Əli qabarlı neft çalışalanları bu bəhanə ilə İŞDƏN ATILA BİLƏR... - Rəhbərliyin ƏLYERİ vasitəsi...
Tarix: 22-04-2024, 08:39 | Çap et
"SOCAR Təhlükəsizlik İdarəsi rəhbərliyinin, işçini qeyri qanuni işdən azad etmək üçün tədbiq etdiyi "imtahan layihəsi" ölkənin Əmək qanunvericiliyinə ziddir və şirkət tərəfindən qarşısı alınmalıdır!" diaaz.space bildirir ki, bunu öz etirazında Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının eksperti Azər Quliyev ifadə edib. Qeyd edək ki, işçilərə göndərilən mesajın mətni belədir: “Salam hər vaxtınız xeyir olsun. 23.04.2024 cü il tarixində Qara Qarayevdəki insan resurslarıda imtahan olacaq. Məzuniyyətdə olanlarda gəlməlidi hamı bir nəfər kimi gəlib iştirak edin. Kim hansı saatda gəlməlidi qabağında yazılıb. Nə qaranlıq qalsa zəng vurub soruşun. “
"Bununla əlaqədar SOCAR-n Təhlükəsizlik İdarəsi rəhbərliyi və bu siyasətə dəstək verən şirkətin sahə üzrə məsul olan vəzifə sahibləri üçün marifləndirmə!" ekspert Azər Quliyev bildirir:
"Bu idarə tərəfindən işçilərin "Ştatların ixtisarı və işçilərin sayının azaldılması" əsası ilə biliklərinin yoxlanılması və əmək müqaviləsinin ləğv edilməsi barədə 23.04.2024-cü ik tarixlı imtahan qərarını - Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinin pozulması hesab edir. Belə ki: 1."Ştatların ixtisarı və işçilərin sayının azaldılması" əsası ilə işçilərlə bağlanmış əmək müqaviləsinin ləğvi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 77,77, 79 və 80-cı maddələri ilə tənzimlənir. 2.Bu zaman İşçilərin peşəkarlığının müəyyən edilməsi qaydaları konkret olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78.-ci maddəsi ilə müəyyən edilir. 3.Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. 4.İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. 5.✅Bu zaman ( maddə 3,4) işçilərin peşəkarlığı imtahan yolu ilə deyil, işçinin bu günə qədər olan əmək funksiyası və vəzifələrinin yerinə yetirilməsi ilə müəyyən edilir. 6. ✅ İşçilər Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmayan hər hansı bir test imtahanlarında cəlb oluna bilməzlər və onların qiymətləndirilməsi test imtahanları ilə deyil, əmək münasibətlərində olduqları müddətdə əmək naliyyətlərinə və peşəkarlıqlarına görə qiymətləndirilməlidir. Bu hal yalnız Məcəllənin 65-ci maddəsi ilə tənzimlənə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-ci maddəsinə əsasən: İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya 3(üç) ildən bir keçirilir. Sonda: ARƏM Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə məsuliyyət İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar."
diaaz.space bildirir ki, sözügedən məsələyə sıravi neft çalışanları da narazılıqlarını bildiriblər...
*** Ruhi Şahzadə adlı neftçi yazır: Vallah bir dənizçi yoldaşı kimi yaziram. İllerdir evimizdən bilet, imtahan əksik olmur. 40+ yaş üstü insan niyə evdə gecə gündüz dərs, test oxumalıdır. Onsuzda günlərlə üzlərini görmürük , evə gəlir nə yoldaş nə uşaq üzü görmürlər. Orda işleyen her işçi evinin başçısı, evinin kişisidir. Ve o kişiyə evdədə ehtiyyac var. Neft şirketi elə bilirki işçiyə maaş verirəmsə(haqqının azını ödəyir) il 12 ay mənə xidmət eləsin men isteyen vaxtı, cağıran vaxtı men deyən yerdə olsun. Hər kəsin xeyiri var, şəri var, xestesi, hekimi var. Olmaz bele. İmkan vermirlər insanlar rahat yaşasınlar. Borclu, fikirli, qısa ömürlü həyatı birazda qisaldırlar belə etməkleri ilə . Çox şükür yoldaşım hər şeyin qanuni yol ilə təhərini bilir və öz hüquqlarını bəs qədər qoruya bilir. Ancaq şirkət olaraq (bəzi ağıllılar) hər kəsə qanunsuz qanunlarını yeritmək istəyir . Azmış kimi hədə qorxu ilə dahada stresə salıb "Səni perevod edərəm " kimi sözlər ilə şantaj edirler. Işə götürərkən (işçini) qarşısına qoyulan qanun ilə işden çixmalisan qanunu nədənsə onlara sərf edəcək qədər qüvvəyə olur. Və ne qederki bu işde birlik olmayacaq, özbaşınalığın sonu olmayacaq!!!!
***
İdris Əhmədov adlı neftçi yazır: Buna oxşar hadisələr Təhlükəsizlik İdarəsi yaranandan sonra indiyə qədər davam edir. Saysız hesabsız işçilər çıxardıblar, insanları çörəksiz qoyublar. Biz sevindik ki idarə rəisi dəyişdi daha belə hallar baş verməyəcək. Yenə köhnə kadrlar öz ampulalarında işlərinə davam edirlər. Bir fikirləşmirlər hamı çətinliklə dolanır , kreditlə dolanırlar. Mənə ən əsas o maraqlıdı görəsən niyə (hansı maraqdan irəli gəlir) onlarla adamları üsgüçülükdən keçirdib gözlətdirirlər. Əyər ixtisar varsa onları hara yerləşdirəcəklər.
***
Şükür Şükürov adlı neftçi yazır: İdarədən gələn hamısı deyir ki , yüksək maaş alırsınız , elə bil dədələrinin cibindən çıxır .Demirlərki , bu pulun bir hissəsi , 20 - 25 man.yola , ( rayondan gələnlər) ərzağa , dərmana , bəzən gəmi təxirə salınır , günü 25 - 30 manata qastinsada qalmaq . Nələr qazanırsınız - amma gözünüz yenə fəhlədədir.Vallah bucür haqsızlığı Allah da götürməz .İmkan verin sakit işimizi işləyək . Onsuzda hamı problemlər içindədir , hamının banka borcu , xəstəsi , tələbəsi , hərbi xidmətdə olan övladı - hər şeyə də pul .Pulsuz hərbi xidmətdə çəkmək olmur , hər gün uşağından xəbər bilməlisən , yoxsa Allah eləməsin Tərtər hadisələrində olan kimi , xəbər tutarsank, iş işdən keçib . Allah heçkimə göstərməsin .İndi gəlin aldığımız maaşı da , xərclərimizi də , bank , dava - dərman , tələbə , əsgər .Hesablayın nə qalsa verək sizə , əl çəkin...
***
QEYD: narazı işçilərin müraciətlərini olduğu kimi təqdim etdik... hər halda etirazları yetərincə anlaşılır...
Mövzu diqqətimizdədir...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Britaniya Ukraynanın üç şəhərinə TƏHLÜKƏ ELAN ETDİ - "Daily Express"
Bu gün, 03:14 |
|
|
|
• DİQQƏT! Bu sosiskaları almayın! - VİDEO
Bu gün, 03:12 |
|
|
|
• BU NƏDİR BELƏ: “Bunker müəllimləri” uşaqları 500 manata hazırlaşdırır - DƏLİXANADIR, VALLAH...
Bu gün, 03:09 |
|
|
|
• Paşinyan erməni marağına xidmət edir, ədalətli sülhə yox... - BU FAKTDIR!
Bu gün, 02:58 |
|
|
|
• Xainin dəyişməyən xisləti - AKTUAL
Bu gün, 02:55 |
|
|
|
• Zəngəzur dəhlizində kəsişən maraqlar: Ermənistan məcbur qalacaq ki... - GƏLİŞMƏ
Bu gün, 02:52 |
|
|
|
• "Axşam evə qayıdıram, çörəkdən başqa bir şey gətirə bilmirəm..." - Nazirin öz müəllimindən XƏBƏRİ VARMI?
Bu gün, 02:36 |
|
|
|
• Azərbaycanla sərhəddə yeni İran təhlükəsi - AÇIQ DÜŞMƏNÇİLİK...
Bu gün, 02:29 |
|
|
|
• “Yüzminlərin haqqı yenidən pozuldu” – Hüquqşünaslardan yekdil rəy
Bu gün, 02:25 |
|
|
|
• "Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram"
Bu gün, 00:18 |
|
|
|
• İran mollalarının "siyasət sevgisi": Üzrxahlıq əvəzinə təkrarlanan səhv - düşmənin BUYNUZU OLMUR...
Bu gün, 00:16 |
|
|
|
• Ağstafada SEÇKİ BAZARLIĞI... - Başçı özünü çətinə salıb...
Bu gün, 00:14 |
|
|
|
• “Elə özümüzünkünü yetişdir də, xarici aktyoru niyə dəvət edirsən?”
Dünən, 23:54 |
|
|
|
• Elariz Məmmədoğlu kürəkəninin həbsindən danışdı - "Çox qəribədir, niyə soruşmurlar ki..."
Dünən, 23:48 |
|
|
|
• İran Ermənistana qoşun yeridir? - Belə bir proses baş versə...
Dünən, 23:46 |
|
|
|
• Daha bir xanım liposaksiyanın qurbanı oldu - MÜƏMMALI ÖLÜM
Dünən, 23:44 |
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Dünən, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Dünən, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Dünən, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Dünən, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Dünən, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Dünən, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Dünən, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Dünən, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Dünən, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Dünən, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Dünən, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Dünən, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Dünən, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Dünən, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Dünən, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Dünən, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Dünən, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Dünən, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Dünən, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Dünən, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Dünən, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Dünən, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Dünən, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Dünən, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Dünən, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Dünən, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Dünən, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Dünən, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Dünən, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Dünən, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Dünən, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Dünən, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Dünən, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Dünən, 10:23 |
|
|
|
|