"Ancaq təəssüflər olsun ki, yaradılan komissiyanın..." - GİLEY
Tarix: 13-02-2018, 08:44 | Çap et
Son illər Azərbaycan hökuməti qeyri-neft sektorunun inkişafına xüsusi diqqət ayırıb. Xüsusən turizm və kənd təsərrüfatı sahələrinə dövlətin tətbiq etdiyi vergi güzəştləri və subsidiyalar bu sahələrdə çalışan insanlara ciddi dəstək verməkdədir. Ancaq təəssüflər olsun ki, kənd təsərrüfatı sektorunda hələ də ciddi problemlər qalmaqdadır. Kənd təsərrüfatı sektorunda bəzən müəssisə rəhbərləri strukturun yuxarı instansiyalarında çalışan məsul şəxslərlə əlbir olaraq dövlətin mal-mülkünü talan edirlər. Bu cür neqativ hallardan biri də Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsində baş verir. Bir qrup Beyləqan rayon sakini-İsmayılov Əlyar Qulam oğlu, Sadıqov İbadət Hidayət oğlu, Hüseynov Qənimət Bahadur oğlu, Əsədov Ceyhun Qəhraman oğlu, Abbasquliyev Müslüm Əsədulla oğlu, Əliyev Əliyəddin Nuru oğlu və Quliyev Xaliq Xosrov oğlu qarşılaşdıqları haqsızlıq və qanunsuzluqlara, korrupsiya hallarına göz yuma bilməyərək Qlobal.az-a müraciət edib. Saytımızın ötən sayında (http://qlobal.az/nazirliyin-sbe-mudiri-ile-muessise-direktoru-korrupsiyada-ittiham-olunur-vitse-prezidente-sensasion-sikayet/#.WoHbcyXFLIU) Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən Beyləqan rayon sakinləri ölkənin ən böyük aqrar müəssisələrindən biri olan Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsində baş verən korrupsiya hallarından şikayət edirdilər. Qlobal.az-a ünvanladıqları bu dəfəki məktubda isə şikayətçilər yaranmış acınacaqlı durumla yerində tanış olmaq və lazımi hüquqi ölçü götürülməsi üçün Azərbaycan Prezidentinin Aqrar siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Azər Əmiraslanovu Beyləqan rayonuna, Beyləqan rayon Kənd Təsərrüfatı İstehsalı Müəssisəsinə dəvət edirlər. Qlobal.Az şikayət məktubunu olduğu kimi təqdim edir: "Hörmətli Azər müəllim! 2016-cı ilin aprel ayında Kənd Təsərrüfatı Nazirliyinin əmri ilə Beyləqan rayonunda "Xətai” adına MMC ilə "Dostluq” MMC birləşərək yerində Beyləqan rayon Kənd Təsərrüfatı istehsalı Müəssisəsi yaradılmışdır. Bu idarə ləğv olunmuş təsərrüfatların hüquqi varisidir. Müəssisəyə direktor ləğv olunmuş "Xətai” MMC-nin rəhbəri Çərkəz Şirinov təyin edilmişdir. Həmin gündən biz "Dostluq” MMC-nin işçilərinin qara günləri başlamışdır. Birləşmə zamanı direktor təyin olunan bu adam təyin olunduğu gündən öz qohum-əqrabasını, tanışlarını, müəssisədə heç vaxt işləməmiş şəxsləri işə götürmüş, hətta başqa iş yerləri olan şəxsləri işə götürməyinə baxmayaraq, "Dostluq” MMC-nin heç bir yerdən gəliri olmayan, tək dolanışıq yerimiz bu idarə olan bizləri işdən çıxartmışdır.
Dəfələrlə Kənd Təsərrüfatı nazirliyinə şifahi və yazılı müraciət etsək də, nazirliyin idarə rəisi Tofiq Qocayev bu məktubların nəticəsiz qalması üçün əlindən gələni edir. Şikayətlərimiz əsasında hömətli nazir Heydər Əsədov müəssisəni yoxlamaq üçün komissiya təşkil etdi. Ancaq təəssüflər olsun ki, yaradılan komissiyanın obyektiv araşdırma aparmasına Tofiq Qocayev ciddi əngəl yaratdı. Kiçicik bir araşdırma apartdırsanız bu iki şəxsin birləşərək yeni yaradılan müəssisəni necə talan etdiklərini görəcəksiniz. Hörmətli Azər müəllim! Sizə tam əminliklə deyirik ki, yarandığı gündən 500 hektar taxıl, 650 hektar pambıq, 200 hektara yaxın yonca sahəsi, dövlət dəstəyi ilə alınan yüz minlərlə manat subsidiya əlinin altında olan Çərkəz Şirinov heç bir qanunları tanımır, orta təhsilli baş mühasiblə bu vəsaitləri saxta yollarla mənimsəməklə məşğuldur. Cənab Prezidentimiz məhtərəm İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xalqımızın rifahı, dövlətimizin inkişafı naminə yürütdükləri uğurlu iqtisadi siyasəti Çərkəz Şirinov, Tofiq Qocayev kimi şəxsi maraqlarını, ciblərini düşünən adamlar kölgə altına salır. Sizin nəzərinizə Tofiq Qocayevlə Çərkəz Şirinovun mütəşəkkil maxinasiyalarından kiçiçik rəqəmlər çatdıraq: bu il taxılın Respublika üzrə göstəricisi 30-35 sentner olduğu halda müəssisədə 18 sentner, pambığın 20-30 sentner olduğu halda 12 sentner, hər 100 baş qaramaldan 100 başa bala alındığı halda 30 bala, hər yüz qoyundan 80 bala alındığı halda 25-30 bala kimi rəsmiləşdirilmişdir. Hörmətli Azər müəllim! Ötən ayın - yanvarın 29-da Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfrans keçirildi. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının da iştirak etdiyi bu konfransda ölkəmizin müxtəlif yerlərindən olan sahibkarlar nail olduqları uğurlardan danışdılar. O sahibkarların arasında elələri var idi ki, rəhbərlik etdikləri aqrar müəssisələr nə texnika, nə əkib-becərdikləri torpaqları, nə də ki, mal-qaraları baxımından Beyləqan rayon Kənd Təsərrüfatı istehsalı Müəssisəsi ilə müqayisə edilməzdilər. Necə ola bilir ki, bu cür xırda müəssisələrin rəhbərləri əldə etdikləri uğurlar barədə konfransda iştirak çıxış edərək məlumat verirlər, amma min hektarlarla torpağı olan müəssiənin rəhbəri iştirak etmir? Cavabı sadədir. Çünki Çərkəz Şirinovla Tofiq Qovayevin qara-qura əməlləri sayəsində bu müəssisənin sadəcə adı qalıb. Məhv edilib bu müəssisə. Hörmətli Azər müəllim! Siz cənab Prezidentimiz İlham Əliyevin ölkəmizdə apardığı uğurlu aqrar siyasətə birbaşa məsul olan şəxssiniz. Dəfələrlə ölkəmizin müxtəlif regionlaına səfər edərək görülən işlərlə şəxsən tanış olursunuz. Biz Sizin fəaliyyətinizi dəyərləndirir və Sizi Beyləqan rayonuna dəvət edirik. Xahiş edirik gəlin Beyləqan rayonuna, Beyləqan rayon Kənd Təsərrüfatı istehsalı Müəssisəsində baş verən maxinasiyaları şəxsən görün. Əminik ki, bizim səsimizə səs verəcəksiniz". Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Dünən, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Dünən, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Dünən, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Dünən, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Dünən, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Dünən, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Dünən, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Dünən, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Dünən, 10:50 |
|
|
|
|