NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... .....                     Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... .....                     “TikTok” ABŞ-a qayıtdı .....                     Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər .....                     Erməni diasporuna son "hədiyyə" .....                     "Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." .....                     "Elə kişiyə cəmiyyətdə hörmət olmaz.." .....                     Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq .....                     Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ .....                     “Welcome back Trump”: .....                     Fransanın gizli təlimi: .....                     Qanlı 20 Yanvar faciəsindən 35 il ötür .....                     Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb .....                     Samir Abasov yenə öz ampluasında .....                     "25 min manat verdilər getmədim" .....                     Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI .....                     "Bəzən bir klipə bir evin pulunu xərcləmişəm" .....                     Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi .....                     "Həmin şəxslər ora təhrik edilərək gətirilib" .....                     Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi .....                     İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü .....                     Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi .....                     Ermənistan maşınları yolda qaldı .....                     Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən .....                     "O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." .....                     Ermənistan ordusu qadınların ümidinə qalır .....                     Professor Nizaməddin Şəmsizadə komaya düşüb .....                     Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır .....                     İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib .....                     Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada .....                     Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... .....                     Obamanın etdiyi vicdansızlıq idi .....                     HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR .....                     İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... .....                     "Yas mərasimi üçün kredit götürürlər" .....                     Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? .....                     Pezeşkian ondan elə bir şey xahiş etdi ki... .....                     AYNA-nın yaratdığı xaos BÖYÜYÜR .....                     Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır .....                     "Space"nin keçmiş rəhbərinə vəzifə verildi .....                 

Şabran: Novruz Novruzovun "poeziyasında" nimdaşlaşan rayon - ARAŞDIRMA
Tarix: 11-04-2017, 08:34 | Çap et
Şabran: Novruz Novruzovun "poeziyasında" nimdaşlaşan rayon
Azərbaycanda postneft dövründən – dövlətin büdcədən rayonlara ayırdığı dotasiyalar azaldıqdan sonra bəzi rayonların dəhşətli sosial-iqtisadi vəziyyətləri aşkara çıxdı. Hələ neft erasının bitmədiyi zamanlarda dövlətin rayonların inkişafına ayırdığı milyonlarla vəsaiti müxtəlif maxinasiyalar edərək mənimsəyən yerli məmurlarının tamahkarlığı ucbatından bu gün həmin rayonlarda çox acınacaqlı durum hökm sürür.

Azərbaycanda əhalinin böyük əksəriyyətinin məşəqqətli həyat sürdüyü, bir tikə çörəyə möhtac qaldığı rayonlardan biri də Şabran rayonudur.

Uzun illərdən bəri rayon rəhbərliyinin bacarıqsızlığı ucbatından, daha doğrusu başları özlərinin mülklərini, kapitallarını artırmağa qarışdığından bu gün Şabranda kənd təsərrüfatı sahəsi tənəzzülə uğramış, yerli sahibkarlıq məhv edilmişdir.

Rayonda səfalətin tüğyan etməsinə digər səbəb isə rayonun rəhbərliyi arasında davam edən gizli intriqalardır. Qlobal.az İnformasiya Portalının araşdırma qrupu olaraq "Müavini "Qoca çinar" ləqəbli başçını "aşırdır"” başlıqlı ötən yazımızda da qeyd etmişdik ki, sözün əsl mənasında Şabran rayonu Allahın ümidinə buraxılıb. Bu rayonun məmurları sanki özlərinə və qohum-əqrabalarına xidmət etmək üçün vəzifəyə təyin olunublar. Yazımızda rayonun icra hakimiyyətin başçısı Novruz Novruzovla birinci müavini arasında gedən gizli ixtilafın, intriqanın azacıq səbəblərindən yazmışdıq. Hörmətli oxucularımızın nəzərinə çatdıraq ki, Şabran RİH-nin birinci müavini Mehdi Balabəyov həm də YAP-ın Şabran rayon təşkilatının sədri vəzifəsini tutur. Bu yazımızda isə bu iki məmurun şəxsi, vəzifə müstəvisində olan intriqasından yox, Şabranda baş verən qanunsuzluqların, məmur zülmünün yaranma səbəblərinə toxunmağa çalışacağıq.

Beləliklə, "şeir qarın doydurmur”

Öncə qeyd edək ki, RİH-nin başçısı Novruz Novruzovun Şabrana rəhbərlik etdiyi dövrün 10 il olmasına bir-iki ay qalıb. Novruz müəllim 22 ildir ki, müxtəlif zamanlarda və müxtəlif rayonlarda icra başçısı vəzifəsində çalışıb. Rəsmi vəzifəsi ilə yanaşı, həm də bədii yaradıcılıqla da məşğul olur. Məhz bu səbəbdəndir ki, bu gün yoxsulluğun girdabında çabalayan şabranlılar "Novruz müəllimin başı bizə dolanışıq yerləri yaratmağa yox, şeir yazmağa qarışıb” deyirlər. Bizi Novruz müəllimin Şabran rayonu üçün nə etdiyi bədii yaradıcılığından daha çox maraqlandırdığından bu yazımızda rayonda gedən prosesləri işıqlandırmağa çalışacağıq.

"Seyidlər qəbiristanlığı”nın söküntüsündən başlayan "siftə” və sahibkarlara qoyulan "şapka”

Novruz Novruzovun Şabrana başçı təyin edildiyi gündən atdığı ilk addım rayonun ən qədim məzarlığını sökdürərərək yerini satışa çıxarması olub. Deyilənə görə, hazırda həmin ərazidə fəaliyyət göstərən obyektlərin bir neçəsi Novruz Novruzova məxsusdur. Ancaq sənədlərdə isə başqa şəxslərin adına rəsmiləşdirilib.

İcra başçısının rayonda gördüyü digər "yenilik” isə Şəhidlər Xiyabanının ərazisinin müəyyən qisminin fərdi yaşayış evləri üçün hissə-hissə satışa çıxarması olub. Novruz Novruzov rəhbərliyə başladığı dövrdən Şabranda azad sahibkarlığı demək olar ki, sıradan çıxarıb. Bir neçə il öncə Novruzovun zülmündən qaçıb mətbuata üz tutan şabranlı iş adamı Rasim Həmidov bildirirdi ki, "Şabranda sahəsi 100 və 36 kvadratmetr olan iki ticarət obyekti var. Həmin dükanlar 21 il işlək vəziyyətdə olub. İcra başçısı üç ildir ki, həmin mağazaları bağlatdırıb, R.Həmidovun sahibkarlıq hüququnu ləğv etdirib, özünü isə məhkəməyə verib: "Novruz Novruzovun şəxsi tapşırıqlarını yerinə yetirmədiyimə görə 3 ildir obyektimi bağlayıb. Dükanın dəyəri 50-70 mindirsə, icra başçısı o qədər ”şapka" istəyir". R.Həmidov dedi ki, aidiyyəti orqanlara yetmiş beş məktub göndərib, teleqram vurub: "Ramiz Mehdiyevə, dövlət başçısı İlham Əliyevə, Mehriban Əliyevaya, Zakir Qaralova, daxili işlər nazirinə teleqramlar vurmuşam. Rayon məhkəməsi 63 iclas keçirib. Amma obyektimin sökülməsi ilə bağlı qərar verə bilmir. Çünki mənim məhkəməyə verilməyim qeyri-qanunidir. Obyektlərimin sənədləri qaydasındadır. Hər teleqram vuranda bizi şərləyirlər. İcra başçısı mənə deyib ki, hara şikayət yazsam araşdırılması üçün ona göndərəcəklər. Bir də dedi ki, nə qədər çox şikayət yazsam, bir o qədər xərcə düşəcəm. Rayonda keçirilən mötəbər tədbirlərdə deyib ki, məni düşməncəsinə məhv edəcək. Dediyinə görə, onun sifarişlərini yerinə yetirməyənlər Şabranda yaşamamalıdır”.

Kənd təsərrüfatı məhv edilən Şabranda başçının fermaları var

Bu gün 30 minə yaxın kənd əhalisi olan Şabranda işsizlik pik həddə çatıb. Dövlətin ayırdığı subsidiyalardan və digər güzəştlərdən sadə şabranlıların yararlana bilməməsinə görə bu torpaqlar istifadəsiz buraxılıb. Şabranın 68 kəndinin hamısında demək olar ki, eyni acınacaqlı vəziyyət hökm sürür.

Ancaq icra başçısının və rayonun digər vəzifəli şəxsləri kasıb şabranlıların çıxılmaz vəziyyətindən istifadə edərək onlara məxsus torpaqları qəpik-quruşa öz əllərində cəmləşdirirlər. Məsələn, bir müddət əvvəl N.Novruzovun rayonun Udulu adlanan ərazisində 400 hektar münbit torpaq əldə etdiyi barədə informasiyalar yayıldı. Həmin məlumatlarda deyilirdi ki, Novruz Novruzov uduluda tikdirdiyi fermalarda dəvə, qoyun, at saxlayır.

Onu da xatırladaq ki, Novruz Novruzovun varidatı təkcə Şabran rayonunda olan mülklərlə yekunlaşmır. Onun Sumqayıt, Lerik və Bakı şəhərlərində də mülklərinin olduğu bildirilir. İddia olunur ki, təkcə paytaxtın Badamdar qəsəbəsində olan villasının dəyəri 2 milyon manatdan artıqdır.

Şabranda hər şey başçı və müavinləri üçündür?!

Əlbəttə, yerli məmurlar tərəfindən sözün əsl mənasında pay-püş edilən Şabranda hər şey başçıya çatmır. Məlumatlara görə, ortada olan "qənimətlər” ədalətli bölünür, müavinlər də "unudulmur”.

Bunun bariz nümunəsi kimi isə Şabranda tikilən ilk üç mərtəbəli villanın RİH-nin 1-ci müavini, YAP-ın rayon təşkilatının sədri Mehdi Balabəyova aid olmasıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, Mehdi Balabəyov Şabran RİH-nin başçısının birinci müavini olmaqla yanaşı, həm də YAP-ın rayon təşkilatının sədridir. Məlumata görə, Mehdi Balabəyov partiya sədri olmağından sui-istifadə edərək rayon rəhbərliyinə daima təziqlər edib daha çox var-dövlət əldə etməyə çalışmışdır. Məsələn, məlumatlara görə, M. Balabəyov Şabranın əsas kurort zonalarından biri olaraq tanınan Qalaltı ərazisinin ətrafında çoxlu sayda villalar, kotteclər tikdirir və sonra baha qiymətə müxtəlif şəxslərə satdırır. Bundan başqa Şabran rayonunda aparılan abadlıq işlərini M.Balabəyovun yaxın dostlarına məxsus şirkətlərin həyata keçirdiyi deyilir. Məlumata görə, M. Balabəyovun keçirilən tenderlərdə xüsusi "payı” var.

Yeni Azərbaycan Partiyası Şabran rayonunda qürub edir

Qeyd edək ki, M. Balabəyovun sədrliyi altında olan əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının Şabran rayon təşkilatı ölkədə ən zəif fəaliyyət göstərən təşkilatlardan hesab olunur. Belə ki, YAP-ın rayon təşkilatı olaraq əsas qayələrindən biri yetişməkdə olan yeni gəncliyə Ümummilli liderin siyasi fəlsəfəsini- "Azərbaycançılıq ideologiyası”nı aşılamaq olmasına baxmayaraq, demək olar ki, bu istiqamətdə real heç bir iş aparılmır. Məlumatlara görə, partiyanın mərkəzi aparatına verilən hesabatlar reallığı əks etdirmir, ancaq "pripiskalardan” ibarətdir.

Məktəblərdə, xüsusən də kənd məktəblərində Ulu Öndərin həyat və fəaliyyəti, müasir Azərbaycan respublikasının yaranmasında və inkişafında göstərdiyi misilsiz fəaliyyəti şagirdlərə aşılanmır.

Bu gün Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının respublikamızın ərazi bütövlüyü uğrunda apardığı uğurlu siyasi fəaliyyəti barəsində rayon məktəblərinin yuxarı sinif şagirdləri arasında siyasi diskussiyalar təşkil edilmir.

Şabran rayonunda Yeni Azərbaycan Partiyasının yerli rəhbərliyi tərəfindən iflic vəziyyətə salınması barədə geniş araşdırmamız olacaq.

Qarşı tərəf də münasibət sərgiləyə bilər.

Qeyd: Yazı dövri-mətbuatda dərc edilən və Qlobal.az-ın əldə etdiyi digər məlumatlar əsasında hazırlanmışdır.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
NƏ BAŞ VERİR: "Express Bank"ın gəlirliyi azalıb... - İNCƏLƏMƏ
Bu gün, 07:26
Araik Arutyunyan 34 yaşlı kişini işə saldı: Tapança olayı... - TƏFƏRRÜAT
Bu gün, 07:22
“TikTok” ABŞ-a qayıtdı - “ABC News”
Bu gün, 06:25
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Bu gün, 06:21
Erməni diasporuna son "hədiyyə" - İNCƏLƏMƏ
Bu gün, 00:20
"Bu siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər..." - deputat
Bu gün, 00:18
"Elə kişiyə cəmiyyətdə hörmət olmaz.."
Bu gün, 00:15
Rusiya ilə hərbi əməkdaşlığa çalışacağıq - Pezeşkian
Bu gün, 00:12
Qayıbovun fəaliyyəti TƏFTİŞ OLUNACAQ - nazir özünü hədəfə çevirib?
Bu gün, 00:05
“Welcome back Trump”: - ümidlər, narahatlıqlar və mübahisəli təsirlər
Bu gün, 00:03
Fransanın gizli təlimi: - kod adı “Perseus”
Bu gün, 00:02
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür - ANIM
Bu gün, 00:00
Zəngilan şəhər inzibati binasının tikintisinə 5,3 milyon ayrılıb
Dünən, 22:26
Samir Abasov yenə öz ampluasında - "Hansı futbola dominant deyirsiniz?"
Dünən, 22:24
"25 min manat verdilər getmədim"
Dünən, 22:22
Azərbaycanda iki dövlət qurumunun ləğvinə BAŞLANILDI - DETALLAR
Dünən, 22:19
"Bəzən bir klipə bir evin pulunu xərcləmişəm"
Dünən, 16:36
Ermənistanda təşviş: sərhəddə yaşayan sakinlərə xəbərdarlıq edildi - "Məlumat var ki…"
Dünən, 16:35
"Həmin şəxslər ora təhrik edilərək gətirilib" - İmişlinin sabiq deputatı
Dünən, 16:33
Putin Pezeşkiana samovar və rəsm hədiyyə etdi
Dünən, 16:31
İmişlidə qəzada xəsarət alan qız Bakıdakı xəstəxanaya köçürüldü - Vəziyyəti necədir?
Dünən, 16:29
Gecə Bakı küçələrində vəlvələ salan "avtoş" həbs edildi
Dünən, 13:59
Ermənistan maşınları yolda qaldı - SƏBƏB
Dünən, 13:55
Bələdiyyə seçkilərini müşahidə üçün beynəlxalq müşahidəçilər tərəfindən MSK-ya müraciət daxil olmayıb
Dünən, 13:48
"O zaman Azərbaycan hökuməti kömək üçün məhz Gürcüstana müraciət etmişdi..." - deputat
Dünən, 13:44
Ermənistan ordusu qadınların ümidinə qalır - FAKT BUDUR!
Dünən, 13:39
Professor Nizaməddin Şəmsizadə komaya düşüb
Dünən, 13:34
Artıq zamanıdır: Müəyyən qaydalarla quru yol açılmalıdır - ÇAĞIRIŞ
Dünən, 13:02
İmişlidə ictimai yerdə törətdikləri xuliqanlıq hərəkətlərinə görə bir qrup şəxs həbs edilib - DİN araşdırma aparır
Dünən, 12:52
Dünyanın gözlədiyi gün: Konsert, ziyafət, qalmaqal bir arada
Dünən, 12:15
Cızıq telefon, nasaz paltaryuyan, xarab ütü... – Və qarşında bağlı qapı
Dünən, 12:13
Obamanın etdiyi vicdansızlıq idi - Lavrov
Dünən, 12:02
HÜSEYN ABDULLAYEVİN ANASI PREZİDENTDƏN KÖMƏK İSTƏYİR - "Mənimlə görüşə taqətsiz vəziyyətdə gətirdilər..."
Dünən, 11:59
İmişlidə qəzaya səbəb olan şəxsin 17 yaşı var imiş... - TƏFƏRRÜAT
Dünən, 11:57
"Yas mərasimi üçün kredit götürürlər" - BU FAKTDIR!
Dünən, 11:43
Vitali Balasanyan Bakıya məktub ünvanladı: nələr yazıb? - Başı qaçıb...
Dünən, 11:41
Pezeşkian ondan elə bir şey xahiş etdi ki... - Putin qəzəbləndi
Dünən, 10:49
AYNA-nın yaratdığı xaos BÖYÜYÜR - “Parkinqə giriş var, çıxış yoxdur”
Dünən, 10:45
Sosial şəbəkələrdə 160 manata dinləmə cihazları satılır - XƏBƏRDARLIQ
Dünən, 10:35
"Space"nin keçmiş rəhbərinə vəzifə verildi - BUNDAN SONRA...
Dünən, 10:33
İrana zərbə halında Tehranın cavabı necə olacaq? - Karden
Dünən, 10:28
"Bu hökumət belə bir addım atsa..." - Qriqoryan nədən qorxur?
Dünən, 10:25
Tramp hamının planını pozub... - "Washington Post"
Dünən, 10:02
ABŞ-də “TikTok” fəaliyyətini dayandırıb
Dünən, 09:59
Ukrayna hərbçiləri əks-hücuma keçdi: ruslar itki verdi
Dünən, 09:40
"İri bankların əsas problemi odur ki, acgözdürlər..." - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:37
Overçuk işarə etdi ki, başımıza nələr gələ bilər - Qriqoryan
Dünən, 09:16
Bakı ilə Tiflis yaxınlaşırsa... - ŞƏRH
Dünən, 09:14
"Azərbaycanın yeni nəsli bu münaqişəni unudacaq..." - deputat
Dünən, 09:10
ABŞ İrəvanın qarantı ola bilməz: heç xəritədə tapmırlar… - Karden
Dünən, 09:07
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru