Milli Şura radikal dindarların oylağı kimi... və ya siyasi islam “Məhsul” stadionunda
Tarix: 28-10-2017, 10:22 | Çap et
Məlum olduğu kimi, Milli Şura son bir ay ərzində 2 mitinq keçirib və indi də növbəti aksiyaya hazırlaşır. Son illərin təcrübəsi göstərir ki, adıçəkilən qurumun sosial bazasının zəifliyi, funksionerlərinin təzadlı keçmişi, insanların şahmat piyadası kimi təhlükə önünə atılması təşkil edilən mitinqlərdə az-çox kütləviliyi təmin etməyə imkan vermir. Belə olduğu təqdirdə Əli Kərimli və Milli Şuranın digər funksionerləri məşhur tarixi sualla üz-üzə qalırlar: nə etməli? Sualın mahiyyəti aydındır: əvvəlki miitinqlər zamanı boş qalan kiçik bir stadionu mümkün qədər doldurmaq, süni görüntü yaradaraq "izdihamlı aksiya keçirdik” deyə qürrələnmək və donorların etimadını doğrultmaq üçün hansı yollara əl atmalı? Daim öz mənafelərini ümummilli maraqlardan üstün tutan, erməni diasporu və mediası, Arzu Qeybulla, Riçard Kozlariç, Devid Kramer və s. kimi ermənipərəst ünsürlərlə əməkdaşlıq etməkdən çəkinməyən Milli Şura rəhbərləri aksiyalara əlavə insan cəlb etmək üçün istənilən qüvvə ilə ittifaqa girməyə hazırdır. Təbii ki, bu istəyin fonunda Azərbaycanda şəriət dövləti qurmağa dəfələrlə cəhd etmiş radikal dini qruplar diqqətdən kənarda qala bilməzdi. Məlumdur ki, son illər region ölkələrində radikal dindarların aktivləşməsi və dini konsepsiyaların məscidlərdən meydanlara transfer olması nəticəsində qanlı olaylar yaşanır, dövlət aparatları bir-bir sıradan çıxır, Suriya, İraq kimi bəşər sivilizasiyasının beşiyi sayılan ölkələr xarabazarlığa çevrilir, onların vətəndaşları miqrant kimi Avropada tikanlı məftillər arxasında boynubükük ömür sürürlər. Təbii ki, Milli Şuranın funksionerləri bunlardan xəbərdardırlar. Amma hakimiyyət hərisliyi, xarici təşviq və ifrat tamahkarlıq Əli Kərimli və onun komandasının gözünü örtüb. Azərbaycan dünyəvi ölkədir və onun Konstitusiyasında da təsbit olunduğu kimi, din dövlətdən ayrıdır. Buna baxmayaraq, zaman-zaman ölkəmizdə dini-ekstremist cərəyanlar baş qaldırmaq istəyib və bu proses indi də davam etməkdədir. Bu kimi cəhdlərin qarşısı müvafiq dövlət orqanları tərəfindən vaxtında və qətiyyətlə alınıb. İki il əvvəl Nardaran qəsəbəsində radikal terrorçu qruplaşma zərərsizləşdirildi. O vaxt elə təsəvvür yarandı ki, bu uğurlu əməliyyatla Azərbaycanda zərərli dini cərayanların kökü birdəfəlik kəsildi. Amma sonradan məlum oldu ki, xaricdən qidalanan dini radikalizm Nardaran hadisələrindən sonra Milli Şuranın simasında özünə müttəfiq taparaq, siyasi mübarizə adı altında yeni platforma əldə edib. Artıq biz onları "Məhsul” stadionunda görürük. Bir neçə gündür ki, həmin qaraguruh sosial şəbəkələrdə Milli Şuranın mitinqi üçün çağırışlar edir, insanları hakimiyyət əleyhinə qeyri-dinc mübarizəyə səsləyir. Etiraf etmək lazıımdır ki, xaricdən idarə olunan radikal dini qruplaşmaların "Facebook”dakı bu cür çağırışlarının təməlində, bir tərəfdən, onların Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı nifrəti dayanırsa, digər tərəfdən, sosial şəbəkələrdəki cəzasızlıq və nəzarətsizlik mühiti belə halların ortaya çıxmasına imkan verir. Gəlin dini zəmində hökumət əleyhinə kəskin çağırışlar edən bəzi "Facebook” səhifələrinə və profillərinə nəzər yetirək. Onu da xatırladaq ki, bu səhifə və profillərin hamısı, Əli Kərimli ilə bərabər, Milli Şuranın mitinqini təbliğ etməklə məşğuldur.
Tanış üslubdur. Dövlət və dövlət nümayəndələrinə qarşı eyni aqressiyanın dini mübarizə donunda İraq, Liviya və başqa ölkələrdə hansı fəlakət və qətliamlara səbəb olduğu hər kəsə məlumdur. Milli Şuranın müttəfiqləri növbəti paylaşımlarında "qana-qan” deyirlər və dini cameəni Nardaran hadisələrinin qisasını almağa çağırırlar.
"Nur-Az.com” adlı İranmeyilli başqa bir sayt isə Azərbaycan polisini hədəf göstərərək paylaşımlar edir və xalqı mitinqə səsləyir. Eyni zamanda, saytın sosial şəbəkədəki səhifəsində dindarların İmam Hüseyin kimi hər an şəhadətə hazır olmaları təbliğ olunur.
Nur-Az.com 22 Oktyabr, 22:40 ·
ŞEYTANİ SİYASƏTLƏRLƏ MÜBARİZƏ YOLU Əgər Allahı dost tutursunuzsa şəhadət arzusunda olun İndi bir adam bir növ siyasət oyunları qarşısında dayanmaq istəsə nə etməlidir? Yolu nədir? Yol, həmin İmam Hüseynin (ə) göstərdiyi yoldur. Əgər Allahı dost tutursunuzsa şəhadət arzusunda olun. Şəhadəti arzu edən, məhbubunun görüşünü arzu etməzmi? Biz gərək bunları öyrənək. Gərək bu yolla hərəkət edək. Dünya arzularına o qədər də bel bağlamamalıyıq. Dünyanın bər-bəzəklərinə aldanmamalıyıq. Allah yolunda, müqəddəs amallar uğrunda şəhadəti ən böyük iftixar bilməliyik. Belə olan surətdə dini, milli dəyərlərimizi qoruya bilərik. Bu imam Hüseynin (ə) bizə öyrətdiyi dərsdir. Necə ola bilər biz Hüseynçi olmaq istəyirik, ona ehtiram göstərib, xatirəsini əziz tuturuq, amma bununla belə ondan bu cür dərsləri öyrənə bilməmişik? Bizim yeniyetmələr arasında Qasim ibni Həsəndən nümunə götürəcək adamlar çoxdur. Eləcə də Həbib ibni Məzahirə yoldaş olacaq yaşlılarımız var. Biz bu karvandan geri qalmamalıyıq. Allah yolunda, millət uğrunda şəhadəti şərəf, iftixar bilmək bizim qəlblərimizin açarıdır. Əgər müharibə olsa, şəhadətə hazır olmalıyıq. İmamın yanına nə qədər cavan gəlib ixtimas edirdilər ki, ağa dua edin biz də şəhadətə çataq. Təəssüflər olsun ki, bu günlər belə dəyərlər unudulur. Ancaq Hüseynin (ə) adının bərəkətindən bu dəyərlər yenidən dirçəlməlidir. *** İki polis əməkdaşını qətlə yetirən dini-terrorçu qruplaşmanın rəhbəri Tale Bağırzadə də həbsdə olmasına baxmayaraq, mitinq təşkilatçılarını qızğın şəkildə müdafiə edir, tərəfdarlarını Əli Kərimli və Milli Şura ilə həmrəyliyə səsləyir. AXCP Gencler Komitesi 4 saat · Müsəlman Birliyi Hərəkatının rəhbəri Tale Bağırzadədən önəmli çağırış Oxu və paylaş "Biz istəyirik ki, qanunvericiliklə olsun hər şey tətbiq olunsun. Bizim gözəl qanunlarımız var. İstəyirəm ki, qanunlar hamı üçün işlək olsun. Oktyabrın 18-i Müstəqillik Günüdür. Lakin bayram kimi qeyd etmirlər. Bunlarda dövlət anlayışı yoxdur, ancaq klandır. Bunları ən çox qorxudan bizim Əli Kərimli və Milli Şura ilə birlıikdə olmağımızdır. Biz dindarlara da başa salırıq ki, Milli Şura, Əli Kərimli düz yoldadırlar və onlarla bağlı deyilən yalanlara inanmasınlar. Milli Şura dindarları müdafiə edir və bizim arxamızdadır. " *** Bəli, terrorçu qruplaşmanın rəhbəri Tale Bağırzadə özü də etiraf edir ki, Milli Şura bizim arxamızdadır. Yəqin ki, analoji hal Türkiyədə baş versəydi, deyək ki, Fəthullah Gülən hansısa bir qurumun onu dəstəklədiyini bildirsəydi, dərhal həmin qurum haqqında Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi prosedurlara start verilərdi. Milli Şura radikal şiə qrupları ilə əməkdaşlığı o qədər dərinləşdirib ki, artıq qurum, müxalif mövqeli partiya və fərdlərin birləşdiyi platformadan çox, Azərbaycanda dünyəvi hakimiyyətin mövcudluğu ilə barışmayan radikal dini qrupların qərargahına bənzəyir. Hesab edirik ki, müvafiq dövlət qurumları ayıq-sayıq olmalı, islam dininin ölkədaxili siyasi mübarizədə yerli və xarici dairələr tərəfindən istifadə edilməsinə imkan verməməlidirlər.
Publika.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Dünən, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Dünən, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Dünən, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Dünən, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Dünən, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Dünən, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Dünən, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Dünən, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Dünən, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Dünən, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Dünən, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Dünən, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Dünən, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Dünən, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Dünən, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Dünən, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Dünən, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Dünən, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Dünən, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Dünən, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Dünən, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Dünən, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Dünən, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Dünən, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Dünən, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Dünən, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Dünən, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Dünən, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Dünən, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Dünən, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Dünən, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Dünən, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Dünən, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Dünən, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Dünən, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Dünən, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Dünən, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Dünən, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Dünən, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Dünən, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Dünən, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Dünən, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Dünən, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Dünən, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Dünən, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Dünən, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Dünən, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Dünən, 10:50 |
|
|
|
|