Tovuzun icra başçısı şəhid ailəsini get-gələ salıb - NARAZILIQ!
Tarix: 29-03-2021, 08:50 | Çap et
DİA.AZ: - "Prezident İlham Əliyevin şəhid ailələrinə və Qarabağ əlillərinə göstərdiyi diqqət və qayğı göz önündədir. Onların yaşayış mənzilləri ilə , minik avtomobilləri, maddı yardım və işlə təminatı hazırda mərhələ şəklində həyata keçirilir. Sosial problemlərinin həlli hər an diqqət mərkəzindədir. Prezidentin şəhid ailələrinin və Qarabağ əlillərinin maddi rifah halının yaxşılaşdırılması haqqında göstərişi yerlərdə icra başçıları, o cümlədən məmurlar tərəfindən müzakirəsiz yerinə yetirilməlidir. Lakin yerlərdə fəaliyyət göstərən bir çox icra başçıları ölkə rəhbərinin sözlərinə və göstərişlərinə əməl etməməsi, şəhid ailələrinin ərizə və şikayətlərinə laqeyd münasibət bəslənməsi onu göstərir ki, həmin icra başçıları birmənalı şəkildə harınlamışlar. Bu barədə vətəndaşlar tərəfindən Prezident administrasiyasına ünvanlanan çoxsaylı şikayət məktubları da deyilənləri təsdiq edir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Prezident İlham Əliyevin siyasi kursunu yerinə yetirmək bacarığından kənar dayanan, rayonda və bir sıra yerlərdə öz biznesini quran, dövlət mənafeyini kənarda qoyaraq yalnız öz şəxsi mənafeyini güdən icra başçılarından biri də Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovdur. Respublikada Məmməd müəllim “Zəhər Məmməd” kimi də tanınır. İkinci Qarabağ savaşında oktyabr ayının 10 – da şəhidlki zirvəsinə ucalan, Quliyev Ruslan Şəxsəddin oğlunun atası Quliyev Şəxsəddin Həsən oğlu və şəhidin həyat yoldaşı, 3 uşaq anası Quliyeva İlahə Etibar qızı Tovuz Rayon İcra Hakimiyyətinə gedib-gəlməkdən, necə deyərlər əldən düşüblər. Onu da qeyd edək ki, şəhid atası Şəxsəddin Quliyevin bir qardaşı da 1-ci Qarabağ savaşında şəhidlik zirvəsinə ucalıb. Bəs şəhid ailəsinin tələbi nədir? Şəhid Quliyev Ruslanın həyat yoldaşı İlahə Quliyeva Tovuz rayonunun Dondar Quşçu kəndinə gedən magistral yolun sol tərəfində təzə məhəllədə yaşayır. Həmin məhəllədə cəmi 16 ailə məskunlaşıb. Yaşayış evlərinə ən azı 2 km-lik məsafədən nol-faza ilə işıq xətti çəklib. Həmin işıq xətti hec cürə orada yaşayan məhəllə sakinlərini qane etmir. Tez-tez xətdə yaranan qısaqapanmalar və digər pozğunluqlar nəticəsində sakinlərin televizorları, soyuducuları və bir sıra elektrik avadanlıqları yanaraq sıradan çıxır. . Bununla da xeyli maddi ziyana düşürlər. Dövlət təminatında olan şəhid ailəsi və çətin şəraitdə yaşayan dinc sakinlər bəs bu bəladan necə xilas olmalıdır? Bu bəladan xilas olmağın isə bir çarəsi vardır. Həmin təzə məhəllədə məskunlaşmış 15 ailə üçün yalnız transformatorun quraşdırılması kifayət edir. Məhz buna görə şəhid atası Şəxsəddin Quliyev, gəlini İlahə Quliyeva belə bir həlli vacib olan, eyni zamanda icra başçısı və ya işıq idarəsi üçün cüzi bir iş olan məsələ ilə əlaqədar icra hakimiyyətinə ayaq döyməkdən artıq beziblər. Səlahiyyət sahibləri şəhid ailəsinə hər dəfə də müxtəlif bəhanələr gətirir, boğazdan yuxarı söz verirlər. Bəli, bu da Prezidentin Tovuzda olan nümayəndəsunin iç üzü. Əgər Prezidentin tapşırıq və tövsiyyələrini bir icra başçısı yerinə yetirmirsə, bəs həmin icra başçısı kimə və nəyə lazımdır? Nə üçün cəzalandırılmır? Kimdir havadarı? Tovuz sakinləri öz icra baçısından çox narazıdırlar. İcra başçısı Məmməd Məmmədov Tovuz rayonunda ən yararlı torpaq sahələrini dədəmalı kimi əkdirib becərtdirir. Çoxlarının əkin sahəsi susuzluqdan yansa da, Məmməd Məmmədovun sahəsi su ilə “çimizdirilir”. Əldə etdiyi məhsuldan gələn gəlir şəxsi cibinə axır. O, rayonda yalnız özü üçün çalışır. Son illər abadlıq və quruculuq işlərindən kənarda qalan rayonda başlı başını saxlasındır. Doğurdan da, milyonları yeyən bir icra başçısı üçün şəhid ailəsi yaşayan məhəlləyə transformator quraşdırılması eləmi çətindi? Prezidentə qarşı süni narazılıq yaradan Məmməd Məmmədov kimilərinin bu gün icra başçısı kreslosunda oturmağa mənəvi haqqı çatırmı?" İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfin fikirlərini də dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan ordusunun vurduğu rus helikopteri ilə bağlı SENSASİYA: - Həqiqət üzə çıxdı
Bu gün, 18:35 |
|
|
|
• Məşhur bəstəkar Səudiyyə üçün yeni himn bəstələyəcək
Bu gün, 18:29 |
|
|
|
• Hökumənin həyat yoldaşı kompensasiyadan - İMTİNA EDİB
Bu gün, 18:26 |
|
|
|
• "Oleq Bakinski" ilə birgə təqsirləndirilənə 6 milyon manatdan çox mülki iddia qaldırılıb, hər iki şəxs özünü təqsirli bilməyib
Bu gün, 18:24 |
|
|
|
• Paşinyan separatçıları ona görə müdafiə etmir ki... - ŞƏRH
Bu gün, 18:12 |
|
|
|
• "Xaricdə attestatla təhsil almaq istəyən şəxslər üçün müəyyən məhdudiyyətlər tətbiq edilə bilər" – AÇIQLAMA
Bu gün, 18:07 |
|
|
|
• Ermənistanda partiya liderinin oğlu beynəlxalq axtarışa verilib
Bu gün, 17:58 |
|
|
|
• Zahid Orucun referendum açıqlamasına Aydın Mirzəzadədən REAKSİYA – “Gündəmdə olmaq üçün...”
Bu gün, 17:53 |
|
|
|
• Ermənistanın ikibaşlı oyunu: - İrəvan “minalanmış sahə”dən sağ çıxa biləcək?
Bu gün, 17:41 |
|
|
|
• “İndiki gənclər Dilbərin ariyasını ucuz şəkildə ifa edirlər, ciddi vokal dərsləri almırlar”
Bu gün, 17:39 |
|
|
|
• AZAL-a məxsus təyyarənin “Pansir S-1” vasitəsilə vurulması təsdiq edilib - KİV
Bu gün, 17:27 |
|
|
|
• Vəfa Şərifova ilə opera müğənniləri arasında QALMAQAL: - “O kimdir?”
Bu gün, 17:22 |
|
|
|
• Hansı daha savabdır: 10 minə Həccə getmək, yoxsa kasıba yardım? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:19 |
|
|
|
• Cahangir Əsgərovun da “Əməkdar” fəxri adı varmış
Bu gün, 17:09 |
|
|
|
• “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu
Bu gün, 17:08 |
|
|
|
• Bakıdan üzr istəməsi Moskvanı çətinə saldı: - İrəvandan növbəti həmlə
Bu gün, 17:04 |
|
|
|
• “Yelo Bank”a yeni departament rəhbəri təyin edilib - ƏMR
Bu gün, 16:58 |
|
|
|
• Nazirlik Salyan rayonunda 103 minə 3 otaqlı mənzil almaq istəyir
Bu gün, 16:48 |
|
|
|
• Üzeyirin 3 övladı var imiş
Bu gün, 16:45 |
|
|
|
• Kukla teatrına müdir düzəldən rəis HAKİM QARŞISINDA
Bu gün, 16:43 |
|
|
|
• “Oktyabrdan bəri maaşımızı vermirlər” - NARAZILIQ VAR...
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Bu gün, 16:35 |
|
|
|
• Nazirliyin əməkdaşları ilə qalmaqal yaşayan kosmetoloqun məşhur pasiyentləri - SİYAHIDA KİMLƏR VAR?
Bu gün, 16:32 |
|
|
|
• "Hər yoldan ötənə medal verilməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 16:25 |
|
|
|
• Ermənistanın parlament komissiyası Aİ-yə üzvlük prosesinin başlanmasına razılıq verib - KİV
Bu gün, 16:23 |
|
|
|
• Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində nöqsanlar aşkar edib - RƏSMİ
Bu gün, 16:00 |
|
|
|
• ETSN təftiş olundu VƏ... - DETALLAR
Bu gün, 15:55 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyinin büdcədən artıq vəsait alaraq banka depozitə qoyduğu üzə çıxıb - TƏFƏRRÜAT
Bu gün, 15:44 |
|
|
|
• OBA-da hadisə əslində NECƏ OLUB?.. - AÇIQLAMA
Bu gün, 14:15 |
|
|
|
• Ermənistan Qərbin əlində oyuncağa çevrilib - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• Pensiyamız da “özəlləşəcək”: - "Ödədiyimiz pul pensiya yaşına qədər “ölür”..."
Bu gün, 13:58 |
|
|
|
• Fuad Hacıyevin rəhbərlik etdiyi Akademiyanın tenderi ləğv edildi
Bu gün, 13:09 |
|
|
|
• Əyalət mollasından yeni sərsəmləmə
Bu gün, 13:04 |
|
|
|
• Erməni oyunu: aldatmaq istəyən Paşinyan aldandı - Elçin Alıoğlu yazır...
Bu gün, 12:58 |
|
|
|
• Bakıdakı marketdə eşşək südü satılır - QİYMƏT
Bu gün, 12:39 |
|
|
|
• Aktauda təyyarə qəzasında xəsarət alanlardan 4-nün müalicəsi davam edir, 1-nin vəziyyəti ağırdır - BİRGƏ MƏLUMAT
Bu gün, 12:34 |
|
|
|
• Daha bir turizm şirkətindən DƏLƏDUZLUQ - “Səfər baş tutmadı, ödədiyim pulu da geri qaytarmırlar”
Bu gün, 12:30 |
|
|
|
• Tramp Ermənistanla bağlı hansı qərarı verəcək? - Bu sənədlər ləğv edildi
Bu gün, 12:24 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:22 |
|
|
|
• ABŞ-də söz azadlığı: - illüziyaya çevrilən vədlər
Bu gün, 12:20 |
|
|
|
• Dərc olunan stenoqramlar AZAL-ın “qara qutuları”nın materiallarından fərqlənir - Qazaxıstan Baş nazirinin müavini
Bu gün, 12:19 |
|
|
|
• Burdan məhsul sifariş verəndə sanki QEYBƏ ÇƏKİLİR... - GİLEY
Bu gün, 12:18 |
|
|
|
• Roşka yenidən həbs edildi
Bu gün, 12:05 |
|
|
|
• Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu
Bu gün, 12:01 |
|
|
|
• Bank müdirinin məhkəməsində GƏRGİN ANLAR - TƏFƏRRÜAT
Bu gün, 11:54 |
|
|
|
• "Vüsalın söyüşlərini eşidən başqa işçilərdən izahat almadan mənə dedi ki..." - Estetik klinikaların qalmaqallı sahibi məhkəməyə verilir
Bu gün, 11:51 |
|
|
|
• Ermənistan parlamenti gələn ayın əvvəlində Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirəcək
Bu gün, 11:40 |
|
|
|
• AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlana bilər - Kanat Bozumbayev
Bu gün, 11:38 |
|
|
|
• Məşhur iş adamı həbsin bir addımlığında - MƏHKƏMƏ İŞİ
Bu gün, 11:27 |
|
|
|
• Bakıda filmləri xatırladan qəzanı "Avtoyuma Baku"nun işçisi törədibmiş - Qadının avtomobilini qaçırıb
Bu gün, 11:25 |
|
|
|
|