Qüdrət Şükürov zəngin əmlakını, banklardakı milyonlarını kimlərin adına keçirib? - İLGİNC
Tarix: 6-10-2018, 10:20 | Çap et
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) “Lifttəmir” İstehsalat Birliyində yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə - xüsusi ilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb. Məlum olub ki, Qüdrət Şükürovun işdən qovulması baş prokuror Zakir Qaralovun təqdimatı əsasında baş tutub. Baş prokurorun bu haqda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edən Eldar Əzizova müvafiq müraciətindən sonra “baş liftçi” işdən qovulub. Eyni zamanda Baş Prokurorluğun istintaq qrupu “Lifttəmir” İstehsalat Birliyində müvafiq yoxlamalara başlayıb.
Bu arada Qüdrət Şükürovun işdən azad ediləndən sonra ölkədən getməsi haqda xəbərlər də yayılıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Report”a Q.Şükürovun ölkəni tərk etməsi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib. “Lifttəmir” İstehsalat Birliyində müvafiq yoxlamaların başladığını da xidmət rəhbəri təsdiq edib.
Belə xəbərlər var ki, işdən qovulandan sonra Qüdrət Şükürova yaşadığı ünvanı tərk etməmək haqda xəbərdar edilib, ondan iltizam alınıb. Qüdrət Şükürovun adı illərdir ki, liftlərlə bağlı maxinasiyalarda və korrupsiyada hallanır. Onun sərvəti, ailə üzvlərinin dəbdəbəli həyat tərzi haqda da məlumatlar illərdir ki, mətbuatın gündəmindən düşmür. Bakıda liftlərin durumu hər ötən il pisləşdiyi göz önündə ikən “baş liftçi”nin varidatı əksinə, artıb. 500-600 manat məvacib alan bir məmurun dünyanın dörd bir tərəfində, Türkiyədə, Avropada, Rusiyada mal-mülk alması, banklardan milyonlarla pul çəkməsi xəbərləri də var. Ən son məlumatlar isə belədir ki, Qüdrət Şükürov mülk-mülklərini, bank hesablarındakı vəsaitləri müxtəlif şəxslərin adına keçirib.
“Yeni Müsavat”a daxil olan məlumatlarda Qüdrət Şükürovun mal-mülklərini Azərbaycan vətəndaşları İlqar, Aynur, Xuraman, Gumaş Ramazanovların adına keçirməsi iddia edilir. Bildirilir ki, Qüdrət Şükürov Xətai rayonunda yerləşən “Women’s secrets” gözəllik salonu, “Bank of Baku”dakı çox böyük məbləğdə vəsaitlər, Bakıdakı çoxsaylı mənzillər, bağ evləri, bahalı nəqliyyat vasitələri də Ramazanovların adına rəsmiləşdirilib.
Bu iddianın ortada olması onu deməyə əsas verir ki, Qüdrət Şükürov vəzifədən çıxarıla biləcəyini, müvafiq olaraq istintaqa cəlb olunma ehtimalını göz altına alıbmış. Və ya mümkündür ki, Qüdrət Şükürov əmlakının izinin itirilməsinə adı ABŞ-ın Xarici Korrupsiyaya qarşı Mübarizə Aktını pozulması ilə müşayiət olunan korrupsiya cinayətinə qarışandan sonra başlayıb. Tələsik adındakı mal-mülkü başqalarının adına keçirməklə əlindən çıxmasını önləməyə çalışıb.
Sentyabrın 15-də ABŞ-ın Qiymətli Kağızlar Komitəsi (SEC) “United Technologies Corporation” şirkətini 13 milyon 400 min dollar cərimələyib. Buna səbəb şirkətin törəmə müəssisəsi olan “Otis Elevator Co.” lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı “Liftremont” kimi gedir) rüşvət verilməsidir. Bu haqda Azərbaycan mətbuatında, “Yeni Müsavat” qəzetinin 18 sentyabr tarixli sayında (https://musavat.com/news/abs-da-baslanmis-liftremont-korrupsiya-qalmaqali-boyudu-sensasion-gelisme_556417.html?d=1 ) “ABŞ-da başlanmış ”Liftremont" korrupsiya qalmaqalı böyüdü - sensasion gəlişmə" sərlövhəli yazı dərc olunub. Bundan sonra Qüdrət Şükürovun keçmiş qudası, Azərbaycan vətəndaşı Rəfael Əsgərov bir neçə dövlət qurumu ilə yanaşı ABŞ-ın ölkəmizdəki səfirliyinə də müraciət ünvanlayıb. O, müraciətində olduqca ilginc məqamlara toxunub, bu qalmaqallı korrupsiya cinayətinin hərtərəfli araşdırılması üçün ifadə verməyə hazır olduğunu bəyan edib.
Onun müraciətlərindən biri də baş prokuror Zakir Qaralovun adına yazılmışdı. Yada salaq ki, SEC-in saytında yer alan məlumatda bildirilir ki, “Otis Elevator Co.” Bakının dövlət balansında olan binaları liftlə təchiz etmək üçün Bakı Lift-Təmir İstehsalat Birliyinin məmurlarını rüşvətlə ələ alıb. SEC şirkətə qarşı təhqiqatı daxili administrativ sərəncam çərçivəsində aparıb və işin məhkəməyə göndərilməməsi üçün “United Technologies Corporation”a cərimə ödəməyi təklif edib. Şirkət təkliflə razılaşıb və 13 milyon 900 min dolları dövlətə ödəyib. Bununla da korrupsiya sxemini üzə çıxaran təhqiqatın nəticələrini qəbul etmiş olub.
SEC-in məlumatında qeyd edilir ki, 2012-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti şəhərin ictimai yaşayış binalarının yeni liftlərlə təchiz edilməsinə dair tender elan edib. “Otis Elevator Co.” bu tenderi udmaq üçün Bakı Lift Təmir İstehsalat Birliyinin rəhbərliyinə rüşvət verməyə razılaşıb. Rüşvətin verilməsi və liftlərin alınması üçün kağız üzərində subpodratçı şirkətlər və vasitəçilər üzərindən qurulmuş sxemdən istifadə olunub. İlk sxem 2012-ci ilin martında “Otis Rusiya” şirkəti tərəfindən liftlərin Bakı Lift-Təmir İstehsalat Birliyinə birbaşa satışı ilə bağlı olub. Bu sövdələşmənin həcmi 1.8 milyon dollar olub və məbləğin az qala yarısını “şapka” kimi İstehsalat Birliyinin rəhbərliyinə ötürüblər. Eldar Əzizovun məlum qərarına qədər İstehsalat Birliyinin rəisi vəzifəsini Qüdrət Şükürov tuturdu.
Qüdrət Şükürovun bu korrupsiya əməli qızının ikinci dəfə dəbdəbəli toyla ərə getməsi xəbərlərindən sonra üzə çıxdı. Şükürovun keçmiş qudası Rafael Əsgərov onun korrupsiya əməlləri barədə faktları yerli KİV-lərə, xüsusən “Yeni Müsavat”a ötürdü, habelə müxtəlif dövlət orqanlarına yazdı.
O, müsavat.com-a bildirirdi ki, 2013-cü ilin aprelində Q.Şükürovun təklifi ilə birlikdə Moskvaya gediblər. Həmin səfərdə Q.Şükürov içki məclisindən sonra Moskvada yaşayan bir erməni ilə əlaqə saxlayıb. Həmin erməni Vardan Avakyan olub: “OTİS” lift zavodunun rəhbərliyində təmsil olunan V.Avakyana Q.Şükürov özünü qeyri-azərbaycanlı kimi təqdim etməklə onunla görüşmək istədiyini deyib. Növbəti gün isə onunla görüşə gedib. R.Əsgərov yazıb ki, ermənilərin işğal etdiyi Qubadlıdandır və həmin vaxt qudası ilə erməninin görüşünə getməkdən imtina edib. Həmin görüşdən sonrakı günlərdə qudalar Moskvadan İstanbula uçublar. Q.Şükürov qudasına deyib ki, “OTİS” zavodu ilə müqavilə bağlayıb. İstanbulda olarkən qudalar ən bahalı yaşayış massivlərindən birinə - “Qoru-Floriya”ya gediblər. Orada Q.Şükürov hər birinin qiyməti 850 min dollar olan iki 4 otaqlı tam təmirli, içində bahalı mebelləri olan mənzil alıb. Mənzillərə görə ödənilən 1 milyon 700 min pulu “OTİS”in işçisi Andrey adlı şəxs “Qoru-Floriya”ya köçürüb. Sitat: “Bu, mənim gözlərimin qarşısında baş verdi. Mən ümumi söhbətlərdən başa düşdüm ki, həmin pul ”otkat"dır".
Rəfael Əsgərov Qüdrət Şükürovun “otkat”ları haradan, hansı yollarla alması haqda da bilgilərə malikdir. ABŞ-da bu qalmaqallı korrupsiya işi ilə bağlı araşdırmalardan xəbər tutunca böyük korrupsiya cinayəti ilə bağlı şahid qismində ifadə vermək üçün olduqca ciddi addımlar atıb. 1 həftə əvvəl Rəfael Əsgərov ABŞ-ın ölkəmizdəki səfirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və baş prokurora sensasion məktub ünvanlayıb. O, şahid qismində ifadə vermək üçün Azərbaycan hüquq-mühafizə orqanları ilə yanaşı ABŞ-ın müvafiq dövlət qurumlarına da bildiyi və şahidi olduğu böyük korrupsiya qalmaqalı ilə bağlı məluma verməyə hazır olduğunu bəyan edib.
Rəfael Əsgərov “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində belə bir müraciət etdiyini təsdiqləmişdi. Demişdi ki, sentyabrın 17-də Azərbaycanın Baş Prokurorluğunda, Bakı Şəhər İcra Hakimiyyətində və ABŞ-ın ölkəmizdəki səfirliyində olub, hər 3 ünvana müvafiq rəsmi müraciətini təqdim edib. Rəfael Əsgərov həmin müraciətində vurğulayırdı ki, Azərbaycan KİV-ləri (musavat.com, virtualaz.org) yazırlar ki, SEC-in rəsmi saytında buna səbəb kimi şirkətin törəmə müəssisəsi olan “Otis Elevator Co.” lift istehsalı şirkəti tərəfindən Bakı Lift-Təmir İstehsalat Birliyinə (SEC-in sənədlərində bu müəssisənin adı “Liftremont” kimi gedir) rüşvət verilməsindən yazıb.
Qüdrət Şükürovun qızı, vaxtilə Rəfael Əsgərovun gəlini olmuş Aysel Şükürova atasının işdən çıxarılması və istintaqa cəlb edilməsi ilə bağlı mətbuat nümayəndələrinin suallarına söyüşlə cavab verib. Onu da qeyd edək ki, hazırda Nərimanov Rayon Məhkəməsində hakim İslam Qurbanovun sədrliyi ilə Qüdrət Şükürovun eks və hazırkı kürəkənlərinin işi üzrə məhkəmə prosesi davam edir.
İttiham aktında yazılanlara görə, Elşən Əsgərli keçmiş arvadı, Aysel Şükürovanın indiki əri Oktay Əhmədova qarşı xuliqanlıq edib. İttiham aktında yer alan məlumatlara görə, o, xuliqanlıq edərkən dostları yanında olublar. 7 yanvar 2017-ci il tarixdə Nərimanov rayonu, 2-ci Sülh döngəsi küçəsində yerləşən avtomobil dayanacağında baş verən mübahisə zəminində Oktay Əhmədova zor tətbiq edildiyi qeyd olunur. Elşən Əsgərlinin atası Rafael Əsgərov “Yeni Müsavat”a demişdi ki, əslində döyülən də, iş üzrə təqsirləndirilən şəxs statusuna gətirilən də onun oğludur. Sadəcə, Qüdrət Şükürov əldə etdiyi milyonlar hesabına indiki kürəkənini zərərçəkənə, keçmiş kürəkənini isə təqsirləndirilən şəxsə çevirə bilib...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Biz insanlar qəribəyik..."
Bu gün, 00:51 |
|
|
|
• Vətəndaşların bank kartlarını talayan dəstəni kim himayə edir? - AKTUAL
Bu gün, 00:48 |
|
|
|
• Gürcülərin diqqəti Ağ Evə yönəldi: həm iqtidar, həm müxalifətin Tramp ümidi - GƏLİŞMƏ
Bu gün, 00:45 |
|
|
|
• “Orta məktəbi güclə bitirib, qabağına aparat qoyub yazıb ki, “həkim-lazeroloq!” - MALƏSƏF...
Bu gün, 00:42 |
|
|
|
• Zəngilanda inzibati bina tikintisi 5,2 milyon manata - BAŞA GƏLƏCƏK
Bu gün, 00:05 |
|
|
|
• Portaldan yayınmış 455 min manatlıq icarə tenderini - BU ŞİRKƏT UDDU
Bu gün, 00:02 |
|
|
|
• Zaqatala xəstəxanasına yeni baş həkim təyin edildi - ƏMR
Dünən, 22:28 |
|
|
|
• Qazax rayon sakininin sosial şəbəkədə etdiyi videomüraciət həllini tapdı
Dünən, 22:22 |
|
|
|
• Ermənistandan Türkiyəyə: - Dərindən kədərlənirik!
Dünən, 21:47 |
|
|
|
• İlyas İsmayılov komaya düşdü - "Vəziyyəti ağırdır..."
Dünən, 21:45 |
|
|
|
• Səssiz gələn ölüm - Onunla zarafat etmək olmaz
Dünən, 21:12 |
|
|
|
• Qarabağ qazisi iş tapa bilmir - "Vəziyyətim son dərəcə çətindir..."
Dünən, 21:09 |
|
|
|
• ABŞ-ın yeni düşmənləri kim olacaq? – Geosiyasi vəziyyət dəyişir
Dünən, 20:27 |
|
|
|
• Bu il sülh sazişi imzalanacaqmı? - AKTUAL
Dünən, 20:24 |
|
|
|
• Regiona təhlükə saçacaq xartiya: - Tramp Baydenin Ermənistan səhvini düzəldəcək?
Dünən, 19:00 |
|
|
|
• “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...” - ŞƏRH
Dünən, 18:58 |
|
|
|
• "Avion Travel"in rəhbəri məhkəmə qarşısında - Yarım milyonluq dələduzluq işi
Dünən, 18:37 |
|
|
|
• “Lider” idman klubunun sahibi vəkilin pulunu vermədi, məhkəməlik oldu - TƏFƏRRÜAT
Dünən, 18:31 |
|
|
|
• Azərbaycana qarşı təxribat: “Paşinyan qarşısını almasa...” - GƏLİŞMƏ
Dünən, 18:19 |
|
|
|
• 4 milyon manatlıq “Medistyle” nizamnamə kapitalından geri götürür
Dünən, 18:15 |
|
|
|
• Trampdan “qızıl dövr” anonsu və: dünya siyasətində dəyişiklik gözləntisi
Dünən, 18:06 |
|
|
|
• Ümit Özdağ sərbəst buraxılıb
Dünən, 17:58 |
|
|
|
• İsrail Ordusunun Baş Qərargah rəisi istefa ərizəsi verib
Dünən, 17:57 |
|
|
|
• Bakıda idmançı qohumunu öldürənin cəzası 5 il azaldıldı
Dünən, 17:40 |
|
|
|
• Naxçıvanda donuzların kökü kəsilib – Rəsmi statistika
Dünən, 17:35 |
|
|
|
• İmişlidə qəza zamanı xəsarət alan məktəblinin vəziyyəti AÇIQLANDI - DURUMU AĞIRDIR...
Dünən, 17:29 |
|
|
|
• "Şirkətin günahkar olduğu təsdiqlənib, AMMA..." - NARAZILIQ VAR...
Dünən, 17:24 |
|
|
|
• Ermənilər sərhəddə yeni təxribat törətməyə hazırlaşırlar? - “Hraparak”
Dünən, 17:18 |
|
|
|
• 61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR
Dünən, 17:06 |
|
|
|
• Bakıda burun əməliyyatında ölən qadınla bağlı məşhur həkim saxlanılıb - MƏHKƏMƏSİ OLACAQ
Dünən, 17:03 |
|
|
|
• Tamara Nurəliyeva vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Dünən, 16:53 |
|
|
|
• SOCAR-ın Daxili Audit İdarəsinin rəisinin başı CƏNCƏLDƏ - TƏFƏRRÜAT
Dünən, 16:47 |
|
|
|
• Korrupsiyaya görə tutulanlar YAP-da qalırlar? - AÇIQLAMA
Dünən, 16:38 |
|
|
|
• 6 azərbaycanlının tarixi bəyanatı: - Son bir ildə Bakı üçün nələr dəyişdi?
Dünən, 16:35 |
|
|
|
• Zəngəzur planında dəyişiklik: - “İrəvan kobud səhvə yol verdi”
Dünən, 16:31 |
|
|
|
• Azərbaycanda daha bir qurumda kütləvi ixtisar - Səbəb nədir?
Dünən, 16:28 |
|
|
|
• Lavrov erməni həmkarına İrəvana səfər edəcəyini vəd edib
Dünən, 16:20 |
|
|
|
• Hərbi cinayətlərdə təqsirləndirilən ermənilərin məhkəməsində zərərçəkənlər danışır: - Onlara layiq olduğu cəzanı vermək lazımdır
Dünən, 16:17 |
|
|
|
• Bakıda ŞOK: ata 3 il övladını zorladı - AĞIR CƏZA
Dünən, 16:12 |
|
|
|
• BU NƏDİ BELƏ: Müştərini rəsmən ƏSİR GÖTÜRDÜLƏR... - TƏFƏRRÜAT
Dünən, 16:02 |
|
|
|
• Xankəndidə Quru Qoşunlarının əməliyyat müşavirəsi keçirilib
Dünən, 15:53 |
|
|
|
• "Ermənistan rəhbərliyi istəyir ki, ölkədəki mövcud Rusiya hərbi bazasını NATO hərbi bazası ilə əvəzləsin" - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:51 |
|
|
|
• Lavrovla Mirzoyan arasında mətbuat konfransı zamanı maraqlı dialoq yaşanıb
Dünən, 15:49 |
|
|
|
• “Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? - Ekologiya nazirliyi məsələ ilə bağlı açıqlama verəcəkmi..
Dünən, 15:48 |
|
|
|
• Bakıda məşhur iş adamı həbs olundu - Xəzinadarı 20 min manatını oğurlamışdı
Dünən, 15:40 |
|
|
|
• “MTN işi” üzrə zərərçəkənlər etiraz edir - FOTO
Dünən, 15:38 |
|
|
|
• Diqqət sərhəddə: - Erməni ordusu "Əskipara üçbucağı"ndan çıxsa...
Dünən, 15:29 |
|
|
|
• Fərid Səfərlinin anası oğlunun azadlığa çıxmasına görə Prezident İlham Əliyevə təşəkkür edib
Dünən, 15:27 |
|
|
|
• Ukrayna ordusunun baş psixiatrı saxlanıldı: - Milyon dollar qazanıb
Dünən, 15:18 |
|
|
|
• Azərbaycan ÜST-dən çıxacaq? - AKTUAL
Dünən, 15:16 |
|
|
|
|