Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... .....                     ABŞ-la münasibətləri bərpa etməyə hazırıq .....                     Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb .....                     ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu .....                     “Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib .....                     Tramp Putinlə telefon danışığına hazırlaşır .....                     Əməkdar artist harada dəfn ediləcək? .....                     Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq .....                     Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... .....                     Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? .....                     Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur .....                     Ermənistana qarşı .....                     Estoniyada hərbi təlimlər başlayır .....                     İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... .....                     Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? .....                     Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? .....                     Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb .....                     Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir .....                     Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... .....                     Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək .....                     Müharibə dayandırıla bilərdi, amma Blinken... .....                     Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... .....                     Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib .....                     Əməkdar artist Mövsüm Hüseynov vəfat edib .....                     “Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...” .....                     İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... .....                     Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər .....                     “Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” .....                     Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib .....                     Saxta məhsul... saxta endirim... VƏ... .....                     Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb .....                     Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... .....                     Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq .....                     Qulağı kar adama sübut edirlər ki, eşidirsən... .....                     NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... .....                     Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... .....                     “TikTok” ABŞ-a qayıtdı .....                     Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər .....                     Erməni diasporuna son "hədiyyə" .....                     "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." .....                 

Binə Atçılıq Mərkəzindəki MÜƏMMA - VİP müştərilərin milyonluq atları... - Baş katibi qorxudan kimin adıdır?
Tarix: 29-04-2017, 09:38 | Çap et
Binə Atçılıq Mərkəzindəki MÜƏMMA
Atçılıq mərkəzlərində saxlanılan bahalı atlar və onların sahibləri barədə qısa da olsa Azərbaycan Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyevlə söhbət etmişdik. Qurum rəsmisi bir çox məlumatların doğru olmadığını, Binə Atçılıq Mərkəzindəki atların federasiyaya aid olmadığını bildirmişdi.

Baş katibin “Azərbaycan Respublikası Atçılıq Federasiyasının bir atı belə yoxdur” cümləsini əsas tutaraq Binə atçılıq Mərkəzinə yollandıq.

Qəribədir ki, baş katibin dediyi ilə orada gördüklərimiz və duyduqlarımız heç də uyğun gəlmirdi.

Yeniçağ.az Binə Atçılıq Mərkəzindəki reportajını təqdim edir.

Mərkəzin Elit Atçılıq klubunun konkur üzrə çaparı Cavidan Qəhrəmanlı ilə söhbətləşdik:

– Mərkəzdə neçə çapar var?

– Bu mərkəzdə konkur idman növündə idmançı çapar tək mənəm. Məndən əvvəl Rəşad Səmədov olub, hazırda Almaniyada yaşayır. Cıdırda çaparlar az deyil. Sayını dəqiq bilmirəm.

– Bəs London Olimpiadasında ölkəmizi təmsil etmiş Camal Rəhimov haradadır?

– O da xaricdədir. Məşqlərini orada edir.

– Atlara qulluqda siz də iştirak edirsiz?

– Ata baxmaq üçün mehtərlər var. Düzdür, özüm də nəzarət edirəm. Çünki mehtərin gözündən qaçan nələrsə ola bilər. Amma yalın daranmasına özüm xüsusi diqqət edirəm.

– Yarışlarda xüsusi üstünlük verdiyiniz at var?

– Atları göstəricilərinə görə seçirəm. Amma burada seçdiyim atlardan biri Alartes, digəri Valanka adlı atlardır. Biri Belçika, digəri Alman atıdır.

– Mərkəzdəki atlar əsasən haradan gətirilir?

– Bizim konkur idman növünə yarayanlar alman atlarıdır. Mərkəzimizdə ingilis, ərəb atları da var.

– Buradakılar bahalı atlardır, ya ucuzları da var?

– Bahalı da var, ucuz da… Ən bahalısı Alman atlarıdır. (Tapşırıq verildi ki, qiymətlərin deyilməsi qəti şəkildə qadağandır) Ərəb atlarından sadəcə, cıdır yarışlarında istifadə edilir. Ərəb atları konkura yaramır.

– Mərkəzdən kim istəsə gəlib at ala bilər?

– Əgər satışa qoyularsa… Bura sırf o işə baxmır. Bura atların yetişdirilib satılması işiylə məşğul olmur. Sadəcə ola bilər ki, kiminsə şəxsi atı var və onu daha istəmirsə, o zaman satılmasında köməklik edilir.

– Mərkəzi atlarla kim təmin edib?

– Federasiyanın prezidenti… (Qeyd edək ki, federasiyanın baş katibi bizə heç bir atın onlara aid olmadığını bildirmişdi…)

Çapara bir atı göstərib, qiymətini soruşduqda: “Bunlar elə-belə atlardır, maksimum qiyməti heç min manat da deyil. Bahalı atlar o tərəfdədir” deyə, cavab verir.

– Məsələn, bizim mərkəzdə İslandiya atları var ki, poni tipindədir. Amma poni deyil. Ponilər də minilmək üçündür. Əsasən azyaşlılar, yəni 10 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulub.

Buradakı Frizlərə “gözəllik atları” deyilir. Tədbirlərdə göstəriş xatirinə üzə çıxarılır. İdmana yaramır, Hollandiyadan gətirilir. Bu cinsin ancaq qarası olur. Heç bir ağ nöqtəsi də olmur. Qırğız atları da var, onlar da yarışa yaramır. Ürəkli atlardır, ürkək deyillər. Amma yarışlarda istifadə olunmur.

– Yarışlara çıxartmaq üçün atın minimum neçə yaşı olmalıdır?

– Konkur idmanı üçün ən yaxşı halda 9-10 yaş olmalıdır. Ola bilər ki, cavan at gəlir əhliləşdirib, yarışa çıxarırıq. Hazır at da alırlar. Yəni yarışlarda püxtələşmiş olur. Bir atı konkura yetişdirmək üçün ən az 4 il lazımdır.

– Atların nalları harada düzəldilir?

– Əksəriyyəti xaricdən gətirilir. Amma xaricdəkilərin kursunda iştirak etmiş nalbəndlərimiz də var. Cıdır atlarında adətən, alüminium nallar olur, konkurda isə dəmir olmalıdır. Cünki cıdırda rahat yarışa bilmək üçün nallar yüngül olmalıdır.

– Konkurdakı ya cıdırdakı atlar daha baha olur?

– Konkurdakı qiymətlərdən dəqiq məlumatım yoxdur. Amma bizim idman növü üçün verilən atlar həqiqətən bahadır.

– Bayaqdan tövləni gəzirik. Qapılara “VİP müştəri” yazılıb.

– Hamısına elə yazılıb. Xüsusi olaraq ad yazılmır. Sahibi istəmədiyi üçün öz adını yazdırmır. Amma bu da istəyə bağlıdır, at var ki, qapıda sahibinin adını yazırıq.

– Bayaq dediniz ki, atları federasiya prezidenti alıb. İndi də deyirsiz ki, sahibi adının yazılmasını istəmir.

– Bəziləri var ki, sahibləri əsasən “yuxarıda” oturanlardır. Təəssüf ki, dəqiq məlumatım yoxdur deyə, adlarını açıqlaya bilmərəm.

– “VİP müştərilər” yarış atlarına üstünlük verirlər, ya gözəl görünüşlü atlara?

– İdmançı deyilsə, görünüşü gözəl olan atları seçirlər.

-Atların adlarını kim qoyur?

– Mərkəzin özünə aid olan atlara biz, xüsusi sahibləri olan atlara isə özləri…

Jokeylə söhbətimizi başa vurub qiymətlərlə maraqlandıq. Görəsən mərkəzə at minmək üçün gələnlər nə qədər pul ödəyirlər?

Sualımıza kassadan cavab almaq istəsək də, yaxın buraxılmadıq. Mərkəzin rəsmilərindən biri kassadan kənarda qiymətləri şifahi şəkildə açıqladı:

“Hər ölkənin turisti bura rahat şəkildə gələ bilir. Ümumiyyətlə, bizdə giriş pulsuzdur. Amma ata minmək ödənişlidir. 8-9 yaşdan uşaqlar üçün qiymətlər 5 manatdan başlayır. Bu, birdəfəlik qiymətdir. Aylıq kurslarımız da var. Orada peşəkar müəllimlər dərs keçir. Qiyməti 250 manatdır.

Söhbət əsnasında turistlərin atçılıq mərkəzinə axışdığının şahidi olduq. Onların içərisində ərəblər çoxluq təşkil edirdi. Qadın, kişi, uşaq… hamısı ata minmək üçün gəlmişdilər.

Övladlarının poniyə minməsi üçün kassaya ödəniş edən bir ərəbistanlı xanıma yaxınlaşdıq.
Söhbət əsnasında məlum oldu ki, onlar Azərbaycana iki gün əvvəl gəliblər. Turist xanım övladını ata mindirmək üçün təxminən 2 uşağı üçün 50 dollara yaxın pul ödəyib. Öyrənirik ki, uşaqlardan birinin 7, digərinin isə 5 yaşı var.

Jokeyin bizə dediyi “yuxarılar”ın kim olduğunu Binə Atçılıq Mərkəzinin əməkdaşlarından birindən öyrənmək istədik. Aldığımız cavab belə oldu: “Guya bilmirsiz? Təbii ki, söhbət rəsmi şəxslərdən, iş adamlarından gedir. Mən o atın qiymətinə bir ev alaram”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Pezeşkian İrəvana xəbərdarlıq etdi: Xameneyi isə Zəngəzurla bağlı... - NƏ BAŞ VERİR?
Bu gün, 12:30
ABŞ-la münasibətləri bərpa etməyə hazırıq - Kobaxidze
Bu gün, 12:29
Bələdiyyə seçkiləri üçün 70 mindən artıq müşahidəçi qeydə alınıb - MSK sədri
Bu gün, 12:28
ABŞ-dan çağırış: İranın bu niyyəti ifşa olundu - VURULMALIDIR
Bu gün, 12:11
“Bank Avrasiya”nın kredit portfeli 1 milyon manat kiçilib - DETALLAR
Bu gün, 12:08
Tramp Putinlə telefon danışığına hazırlaşır – Köməkçilərinə tapşırıq verib...
Bu gün, 12:05
Əməkdar artist harada dəfn ediləcək? – Teatrdan açıqlama
Bu gün, 11:52
Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb
Bu gün, 11:44
Putinin hakimiyyətə hazırladığı Levon Köçəryan Göyçə gölündə Rusiya xaçpərəstlərinin bayramını qeyd etdi... - FOTO, VİDEO
Bu gün, 11:42
Keşiş Baqrat İranda: gizli səfərin arxasında nə dayanır? - MOLLA-KEŞİŞ ortaqlığı...
Bu gün, 11:35
Qazaxıstan və Azərbaycanın təyyarə qəzası ilə bağlı araşdırmalarının nəticələri müzakirə olunur - Kamran Əliyev
Bu gün, 11:34
Ermənistana qarşı 1.5 milyardlıq İDDİA
Bu gün, 11:19
Estoniyada hərbi təlimlər başlayır
Bu gün, 11:16
İndi Ermənistan hakimiyyəti üçün çox həssas dövrdür... - GƏLİŞMƏ
Bu gün, 11:07
Ermənistanın strateji səhvi, yoxsa Rusiyanın cəngindən qurtuluş? - NƏ BAŞ VERİR?
Bu gün, 11:02
Banklardan narazılıq: Vətəndaşlar nədən şikayətçidir? - AKTUAL
Bu gün, 10:56
Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bu gün, 10:50
Bakının Baş Planı əsasında köhnə tikililərin söküntüsü davam edir - Eldar Əzizov
Bu gün, 10:49
Rauf Alməmmədovdan Prezidentə şikayət olunur... O İSƏ... - ARAŞDIRMA
Bu gün, 10:48
Azərbaycan və İranın birgə komissiyasının iclası keçiriləcək
Bu gün, 10:25
Müharibə dayandırıla bilərdi, amma Blinken... - Şok faktlar
Bu gün, 10:19
Dövlətin əvəzinə iş gördülər: BU DA BELƏ... - "...yaşadığım ev qəzalı vəziyyətə düşəcək"
Bu gün, 10:18
Çin Sədrinin müavini və Mask ABŞ ilə ticari-iqtisadi əlaqələri müzakirə edib
Bu gün, 10:05
Əməkdar artist Mövsüm Hüseynov vəfat edib
Bu gün, 09:39
“Silahı xəbərləri oxuyan diktorun üzünə tuşlamışdılar, xəcalət çəkirdik...”
Bu gün, 09:32
İkibaşlı səhiyyəmizin əlindən TİBET-ə üz tutdu... - O DA BELƏ...
Bu gün, 09:23
Inın əsgərləri Putinin hərbçilərindən yaxşı döyüşürlər - "Washington Post"
Bu gün, 09:16
“Bu sənədin kənd təsərüfatının inkişafına heç bir aidiyyəti yoxdur” - ŞƏRH
Bu gün, 09:13
Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Bu gün, 09:02
Saxta məhsul... saxta endirim... VƏ... - BU DA FAKT!
Bu gün, 09:00
Ukrayna Silahlı Qüvvələri bir neçə yaşayış məntəqəsində itirilmiş mövqelərini geri alıb - “DeepState”
Bu gün, 08:43
Əlillərlə olan əmək münasibətlərinin dayandırılması... - Ekspert danışır...
Bu gün, 08:38
Tramp Dövlət Departamentindən bəzi yüksək vəzifəli diplomatları işdən çıxaracaq
Bu gün, 08:35
Qulağı kar adama sübut edirlər ki, eşidirsən... - GİLEY
Bu gün, 08:32
NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22
“TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05
“Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03
Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24
"25 min manat verdilər getmədim"
Dünən, 22:22
Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru