"Biz insanlar qəribəyik..." .....                     Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? .....                     Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi .....                     “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” .....                     Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata .....                     Portaldan yayınmış 455 min manatlıq icarə tenderini .....                     Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi .....                     Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı .....                     Ermənistandan Türkiyəyə: .....                     İlyas İsmayılov komaya düşdü .....                     Səssiz gələn ölüm .....                     Qarabağ qazisi iş tapa bilmir .....                     ABŞ-ın yeni düşmənləri kim olacaq? .....                     Bu il sülh sazişi imzalanacaqmı? .....                     Regiona təhlükə saçacaq xartiya: .....                     “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” .....                     "Avion Travel"in rəhbəri məhkəmə qarşısında .....                     “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu .....                     Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” .....                     4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür .....                     Trampdan “qızıl dövr” anonsu və: .....                     Ümit Özdağ sərbəst buraxılıb .....                     İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib .....                     Bakıda idmançı qohumunu öldürənin cəzası .....                     Naxçıvanda donuzların kökü kəsilib .....                     İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI .....                     "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." .....                     Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? .....                     61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır .....                     Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb .....                     Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ .....                     SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ .....                     Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? .....                     6 azərbaycanlının tarixi bəyanatı: .....                     Zəngəzur planında dəyişiklik: .....                     Azərbaycanda daha bir qurumda kütləvi ixtisar .....                     Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib .....                     Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: .....                     Bakıda ŞOK: ata 3 il övladını zorladı .....                     BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... .....                 

“Evrascon” ASC çətin durumda - Bakıda liman tikən şirkət borc dənizində niyə batdı
Tarix: 10-10-2018, 08:56 | Çap et
“Evrascon” ASC çətin durumda
Azərbaycanın ən böyük inşaat şirkətlərindən biri olan “Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC-nin üzləşdiyi maliyyə çətinlikləri davam edir. Bu barədə redaksiyamıza məlumat verən mənbənin dediyinə görə, şirkətdə əmək haqları aylarla verilmir, yubanma 4-5 aya çatır: “Son aylarda yüzlərlə işçi ixtisara salınıb, hamıya layihələrin bitdiyi, yenilərinin olmadığı deyilir. Hətta deyirlər, bəzi layihələrdə iş yarımçıq saxlanılıb, iş şirkətdən alınıb”.

Mənbənin verdiyi məlumata görə, “Evrascon” ASC-nin Dövlət Sosial Müdafiə Fonduna külli miqdarda borcu yığılıb: “Xəstəlik kağızı alan işçilər üçün ödənişlər aylarla verilmir. Pensiya Fonduna müraciət edəndə deyirlər ki, şirkət aylardır ödənişləri ləngidir, ona görə də fond onun işçilərinin ödənişini vaxtında edə bilmir”.

Məsələ ilə bağlı “Yeni Müsavat”ın suallarını cavablandıran “Evrascon” ASC Direktorlar Şurasının üzvü Namiq Kərimli bildirdi ki, həqiqətən də əmək haqlarının ödənişində müəyyən çətinliklər var: “Etiraf edək ki, bu sahədə müəyyən geriləmə var. Elə bu gün işçilərin əmək haqları kartlarına köçürülüb. Ondan sonra haradasa 2 aylıq əmək haqqı borcumuz var”.

İxtisarlara gəlincə, N.Kərimli qeyd etdi ki, söhbət bir sıra başa çatmış layihələrin icrasına müvəqqəti cəlb olunmuş işçilərdən gedir: “Məsələn, Ələt dəniz limanının tikintisi başa çatdı. Ora müvəqqəti əsaslarla cəlb etdiyimiz işçilərlə müqavilələrin müddəti başa çatıb. Haradasa 2 min nəfərə yaxın adam işləyirdi orada. Bakı-Astara yolunun tikintisi də demək olar ki, yekunlaşıb. Bu layihələrdə işləyən mütəxəssisləri digər layihələrə yönləndirmişik, qalanlarla işi dayandırmışıq”.

N.Kərimlinin dediyinə görə, “Evrascon” hazırda iki dövlət əhəmiyyətli layihənin icrasına başlayıb: “Bunlardan birincisi Azərbaycan-Rusiya sərhədində DSK adlı yerdə körpünün tikintisidir. Digəri isə Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 60 kilometrini biz inşa edirik. Hazırda bu layihələrin icrası istiqamətində ciddi iş gedir”.

DSMF-yə borcun yığılmasına gəlincə, şirkət rəsmisi bunun yanlış olduğunu qeyd etdi: “Bizim dövlət qurumlarına hər hansı borcumuz yaranan kimi hesablarımıza sərəncam qoyulur. Sosial Müdafiə Fonduna da həmçinin. Bizim bu quruma borcumuz yığılmayıb, bu, həqiqətə uyğun deyil”.

Xatırladaq ki, Ələtdə yeni və müasir tipli dəniz limanının tikintisi ilə bağlı işlərə 2007-ci ildən başlanıb. Ötən illər ərzində tikinti işlərində xeyli ləngimələr qeydə alınıb. Belə ki, hələ 2008-ci ildə sabiq nəqliyyat naziri Ziya Məmmədovun mətbuata verdiyi açıqlamada limanın birinci mərhələsinin 2008-2011-ci, ikinci mərhələnin 2011-2013-cü, üçüncü mərhələnin isə 2013-2015-ci illəri əhatə edəcəyi, tikinti işlərinə bütövlükdə təqribən 400 milyon ABŞ dolları sərf olunacağı bildirilmişdi. Liman kompleksi akvatoriyasında dibdərinləşdirmə işləri istisna olmaqla, bütün işlər “Evrascon” ASC-yə həvalə olunub. Lakin işlər ciddi şəkildə yubanıb, ona çəkiləcək xərclər də artıb. 2008-ci ildə elan edilən 400 milyon dollar (təxminən 300-320 milyon manat) 2012-ci ildə 870 milyon manata çatıb. ASC-nin İdarə Heyətinin sədri Manaf Şirinov özü də Ələt Limanının tikintisi ilə bağlı işlərdə problem yarandığını təsdiq edib. O, 2015-ci ilin yekunları ilə bağlı səhmdar cəmiyyətin səhmdarlarının yığıncağında bildirib ki, limanın tikintisi ilə bağlı 2014-cü il üçün görülən işlərə sərf olunacaq 50 milyon manatı ona büdcədən 2015-ci ilin may-iyun aylarında ödəyiblər. Bu üzdən də ASC layihə üzrə işləri davam etdirmək üçün dollar və avro ilə kreditlər götürüb.

2017-ci ilin yanvarında hökumət müşavirəsindəki çıxışında ölkə prezidenti İlham Əliyev Ələt limanının tikintisindəki yubanmanı kəskin tənqid edib. Bildirib ki, tikintinin birinci mərhələsinin başa çatması ilə bağlı qrafikə əməl olunmayıb: “Bəzi icraçılar bu məsələyə çox laqeyd yanaşmışlar, baxmayaraq ki, dövlət vəsaiti ayrılıb, 2016-cı ildə o vəsaitdən tam istifadə edilməyib. Bu, dözülməzdir. Ona görə əgər o məsuliyyəti dərk etmirlərsə, əgər dövlətin verdiyi sifarişi yerinə yetirməyə laqeydlik göstərirlərsə, bundan sonra dövlət sifarişlərindən məhrum ediləcəklər, qoy bunu bilsinlər. Ona görə bu ilin payızına qədər Ələt Beynəlxalq Dəniz Limanının birinci mərhələsi bütün avadanlıqlarla, kranlarla təmin edilməlidir, əks halda, özlərindən küssünlər”.

Prezidentin çıxışından sonra Ələt limanının tikintisinə nəzarət Nəqliyyat Nazirliyindən alınaraq İqtisadiyyat Nazirliyinə verilib və bundan sonra işlər sürətləndirilib.

Qeyd edək ki, “Evrascon” ASC-nin baş nazirin sabiq müavini Abid Şərifova bağlı olduğuna dair mətbuatda çoxsaylı məlumatlar yer alıb. Hətta A.Şərifovun həyat yoldaşı Sədayə Yaqub qızının “Evrascon” ASC-nin səhmlərinin 22 920 ədədinin (nizamnamə kapitalının 12,15 faizi) mülkiyyətçisi olduğu deyilir. A.Şərifovun vəzifədən uzaqlaşdırılması ilə şirkətin vəziyyətinin də pisləşdiyinə dair informasiyalar dolaşmaqdadır. Hətta bu ilin iyulunda şirkətin İdarə Heyətinin sədri Manaf Şirinov prokurorluq orqanları tərəfindən həbs edilib. Bununla bağlı Baş Prokurorluğun yaydığı məlumatda həbsin qum-çınqıl yataqlarından qanunsuz istifadə, qanunsuz sahibkarlıq və sairlə bağlı olduğu qeyd edilib. Əldə etdiyimiz məlumata görə, M.Şirinov qısa müddətdən sonra həbsdən azad olunub, hazırda “Evrascon” ASC-dəki işinin başındadır.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Biz insanlar qəribəyik..."
Bu gün, 00:51
Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48
Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45
“Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42
Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05
Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02
Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28
Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22
Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47
İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45
Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12
Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09
ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27
Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24
Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00
“Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58
"Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37
“Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31
Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19
4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15
Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06
Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58
İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57
Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40
Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35
İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29
"Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24
Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18
61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06
Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03
Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53
SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47
Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38
6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35
Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31
Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28
Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20
Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17
Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12
BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02
Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53
"Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:51
Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Dünən, 15:49
“Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
Dünən, 15:48
Bakıda məşhur iş adamı həbs olundu - Xəzinadarı 20 min manatını oğurlamışdı
Dünən, 15:40
“MTN işi” üzrə zərərçəkənlər etiraz edir - FOTO
Dünən, 15:38
Diqqət sərhəddə: - Erməni ordusu "Əskipara üçbucağı"ndan çıxsa...
Dünən, 15:29
Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə Prezident İlham Əliyevə təşəkkür edib
Dünən, 15:27
Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: - Milyon dollar qazanıb
Dünən, 15:18
Azərbaycan ÜST-dən çıxacaq? - AKTUAL
Dünən, 15:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru