Fazil Məmmədovun çevrəsində çaxnaşma - ölkədən çıxardığı pullar sabiq nazirdən geri istənilir
Tarix: 26-12-2017, 08:36 | Çap et
Sabiq vergilər naziri Fazil Məmmədovun yüksək vəzifə tutarkən topladığı var-dövlətin əlindən çıxarılması prosesi başlanıb. Onun yaxın çevrəsindən olan şəxslər vasitəsilə xaricdə qurduğu biznesə dair materialların ictimailəşməsindən sonra Azərbaycanda F.Məmmədovun özünə, yaxın qohumlarına və adamlarına məxsus olan daşınar və daşınmaz əmlakların əl dəyişiminə start verilib. Birbaşa sabiq nazirlə bağlı olan bir çox iri şirkətlərdə, müəssisələrdə qeyri-müəyyənlik yaranıb, müəssisələrə rəhbərlik edən şəxslərin çoxu işə çıxmır.
Əldə etdiyimiz məlumata görə, qeyri-rəsmi şəkildə sabiq nazirin vəsaiti, maddi dəstəyi ilə yaradılan obyektlərdə də eyni vəziyyət hökm sürməkdədir. F.Məmmədovun özü üçün də gözlənilməz olan işdən çıxarılma qərarının onun yaxın çevrəsində əməlli-başlı şok effekti yaratdığı deyilir.
Qeyd edək ki, F.Məmmədovun vəzifədən alınması 2015-ci ildə “MTN işi” üzrə həbslər və istintaq başlanan zaman ən çox müzakirə olunan məsələlərdən biri idi. Xüsusilə sabiq nazirin “MTN çetesi” ilə əməkdaşlıq edərək, bir çox imkanlı iş adamlarının maliyyə göstəricilərini soyğunçu dəstəyə verilməsinə şərait yaratdığı aşkarlandıqdan sonra bu müzakirələr genişlənmişdi. Həmin zaman F.Məmmədovun da postunu itirəcəyi gözlənilirdi. Hətta bir müddət onun özünün də sərəncam gözləyərək işə çıxmadığı deyilirdi. Lakin zaman keçdikcə bu müzakirələr səngidi. F.Məmmədov da kreslosunda qalacağına arxayın olaraq işə çıxmağa başladı. Beləliklə də sabiq nazir və çevrəsi Azərbaycandakı var-dövlətini nəinki kənara çıxarmağa çalışmadı, əksinə, bir sıra istiqamətlərdə sərmayə qoyuluşlarını da davam etdirdi.
Üstündən 2 il keçdikdən sonra F.Məmmədov üçün tamamilə gözlənilməz anda vəzifədən alınması nəticəsində həm onun özünün, həm də yaxınlarının illər boyu qamarladıqları varidatın xeyli qismi Azərbaycanda qalmış oldu.
Bununla belə, uzun illər boyu sahibkarların başı üzərində “Domokl qılıncı” rolunu oynayaraq, onlardan külli miqdarda rüşvət toplayan F.Məmmədovun iri həcmdə vəsaitləri ölkədən kənara çıxarmağa nail olduğu deyilir. Bu vəsaitin 1 milyard dollar həcmində olduğuna dair məlumatlar yayılmaqdadır.
Eyni zamanda verilən məlumatlara görə, 2015-ci ildə “MTN işi” başlandıqdan sonra F.Məmmədova bir sıra rayonlarda həyata keçirilən böyük layihələrin maliyyələşdirilməsi həvalə edilib. Bunlardan biri kimi Şəmkirdə yaradılan aqroparkın adı hallandırılır.
Qeyd edək ki, təməli 2014-cü ildə qoyulan “Şəmkir Aqroparkı”nın ümumi dəyəri 100 milyon manatdan çoxdur. Aqroparkda həyata keçirilən layihələrə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 22,7 milyon manat dövlətin güzəştli krediti verilib.
Bu ilin avqustunda Aqroparkın Logistika Mərkəzi istifadəyə verilib. Logistika Mərkəzinin ərazisi 12,3 hektar, uzunluğu 254, eni isə 141 metrdir. İstehsal sahəsi 3,9 hektar ərazini əhatə edir. İstehsal sahəsində eyni zamanda 200 ton məhsul qəbul edə biləcək 2 terminal, 120 ton hazır məhsulu yola sala bilən 1 terminal mövcuddur.
Aqroparkın “Ceyrançöl” massivi ərazisində yerləşən hissəsində 8 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi, Kür çayından əraziyə 2 istiqamətdə 730 millimetr diametrli dəmir borularla 27,5 kilometr və qismən kiçik diametrli borularla 15,6 kilometr təsərrüfatdaxili su xətlərinin çəkilməsi təmin edilib.
Aqroparkın Könüllü kəndi ərazisində yerləşən hissəsinin ümumi ərazisi 604 hektardır. Bu ərazinin 100 hektarı sənaye sahəsi, 200 hektarı istixanalar, 274 hektarı intensiv bağçılıq, 25 hektarı tingçilik, 5 hektarı şitilçilik üçün nəzərdə tutulub.
Verilən məlumata görə, aqroparkın yaradılması üçün əsas xərclərin böyük əksəriyyətini məhz F.Məmmədov maliyyələşdirib. Bundan əlavə, F.Məmmədovun icra başçılarını himayə etdiyi bir neçə rayonda da dövlətin zəruri saydığı mühüm layihələrin maliyyələşdirilməsinə cəlb olunduğu deyilir. Vəzifədən çıxarılmasının gözlənilməzliyi nəticəsində F.Məmmədov və çevrəsinin əllərində olan nağd vəsaitlərin əhəmiyyətli hissəsini ölkədən çıxarmağa fürsət tapmadığı qeyd olunur. Ölkə dışına daşıya bildiyi pulları isə geri qaytarması üçün ona vaxt verildiyi deyilir.
Maraqlıdır ki, ekspertlər ayrı-ayrı məmurlar tərəfindən korrupsiya və rüşvət yolu ilə əldə olunaraq Azərbaycandan çıxarılan pulların hüquqi yollarla geri qaytarılmasının çox çətin, əksər hallarda isə mümkün olmadığını qeyd edirlər. Bu kimi proseslərin bəzən on illərlə vaxt apardığına dair dünya təcrübəsi də mövcuddur. Xatırladaq ki, sabiq nəqliyyat naziri Ziya Məmmədov postunu itirməzdən əvvəl bir sıra səlahiyyətləri əlindən alınmışdı. Gözdən düşdüyünü görən Z.Məmmədovun övladları və digər yaxınları vasitəsilə iri həcmdə vəsaitlərini ölkədən çıxarmağa nail olduğu deyilir. Verilən məlumatlara görə, məhz F.Məmmədovla bağlı eyni halın təkrarlanmaması üçün onun vəzifədən alınması qərarı gözlənilmədən həyata keçirilib.
Belə gözlənilməzlik sabiq vergilər nazirini ağır durumla üzləşdirib. Onun bu səbəbdən içkiyə meyl etməyə başladığı da yayılan məlumatlar sırasındadır. “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Dünən, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Dünən, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Dünən, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Dünən, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Dünən, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Dünən, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Dünən, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Dünən, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Dünən, 10:50 |
|
|
|
|