Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli .....                     Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... .....                     Paşinyan komandasına əmr verdi .....                     Putinin silah biznesi çökə bilər .....                     Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını .....                     Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... .....                     Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ .....                     "Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" .....                     Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi .....                     “Kəpəz Mehmanxana” ASC-nin səhmdarları .....                     “Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq .....                     Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... .....                     “Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək .....                     GÜNÜN FOTOSU: .....                     Dollardan İMTİNA: Azərbaycan nə edəcək? .....                     Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir .....                     Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi .....                     "Bu tikinti yığıb bizi boğaza..." .....                     İki türk dövləti Ermənistanla eyni layihədə .....                     Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. .....                     ETN özü rüşvətə RƏVAC VERİR... .....                     Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR .....                     Müharibədə qalib, müharibəyə qalib .....                     Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq .....                     "Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" .....                     “Zatulinə psixi yardım lazımdır" .....                     Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? .....                     Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər .....                     NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib .....                     Şəhid atası vəfat etdi .....                     Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi .....                     Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? .....                     Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş .....                     Yasamal icra hakimiyyəti HARA BAXIR? .....                     “Hədiyyələr” ASC səhmdarlarını .....                     'Analar Günü' 'ifşa olunan' MAMA... .....                     “5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” .....                     “Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? .....                     Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? .....                     “Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək .....                 

"Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..." - Jurnalist həbsdən MÜRACİƏT YAYDI
Tarix: 4-05-2024, 08:51 | Çap et
"Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..."
"Artıq iki ildir ki, təcridxanadayam. Hələdə məhkəmə prosesi davam edir. Bitib tükənmək bilməyən məhkəmə iclaslarının sonu görünmür. 1 ildən çox sürən ibtidai istintaq prosesi ilə birlikdə 3 (üç) ildən çox davam edən istintaqlar səbəbindən nə əmək fəaliyyəti, nədə elmi yaradıcılıqdan söhbət belə gedə bilməz. Hüquqlarım tamamilə məhdudlaşdırıldığından illərdir ailəmə 1 manat qazanıb verə bilmirəm. Burdan media vasitəsilə Vəkillər Kollegiyasının sədri cənab Anar Bağırova müraciət edirəm. Mənim kimi ziyalının, jurnalist,. Fəlsəfə tarixçisi alimin 2 il müddətində təcridxanada saxlanılması vacibdirmi? Nəyin müqabilində?" diaaz.space bildirir ki, bu sözlər hazırda Bakı istintaq təcridxanası saxlanılan jurnalist Rahil Nəcəfin müraciətində yer alıb.
Müraciətdə daha sonra deyilir: "Mən aliməm, fəlsəfə doktoruyam, Şərq fəlsəfəsi, deviantizm problemi, ingilis dili beynəlxalq elmi platformalarda Xocalı faciəsinin təbliği və s. lərlə bağlı onlarla elmi məqalənin, əsərin müəllifiyəm. Ulu Öndərin siyasi ideyalarına və Möhtərəm Prezident Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının siyasi kursuna daim sadiq olmuşam və bu kursun beynəlxalq arenada fəal təbliğatçısı olmuşam. Mən narkotik istifadəçisi deyiləm, radikal deyiləm, kəsici alətlə kiməsə xəsarət yetirməmişəm, milyonlarla dövlət pulunu yeyən korrupsioner deyiləm. Heç cürə başa düşə bilmirəm. 2 ildir ki, 2 nəfərlik kamerada qapalı şəraitdə saxlanılıram, öz xəstəliklərimi müalicə etdirə bilmirəm. Təbii ki, bu həyat tərzi vaxtaşırı insanı “ kimin üçün nə üçün yaşayıram” düşüncəsinə aparıb çıxarır, yaşamaq istəyini əlindən alır. Mən nə dərəcədə ağır, islah-edilməz cinayətkaram ki, ev dustaqlığına çıxa bilmirəm? Ölkənin həbsdən başqa nəzarət mexanizmləri yoxdurmu? Yoxdursa necə olur ki, mənimlə təqsirləndirilən şəxs qismindəki məmur balası daha ağır maddə və epizodlarla çöldə qalır, onu tutmurlar, amma məni 2 il təcridxanada saxlayırlar? Əgər cəza və günahkar məlumdursa kim nəyi gözləyir? Yox əgər məlum deyilsə 3 ildən artıq istintaq müddəti ola bilərmi? Bəs mənim hüquqlarım, əlimdən alınan azadlığım? Axı Cinayət Prosesual Məcəllənin təyinatında deyilmirmi ki “heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qala bilməz.” Belə olan halda mənim cəzam istintaqlarda süründürülməkdirmi? 21 nəfər “zərərçekmiş şəxsin” məndən şikayətçi olmadığı məhkəmədə məlum oldu. Heç bir orqana şikayət ərizələri ilə müraciət etməyən bu şəxslərin məhkəmə dindirilmələri 1 ildən çox sürdü.Məni 14 min manata qədər tərcümə pullarını və dəftərxana pullarını yeməkdə ittiham edirlər. Olduqca gülüncdür. İstintaq adına biabrçılıqdır. Elm və Təhsil Nazirliyi 14 min manata qədər pula görə məni həbs etdirib. İttihama cavab olaraq gördüyüm işləri, həyata keçirdiyim layihələri, onlarla xarici nüfuzlu alimlərin məqalələrini, onların tərcümələri, abstrakları və s. ortaya qoyuram. Görülən işlərin maddi dəyəri ittiham ediləndən qat-qat artıqdır. Müqayisə belə ediləcək səviyyədə deyil. İstintaqda məndən soruşurlar: - Məqsədin nədir ki, dövlətə bu qədər xeyir veribsən? Sözün bitdiyi yerdir. 2 il ərzində elədiklərimi sadalayanda eşidən hamı şoka düşür. Bu iddia etdiklərim həmdə yaxın keçmişə aiddir, dəlil sübutları da ortadadır. Pulu yeyən isə hamıya məlumdur, amma heç kəs ona güldən ağır söz deyə bilmir, çünki məmur balasıdır, pulu var. Məhkəməyə də, hüquqa da, istintaqa da meydan oxuyur,həmdə açıq-aşikar.Öz adına açdırdığı 6 ədəd plastik bank kartları ilə pulu evinə yaxın bankomatlardan nəğdləşdirməsi istintaqa da, prokurorluq orqanlarına da yaxşı məlumdur.Bu adam azadlıqda, mən isə 2 ildir ki, türmədəyəm. Absurddur.Məmur balasına tanınan bu imtiyazın heç bir başa düşülən tərəfi yoxdur.
Əziz oxucu, dəyərli həmkar! Xahiş edirəm çox qısa müddət ərzində mənim gördüyüm işlərə, layihələrə diqqətlə nəzər yetirin.
Gəldiyimdə ( vəzifəyə təyinat alandan sonra) ilk işim azərbaycan, rus, ingilis dillərində bir əsrlik tarixi jurnalın olmayan rəsmi vebsaytını yaratmaq oldu. Mükəmməl bir sayt hazırlatdım. Wikipedia beynəlxalq internet ensiklopediyasında əvvəlcə azərbaycan, sonra isə ingilis dilində jurnalımızın mükəmməl səhifələrini yaratdıq.
Öz şəxsi imkanlarım hesabına digər bir uğurlu layihəmiz 95 illik “Azərbaycan məktəbi” və adda əlavəsinin elektron arxivini – onlayn kitabxanasını yaratmaq oldu. Bu böyük proses üçün Nazirliyin sabiq sektor müdiri Cəsarət Valehov bizə lazımi maddi vəsaitin ayrılacağı vədini versə də nəticəsi sıfır oldu. Halbuki dəvət ediləndə vəd edilmişdi ki jurnalın dirçəldilməsi üçün çəkilən bütün xərclər mütləq surətdə qarşılanacaq. Zamanla verilən vədlərin boş söz yığını olduğunu gördüm. Öz hesabıma jurnalın qədim tarixini əks etdirən filmini çəkdik, “95” illik ölkə miqyaslı Yubileyini təşkil etdik. M.F.Axundov adına kitabxananın köməyilə mükəmməl bir sərgisini təşkil etdik. Elm və Təhsil Nazirliyi “Azərbaycan Məktəbi” jurnalındakı bu inkişaf spektirini görüb Nazirliyin digər iki jurnalını da belimə yüklədi. Jurnalları son elmi standartlara uyğun dizayn elədik, onlara İSSN-EİSSN, beynəlxalq nəşr lisenziyaları aldım. Onları nüfuzlu elmi indekslərdən keçirdim. DOAJ, Erih Plus, Dimension, WorlCat, e-library.ru, ResearcGate, Mendeley kimi dünyanın ən nüfuzlu elmisimetrik qurumlarında bu jurnallar mövcuddur. Dünyanın nüfuzlu alimlərini cəlb etdim. Rusiya, Belarusiya, Türkiyə, Ukrayna, Çin və s. ölkələrdən məqalələr alıb nəşr etdik. Dünyaşöhrətli Nobel laureatı Prof. Aziz Sancarı jurnalların Redaksiya Şurasına gətirdim. Jurnalları məhəllə statusundan çıxarıb beynəlxalq arenaya çıxartdıq, elmilik qazandırdıq. Nazirlik digər iki jurnalı da mənə yüklədikdən sonra yerləşdiyimiz Orta Məktəb bizə yer verməkdən imtina elədi. Nazirlik bizə yer vermədi. 2 il ərzində bu redaksiyaların kirayə pulların yarı maaş – yarı borc, xərclə öz hesabıma verdim. Əziz oxucu, Elm və Təhsil Nazirliyi bizə bir jurnalın nəşr qiyməti üçün 2 (iki) manat 30 qəpik ödəyib, əvəzində isə 5 (beş) min tirajla jurnal tələb edib.Elm və Təhsil Nazirliyi məndən bunu tələb edəndə bir A4 vərəqinin print qiyməti 20 qəpik idi. Belə çıxırdı ki, 15 vərəqin qiymətinə mən 120-130 səhifəlik jurnal təhvil verməli idim. İnanırdım, işçilərimi də inandırırdım ki, Elm və Təhsil Nazirliyi söz veribsə düzələcək, müvəqqətidir, bizim, xüsusilə mənim qoyduğum bütün xərclər Nazirlik tərəfindən ödənəcəkdir. Ödəmiş olduğum komunal və internet xərcləri hesablansa, Nazirliyin hazırda məndən istədiyi puldan qat-qat çox olar. Bu vicdansızlığa, bu haqsızlığabir “dur” deyən olacaqmı? Mənim və ailəmin həyatını qaraltdılar. Heç nəyi gizləmirəm. Dediklərimin hamısını sübut edə bilərəm və edirəmdə. Ağır pandemiya dövründə belə işçilərə xüsusi şəxsi maaş kartlarına əlavə məvaciblər ödətdirmişəm. Topladığım işgüzar və çox istedadlı komanda ilə biz 2 ildə bəlkə 20 ilin işini görmüşük. BMT öz hesabatlarında belə bizim dərc elədiyimiz ingilis dilli məqalələrə istinad edirdi. Mən gördüyüm digər onlarla xərci bura yazıb, gərəksiz yerə uzatmaq istəmirəm. Dəyərli hüquqşunaslar yaxşı bilir: Bir əmələ cinayət əməli demək üçün, onu Maddəyə tövsif etmək üçün həmin əməlin xarakteri, əsası və nəticəsi cinayətin tərkib əlamətləri ilə eynilik təşkil etməlidir. Əgər bu əlamətlərdən ən azı biri eynilik, uyğunluq təşkil etməzsə ona “talançı”, “dövlət pulunu yeyən” “israfçı” kimi necə ittiham etmək olar?Mən özümdən 100 min manatdan artıq jurnallara xərc çekmişəmsə, boğazıma qədər borc bataqlığına düşmüşəmsə məni necə 14 min dəftərxana və tərcümə pulunu “yeməklə”ittiham etmək olar? Məgər özbaşnalıqdırmı? Azərbaycanda heç kəsin iradəsi Möhtərəm cənab Prezidentin iradəsindən üstün ola bilməz. Mənim ailəmin və yeganə xəstə övladımın həyatını qaraldanlar, insan həyatı ilə oynayanlar və bu ölkədəki qanunların aliliyini və gec tez onların elədiklərinə hüquqi qiymətin veriləcəyini bilməlidirlər. Buradan Media vasitəsilə Azərbaycan Respublikasının Vitse-prezidenti Mehriban xanım Əliyevaya səslənirəm: Hörmətli Mehriban xanım, qələmə aldığınız sanballı elmi məqalələr dünyanın ən nüfuzlu elmi jurnallarında çap edilmişdir. Elmi jurnallar bir ölkənin beynəlxalq simasıdır. Mən illərdir Prof. Z. Quluzadənin Baş redaktoru olduğu “Şərq fəlsəfəsi problemləri” beynəlxalq elmi-nəzəri jurnalda məsul katib olmuşam. Və indiki yaşıma qədər heç bir məqaləni hansı jurnala rəhbərlik etməyimdən asılı olmayaraq ciddi təhlil, redaktə etmədən, plagiatını yoxlamadan, geniş ingilis dilində abstrakt əlavə etmədən, dəfələrlə müəllifinə qaytarıb elmi səviyyəsini artırmadan çapa imzalamamışam. Məqsədim “Azərbaycan məktəbi” ni “Azerbaijan Journal of Educational Studies” adı altında dünyanın ən aparıcı, nüfuzlu pedoqoji jurnallarının səviyyəsinə yüksəltmək idi. Elm olaraq, təhsil olaraq, ölkə olaraq buna ehtiyacımız böyük idi. Hörmətli Mehriban xanım, bu haqlı mübarizəmdə öz köməyinizi əsirgəməyəcəyinizdən əminəm".

⦁ Youtube-dakı filmin linki https://www.youtube.com/watch?v=_AOeLhM5wAc
⦁ Jurnalın dirçəldilməsi barədə “Azərbaycan Müəllimi” qəzetinin vebsaytındakı məqalənin linki ⦁ https://www.muallim.edu.az/news.php?id=4560⦁ &⦁ lang=
⦁ “Azərbaycan Məktəbi” nin wikipedia linki https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan_m%C9%99kt%C9%99bi_(jurnal)

"Necə olur ki, daha ağır maddə ilə ittiham olunan məmur balası çöldə qalır..."










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Siyasi iradədən Zəfərə: XXI əsrin strateji Azərbaycan modeli - İNCƏLƏMƏ
Bu gün, 10:08
Rövşən Rüstəmovun `ŞAN-ŞÖHRƏTİ` sərhədləri aşır... - BU DA FAKT!
Bu gün, 10:05
Paşinyan komandasına əmr verdi – Siyahı hazırlandı, plan işə düşür
Bu gün, 09:56
Putinin silah biznesi çökə bilər - Trampın qarşısına görün hanı seçimi qoydular
Bu gün, 09:53
Azərbaycanın şirniyyat şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 09:45
Rüşvətə görə işdən qovulan məktəb direktoru həm də seçki komissiyasının sədri imiş... - İLGİNC FAKT
Bu gün, 09:39
Hindistan Azərbaycanı HƏDƏLƏDİ: Cavabı BELƏ VERİLDİ - TƏFƏRRÜAT
Bu gün, 09:32
"Budurmu SOCAR-da İSLAHAT? Budurmu SOCAR-da QƏNAƏT?" - ETİRAZ VAR...
Bu gün, 09:30
Dələduzluq edən “Sukanal” İdarəsinin vəzifəli şəxsi ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 09:07
“Kəpəz Mehmanxana” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 09:00
“Azərboru”nun rəhbərliyi yenidən formalaşacaq
Bu gün, 08:52
Həbsdəki Qarabağ Qazisinin gözündəki yara irinləyib... - Saxlandığı yerdə...
Bu gün, 08:50
“Almet” ASC-yə məxsus bina və qurğular İcra Hakimiyyəti tərəfindən söküləcək
Bu gün, 08:47
GÜNÜN FOTOSU: - ÖL, AY KASIB...
Bu gün, 08:35
Dollardan İMTİNA: Azərbaycan nə edəcək? - AKTUAL
Bu gün, 08:30
Prezidentin mesajı: Qələbə sadəcə hərbi deyil, siyasi iradədir - İNCƏLƏMƏ
Bu gün, 08:28
Bağça müəllimlərini söyəni döyən “Kösü” ləqəbli şəxs məhkəmə zalından həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 08:23
"Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
Bu gün, 08:17
İki türk dövləti Ermənistanla eyni layihədə - MALƏSƏF...
Bu gün, 08:13
Bakı istintaqın ən qısa zamanda bitməsini istəyir, Moskva isə.. - Rusiya Azərbaycanı itirir
Bu gün, 08:03
ETN özü rüşvətə RƏVAC VERİR... - "Şirinlik təklif edən kimi yer tapırlar"
Bu gün, 07:57
Şərur rayon mərkəzi xəstəxanasında BAZAR AÇIBLAR - "Məcbur qalıb ödəniş etdim..."
Bu gün, 07:48
Müharibədə qalib, müharibəyə qalib - Bahəddin Həzi yazır...
Bu gün, 07:06
Tramp İstanbul danışıqlarına bu halda qoşulacaq - AÇIQLANDI
Bu gün, 07:03
"Bu barədə parlamentdə danışdım, Sahibə xanım əsəbiləşdi" - Aqil Abbas
Bu gün, 06:30
“Zatulinə psixi yardım lazımdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:23
Avtobus və metroda gedişhaqqı yeniliyi: Qiymət dəyişir? - GƏLİŞMƏ
Bu gün, 06:19
Ərdoğan Rusiya ilə Ukrayna arasında vasitəçi kimi uğur qazana bilər - İsazadə
Bu gün, 05:04
NATO-nun eks-baş katibi Trampı Qrenlandiyaya görə tənqid edib - "Politico"
Bu gün, 04:43
Şəhid atası vəfat etdi
Bu gün, 04:42
Sülh üçün 22 şərt: amma əvvəlcə atəşkəs tələbi - NƏ BAŞ VERİR?
Bu gün, 04:36
Bu qanun məmur təzyiqinə görə qəbul olunmur? - Komitə sədri ekspertlərə cavab verdi
Bu gün, 04:32
Aysel Salamova nazirin müşavirinin həyat yoldaşı imiş - AZCON-da yeni təyinatın sirri
Bu gün, 04:28
Yasamal icra hakimiyyəti HARA BAXIR? - DƏLİXANADIR, VALLAH...
Bu gün, 04:22
“Hədiyyələr” ASC səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Bu gün, 04:18
'Analar Günü' 'ifşa olunan' MAMA... - FOTOFAKT
Bu gün, 04:13
“5-10 ilin məktəb direktorları 100-150 minlik maşın sürür” - FAKT BUDUR!
Bu gün, 04:09
“Şirvanşahlar Residence” Baş nazirin adından istifadə edir? - BU NƏDİ BELƏ?
Bu gün, 04:06
Müəllimlər üçün “imtahan sürprizi” hazırlanır? - AKTUAL
Bu gün, 04:01
“Sumqayıt Tikinti Xidmət” ASC -də səhmdarların toplantısı keçiriləcək
Bu gün, 03:59
4 ildir ki, kompensasiya ala bilmirlər... - GİLEY
Bu gün, 03:56
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı – Azərbaycanlılar üçün çətin vəziyyət
Bu gün, 03:52
İcra başçısı bacanağını bu fakta görə vəzifədən azad edib? - Maraqlı iddia yayıldı
Bu gün, 00:16
"Bir də görürəm ki, 2 saatdır oradayam"
Bu gün, 00:13
Siyasi partiyalar dövlətdən NƏ QƏDƏR MADDİ DƏSTƏK ALIR? - ARAŞDIRMA
Bu gün, 00:11
Azərbaycanda gizli dini şəbəkə təhlükəsi – XƏBƏRDARLIQ
Bu gün, 00:09
PKK da “Artsax”ın yolunu getdi: “Kürd kartı”nın sonu gəldi - AKTUAL
Bu gün, 00:06
Təyyarə terroru ilə araşdırma DALANA DİRƏNİB - GƏLİŞMƏ
Bu gün, 00:03
Neft ölkələri üçün həyəcan təbili - Üçüncü böhran yaranır
Dünən, 19:00
Azərbaycanda 136 min manatlq lizinq şirkəti bağlanır
Dünən, 18:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru