda hərbçilərin maaşından hər ay 200-300 manat tutulur... - ETİRAZ VAR...
Bu gün, 10:58
Bu hal qanunla NECƏ TƏNZİMLƏNİR? - Ekspert danışır...
Bu gün, 10:53
Kişi cinsi istismar qurbanı oldu - Azərbaycanda ŞOK
Bu gün, 10:51
İrəvanda siyasi intriqa qızışır - Simonyan elə şeylər dedi ki...
Bu gün, 10:32
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:27
"Hədəfimiz Avrasiyada təhlükəsiz, dayanıqlı və lider aviasiya ekosistemi olmaqdır" - AZAL-ın prezidenti
Bu gün, 10:24
"AZAL genişmiqyaslı ESG Strategiyası və Sıfır Emissiya Planı hazırlayır" - Samir Rzayev
Bu gün, 10:22
Qalmaqallı direktor barəsində hökm dəyişdirildi - QƏRAR
Bu gün, 10:12
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru