İbrahim Mehdiyevin sərəncamının ləğvi xahiş olunur... - GİLEY
Tarix: 2-09-2017, 11:17 | Çap et
Yasamal rayonunda keçmiş icra başçısı İbrahim Mehdiyevin tikinti sərəncamının qalmaqalı səngimir. Rayonun Z.Xəlilov küç. 36A, 36B, 36V, Ə.Cəmil küç.23, 25, 27 və Şəhriyar küç. 5 ünvanında yaşayan sakinlər Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Əliyevaya müraciət ediblər. Surəti "Təzadlar"a göndərilən müraciət aşağıda təqdim edilir. Xatırladaq ki, bir qrup sakin Yasamal rayon İcra Hakimiyyətinin keçmiş başçısı İbrahim Mehdiyevin 21 iyun 2017-ci il tarixində imzaladığı sərəncamın ləğvinə dair 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. Keçmiş başçının sərəncamının qalmaqal doğurmasına baxmayaraq, hazırda başçısız qalan Yasamal rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri hər vəchlə həyətdə tikinti işlərini başlamağa çalışırlar. Elə sakinlərin narahatlığına səbəb də son günlərdə «Elit City» MMC-nin rəhbərliyinin Yasamal Rayon İcra Hakimiyyətinin yüksək vəzifəli əməkdaşları ilə birgə hərəkətə keçərək həyətdə qanunsuz tikintini başlamağa cəhd göstərmələridir. İcra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Şahin Məmmədov və memar Eyvaz Bağırov binaların həyətində tikintinin, guya, «yuxarılarla razılaşdırıldığı» barədə yanlış təəssürat yaradırlar. Keçmiş başçının qanunsuz sərəncamına «sadiq qalan» vəzifəli şəxsləri rayona yeni başçının təyin olunmasına qədər tikinti işlərini başlatmaq istəyirlər. Müraciətdə deyilir: «Möhtərəm Prezidentimizin Sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunmuş İbrahim Mehdiyevin qanunsuz qərarını almış «Elit City» MMC-nin həyətimizdə 14 mərtəbəli yaşayış binası tikmək planı bizdə narahatlıq yaratmışdır. Diqqətinizə çatdırırıq ki, 3 tərəfdən 9 mərtəbəli, 1 tərəfdən 5 mərtəbəli bina ilə əhatə olunan qapalı həyətimizin sahəsi təxminən 55 m x 85 m. ölçüdədir. Biz həmin ərazidə yerləşən 2 mərtəbəli 3 ədəd fin layihəli binaların (cəmi 24 mənzil var) sökülməsini, ərazinin abadlaşdırılmasını təqdir edirik. Lakin həmin 3 evin yerindən 4 dəfə böyük ərazini zəbt etməklə hündürmərtəbəli yaşayış binasının tikintisi Azərbaycan Respublikasının tikinti və şəhərsalma qanunvericiliyinə ziddir. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərliyinin 01.05.2017-ci il, 16.05.2017-ci il, 10.07.2017-ci il, 26.07.2017-ci il tarixli məktubları ilə həmin ərazidə çoxmərtəbəli yaşayış binasının tikintisinin məqsədəuyğun olmadığı bildirilmiş, Yasamal Rayon İH-dən qanunvericiliyin tələbinə əməl edilməsi xahiş olunmuşdur. Buna baxmayaraq, son günlərdə «Elit City» MMC-nin rəhbərliyi Yasamal Rayon İcra Hakimiyyətinin yüksək vəzifəli əməkdaşları ilə birgə fəaliyyət göstərərək həyətimizdə qanunsuz tikintini başlamağa cəhd edirlər. Yasamal Rayon İH-nin şöbə müdiri Şahin Məmmədov mətbuata müsahibə verərək həyətdə 14 mərtəbəli binanın tikiləcəyini bəyan etmişdir. «Elit City» MMC-nin rəhbərliyi, Sizin və müxtəlif yüksək vəzifəli şəxslərin adlarını çəkərək, guya, həyətdə bina tikilməsinin «yuxarılardan» tapşırıldığına dair təəssüratlar yaratmağa, bununla öz qanunsuz əməllərini pərdələməyə çalışırlar. Sakinlərin məlumatı olmadan onların adından müxtəlif ünvanlara müraciətlər göndərərək, guya, binanın tikintisinə razı olduğumuza dair yanlış məlumat verirlər. Möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişinə əsasən 2016-cı ildə Bakı şəhərinin daha da abadlaşdırılması və əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yerli icra hakimiyyətləri tərəfindən köhnə binaların sökülüb əvəzində yeni binaların tikintisi üçün pilot layihələrə başlanılmışdır. Şəhərimizin sakinləri kimi biz də bu təşəbbüsü və görülən işləri alqışlayırıq. Lakin təəssüf ki, keçmiş icra başçısı İ.Mehdiyevin qanunsuz sərəncamını alan işbazlar Prezidentimizin bu tapşırığından sui istifadə etməyə cəhd göstərirlər. Qonşu həyətdə tikinti aparan «Elit City» MMC 14 mərtəbəli layihə əsasında artıq 17-ci mərtəbənin tikintisini davam etdirir. Həyətimizdəki 3 fin evinin 24 mənzilinin qonşu həyətdə tikilən binaya köçürülməsinə tam şərait olduğu halda, «Elit City» MMC həyətimizdə əlavə olaraq 14 mərtəbəli 2 girişli 132 mənzilli bina tikməyə çalışır.
Belə tikinti aparılacaqsa, həyətimizdə olan 50-dən artıq çoxillik ağaclar kəsiləcək, yaşıllıq məhv ediləcək. Qeyd edək ki, mart ayında tikinti şirkəti tərəfindən həyətimizdəki yaşıllığın bir hissəsi məhv edildi, əlaqədar orqanlar isə tədbir görmədilər. Arzu edirik ki, sökülməsi nəzərdə tutulan 2-mərtəbəli evlərin yerində, həyətimizdə abadlıq işləri aparılsın, yaşlıların istirahəti və uşaqların oynaması üçün şərait yaradılsın, ərazi planlaşdırılmasına uyğun olaraq yaşıllıqlar salınsın. Biz sakinlər də belə sosial-abadlıq işlərində, yaşıllığın salınmasında fəal iştirak etməyə hazırıq. Biz əminik ki, müraciətimiz Sizə çatdırıldığı halda, həyətimizdə yaşıllığın məhv edilməsinin, qanunsuz bina tikintisinin qarşısının alınmasına dair göstəriş verəcək, öz xeyirxah qərarınızla biz sakinləri növbəti dəfə sevindirəcəksiniz. Müraciətimizi şəxsən Sizə təqdim etmək üçün, bir neçə sakini qəbul etməyinizi arzulayırıq. Eyni zamanda, Sizin gərgin iş qrafiki ilə işləməyinizi, bizi qəbul üçün vaxt məhdudiyyətini nəzərə alaraq, nümayəndənizin bizim ünvana gəlib vəziyyətlə yerində tanış olması da 300-ə yaxın mənzildə yaşayan 1500-ə yaxın sakini sevindirərdi.” Sakinlər müraciətin Birinci Vitse-Prezident tərəfindən şəxsi nəzarətə götürülməsini, Yasamal rayonu, Z.Xəlilov, Ə.Cəmil və Şəhriyar küçələrinin kəsişməsində yerləşən qapalı həyətdə «Elit City» MMC tərəfindən 14 mərtəbəli yaşayış binasının tikilməsinə dair keçmiş icra başçısı İ.Mehdiyevin 21.06.2017-ci il tarixli 191 saylı sərəncamının ləğv edilməsinə və söküləcək 2 mərtəbəli fin evlərinin yerində abadlıq-yaşıllaşdırma işlərinin aparılmasına göstəriş verilməsini xahiş edirlər. \\tezadlar.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şamaxıda da anım mərasimi keçirildi
Bu gün, 19:02 |
|
|
|
• Aynişanın adından dələduzluq
Bu gün, 18:59 |
|
|
|
• Qazaxda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib
Bu gün, 18:56 |
|
|
|
• Fərid Səfərli Azərbaycana qaytarıldı - DTX və XİN rəsmi məlumat yaydı
Bu gün, 18:02 |
|
|
|
• Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir - deputat
Bu gün, 18:00 |
|
|
|
• İrəvan Azərbaycandan qorxduğu üçün bunu edir - RƏY
Bu gün, 17:58 |
|
|
|
• AZAL-ın təyyarəsi Rusiya HHM tərəfindən vurulub, sual budur ki, mülki təyyarəni vurmaq əmrini kim verib? - AÇIQLAMA
Bu gün, 17:08 |
|
|
|
• Meymunçiçəyi yayılır – Həkim çağırış etdi
Bu gün, 17:03 |
|
|
|
• Ararat Mirzoyan sabah Moskvaya gedəcək
Bu gün, 17:00 |
|
|
|
• Gürcüstan diplomatlarının Aİ-yə vizasız gediş-gəlişinin dayandırılması barədə müzakirənin günü məlum olub
Bu gün, 16:59 |
|
|
|
• Papa Trampın "miqrant planı"nı rüsvayçılıq adlandırdı
Bu gün, 16:33 |
|
|
|
• Ermənistan sərhədində son durum: “Kazarmalarını söküb gedirlər” - KİV
Bu gün, 16:31 |
|
|
|
• Rusiya baş verənlərdən özü üçün nəticə çıxarmalı, dərs götürməlidir - Görünəni odur ki...
Bu gün, 16:24 |
|
|
|
• Uzun, problemli və mürəkkəb proses – Tələsmək olmaz
Bu gün, 16:22 |
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Bu gün, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Bu gün, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
|