Bu məmurun işinə nazir qarışası oldu - İDDİA
Tarix: 13-07-2017, 10:04 | Çap et
İmişli DSMF-nin müdiri İntiqam Əliyevin əməlləri bir neçə aydan sonra nazirliyi rayona ikinci dəfə komissiya göndərməyə məcbur etdi.
İmişli DSMF-də baş verən hadisələrlə bağlı rayon sakinlərinin audio – müsahibələrinə, fond əməkdaşının əlildən rüşvət tələb etdiyi səs yazısına Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən münasibət bildirilməməsi istər rayon DSMF-nin müdiri İntiqam Əliyevdən narazı olan rayon sakinlərinin, istərsə də Conflict.az olaraq bizim təəccübümüzə səbəb olmuşdu. İnsanların öz dilləri ilə ifadə etdiyi audio - müsahibələrində fond əməkdaşlarının rüşvət tələbinə bir dövlət qurumunun – nazirliyin seyriçi münasibəti vətəndaşın dövlətinə inamını sarsıda biləcək hadisədir. Xatırladaq ki, həmin səs yazılarının birində Dövlət Sosial Müdafiə Fondunun İmişli rayon şöbəsinin ünvanlı sosial yardım və sosial pensiya şöbəsinin inspektoru Bakir Məmmədov əlildən rüşvət xarakterli pul istəyərkən əsl satıcı – alıcı münasibətləri ortaya çıxır. Öncə əlildən onun “probleminin” həlli üçün bir məbləğ istənilir, sonra başqa bir məbləğə - 30 manata razılaşdırılır. Ağdam rayonundan olan məcburi köçkun, İmişli rayon Bəciravan kəndində məskunlaşmış, II qrup əlil Yaqub Orucovun müraciəti zamanı DSMF-nin əməkdaşı “biz sənin işini düzüb-qoşacağıq, səndə bu işlərin necə “həll” olunduğunu bilirsən də” – deyə açıq şəkildə şəxsi məqsədləri üçün tələb irəli sürür. Yazıçı – jurnalist Məryəm Şahverdiyeva İmişli DSMF-nin əməkdaşının fonda müraciət edən vətəndaşdan rüşvət almasına şahidlik edir və buna etiraz edərkən: “Məryəm xanım bu rüşvət deyil şirinlikdir.” – deyə cavab alır. Əslində baş verən hadisələrə ilk reaksiya İmişli DSMF-nin müdiri İntiqam Əliyev tərəfindən gəlməli idi. Əməkdaşları haqda araşdırmalara başlamaq ilk olaraq məhz onun görəvidir. Halbuki Conflict.az-ın dərc etdiyi həmin müsahibələrdə araşdırılmalı olan olduqca az nüanslar var. Lakin özünümüdafiə hər kəsin haqqıdır. İnitqam Əliyev hüququn aliliyini üstün tutmalı, şikayətçiləri köməkçisi vasitəsilə hətta qəbul otağından kənarlaşdırmaq əvəzinə, çağırıb dinləməyə borclu idi.
Göründüyü kimi şöbə müdiri bunların heç birini etmədi. Əvəzində isə şikayətlərin və şikayətçilərin sayı günbə - gün artdı. İnsanlar ƏƏSMN-in rəhbərliyinə, PA-ya şikayət teleqramları, məktubları göndərdilər. Sözsüz ki, ölkə rəhbərliy əndazəni aşmış əyalət məmurlarına görə vətəndaşın dövlətdən narazı qalmasına razı olmayacaqdı. Və belə də oldu. Bu gün aldığımız məlumatda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi cəmi bir neçə ay öncə yekunlaşmış, uzun müddətli yoxlamalardan sonra yenidən İmişli DSMF-yə komissiya göndərməyi qərara alıb. Mənbənin bildirdiyinə görə ƏƏSMN-dən komissiya gələcəyi ilə bağlı məlumatı aldıqdan sonra kifayət qədər əndişələnən İmişli DSMF-nin müdiri İntiqam Əliyev ondan narazı olan şəxslərə barışıq üçün minnətçi düşüb. Məlumatı verən mənbə əlavə olaraq onu da qeyd etdi ki, nazirliyə və PA-ya ünvanlanan şikayətlərdə DSMF əməkdaşlarının qanunsuz tələbləri ilə paralel, İntiqam Əliyevin davranışlarından, insanlarla münasibətlərindən də narazılıq edənlər olduqca çoxdur. P.S. Redaksiyaya İmişli DSMF-nin şöbə müdiri Novruz Hüseynovun kimlərlə, hansı mövzuda, nəyi, necə müzakirə etməsi, hansı DSMF əməkdaşı əmək stajına görə kimdən 4000 manat tələb etməsi, kimə mənzilində 2300 manat verilməsi ilə bağlı məlumatlar daxil olub. Bizi izləyin. Mövzuya qayıdacağıq. Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində mövqelərini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Zelenski əsir düşən koreyalı hərbçilərin dindirilməsinin kadrlarını yayıb - VİDEO
Bu gün, 16:01 |
|
|
|
• "Tanınmış insanların adından istifadə edirlər"
Bu gün, 15:59 |
|
|
|
• İRAN NƏ İSTƏYİR... NİYƏ İSTƏYİR?.. - AKTUAL
Bu gün, 15:54 |
|
|
|
• İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı - Dilarə Əsgərova bu barədə məlumat...
Bu gün, 15:51 |
|
|
|
• Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib - FOTO
Bu gün, 15:46 |
|
|
|
• Ermənistan dövləti başını qaldırmamış payını almalıdır - ÇAĞIRIŞ
Bu gün, 14:00 |
|
|
|
• “Donuz qripi” öldürür: Kimlər təhlükədə və necə qorunaq? - ARAŞDIRMA
Bu gün, 13:58 |
|
|
|
• Bakıda gənc ana YOXA ÇIXDI
Bu gün, 13:12 |
|
|
|
• Məşhur müğənni Gəncə yolunda ağır qəzaya düşdü - TIR onları vurdu
Bu gün, 13:06 |
|
|
|
• Erməni deputatdan təxribatçı addım: Azərbaycan ərazilərini... - “Hraparak”
Bu gün, 13:05 |
|
|
|
• Rəsmi Bakı Eritreyada girov götürülən Azərbaycana məxsus gəmilərin sərbəst buraxılmasına çalışır - Nazirdən AÇIQLAMA
Bu gün, 13:00 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:57 |
|
|
|
• "Yanvarın 20-si səhər saat 6-dan gecə yarısına kimi rəsmi matəm günü elan etmişik" - Kuba prezidenti
Bu gün, 12:55 |
|
|
|
• Müştərisi LEO-BANK-ı etibarsızlıqda suçladı... - "Heç kim "Leobank"dan istifadə etməsin..."
Bu gün, 12:53 |
|
|
|
• "Çox yaxında Maduro və İvanişvili Moskvada Əsədlə qonşu olacaq..." -Konqresmen
Bu gün, 12:48 |
|
|
|
• Seçkilərin nəticələri bu tarixdə elan olunacaq - DİQQƏT
Bu gün, 12:44 |
|
|
|
• “Sea Breeze”dəki mənzillər BAŞDAN-BAŞA PROBLEM İMİŞ... - BU DA FAKT!
Bu gün, 12:38 |
|
|
|
• ABŞ-Ermənistan xartiyasının pərdəarxası - Görünəni odur ki...
Bu gün, 12:33 |
|
|
|
• Suriyadan Rusiya, İsrail və İrana yeni QADAĞA
Bu gün, 12:32 |
|
|
|
• Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30 |
|
|
|
• ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28 |
|
|
|
• ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11 |
|
|
|
• “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08 |
|
|
|
• Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05 |
|
|
|
• Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52 |
|
|
|
• Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44 |
|
|
|
• Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42 |
|
|
|
• Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35 |
|
|
|
• Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34 |
|
|
|
• Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19 |
|
|
|
• Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16 |
|
|
|
• İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02 |
|
|
|
• Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56 |
|
|
|
• Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50 |
|
|
|
• Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49 |
|
|
|
• Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48 |
|
|
|
• Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25 |
|
|
|
• Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19 |
|
|
|
• Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18 |
|
|
|
• Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05 |
|
|
|
• Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39 |
|
|
|
• “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32 |
|
|
|
• İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23 |
|
|
|
• Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16 |
|
|
|
• “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13 |
|
|
|
• Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02 |
|
|
|
• Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43 |
|
|
|
|